Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5911/2018 17.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5911/2018 17 sentyabr 2018-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2018-ci il tarixli 2(107)883/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkil Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 28.09.2017-ci il tarixli 2(035)6 4/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı yaşadığı Zərdab şəhəri 21 saylı qəsəbə, bina 11, mənzil 7-də inşa etdiyi 113.12 kv.m olan balkonun üzərində Cavabdeh tərəfindən inşa olunmuş tikilinin (hamam və tualet) cavabdehin hesabına sökülməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən köçürülmüş dövlət rüsumunun iddiaçıya aid edilməsi, Cavabdeh ekspertiza xərcinə görə 100 manat pulun tutularaq müvafiq hesaba ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) 25.04.2018-ci il tarixli 2(107)-883/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(035)-64/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu və 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı aid edilmişdir. İddiaçı və vəkil Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2018-ci il tarixli 2(107)-883/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Zərdab şəhəri ******************* tərəfindən inşa etdirdiyi 113.12 kv.metr balkon tikilinin üzərində Cavabdeh tərəfindən inşa olunmuş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ev keçən əsrin 50-60-ci illərində tikilmiş ev olmaqla lazımı kommunal şəraitə malik olmadığı üçün bir-çox sakinlər, o cümlədən özü mənzilə əlavə artırmalar etməyə məcbur olmuşdur. Bu səbəbdən mənzilinin qabağından 113,12 kv.m olan balkon tikməli olmuş və həmin tikilini müvafiq qaydada sənədləşdirmişdir. Belə ki, Zərdab rayon İcra Hakimiyyətinin Başçısının 81 saylı, 03.12.2010-cu il tarixli sərəncamına və Zərdab rayon İcra Hakimiyyətinin Başçısının Zərdab şəhəri üzrə nümayəndəliyinin 20 saylı, 04.07.2016-cı il tarixli sərəncamına əsasən ona həmin tikilinin istismarına icazə verilmişdir. Lakin, qonşusu olan Cavabdeh sonradan ona məxsus sözügedən tikilinin üzərində özbaşına, buna heç bir icazə almadan və tikintitexniki normalara uyğun olmayan tikili – sanitar qovşaq (hamam və tualet ) tikmişdir. Cavabdeh həmin tikilini heç bir dayaq olmadan birbaşa ona məxsus tikilinin üzərində tikmişdir. Nəticədə özünün və ailə üzvlərinin təhlükəsiz yaşaması və istifadəsi üçün təhlükə yaranmışdır. Dəfələrlə cavabdehdən həmin tikilinin (artırmanın) sökülməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkil X1 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2018-ci il tarixli 2(107)-883/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları nın pozulması ilə çıxarılmışdır. Məhkəmənin mövqeyindən belə məlum olur ki onun cavabdehin tikdiyi tikilinin sokülməsini tələb etmək hüququ yoxdur. O, mübahisəli tikilinin niyə sökülməlı olmasını iddia ərizəsində göstərmiş və qeyd etmişdir ki, cavabdeh heç bir dayaq olmadan birbaşa ona məxsus tikilinin üzərində tikili tikmişdir. Nəticədə onun və ailə üzvülərinin təhlükəsiz yaşaması və mülkiyyətindən istifadə etməyi üçün təhlükə yaranmışdır. Belə olan halda həmin tikilinin sökülməsini tələb etmək hüququnun olmamasnı apellyasiya instansiyası məhkəməsi əsəslandırmamışdır. Mübahisəli tikilidən cavabdehin hamam və tualet kimi istifadə etməsi nəticəsində bu gün də onun tikilisinin divarları daima nəm içərisindədir. Bu isə evdə təhlükəli vəziyyətin və anti-sanitariya şərəitinin yaranmasına səbəb omuşdur. Lakin apellyasiya instansiyəsı məhkəməsi bu hallara heç bir əhəmiyyət verməmiş, qeyd olunan halları aydınlaşdırmaq üçün ekspertiza belə keçirməmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2018-ci il tarixli 2(107)-883/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416- cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına əsasən Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhəri üzrə nümayəndəsinin 04.07.2016-cı il tarixli 20 saylı Sərəncamının surətindən görünür ki, Zərdab şəhəri 21 saylı Qəsəbə bina 11 (hazırki 37), mənzil 9-da yaşayan İddiaçı inşa etdirdiyi balkon tikilisinin istismarına icazə verilməsi barədə müraciəti nəzərə alınmış, Rayon İHB Aparatının memarlıq və tikinti şöbəsi tərəfindən tərtib edilmiş layihə sənədlərinin daxilində 21 saylı qəsəbə bina 11, mənzil 9-da yaşayan İddiaçı inşa etdirdiyi 113.12 kv.metr balkon tikilisinin istismarına icazə veril mişdir. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhəri üzrə Nümayəndəsinin 08 fevral 2018-ci il tarixli, 01 nömrəli sərəncamından görünür ki, Zərdab şəhəri 21 saylı Qəsəbə bina 11, mənzil 12-də yaşayan Cavabdeh müraciət edərək ailə üzvlərinin artdığı üçün yaşadığı mənzildə yardımçı tikililər apardığını bildirmiş, həmin tikililərin istismar edilməsi üçün razılıq verilməsini xahiş etmişdir. Müraciətlə əlaqədar şəhər nümayəndəliyi aidiyyəti təşkilatın nümayəndələrindən ibarət komissiya yaratmış, həmin komissiya araşdırma apararaq müəyyən etmişdir ki, vətəndaş mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə əlavə tikinti aparmışdır. Aparılmış tikililərin kommunikasiya qurğularına heç bir maneəçili k olmadığı müəyyən edilmişdir. Ona görə də, Zərdab şəhəri 21 saylı Qəsəbə bina 11, mənzil 12-də yaşayan Cavabdeh inşa etdirdiyi balkon və əlavə tikilinin istismarına icazə verilməsi barədə müraciətinin nəzərə alınması, Rayon İHB Aparatının memarlıq və tikinti şöbəsi tərəfindən tərtib edilmiş layihə sənədlərinin daxilində 21 saylı Qəsəbə bina 11, mənzil 12-də yaşayan Cavabdeh inşa etdirdiyi 9 kv.metr balkonun və əlavə tikilinin istismarına icazə verilməsi, həmin yaşayış sahəsinin rayonun mənzil fonduna daxil edilməsinin şəhər Mənzil İstismar Sahəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiy asına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafıq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onun istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Bel ə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yuxarıda qeyd olunmuş qanunverilcik müddəalarının mənasından görünür ki, iddiaçının İddiaçı Zərdab şəhəri 21 saylı qəsəbə bina 11, mənzil 7-də inşa etdirdiyi 113.12 kv.metr balkon tikilinin üzərində C avabdeh tərəfindən inşa olunmuş qanunsuz tikilinin sökülməsini tələb etmək hüququ mövcud olmamış birinci instansiya məhkəməsi tərəfindən isə işin bu halına lazımi hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olа n «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Cavabdehin öz mülkiyyətindən maneəsiz istifadə hüququ olduğundan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zama n Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdıraraq iddiaçının hazırki iddia tələbini irəli sürməkdə sübyektiv hüququnun olmadığını müəyyən etmişdir. İddiaçı kassasiya şikayətində iddia tələbində göstərdiklərindən fərqli əsaslar qeyd edərək mübahisəli tikilidən cavabdehin hamam və tualet kimi istifadə etməsi nəticəsində bu gün də onun tikilisinin divarlarının daima nəm içər isində olmasını, bu halın isə evdə təhlükəli vəziyyətin və anti-sanitariya şərəitinin yaranmasına səbəb olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu halları sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda iddiaçı qeyd etdiyi bu hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, iddiaçının əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkil Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2018-ci il tarixli 2(107)-883/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-5911/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5911/2018
17.09.2018 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver