Məhkəmə qərarları › İş №2(102)-59/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-59/2024

29.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-59/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: (borcun silinməsi, maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyul 2023-cü il tarixli, 2(103)4404/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Hazırda həmin fərdi yaşayış evi İddiaçı2 məxsusdur.

2. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı1 10.782.72 manat məbləğində cərimə borcu hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı2 və İddiaçı1 məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhər Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi (keçmiş 26 ünvan 2 ünvanında yerləş ən fərdi yaşayış evinə quraşdırılmış **********197 saylı sayğac üzrə istifadədə olan **********00000 abonent kodu olan qaz sayğacına guya vizual müdaxilə olması nəticəsində dəymiş ziyanla bağlı Cavabdeh tərəfindən tərtib edilmiş qazdan istifadə qaydlarının pozulmasına dair xx.xx.2022-ci il tarixli Aktın qanunsuz və əsassız, etibarsız hesab edilməsi və tərtib edilmiş akta əsasən hesablanmış 10 782 (on min yeddi yüz səksən iki) manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını etmişdir.

4. İlkin iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi H.Məmmədquluzadə küçəsi ev 9 iddiaçının mülkiyyətidədir. Hal hazırda həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin fərdi yaşayış evində qeydiyyata alınmış **********00000 abonent k oduna əsasən qaz sayğacı mənzilin əvvəlki mülkiyyətçisi olmuş İddiaçı1 adına quraşdırılmışdır. Həmin qaz sayğacı yenisi ilə əvəz edilərək balans plastik kart olan smart kart ilə yüklənilir. İddiaçı2 evdə olmayarkən xx.xx.2023-cü il tarixdə Azəriqazın əməkdaşları ondan xəbərsiz sayğacı yeni sayğac ilə əvəzləmişlər və evə qazın verilməsini dayandırmışlar. İddiaçı2 evə qazın verilməsinin dayandırılmasından xəbərdar olduqdan sonra bu barədə Cavabdeh-a müraciət etmişdir. Oradan bildirilmişdir ki, Azəriqazın Baş Ofisinə getməlidir. Səbəbini isə şifahi şəkildə cavablandıraraq məlumat vermişlər ki, işlətdiyi qaz sərfiyyatı azdır və bu da onlarda şübhələr yaradıb. Ona görə Cavabdeh İB-nin işçilərinin özləri guya sayğaca baxış keçirərəkən sayğacın oxunmasında şübhələr mövcud olmuşdur. İddiaçı2 Cavab deh İB-nin əməkdaşlarına bildirmişdir ki, sayğac evdən kənarda olduğu üçün həmin sayğaca müdaxilənin edilib edilməməsinə görə cavabdehlik daşımır. Cavabdeh İB tərəfindən rəsmi qaydada İddiaçı2 heç bir xəbərdarlıq və bildiriş gəlmədən mülkiyyətində olan Bakı şəhər Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsi, H.Məmmədquluzadə küçəsi (keçmiş 26 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü ildən **********00000 abonent kodu olan qaz sayğacına qazın verilməsi qanunsuz dayandırılmışdır. İddiaçı2 bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Hal hazırda qış ayı olduğu və fərdi yaşayış evin isidilməsi kombi sistemi ilə tənzilmləndiyi üçün fərdi yaşayış evinə qazın verilməsinin dayandırılması üzündən evində yaşaya bilmir. İddiaçı2 Cavabdeh İB-nin Babək fi lialında yerləşən Departamentinə gedib müraciət edəndən sonra məlum olmuşdur ki, Bakı şəhər Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi (keçmiş 26 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********197 saylı sayğac üzrə istifadədə olan **********00000 abonent kodu olan qaz sayğacına guya vizual müdaxilə olmuş, bunun da nəticəsində dəymiş ziyanla bağlı xx.xx.2022-ci il tarixdə Akt tərtib edilərək 10 782 manat cərimə yazıldığı bildirilmişdir. Lakin cərimə barədə yazılmış akt iddiaçı tərəfə rəsmi qaydada bu günə kimi təqdim edilməmişdir. Digər tərəfdən sayğaca ümumiyyətlə kənar müdaxilə olmamış və bu baxımdan qeyd edilən akt əsassız olaraq tərtib edilmişdir.

5. Cavabdeh, İddiaçı2 və İddiaçı1 qarşı ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabd eh İddiaçı2 təbii qazdan qeyri qanuni istifadəyə görə Cavabdehnə vurduğu 10782.72 maddi ziyan məbləğinin və 124 manat ödənilmiş rüsum xərcinin məcburi qaydada tutularaq Cavabdeh İB-nln ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NÄBZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN AZ72İBAZ******************** bank hesabına ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “Qazpaylayıcı-istehlakçı" müqaviləsi əsasında İddiaçı2 məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsində yerləşən 9 saylı mənzili təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdeh ə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə 10782 borcu yaranmışdır. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4- cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Əməkdaşlar tərəfindən xx.xx.2022-ci ildə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) yuxanda göstərilən mənzildə quraşdırılm ış G-6 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilən zaman sayğacın özündə vizual müdaxilə aşkar edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində qaz sayğacının göstəricisi 42.443m3 təşkil edirdi. xx.xx.2023-ci il tarixindən isə sayğacın göstəricisi 40847m3 təşkil edirdi yəni 1596 m3 fərqlə sayğac istehlakçı tərəfindən geriyə işlədilmişdir. Faktla bağlı əməkdaşları yerində foto şəkil çəkmiş, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, akta əsasən qaz sayğacın müayinə edilməsi üçün laboratoriyaya dövlət yoxlanmasına göndərilmiş və yoxlamanın nəticəsi olaraq sayğaca müdaxilə haqqında MSK-14-2- 2-3-5-271 saylı rəy verilmişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün hesabat aparılmışdır. Qaz sayğacı laboratoriyaya göndərilməsi üçün çıxarıldıqd a hər iki tərəfin iştirakı ilə ******* saylı akt tərtib edilmiş, aktda qaz sayğacında aşkar edilmiş nöqsan qeyd edilmiş, həmin nöqsan istehlakçıya bildirilmiş və qazpaylayıcının nümayəndələri və istehlakçı tərəfindən imza edilərək təstiq edilmişdir.Bundan əlavə keçmiş mülkiyyətçi Rafiq Vəliyevin külli miqdarda təbii qazın talama faktına görə Baş Mütəşəkil Cinayətkarklıqla Mübarizə İdarəsinə 14-2- 2/2-680/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla müraciət edilmişdir. O cümlədən 14-2- 2/2-880/2023 saylı 22 Fevral 2023 tarixli xatırlatma məktubuda ünvanlanmışdır. Halhazırda bu işlə əlaqədar araşdırma aparılır.

7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 2214/2023 nömrəli qətnaməsi ilə (hakim Əminə Abbasova) ilkin iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi ra yonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi (keçmiş 26 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********197 saylı sayğac üzrə istifadədə olan **********00000 abonent kodu olan qaz sayğacına dəymiş ziyanla bağlı Cavabdeh tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2022-ci il tarixli Aktın etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evi üzrə İddiaçı2 və İddiaçı1 (abonent kodu: **********00000) hesablanmış 10.782 manat məbləğində borcun silinməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində i stehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin Cavabdeh İB-yi tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

9. Məhkəməsi gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8 və 9-cu hissələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın 4.2, 4.9, 5.2-ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təm in edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci ildə ilkin iddia ərizəsi üzrə iddiaçının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsində yerləşən 9 saylı mənzilində quraşdırılmış G-6 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilən zaman sayğacın özündə vizual müdaxilə aşkar edilmişdir. Belə ki, xx.xx.2022 -ci il tarixində qaz sayğacının göstəricisi 42.443 m3 təşkil edirdi. xx.xx.2023-ci il tarixindən isə sayğacın göstəricisi 40.847 m3 təşkil etdiyi üçün sayğac 1.596 m3 fərqlə istehlakçı tərəfindən geriyə işlədilmişdir. Faktla bağlı yerində fotoşəkil çəkilmiş, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, akta əsasən qaz sayğacın müayinə edilməsi üçün laboratoriyaya dövlət yoxlanmasına göndərilmiş və yoxlamanın nəticəsi olaraq sayğaca müdaxilə haqqında MSK-14- 2-2-3-5-271 saylı rəy verilmişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün hesabat aparılmış və aşağıdakı nəticəyə gəlinmişdir: Qaz işlədicilərindən PQ4-ün maksimal saatlı qaz sərfi 1.2 m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, Qazanın maksimal qaz sərfi 8 m/saat orta günl ük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 2x1.2x24x360=20736m; 8x24x360=69120m. Akt tərtib olunduqdan sonra ilkin iddia üzrə iddiaçı tərəfindən əvvəlki ödənişlərə nisbətən daha çox məbləğ ödənməyə başlanmışdır. Bu fakt xx.xx.2023-cü il tarixli saldoda öz əksini tapmışdır. İlkin iddia üzrə iddiaçıların (abonentlərin) qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında, ilkin iddia üzrə iddiaçılar (abonentlər) cəmi 10.782 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmə sözügedən akta və xx.xx.2023-cü il tarixli saldoya düzgün qiymət verməmişdir. Həmçinin, iş üzrə əhəmiyyət kəsb edən foto şəkillərə və akta ümumiyyətlə münasibət bildirilməmişdir. Sənədlərdən, aktlardan və aktlar əsasında yerində çəkilmiş fotoşəkillərdən də, məlum olmuşdur ki, ilkin iddia ürə iddiaçı sayğaca kənar müdaxilə etmiş və borc məbləği yaranmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, “sayğaca müdaxilə olunduğu aşkarlandı” və həmin akt İddiaçı2 tərəfindən imzalanmışdır. İddiaçı2 aktı imzalayarkən aktı oxuyub tanış olmuş və həmin sayğaca müdaxilə etdiyini etiraf etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 17 iyul 2023-cü il tarixli, 2(103)-4404/2023 nömrəli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və Vah id Sadıqov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddianın təmin olunan hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilmiş - Bakı şəhər Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi (keçmiş 26 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı1 (abonent kodu: **********00000) hesablanmış 10.782 (on min yeddi yüz səksən iki) manat məbləğində borc silinmişdir. İlkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçılar tərəfindən iddia ərizəsində mübahisələndirilən aktın tarixi xx.xx.2022-ci il gö stərilmişdir. Lakin iş materiallarından xx.xx.2022-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın tərtib olunduğu müəyyən edilmir. İşdə olan aktın tarixi xx.xx.2022-ci ildir, birinci instansiya məhkəməsi iddiaçılara bununla bağlı iddia tələbinin dəqiqləşdirilməsini təklif etməmiş, bununla bağlı iddiaçılar ərizə təqdim etməmişdlər. Nəticə etibarı ilə, birinci instansiya məhkəməsi ilkin iddianı “aktın etibarsız hesab edilməsi” hissəsində təmin etməklə, faktiki olaraq mövcud olmayan aktı etibarsız hesab etmişdir.

14. Bundan başqa, sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzrə **********00000 saylı abonent kodu İddiaçı1 adına qeydiyyata alınmış, təbii qazdan istifadəyə görə Cavabdeh İB tərəfindən akt üzrə 10.782,72 manat məbləğində borc da məhz İddiaçı1 hesabla nmışdır. Lakin birinci instansiya məhkəməsinə ilkin iddianı təmin edərkən səhv olaraq nəticəyə gəlmişdir ki, həmin borc İddiaçı2 və İddiaçı1 hesablanmışdır.

15. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, Cavabdeh “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-1-ci maddəsinin tələblərinə uyğun olaraq sayğaca müdaxilə hallarını aşkar etdiyi təqdirdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haq qında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir.

16. Qanunun tələbinə əsasən, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

17. Lakin ilkin iddia üzrə iddiaçıların sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən Cavabdeh İddiaçı1 vurulmuş zərərin ödənilməsini xx.xx.2022-ci il tarixli akt əsasında tərtib edilmiş tələbnamə ilə tələb etmiş, abonentin saldosuna həmin zərərin məbləğini daxil etmişdir.

18. Kollegiya onu da qeyd edir ki, İddia çı1 barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, həmin akt xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, lakin həmin aktda xx.xx.2023-cü il tarixli sayğac göstəricilərinə istinad olunur ki, bu da özlüyündə həmin aktın mötəbərliyini şübhə altına alır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh İB tərəfindən hesablanmış borcun məbləği 10.782,72 manat təşkil etsə də, iddiaçılar yalnız 10.782 manat məbləğində borcun silinməsini xahiş edirlər və məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbindən kənara çıxa bilməz.

20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6, 13.8, 13..8-1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1096.2-ci maddələrinə,. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 4.7, 4.8, 5.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd edilməsinə və qarşılqılı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırarkən ilkin iddia üzrə cavabdeh qarşıqlıqlı id dia üzrə iddiaçı Cavabdeh nümayəndələri tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta və xx.xx.2023-cü il tarixli saldoya münasibət bildirsə də, düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik prinsipini pozmuş və xüsusilə ilkin iddia üzrə cavabdehin hüquqlarını pozmuşdur. Məhkəmə ilkin iddia üzrə iddiaçının iddia ərizəsində qeyd edilən xüsusatları nəzərə alaraq iddia ərizəsinə sübut kimi əlavə edilmiş sənədlər əsasında təhqiqat aparsa da, bu təhqiqatı qarşılıqlı çəkişmə prinsipiylə deyil, yalnız ilkin iddia üzrə iddiaçının iddia ərizəsində sərgilədiyi mövqeyi əsasında həyata keçirmişdir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb ed ən fotoşəkillərə və akta ümumiyyətlə münasibət bildirilməmişdir.

23. İlkin iddia üzrə iddiaçı iddia ərizəsinə təbii qazla təchiz edilməsinə və qarşılıqlı münasibətləri tənzimlənməsinə dair müqaviləni iddia ərizəsinə əlavə etmişdir, lakin məhkəmə tərəfindən qeyd olunan müqavilənin şərtləri ilə bağlı heç bir araşdırma aparılmamışdır. Bundan əlavə tərəfimizdən təqdim edilmiş sənədlərdən, aktlardan və aktlar əsasında yerində çəkilmiş fotoşəkillərdən də, məlum olmuşdur ki, ilkin iddia üzrə iddiaçı sayğaca kənar müdaxilə etmiş və borc məbləği yaranmışdır. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə almamış, həmin normaları hazırkı işə düzgün tətbiq etməmiş və yalnız “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə istinad etməklə düzgün olmayan qət namə qəbul etmişdir.

24. Apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi hallarıməhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlımünasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Tərəfimizdən istehlakçının sayğaca müdaxilə etməsini təsdiq edən sübutların məhkəməyə təqdim etməsinə baxmayaraq, məhkəmə yalnız ilkin iddia üzrə iddiaçının mövqeyindən araşdırma aparmış, ilkin iddia üzrə cavabdehin isə təqdim etdiyi sübutlara və verdiyi izahatlara münasibət bildirsə də, düzgün hüquqi qiymət verməmişdir. Xüsusilə də təbii qazdan istifadə qaydalarının pozulması aşkar edilən zaman Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı“ Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktı və ******* saylı“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı istehlakçının nümayəndəsi kimi hazırkı iddiaçılardan biri – İddiaçı2 imzalaması, bununla da aşkar olunmuş pozuntuları qəbul etməsi ilə bağlı hallara apellyasiya instansiya məhkəməsi heç bir hüquqi qiymət verməmişdir. Hesab edirik ki, apellyasiya instansiya məhkəməsinin həqiqətə nail olması üçün işi hərtərəfli, tam və obyektiv araşdırmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirməməsi nəticəsində qəbul etdiyi xx.xx.2023- cü il tarixli qətnamə qanunilik və əsaslılıq meyarlarına cavab vermir və qətnamənin qanuni və ədalətli olması şübhə altına al ınır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hü quqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

30. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiy yəti orqanı tərəfindən müəyyən edilir.

31. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarında n səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

32. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər K abinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”:

33. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

34. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

35. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

36. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kass asiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandır ılmışdır.

46. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Belə ki, məhkəmənin qənaəti yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.

47. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətn amənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyul 2023-cü il tarixli, 2(103)4404/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar