Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5895/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, “Cavabdeh2nə və 3-cü şəxs Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5895/21 (Açar sözlər: hərracın nəticələri haqqında protokolun, alıq-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi) Bakı şəhəri, 02 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-16 85/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Mürsəlov X4 Telman Eyni oğlu üçüncü şəxs qismində göstərilməklə cavabdeh "xxxx" MMCyə və Cavabdeh2nə qarşı “hərracın nəticələri haqqında yekun protokolun, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın yekunları barədə 30 dekabr 2009-cu il tarixli Y-165 saylı protokolun və həmin protokolun sonrakı hüquqi nəticələrinin yəni 10 yanvar 2010-cu il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahi ş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 ona və qeyrilərinə qarşı fərdi yaşayış evinə və yanacaqdoldurma məntəqəsinə xüsusi mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki işə Hacıqabul Rayon Məhkəməsi 04 dekabr 2001-ci ildə baxmış, Kürdəmir rayon Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 128/892 saylı 25 iyul 1999-cu il tarixli qeydiyyata əsasən Kürdəmir rayon Xırdapay kəndində yerləşən bir mərtəbəli yeddi otaqlı yaşayış evinə onun adına verilmiş xüsusi mülkiyyət hüququ üzrə qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, Kürdəmir rayon İcra hakimiyyəti başçısına Kürdəmir rayonu Xırdapay kəndində yerləşən bir mərtəbəli yeddi otaqlı yaşayış evinə X2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaq üçün müvafiq sərəncam verməsi bir vəzifə kimi həvalə edilmiş, ona X2 xeyrinə Kürdəmir şəhəri, Babək küçəsi, “Atakişili” Birgə təsərrüfatının mərkəzi malikanəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yenidən qurulması üzrə işlərin idarə edilməsi ilə əlaqədar ********* manat məbləğində pul tutulmuş və həmin yanacaqdoldurma məntəqəsi onun paylı mülkiyyətçi kimi istifadəsinə və sərəncamına verilmişdir. O, apelyasiya şikayəti vermiş, Apelyasiya Məhkəməsinin 13 dekabr 2002-ci il tarixi qətnaməsi ilə Hacıqabul Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, Apelyasiya Məhkəməsinin 13 dekabr 2002-ci il tarixi qətnaməsini 2019- cu ilin avqust ayına kimi əldə edə bilməmişdi. Bununla əlaqədar Hacıqabul Rayon Məhkəməsinə qətnaməninin icraya yönəlib-yönəlməməsi haqda məlumat almaq üçün müraciət etmişdir. Nə məhkəmə, nə də icra şöbəsindən qətnamə haqda hər hansı bildiriş almamışdır. 2019-cu ilin may ayında yenə Hacıqabul Rayon Məhkəmələrinin İcra və Probasiya şöbəsinə müraciət etmiş və orada ona onunla əlaqədar hər hansı icra işinin olmadığını bildirmişlər. Sonra Hacıqabul Rayon Məhkəməsinin sədrinə ərizə ilə müraciət etmiş və onun köməkliyi ilə 17 sentyabr 2002-ci il tarixli 737 saylı icra vərəqəsinin icraata qəbul edilib başlanması haqda qərarın surətini əldə edə bilmişdir. Həmin icra işinə 17 sentyabr 2002-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinin icra məmuru X9 tərəfindən başlanılmışdır. Lakin icra ilə əlaqədar on a heç bir məlumat (bildiriş) verilməmişdir. Məhkəmə qətnaməsində də qeyd edildiyi kimi ondan ********* manat pulun tutulaaraq iddiaçıya verilməsi ilə eyni vaxtda Kürdəmir şəhər Babək küçəsi “Atakişi” Birgə təsərrüfatlar mərkəzi malikanəsində yerləşən yanacaq doldurma məntəqəsinin paylı mülkiyyətçisi kimi onun istifadəsinə və sərəncamına verilməsinə dair qətnamənin icra edilməməsi, bu gün ki gün onun maddi vəziyyətini ağırlaşdırmışdır. O dəfələrlə bu işlə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş İdarəsində olmuş və onlar ona təkrar Cavabdeh2nə müraciət etməyini məsləhət görmüşdülər. O, Hacıqabul Rayon Məhkəməsinin 13 dekabr 2002-ci il tarixli qətnaməsinin icra edilməsi barədə icra vərəqəsini nəhayət almış və icranın son nəticəsi haqda məlumatlanmaq, eləcə də qətnamənin yenidən icrasına başlanılması üçün Cavabdeh2 rəisinə müraciət etmişdir. 29.01.2020-ci il tarixdə Cavabdeh2 icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X8 tərəfindən Hacıqabul Rayon Məhkəməsinin 2-58/2001 saylı, 04.12.2001-ci il tarixli qətnaməsinin icraatına başlanması haqda qərar qəbul edilərək icraata başlanıldı. İcra məmuru tərəfindən ilkin olaraq, məhkəmə qətnaməsinin könüllü olaraq icrası üçün borclu X3 bildiriş göndərdi, lakin borclu icra işi ilə əlaqədar hər hansı hərəkət etmədiyi üçün icra məmuru sonrakı icra proseslərini həyata keçirməli oldu. Belə ki, icranın predmeti barədə əsaslı məlumat almaq üçün Azərbaycan Rublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə, Azərbaycan Respublikası Vergilər Nazirliyini n 9 saylı Ərazi Vergilər İdarəsinə, Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinə, Kürdəmir rayon Notariat Ofisinə sorğular göndərildi. Sorğulara göndərilən cavab və sənədələrə əsasən müəyyən olundu ki, yanacaqdoldurma məntəqəsinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin Azərbaycan Respublikası Kürdəmir rayon X7 11 iyun 2007-ci il saylı qərarı ilə X1 qərara alınmışdır. Yanacaqdoldurma məntəqəsi isə 30 dekabr 2009-cu il tarixdə Əmlak İxtisaslaşdırılmış Mərkəzi tərəfindən keçirilən hərracın yekun protokoluna əasasən Cavabdeh3 aşağıdakı qaydada satılmışdır: ƏliBayramlı (indiki Şirvan) Yerli İqtisad Məhkəməsinin 24 aprel 2008-ci il tarixli qətnaməsi ilə (hakim E.Əmirəliyev, iş N 340 2-2005) iddiaçı "xxxx" ASC-nin cav abdehlər “Aqil-20” firmasına, İddiaçı, X10, X11 və 3-cü şəxs Dövlət Əmlakının İdarə Olunınası və Özəlləşdirməsi Departamentinə qarşı 27.550 ABŞ dollar məbləğində əsas və ona hesablanmış faiz borcunun cavabdehlərin əmlakı hesabına ödənilməsi barədə iddia tələbinin iddia müddətinin keçməsi ilə əlqədar rədd edilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 04.09.2008-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Kərimov, hakimlər V.Ağayev və T.Hüseynova, iş N 2-1(106)56/2008) "xxxx" ASC-nin apelyasiya şikayətinin təmin edilməsi; iş üzrə X15 İqtisad Məhkəməsinin 24 aprel 2008-ci il tarixli qətnaməsinin ləğv edilməsi, "xxxx" ASC-nin iddia tələbinin təmin edilməsi; “Aqil-20” firmasının 25.150 ABŞ dolları əsas kredit borcunun, 2.400 ABŞ dolları faiz borcunun borc alınan vaxt manata məzənnəsin in cavabdehlərə məxsus aşağıdakı əmlakların aşağıdakı ardıcıllıqla hərracda satılaraq "xxxx" ASC-nin Kürdəmir rayon filialına ödənilməsi:
1. Kürdəmir rayon Atakişili kəndində yerləşən “Aqil-20” firmasına məxsus 3 ədəd 25 tonluq dəmir çən; 1 ədəd Türkiyə istehsalı olan “Petrason” kolonkası; bir şlanklı 2 ədəd dizel kolonkası-Rusiya istehsalı; 20x09 metr ölçülü mişar daşından tikili; kolonkalar üstə dəmir şiferlər;
2. İddiaçı məxsus Kürdəmir rayon Xırdapay kəndində yerləşən 0,32 ha pay torpaq sahəsi və X10 məxsus Kürdəmir rayon Şahsevən kəndində yerləşən 0,85 ha torpaq sahəsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X14 və onun vəkili Abbasov Zatı oğlu, habelə 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və onun vəkili Hüseynova Esmira Hüseyn qızı k asasiya şikayətləri vermişlər. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi 30 yanvar 2009-cu il tarixli, 2 İ -06/2009 saylı qərarı ilə verilən kassasiya şikayətlərini təmin etməmiş, Şirvan Apelyasiya Məhkəməsinin 04.09.2008-ci il tarixli, 2-1(106)-56/2008 saylı qətnaməsini qüvvəsində saxlamışdır. Yuxarıda qeyd etdiyi məhkəmə proseslərindən qətiyyən xəbəri olmayıb. O qeydiyyatda olduğu Kürdəmir rayonu, Xırdapay kəndini 2002-ci ildə tərk edərək Bakı şəhərinə gəlmiş və o vaxtdan da faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev 18 ünvanında yaşayır. İcra məmuru hansı əsaslarla qanuni qüvvə almış məhkəmə qətnaməsini nəzərə almadan məhkəmə qətnaməsinə əsasən icranın predmeti olan əmlakı başqa məhkəmə qətnaməsinin icrası zamanı qətnamədə nəzərdə tutulmayan əmlakı yəni Kürdəmir rayonu, Atakişili Birgə malikanəsində yerləşən yanacaqdoldurma məntəqəsini hərrac yolu ilə satdırmışdır. Əmlakı alan şəxs Cavabdeh3 isə əmlakı mülkiyyətinə keçirdikdən sonra Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı 2653 saylı müqavilə əsasında yanacaqdoldurma məntəqəsinin yerləşdiyi 0,12 ha torpaq sahəsini də almışdır. Müqavilə aşağıdakı kimi bağlanmışdır: Aşağıdakı imza edənlər, bir tərəfdən Azərbaycan Respubilkasının Əmlak Məsələləri Dövlət Komitəsi, sədr müavini cənab X12 şəxsində (bundan sonra satıcı adlandırılacaqdır) digər tərəfdən Cavabdeh3 (şəxsiyyət vəsiqəsi AZE03925459, 15.07.2005) şəxsində (buyndan sonra “Alıcı” adlandırılacaq) müqaviləni bağladılar. Müqavilənin predmetini 16.04.2010 tarixli, ********** saylı Hüquqların Dövət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestirindən Çıxarışa əsasən alıcının adına qeydiyyatla alınmış ünvan 2i ünvandakı qeyri-yaşayış binasının istifadəsində olan 1312 m2torpaq sahəsi təşkil edir. Satıcı müqaviləsinin 1.1 bəndində göstərilən torpaq sahəsini 169 manata satır, “Alıcı” isə həmin torpaq sahəsinin tam dəyərini ödəməklə satın alır. Hacıqabul Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qüvvəyə minmiş 04 dekabr 2001-ci il tarixli, 258/2001 saylı qətnamə əsasında onun mülkiyyətinə verilən yanacaq doldurma məntəqəsi onun iştirakı olmadan, ona bidiriş göndərilmədən Kürdəmir rayon Mİ Qrupunun 12.11.2009-cu il tarixi, 2-1209 saylı sifariş məktubu əsasında Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 4550 manata satılır, mən isə 2020-ci ilin iyul ayında Cavabdeh2 icra məmuru Hik mət Abbasov tərəfindən sorğulara verilən cavab əsasında məlumatlandırılmışdır. Eyni zamanda hesab edir ki, Cavabdeh3 vicdanlı alıcı deyil. Çünki həmin kənddə hamı bilir ki, qardaşlar arasında problem olduğundan həmin ərazi mübahisəlidir. Qardaşı ilə düşmən olduqları üçün o sağ olduğu halda ona ölüm kağızı alıb. Əsas olmadan qardaşının adına mülkiyyət sənədi veriblər. İmkanı olmadığı üçün işləməyə Rusiyaya getmişdir. Eyni zamanda onu qatar vurduğu üçün 1 il müalicə almışdır. Təxmini 2003-cü ildən ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Kürdəmirli tanışlarının şifahi olaraq ona bildirməsi əsasında təxmini 2017-2018-ci illərdə həmin yanacaqdoldurma məntəqəsinin Cavabdeh3 satıldığını öyrənmiş və telefonla əlaqə saxlamışdır. 1989-cu ildən həmin obyekti açmışdır, Telman da, onun atası da hər zam an ordan yanacaq doldurublar. Həmin obyektin onun olduğundan xəbərdar idi. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1664/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hərrac məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Kürdəmir rayon Mİ Şöbəsinin sifariş məktubu ilə 2009-cu il tarixdə keçirildiyindən və məhkəmənin 22 oktyabr 2020-ci il tarixli iclasında iddiaçının özünün izahatında qeyd etdiyi kimi hərracı udmuş şəxslə 2017-2018-ci ildə telefonla danışdığını nəzərə alsaq iddiaçının məlumatı olduğundan müddət ötdüyü üçün iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərb aycan Respublikası Mülki Məcəlləsinin 347.1, 354.2, 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 42, 43.1, 43.3-43.5, 43.7, 43.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 2(103)-1685/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1664/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İş materiallarından görünür ki, İddiaçı hərracın etibarsızlığı ilə bağlı iddia qaldırmaq üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti ötürmüşdür. İş materiallarından həmçinin görünür ki, 03 mart 1997-ci il tarixli 4948 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən X6 yanacaqdoldurma məntəqəsi dövlət əmlakının özəlləşdirilməsi nəticəsində İddiaçı satılmışdır. Kürdəmir Rayon Məhkəməsinin 21 dekabr 2005-ci il tarixli 2-226/2005 saylı qətnaməsi ilə X6 yanacaqdoldurma məntəqəsinin özəlləşdirilməsinin nəticələri etibarsız hesab edilmiş, həmin yanacaqdoldurma məntəqəsinə dair Azərbayca n Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti ilə İddiaçı arasında bağlanmış 03 mart 1997-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilmiş, 10 mart 1997-ci il tarixli girov müqaviləsi ilə girov qoyulmuş həmin əmlakın hərracdan satılması və əldə olunmuş vəsaitdən 34125100 manatın borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. (i.v.32, 34, 39) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı yanacaqdoldurma məntəqəsi üzərində mülkiyyət və sair hüquqları olmadığından, həmin yanacaqdoldurma məntəqəsi ilə bağlı hərracın etibarsız hesab edilməsi barədə hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv olunmasına əsas vermir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəə bir illik kəsici müddətin ötürülməsini əsas kimi qeyd etsə də, bu müddətin nə vaxtdan hesablanmasını qətnamədə göstərməmiş, nə də əsaslandırmamışdır. Mülki iş materiallarından görünür ki, məhkəməyə mübahisəyə işin faktiki halla rına və işdə olan sübutlara uyğun qiymət verməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 və 3-cü şəxs Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüq uq “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət e tmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Maddə
416. Hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində onun tərəfindən bir illik müddətin ötürülməsinin əsaslandırılmadığını qeyd etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hazırda 3-cü şəxs olan Cavabdeh3 ilə yanacaqdolduqma məntəqə sinin ona satılması ilə əlaqədar 2017-2018-ci illərdə telefon danışığının olmasını iddiaçı özü etiraf etmiş və bu hal birinci instansiya məhkəməsinin qətnaməsində əksini tapmış, apelyasiya kollegiyası da birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşdığını göstərmiş və göstərilən xüsusatı təkrarlamamışdır ki, bu da həmin halın əsaslandırılmaması hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmaması onunla yanacaqdolduqma məntəqəsi barəsində bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı iş materiallarında olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kolle giyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1685/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.