Məhkəmə qərarları › İş №2(102)-5891/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5891/2022

12.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5891/2022 12.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı ilk, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin icra olunması, müqavilənin etibarsız hesab edilməsi, hüquqi müəyyənlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı “müqavilənin əhəmiyyətsiz hesab olunması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4348/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında hündürmərtəbəli, çoxmənzilli yaşayış binası inşa edilmiş, 15 yanvar 2007-cı il tarixdə MTK ilə X22 arasında bağlanmış 104 saylı müqaviləyə əsasən icraçı həmin çoxmənzilli yaşayış binasının 3-cü blokunun (İİ korpus) 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,6 kv metr olan 170 saylı 4 otaqlı mənzili (bundan sonra – mübahisəli mənzil) inşa edib Əziz Rəhimova təhvil verməyi, Əziz Rəhimov isə mə nzilin dəyərini təşkil edən 129450 ABŞ dollarını MTK-ya ödəməyi öhdələrinə götürmüşlər. Mənzilin dəyərini təşkil edən 129450 ABŞ dollarının X22 tərəfindən tam ödənilməsi barədə MTK tərəfindən 2008-ci il tarixdə maliyyə arayışı verilmişdir və eyni zamanda mənzilin dəyərinin ödənildiyini təsdiq edən kassa mədaxil orderləri də mövcuddur. 2. 12 oktyabr 2013-cü il tarixdə "xxxx" MTK ilə payçı (sifarişçi) X23 arasında bağlanmış 300/19 saylı müqaviləyə əsasən MTK (icraçı) həmin mənzili inşa edib bu payçıya da təhvil verməyi, Mail Səmədov isə həmin mənzilin dəyərini təşkil edən 110000 manatı icraçıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə müəyyən edilmiş 110000 manatın tam ödənilməsi barədə X15 MTK tərəfindən xx.xx.2013-cü il tarixdə maliyyə arayışı verilmişdir.

3. Mənzildə təmir işlərinin aparı lması, sayğacların quraşdırılması, kommunal xidmətlərin dəyərinin ödənilməsi və sair bu kimi məsələlərin həlli müddətini və qaydasını tənzimləmək məqsədilə X22 və MTK arasında 23 yanvar 2015-ci il tarixdə “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” müqavilə bağlanmış, müqaviləyə uyğun olaraq mənzildə işıq, su və qaz sayğaclarının quraşdırılması xərclərini təşkil edən 1200 manat X22 tərəfindən ödənilmiş, bu barədə ona həmin tarixli müvafiq qəbz verilmişdir. 4. 28 noyabr 2016-cı il tarixdə podratçı (icraçı) "xxxx" MTK ilə payçı (sifarişçi) Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən, icraçı həmin mənzili bu payçıya təhvil verməyi öhdəsinə götürmüş, müqavilədə mənzilin dəyərini təşkil edən 110000 manatın Cavabdeh2 tərəfindən əvvəlki payçıya, yəni X15 ödənildiyi qeyd edil miş, MTK tərəfindən ona mənzilin dəyərinin tam ödənilməsi barədə 28 noyabr 2016-cı il tarixdə maliyyə arayışı verilmişdir. 5. 29 noyabr 2016-cı il tarixdə Cavabdeh2 ilə X23 arasında notarial qaydada təsdiqlənmiş “Mənzilin alqı-satqısına dair ilkin müqavilə” bağlanmış, müqaviləyə əsasən Mail Səmədov, mənzili gələcəkdə 121000 manata Cavabdeh2 satmağı, sonuncu isə həmin məbləği gələcəkdə X15 ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 ilkin müqavilədə göstərilən məbləği notariusun depozit hesabına köçürmüş və həmin tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə X23 mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə etiraz etmədiyini, gələcəkdə həmin mənzillə bağlı MTK-ya qarşı heç bir iddiasının olmayacağını və maddi tələb irəli sürməyəcəyini göstərmişdır.

6. X22 15 fevral 2017-ci il tarixdə vəfat e tmiş, onun qanun üzrə birinci dərəcəli vərəsələri kimi tanınmaq hüququnu arvadı X8, oğulları X24 və İddiaçı əldə etmiş, X8 (xx.xx.2021-ci il tarixdə ölmüşdür) və X24 notariat kontoruna ərizə ilə müraciət edərək X11 onlara çatası miras payını rəsmi və faktiki olaraq qəbul etmədiklərini, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqlarını bildirmiş, X11 miras qalmış əmlakı İddiaçı qəbul etmişdir. 7. ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blokunun (İİ korpus) 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,6 kv metr olan 170 saylı 4 otaqlı mənzillə bağlı kommunal xərcin 2021-ci il üzrə tam məbləğini təşkil edən 1920 manat 25 may 2021ci il tarixdə İddiaçı tərəfindən ödənilmiş və ona həmin tarixdə bu ödənişi təsdiq edən kassa mədaxil orderi verilmişdir

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmlə onun, Cavabdeh1 MTK-nın sədri X9 ilə MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binalarında müxtəlif şəxslərə satılmış mənzillərin, aldadacaqları şəxsləri inandırmaq üçün özünün adına rəsmiləşdirilməsi barədə köhnə tarixli saxta müqavilələr tərtib edilərək sonradan həmin mənzillərin yenidən satışına dair adından elan vermək barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girdiyi, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə yaşayış binasının müxtəlif mənzillərini təkrarən başqa şəxslərə satıb pulunu ələ keçirdiyi müəyyən olunmuşdur. 9. ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blokunun (İİ korpus) 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,6 kv metr olan 170 saylı 4 otaqlı mənzil təmir olunmamışdır və hazırda İddiaçı sahibliyindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli, 300/19 saylı müqavilənin və 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız hesab edilməsini xahiş etmişdir.

11. İlk iddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışd ır ki, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi onlarla daha əvvəl bağlanılmış, iddiaçı tərəfindən müqavilə üzrə mənzilin dəyəri tam ödənilmişdir. Cavabdeh MTK və Cavabdeh2 arasında bağlanılmış müqavilə isə qanunsuz olmaqla, iddiaçının mülkiyyət hüquqlarını pozur.

12. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməsi və mübahisəli mənzilə dair MTK ilə Əziz Rəhimov arasında bağlanmış 15 yanvar 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir.

13. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə dair 15 yanvar 2007-ci il tarixdə MTK ilə Əziz Rəhimov arasında bağlanmış müqavilə sonuncu tərəfindən imzalanmamış, həmçinin müqaviləyə uyğun verilmiş borcun hissə-hi ssə ödənilməsinə dair öhdəçilik üzrə cədvəl ümumiyyətlə imzalanmamışdır ki, bu hal özlüyündə müqavilənin həqiqətən də 2007-ci il tarixdə bağlanmasını şübhə altına alır. Eyni zamanda həmin müqavilənin müqavilələrin qeydiyyatı kitabında olmaması, MTK-nın üzvlərinin ümumi iclasının 28 dekabr 2019-cu il tarixli protokolunun və 31 may 2021-ci il tarixli maliyyə arayışının X9 tərəfindən imzalanmaması, ümumiyyətlə 15 yanvar 2007-ci il tarixli müqavilədə, 2008-ci il tarixli maliyyə arayışında, 23 yanvar 2015-ci il tarixli müqavilədə, 28 noyabr 2016-cı il tarixli maliyyə arayışında olan imzaların bir-birindən fərqlənməsi mübahisəli mənzilə dair bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsasdır. Qarşılıqlı iddiaçı mənzilin dəyərini tam ödəmişdir, vicdanlı alıcıdır, ona görə də qarşılıqlı iddiası təmin olunmsalıdır.

14. Məhkəmənin təşəbbüsü ilə X23 və X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdilər.

15. Məhkəmə iclasında MTK-nın nümayəndəsi X6 göstərmişdir ki, 15 yanvar 2007-ci il tarixdə "xxxx" MTK ilə X22 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, X.Şuşinski küçəsində inşa edilmiş 18 mərtəbəli yaşayış evinin 3 blok İİ korpusunun 10-cu mərtəbəsində yerləşən 170 nömrəli mənzili 129450 ABŞ dolları pula "xxxx" MTK tərəfindən X1. Müqavilə üzrə müəyyən edilmiş məbləğ 2008-ci ildə X22 tərəfindən "xxxx" MTK-ya ödənilmiş və ona mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı təqdim edilməklə həmin mənzilin müqavilənin şərtlərinə uyğun olaraq ona təhvil verilməsi təmin edilmişdir. Hə min müqavilədə X13 imzası olmasa da, müqavilə "xxxx" MTKnın səlahiyyətli şəxsi tərəfindən imzalanmış və kooperativin möhürü ilə təsdiqlənmişdir. Bu qaydada kooperativ tərəfindən xeyli sayda müqavilə bağlanmışdır və onların, o cümlədən bu müqavilənin etibarlılığını kooperativ qəbul və təsdiq edir. Bu müqavilə bağlandıqdan sonra mənzildə təmir işlərinin aparılması, sayğacların quraşdırılması, kommunal xidmətlərin dəyərinin ödənilməsi və sair bu kimi məsələlərin həlli müddətini və qaydasını tənzimləmək məqsədi ilə X22 ilə "xxxx" MTK arasında 23 yanvar 2015-ci il tarixdə “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” Müqavilə bağlanmış və bundan sonra həmin mənzildə işıq, su və qaz sayğaclarının quraşdırılması xərcləri də X22 tərəfindən ödənilmişdir. Bu barədə ona müvafiq qəb z verilmişdir. X22 vəfat etdikdən sonra onun vərəsəsi olan oğlu İddiaçı bu halı təsdiq edən aidiyyəti sənədlərlə birlikdə "xxxx" MTK-ya müraciət etmiş və həmin sənədlər yoxlanıldıqdan sonra mənzilə dair mülkiyyət hüququnun əldə edilməsi üçün ona mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışı verilmiş və onun kooperativin üzvlüyünə qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar həm iclasın sədri olaraq, həm də ona verilmiş səlahiyyətlərə uyğun olaraq kooperativin sədri olan X4 əvəzindən onun tərəfindən imzalanmışdır. İddiaçı verilmiş maliyyə arayışı da eyni qaydada onun tərəfindən imzalanmışdır. İddiaçı da öz növbəsində kommunal xidmətlərin dəyərini ödəmiş və bu barədə ona müvafiq qəbz verilmişdir. Bununla belə, həmin mənzil X16 məxsus olmuş, hazırda isə onun oğl u İddiaçı məxsusdur. Bu mənzil heç vaxt "xxxx" MTK tərəfindən Cavabdeh2 adlı şəxsə satılmamış və X2 səbəbindən heç satıla da bilməzdi. X23 ilə "xxxx" MTK arasında bu mənzillə bağlı reallıqda hər hansı müqavilə bağlanmamış və onun tərəfindən "xxxx"xxxx"xxxx" MTK-nın sədri olan X9 ilə X23 arasında borc münasibətləri olmuş və X9 ondan faizlə götürdüyü borcun təminatı olaraq "xxxx" MTK tərəfindən başqabaşqa şəxslərə satılmış və artıq başqa şəxslərə məxsus olan mənzillərlə bağlı belə saxta müqavilələr bağlamış və bu yolla həmin mənzilləri, o cümlədən X16 məxsus mənzili girov qoymuşdur. Bu səbəbdən X23 həmin mənzili Cavabdeh2 sata bilməzdi və həmin müqavilə saxtadır. Həmin müqavilənin saxta olması onun nömrəsindən də görünür. Belə ki, "xxxx" MTK tərəfindən mənzillərlə bağlı bağlanmış müqavilələr in qeydiyyatı kitabı olmasa da, bağlanmış müqavilələr üzrə adi qaydada qeydiyyat aparılır və bununla bağlı müvafiq siyahı tərtib edilmişdir. Həmin siyahıda da 170 nömrəli mənzilin 140 saylı müqavilə üzrə məhz İddiaçı satıldığı göstərilmişdir. Cavabdeh2 müqaviləsi isə 300/19 saylıdır. Halbuki, digər müqavilələrdən də göründüyü kimi, "xxxx" MTK tərəfindən müqavilələrin bu qaydada nömrələnməsi aparılmır. Bu hal bir daha həmin müqavilənin saxta olmasını təsdiq edir. Göstərilənlərin nəzərə almasını və ilk iddianın təmin edilməsini xahiş etmişdir

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən və 03 fevral 2022-ci il tarixli məhkəmə iclasında iştirakı həmin Xidmət tərəfindən təmin edilmiş ilk iddia üzrə cavabdeh "xxxx" MTK-nın qanuni təmsilçisi X9 göstərmişdir ki, X22 ilə "xxxx" MTK arasında 23 yanvar 2015-ci il tarixdə bağlanmış “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” Müqavilə, Cavabdeh2 ilə "xxxx"xxxx"xxxx" MTK tərəfindən 28 noyabr 2016-cı il tarixdə Cavabdeh2 verilmiş maliyyə arayışı onun tərəfindən imzalanmışdır. Lakin İddiaçı verilmiş 31 may 2021-ci il tarixli maliyyə arayışında və "xxxx" MTK-nın üzvlərinin 28 dekabr 2019-cu il tarixdə keçirilmiş ümumi iclasının protokolundan çıxarışda onun adı və soyadı qarşısında olan imza onun tərəfindən icra edilməmişdir. O, Cavabdeh2 və onunla müqavilə bağlamasını xatırlamır. Belə ki, kooperativin sədri olaraq xeyli sayda müqavilə bağlamışdır. X17 tanıyır. Belə ki, ondan bir neçə dəfə müəyyən faiz dərəcəsi ilə borc almış və həmin borcun təminatı olaraq artıq "xxxx" MTK tərəfindən başqa-başqa şəxslərə satılmış mənzillərlə bağlı sonradan onunla da müqavilə bağlanmışdır. Həmin müqavilələr girov kimi, borcun təminatı olaraq və borc qaytarılanadək, yəni müvəqqəti olaraq bağlanırdı və borc qaytarıldıqdan sonra X23 müqavilələri ona qaytarırdı. X23 reallıqda "xxxx" MTK-dan hər hansı mənzil almamış, müqavilələr artıq qeyd etdiyi kimi, borc əvəzi bağlanmışdır. 2016-cı ildə həmin binada satılmamış mənzil də qalmamış, bütün mənzillər satılmışdır. X5 hər hansı məbləğdə borcu da qalmamışdır və bu səbəbdən hazırki müqavilə də ona qaytarılmalı idi. Göstərilənlərin nəzərə alınmasını və qanunvericiliyin tələblərinə uyğun olaraq mənzilin onun real sahibinə verilməsini xahiş etmişdir. 17. 03 fevral tarixli məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 2007-ci ildə "xxxx"xxxx"xxxx" MTK ilə X22 arasında bağlanmış 15 yanvar 2007-ci il tarixli müqavilənin və "xxxx" MTK tərəfindən 2008-ci il tarixdə X16 verilmiş maliyyə arayışının, habelə həmin müqavilə üzrə ödənişləri əks etdirən qəbzlərin onun tərəfindən imzalandığını bildirmiş və qanunvericiliyin tələblərinə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(001)547/2022 nömrəli qətnaməsi ilə (hakim Fuad Abdıyev) ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir.

19. Məhkəmə eyni zamanda xüsusi qərardad çıxarmış, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blokunun (İİ korpus) 10-cu mərtəbəsində yerləşən, ümumi sahəs i 172,6 kv metr olan 170 saylı 4 otaqlı mənzillə bağlı təkrar müqavilələr bağlayan şəxslərin əməllərində və hərəkətlərində cinayətin əlamətlərinin olması ehtimalı barədə Bakı şəhəri Binəqədi Rayon Prokurorluğuna məlumat verilməsini qərara alınmışdır

20. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, təşkilati hüquqi formasından, habelə müqavilədə necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Lakin mülki qanunvericiliyin tələbləri baxımından bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla) və bir belə müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqavilə bağlamaqla üzərinə öhdəlik götürmüş icraçı növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu baxımdan həm X22, həm də Cavabdeh2 ilə bağlanmış müqavilə etibarlı ola bilməz və onlardan biri bağlandığı andan etibarsızdır. Belə olan halda, mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzil ə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), payçı (sifarişçi) qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır. Mənzilə dair ilk müqavilə tarix etibarı ilə X22 ilə bağlanmış, bununla da MTK-nın həmin mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərini tam ödəməklə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş X16 təhvil verilməsi öhdəliyi yaranmış, yəni bu mənzilə münasibətdə ilk olaraq məhz X13 i stifadə və sahiblik hüququ, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmışdır. Belə olan halda, həmin mənzillə bağlı X23 və Cavabdeh2 ilə MTK arasında yalnız X13 razılığı əsasında mübahisələndirilən (28 noyabr 2016-cı il tarixli) müqavilə bağlana bilərdi. Lakin göründüyü kimi, belə bir müqavilələrin bağlanmasına onun razılığı olmamışdır. Buna baxmayaraq MTK (onun sədri X9) bu barədə susmuş və nəticə etibarilə ona artıq hər hansı aidiyyəti olmayan və başqasının istifadə və sahibliyində olan mənzillə bağlı ilk öncə X23, sonradan isə Cavabdeh2 ilə müqavilə bağlamış, nəticədə Bayramova X7 Sahil Nizami oğlu və X23 tərəfindən aldadılmışdır. Aldatma olmadan bu müqavilənin bağlanması da mümkün olmazdı. Belə ki, C avabdeh2 həmin mənzilin təhvil verilməsi barədə "xxxx" MTK-nın artıq başqa şəxs qarşısında müqavilə öhdəliyinin olduğunu bilsə idi, təbii ki, MTK ilə 28 noyabr 2016-cı il tarixdə və X23 ilə 29 noyabr 2016-cı il tarixdə qeyd edilən müqavilələri bağlamaz və mənzilin dəyərini təşkil edən məbləği ödəməzdi. Cavabdeh2 aldadıldığı və onunla bağlanmış 28 noyabr 2016-cı il tarixli müqavilənin predmeti olan mənzilin bundan əvəl artıq başqa şəxsə (hazırki vəziyyətdə X16) satıldığı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmündə əks olunmuş X14 və X4 ifadələri ilə də təsdiq edilir. Belə ki, X9 bildirmişdir ki, X23 tikinti materialları, sement alqı-satqısı ilə məşğul olmur və kooperativə heç vaxt sement və ya digər tikinti materialı verməmiş, eləcə də, onun kooperativ tərəfind ən inşa olunmuş binalarda mənzili olmamışdır. Bu da öz növbəsində MTK ilə X23 arasında bağlanmış 12 oktyabr 2013-cü il tarixli 300/19 saylı müqavilənin, bu müqaviləyə uyğun olaraq MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli, 300/19 saylı müqavilənin və X23 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız olmasını hüquqi baxımdan şərtləndirir. Başqa sözlə, "xxxx" MTK ilə Cavabdeh2 arasında 28 noyabr 2016cı il tarixdə müqavilənin bağlanmasına hüquqi əsas yaratmış MTK ilə X23 arasında bağlanmış 12 oktyabr 2013-cü il tarixli 300/19 saylı müqavilə bağlandığı andan etibarsız olmuşdur.

21. Məhkəmə həmçinin vurğulamışdır ki, X14, habelə Cavabdeh2 mənzildən müddət etibarilə X11 əvvəl istifadə və ona sahibl ik etməsi qeyri-mümkündür. X22 ilə MTK arasında 23 yanvar 2015-ci il tarixdə bağlanmış “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” müqaviləyə uyğun olaraq həmin mənzildə işıq, su və qaz sayğaclarının quraşdırılması xərclərini təşkil edən 1200 manat X22 tərəfindən ödənilmiş, onun vəfatından sonra oğlu (vərəsəsi), yəni ilkin iddiaçı mənzillə bağlı xərcləri qarşılamağa davam etmişdir. Yəni daha əvvəl əmələ gəlmiş öhdəliyə uyğun olaraq mübahisəli mənzil məhz X13 istifadə və sahibliyinə verilmiş, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində onun üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmışdır. Başqa sözlə, bu mənzilin X11 əvvəl X14, daha sonra isə Cavabdeh2 istifadə və sahibliyinə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil....Bu da öz növbəsində 15 yanvar 2007-ci il tarixli müqavilənin etibarsızlığını istisna etməklə, 28 noyabr 2016-cı il tarixli 300/19 saylı müqavilənin və 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.

22. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, X14, habelə Cavabdeh2 mənzildən müddət etibarilə X11 əvvəl istifadə və ona sahiblik etməsi qeyrimümkündür. X22 ilə MTK arasında 23 yanvar 2015-ci il tarixdə bağlanmış “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” müqaviləyə uyğun olaraq həmin mənzildə işıq, su və qaz sayğaclarının quraşdırılması xərclərini təşkil edən 1200 manat X22 tərəfindən ödənilmiş, onun vəfatından sonra oğlu (vərəsəsi), yəni ilkin iddiaçı mənzillə bağlı xərcləri qa rşılamağa davam etmişdir. Yəni daha əvvəl əmələ gəlmiş öhdəliyə uyğun olaraq mübahisəli mənzil məhz X13 istifadə və sahibliyinə verilmiş, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində onun üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmışdır. Başqa sözlə, bu mənzilin X11 əvvəl X14, daha sonra isə Cavabdeh2 istifadə və sahibliyinə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Bu da öz növbəsində 15 yanvar 2007-ci il tarixli müqavilənin etibarsızlığını istisna etməklə, 28 noyabr 2016-cı il tarixli 300/19 saylı müqavilənin və 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.

23. Məhkəmə mövqeyini əsaslandırarkən onu da qeyd etmişdir ki, "xxxx" MTKda müqavilələrin qeydiyy atı kitabı mövcud olmasa da, MTK ayrı-ayrı vətəndaşlarla bağlanmış müqavilələr barədə məlumatı sadə qaydada tərtib edilmiş siyahı şəklində məhkəməyə təqdim etmiş, həmin siyahıda mübahisəli mənzilin (170-cı sıra) X16 məxsus olduğu göstərilmiş, lakin X23 və Cavabdeh2 ümumiyyətlə siyahıya daxil edilməmişdir. Həmin siyahıdan və X16 aid müqavilələrdən bu müqavilələrin sadə formada nömrələndiyi müəyyən edilir, lakin həm X15, həm də Cavabdeh2 aid müqavilələr fərqli qaydada (300/19) nömrələnmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmündə əks olunmuş X14 ifadəsində də məhz bu qaydada nömrələnmiş (300/2, 300/4, 300/9, 300/12) müqavilələrdə göstərilən mənzillərin ona məxsus olmadığı, bu mənzilərdən imtina edilməsi barədə məzmunca saxta ərizə yazdığı göstərilmişdir. Bel ə aydın olur ki, bu müqavilələrin fərqli qaydada nömrələnməsi onların real olaraq bağlanmış müqavilədən fərqləndirilməsinin təmin edilməsi məqsədi daşımışdır. Digər tərəfdən MTK ilə Cavabdeh2 arasında müqavilənin 28 noyabr 2016-cı il tarixdə bağlanmasına baxmayaraq, X23 ilə Cavabdeh2 arasında “Mənzilin alqı-satqısına dair ilkin müqavilə” 29 noyabr 2016-cı il tarixdə bağlanmışdır. Halbuki, bu müqavilələr əksinə tarixlə bağlanmalı idi. Başqa sözlə, X23 artıq 28 noyabr 2016-cı il tarixdə Cavabdeh2 satılmış mənzilin, gələcəkdə Cavabdeh2 satılması barədə 29 noyabr 2016-cı il tarixdə üzərinə öhdəlik götürmüşdür. Bununla da “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin hüquqi nəticə etibarilə hər hansı əhəmiyyəti qalmamışdır.

24. Məhkəmə Cavabdeh2 dəlilləri ilə bağlı qeyd etmişdir ki, 15 yan var 2007-cı il tarixli müqavilənin X22 tərəfindən, müqaviləyə uyğun verilmiş cədvəl üzrə borcun hissəhissə ödənilməsinə dair öhdəçiliyin isə ümumiyyətlə imzalanmaması, 31 may 2021-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 28 dekabr 2019-cu il tarixli protokolunun X9 tərəfindən imzalanmaması 15 yanvar 2007-cı il tarixli müqavilənin etibarsız hesab edilməsinə əsas ola bilməz. Hər bir halda, qeyd edilən müqavilə MTK-nın müqavilə imzalanan zaman müqavilədə imza etmək səlahiyyətinə malik olan nümayəndəsi tərəfindən imzalanmış və kooperativin möhürü ilə təsdiq edimişdir. Ümumi yığıncağın protokolunun kooperativin sədri tərəfindən deyil, onun nümayəndəsi tərəfindən imzalanması isə bu yığıncağın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Kooperativin nümayən dəsi X6 özü də etiraf edir ki, 31 may 2021-ci il tarixli maliyyə arayışı və həmin protokol kooperativin sədri olan X4 əvəzindən onun tərəfindən imzalanmışdır. Araşdırma zamanı da X3 bu məsələdə ona X9 tərəfindən verilmiş etibarnamədə əks olunmuş səlahiyyətlərə uyğun davrandığı və bu şəxsin əvəzindən imza etməyə tam səlahiyyətli olduğu müəyyən edilmişdir. Digər tərəfdən, mənzilin dəyərinin hələ 2008-ci il tarixdə X22 tərəfindən ödənilməsini təsdiq edən maliyyə arayışı və kassa mədaxil orderləri mövcuddur. İddiaçı tərəfindən həmin mənzilin dəyəri olaraq hər hansı məbləğdə pul ödənilməmişdir. 28 dekabr 2019-cu il tarixdə kooperativin ümumi yığıncağının keçirilməsi, habelə 31 may 2021-ci il tarixli maliyyə arayışının ona verilməsi, X13 vəfatından sonra mənzilin onun istifadə və sahibliyinə keç məsi ilə bağlı olmuşdur və bu əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin təmin edilməsi məqsədini daşıyır. Həmin maliyyə arayışın olmaması belə, mənzilin X16 məxsus olmasını istisna etmir.

25. Məhkəmə MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli 300/19 saylı müqavilənin və 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız hesab edilməsi qənaəti ilə bağlı onu da qeyd etmişdir ki, mənzilin dəyəri bu müqavilələrdə fərqli yazılmış, 28 noyabr 2016-cı il tarixli 300/19 saylı müqavilədə Cavabdeh2 tərəfindən mənzilə görə 110 000 manat məbləğində pulun ödənildiyi, 29 noyabr 2016-cı il tarixli müqavilə üzrə onun tərəfindən notariusun depozit hesabına 121 000 manat pulun köçürüldüyü, 28 noyabr 2016-cı il tarixli beh müqaviləsində isə mə nzilin qiymətinin 123 000 manat olduğu göstərilmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmünə əsasən digər oxşar hallarla (mənzillərin satılması) bağlı Cavabdeh2 ilə müqavilə bağlamış X9 və X23 bir-birinə zidd ifadələr vermişlər. Bu səbəblə, müqavilə üzrə ödənilmiş pulun tutulması məsələsi müqavilənin etibarsız hesab edilməsi ilə eyni vaxtda həll edilə bilməz və həm bu, həm də vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı ayrıca iddia qaldırmalıdır.

26. Məhkəmə tərəfindən, 10 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən "xxxx" MTK-nın qanuni təmsilçisi X9 məhkəmə iclasında dindirilmiş və izahatında bildirmişdir ki, X22 ilə MTK arasında 23 yanvar 2015-ci il tarixdə bağlanmış “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” müqavilə, Cavabdeh2 ilə MTK arasında 28 noyabr 2016-cı il tarixdə bağlanmış 300/19 saylı müqavilə və MTK tərəfindən 28 noyabr 2016-cı il tarixdə Cavabdeh2 verilmiş maliyyə arayışı onun tərəfindən imzalanmışdır. Lakin İddiaçı verilmiş 31 may 2021-ci il tarixli maliyyə arayışında və MTK-nın üzvlərinin 28 dekabr 2019cu il tarixdə keçirilmiş ümumi iclasının protokolundan çıxarışda onun adı və soyadı qarşısında olan imza onun tərəfindən icra edilməmişdir. O, Cavabdeh2 və onunla müqavilə bağlamasını xatırlamır. Belə ki, kooperativin sədri olaraq xeyli sayda müqavilə bağlamışdır. X17 tanıyır. Belə ki, ondan bir neçə dəfə müəyyən faiz dərəcəsi ilə borc almış və həmin borcun təminatı olaraq artıq MTK tərəfindən başqa-başqa şəxslərə satılmış mənzillərlə bağlı sonradan onunla da müqavilə bağlanmışdır. Həmin müqavilələr girov kimi, borcun təminatı olaraq və borc qaytarılanadək, yəni müvəqqəti olaraq bağlanırdı və borc qaytarıldıqdan sonra X23 müqavilələri ona qaytarırdı. X23 reallıqda MTK-dan hər hansı mənzil almamış, müqavilələr borc əvəzi bağlanmışdır. 2016- cı ildə həmin binada satılmamış mənzil də qalmamış, bütün mənzillər satılmışdır. X5 hər hansı məbləğdə borcu da qalmamışdır və bu səbəbdən hazırki müqavilə də ona qaytarılmalı idi.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152, 157, 337.1, 340.2, 425, 452.1, 752, 762, 1134, 1159 və 1243-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

28. Cavabdeh və qarşılıqlı ididaçı Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamsinin ləğv olunaraq, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Cavabdeh2 şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, mənzili Cavabdeh2 satan şəxslərin Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum edildiklərini ümumiyyətlə araşdırmadığını, Əziz Rəhimovun mənzili kimdən və hansı yolla əldə etdiyini aydınlaşdırmadığını, onun istinad etdiyi sənədlərin saxta olmasını və imzalanmadığını nəzərə almadığını, qanunsuz və əsassız qətnamə çıxarılğını irəli sürmüşdür.

30. Apellyasiya baxışı zamanı cavabdehin vəsatəti ilə şahid qismində dindiri lmiş X10 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildə "xxxx" MTK-dan mənzillər almış, sonradan MTK ona satdığı mənzili başqa şəxslərə satmaq istədiyindən aralarında məhkəmə mübahisəsi yaranmış, 3 ildən artıq davam edən məhkəmə çəkişmələrinin sonunda mənzilləri özünə qaytarılmışdır. Hazırda növbəti zərərçəkən Cavabdeh2dır və o da MTKnın dələduzluğuna məruz qalmışdır. ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3cü blokunun (İİ korpus) 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,6 kv metr olan 170 saylı 4 otaqlı mənzili Cavabdeh2 qanuni əsaslarla almış, o, 2016-cı ildə Aygün xanımı həmin binada dəfələrlə görmüşdür.

31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4348/2022 nömrəli iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Elnur Həsənov - sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Apellyasiya məhkəməsinin qənaətinə görə Cavabdeh2 ilə MTK və Mail Səmədov arasında müqavilə bağlandığı zaman Əziz Rəhimovla (İddiaçı atası) daha əvvəl bağlanmış müqavilə qüvvədə olmuş, mübahisəsi gedən mənzil bu müqavilə əsasında sonuncunun sahibliyinə verilmişdir. Başqa sözlə MTK Cavabdeh2 istinad etdiyi müqavilənin predmeti olan əmlakla bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda əvvəl Mail Səmədovla, sonra isə onunla müqavilə bağlamış, MTK ilə Cavabdeh2 daha əvvəl müqavilə bağlayaraq əmlakı təhvil almış şəxsin müqaviləsinin həmin dövrdə ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır. Kollegiyanın qənaətinə görə bu hal, Cavabdeh2 irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir

33. Əziz Rəhimovla bağlanmış müqavilənin onun tərəfindən imzalanmaması səbəbilə etibarsız olması ilə bağlı irəli sürülənlərlə əlaqədar apellyasiya məhkəməsi qeyd etmişdir ki, müqavilə MTK tərəfindən qəbul edilməkdədir (bəyənilməkdədir) və bu hal, müqavilənin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmçinin qeyd olunmalıdır ki, sözügedən müqavilənin bağlanmasından sonra həyata keçirilən hərəkətlər də MTK ilə Əziz Rəhimov arasında həmin müqavilənin bağlandığına dəlalət edir.

34. Bu kontekstdə kollegiya, İddiaçı istinad etdiyi ödəniş qəbzlərindəki və maliyyə ar ayışındakı imzaların yoxlanılması üçün ekspertiza keçirilməli olması barədə apellyatorun dəlilləri ilə bağlı araşdırma aparılmasına da zərurət görmür. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Cavabdeh2 istinad etdiyi müqavilə imzalandığı zaman mənzil Əziz Rəhimova satılmış olduğundan, MTK ikinci müqaviləni bağlamaq səlahiyyətinə sahib olmamışdır; bu isə o deməkdir ki, sözügedən qəbzlərdəki və maliyyə arayışındakı imzanın kimə məxsus olması hazırkı mübahisənin həlli baxımından əhəmiyyətli deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

35. Apellyasiya baxışı zamanı dindirilən şahidin ifadəs inə münasibətdə isə qeyd olunmalıdır ki, birincisi, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 81-ci maddəsi); digər tərəfdən, həmin şahid özünün də MTK ilə məhkəmə çəkişmələri yaşadığını vurğulamaqla Cavabdeh2 da aldadıldığını mülahizə şəklində bildirmiş, dindirilməsindən daha əvvəl məhkəməyə ünvanladığı teleqramda isə əslində işin nəticəsində maraqlı olduğunu ortaya qoymuşdur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1ci maddələri). Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasa da, onların ifadələrində nəzərə alınmalıdır.

36. Cavabdeh2 X9 və Mail Səmədov tərəfindən aldadıldığı, Mail Səmədovla MTK arasında bağlanmış müqavilələrin predmeti olan mənzillərin daha əvvəl başqa şəxslərə satılmış mənzill ər olduğu adı çəkilən şəxslərin Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018- ci il tarixli hökmündə əks olunmuş ifadələri ilə də təsdiq edilir. Cavabdeh2 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmasa da, qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyin 82.4-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir - hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.

37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 354.2, 357, 385, 386.1, 390.5, 404 və 442-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 82.4, 88, 217.3 və 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Cavabdeh və qarşılıqlı ididaçı Cavabdeh2 şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, şikayətinin dəlilləri isə apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

40. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1, 217.1və 218.1-ci maddələrinə istinad olunmaqla əsaslandırılmışdır. b)

41. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətb iq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

43. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

45. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

48. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Mad də 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsasla yoxdur.

58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlill ər iddiaçı tərəfindən apellyasiya şikayətində irəli sürülmüş, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymtələndirməyə zərurət görmür. 59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarl a təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4348/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar