Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-591/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı2 və vəkili Vəkil qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil qızının kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 avqust 2019-cu il tarixli, 2(103)-11329/2019 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən və məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” MMC və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək14 aprel 2016-cı il tarixli Hərracın nəticələri haqqında yekun Y-433 nömrəli protokolunun və 14 aprel 2016-cı il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilib ləğv edilməsi, “Cavabdeh2” ASC-nin adına özəlləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrində 104410 nömrə ilə qeydiyyata alınmış ******* saylı 07 noyabr 2018-ci il tarixli çıxarışın ləğv edilməsi, iş üzrə iddiaçılar tərəfindən ümumilikdə ödənilmiş 570 AZN pulun məhkəmə xərci kimi qəbul edib cavabdehlərdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil qızı kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan faktlar qətnamədə tam göstərilməmiş, həqiqət təhrif edilmiş, sübutlar tam və düzgün şəkildə məcmu halında mövcud hüquqa, qanunvericiliyə uyğun qiymətləndirilməmiş, mövcud mübahisəyə mülki hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11329/2019 saylı 28 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, yeni qərar qəbul edilərək keçirilmiş hərracın yekunlarının etibarsız hesab edilməsini, bununla əlaqədar 14 aprel 2016-cı il tarixli hərracın nəticələri haqqında yekun Y-433 nömrəli protokolun və 14 aprel 2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilib ləğv edilməsinin təmin edilməsini, DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi cavabdeh kimi cəlb edilməsi və onun “Cavabdeh2” ASC-nin adına özəlləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrində 104410 nömrə ilə qeydiyyata alınmış ******* sa ylı 07 noyabr 2018-ci il tarixli çıxarışın ləğv edilməsinin təmin edilməsini, bu iş üzrə iddiaçılar tərəfindən ümumilikdə ödənilmiş 570 AZN pulun məhkəmə xərci kimi qəbul edib cavabdehlərdən iddiaçıların xeyrinə tutulmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili Vəkil qızı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi, İddiaçı2 vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyası, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onu n iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mü bahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçılar hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, hərracın onlara məlumat verilmədən keçirildiyinə istinad etmişdir. İddiaçıların apellyasiya şikayətinin dəlillərinin əsası olaraq keçirilmiş hərracın və bunun nəticəsində mənzilinin banka satılmasının qanunsuzluğu ilə əlaqədar iddiaçının irəli sürdüyü arqumentlərlə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Nərimanov rayon Məhkəməsinin 07 may 2015-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış Bakı Apellyasiya M əhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2015-ci il tarixli 2(103)-4875/2015 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı2 «Cavabdeh2bank» ASC-nin xeyrinə 23664,32 ABŞ dolları əsas borc, 7212,68 ABŞ dolları məbləğində borc, 2500 ABŞ dolları məbləğində dəbbə pulu, olmaqla cəmi 33377 dolları məbləğində borcun ödəniş gününün Azərbaycan Respublikası manatına məzənnəsi ilə hesablanmaqla və hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 500 manat və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, tutmanın İddiaçı1 məxsus olan Ünvan mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 27.000 manat məbləğində müəyyən edilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına “Cavabdeh2bank” ASC-yə olan borcun ödənilməsi qət edilmiş və Bakı Apellyasiya Məhkəmə sinin həmin qətnaməsi qanuni qüvvəsini almış və 18.11.2015-ci il tarixdə icra vərəqəsi verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən “xxxx” MMC-nin Hərracın nəticələri haqqında 14.04.2016-cı il tarixli Y-433 №-li yekun Protokola və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin təsdiq olunmuş surətlərinə əsasən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 18.11.2015-ci il tarixli 2(103)4875/2015 saylı qətnaməsinin icrası tədbiri qaydasında Nərimanov rayon İcra Şöbəsinin 17/69 № 7824/15-R119, 10.12.2015-ci il tarixli sifariş məktubu əsasında İddiaçı1 məxsus olan ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzili 27.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, «İpoteka haqqında» Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətində n əvvəlcə 15%, sonradan isə təkrar hərracdakı ilkin satış qismətindən 25% endirməklə, 14.04.2016-cı il tarixdə təkrar hərracda alqı-satqı nəticəsində qiyməti 17213 manata ipoteka saxlayan "Cavabdeh2bank" ASC-yə satılmışdır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 18.11.2015-ci il tarixli 2(103)-4875/2015 saylı qətnaməsi ilə ipoteka predmeti olan İddiaçı1 məxsus olan ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzilin ilkin satış qiyməti 27.000 manat müəyyən edilmişdir, eyni zamanda “xxxx” MMCnin Hərracın nəticələri haqqında 14.04.2016-cı il tarixli Protokolunda da İddiaçı1 məxsus olan ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzilin ilkin satış qiyməti 27.000 manat olmaqla hərraca çıxarılmış, həmin mənzil «İpoteka haqqında» Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvə lcə 15%, sonradan isə daha 25% endirməklə, 14.04.2016-cı il tarixdə təkrar hərracda alqı-satqı nəticəsində İddiaçı1 məxsus olan ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzil 17213 manat olmaqla ipoteka saxlayan "Cavabdeh2bank" ASC-yə satılmışdır. ünvan 2 ünvanında yerləşən 14 nömrəli mənzilin ilkin satış qiyməti 27.000 manat olmaqla 05.02.2016-cı il tarixə saat 11:00-da hərraca çıxarılacağı barədə kütləvi informasiya vasitələrində hərracın keçiriləcəyi yer göstərilməklə elan dərc edilmiş, mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə ipoteka qoyan X3 və borclu İddiaçı2 ünvanına müvafiq bildirişlər göndərilmiş, 05.02.2016-cı il tarixə saat 11:00-da ilkin hərrac baş tutmadığından, təkrar hərracdakı satış qiyməti 22950 manat olmaqla 16 mart 2016-cı il tarixdə saat 11:00-da təkrar hərraca çıxarılacağı barədə elanlar dərc edilmişdir. Təkrar hərrac baş tutmadığından «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə uyğun olaraq 30 təqvim günü ərzində (yəni 16 mart 2016-cı il tarixdən 19 gün sonra 14 aprel 2019-cu il tarixdə) təkrar harracdakı ilkin satış qiymətindən (yəni 22950 manat) 25 faiz aşağı qiymətə 17213 manata alqı satqı əsasında İddiaçı1 məxsus olan ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzil ipoteka saxlayan "Cavabdeh2bank" ASC-yə satılmışdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hərracın qanunvericiliyin tələblərinə zidd olaraq 3 dəfə keçirilməsinə dair iddiası ona görə əsassızdır ki, əmlakın tələbkara təklif olunması və onunla həmin əmlakın alqı satqısı barədə yekun protokolun imzalanması hərra cın 3-cü dəfə keçirilməsi mənasını kəsb etmir. Qeyd olunan hallar iş materiallarında olan “xxxx” MMC tərəfindən ipoteka qoyan X3 və borclu İddiaçı2 ünvanına Dalğa Ekspress və Smart Ekspress sürətli poçt vasitələri ilə göndərilmiş məktublarda və ipoteka qoyan və borclu tərəfindən imzalanaraq qəbul edilmiş xəbərnamələrdə, eyni zamanda «Market» qəzetinin müxtəlif buraxılışlarında dərc olunmuş məlumatlarda öz əksini tapır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənzilin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın onlardan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası, “F. Cavadov v ə V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd etmişdir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələrini aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar o lmalıdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipot eka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan faktlar qətnamədə tam göstərilməmiş, həqiqət təhrif edilmiş, sübutlar tam və düzgün şəkildə məcmu halında mövcud hüquqa, qanunvericiliyə uyğun qiymətləndirilməmiş, mövcud mübahisəyə mülki hüquq normaları düzgün tətbiq edilməmişdir. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 28 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-591/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-591/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver