Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5911/2022 12.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4592/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2022-ci il tarixdə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzilinin mülkiyyətçisi İddiaçı Sabir qızıdır. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından olan uşaqların iddiaçının yanında saxlanılması müəyyən edilmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq 06 iyul 2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, 04 mart 2019-cu il tarixdə İddiaçı ərizə ilə müraciət edərək, həmin tarixdə keçmiş əri Cavabdeh ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onu qəsdən vuraraq xəsarət yetirdiyini göstərmiş, ərizə üzrə toplanmış material əsasında Cavabdeh haqqında Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. Aparılmış istintaqla müəyyən olunmuşdur ki, 04 mart 2019-cu il tarixdə Cavabdeh İddiaçı döyərək sonuncuya qəsdən bədən xəsarət yetirməsi sübuta yetmir. Ona görə də cinayət işi üzrə icraata və Cavabdeh barəsində cinayət təqibinə xitam verilmişdir.
3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(001)- 1901/2020 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı mübahisəli mənzilə mülkiyyət hüququna dair qeydin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı ailə üz vü kimi mülkiyyətçinin razılığı ilə mübahisəli mənzildə uzun illər ərzində yaşadığından həmin mənzilə mülkiyyətçi ilə bərabər istifadə hüququ yaranmış və onun mənzilə olan hüquqlarının itirilməsi və mənzildən çıxarılmasına yalnız mülkiyyətçinin təklif etdiyi bazar qiyməti ilə kompensasiya ödənilməsi şərti ilə yol verilir.
4. Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(103)-836/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(001)-1901/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı kompensasiya veril məklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzilindən cavabdehin istifadə hüququna tərəfindən 10000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 23 avqust 2002-ci il tarixdə rəsmi nikah bağlayıb ailə qurmuşlar, sonradan isə nikahları Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-207/2017 saylı iş üzrə 10 mart 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin nikahdan olan 08 noyabr 2004-cü ii təvəllüdlü Əli Cəfəri, 05 avqust 2007-ci il təvəllüdlü Rəvan Cəfəri və 04 mart 2015-ci il təvəllüdlü X1 onun yanınd a saxlanılmış və onların 18 yaşına çatanadək hər biri üçün 136,6 manat olmaqla hər ay cəmi 409,8 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Nikahın pozulması Binəqədi rayon qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 28 iyun 2018-ci ildə 248 nömrə ilə qeyd edilmişdir. Nikahları pozulsa da, cavabdeh ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mənzildə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzilində yaşamaqda davam edir, hansı ki, onun başqa yaşayış yeri, mülkü və mənzili vardır. Lakin buna baxmayaraq cavabdeh ona məxsus mənzildə qərəzli surətdə qalaraq ona zülm etməkdə davam edir. Belə ki, cavabdeh ona dəfələrlə əl qaldırmış, mütəmadi olaraq onu incitmişdir ki, qanunsuz hərəkətlə rindən bir neçə dəfə polisə və müxtəlif dövlət orqanlarına şikayətlər vermişdir. Bir sözlə, cavabdehin bu gün də ona qarşı davam edən ləyaqətsiz, vicdansız, şərəfsiz və təhqiramiz hərəkətləri ucbatından onların bir mənzildə birgə yaşamaqları qətiyyən mümkün deyildir. Bu səbəblərdən cavabdehin ona məxsus mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmış, lakin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1901/2020 saylı iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində göstərilmişdir ki, “hazırki iş üzrə cavabdeh - Cavabdeh mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı ailə üzvü kimi mülkiyyətçinin razılığı ilə mübahisəli mənzildə uzun illər ərzində yaşadığından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən onun həmin mənzilə mülkiyyətçi ilə bərabər istifadə hüququ yaranmış və onun mənzilə olan hüquqlarının itirilməsi və mənzildən çıxarılmasına yalnız mülkiyyətçinin təklif etdiyi bazar qiyməti ilə kompensasiya ödənilməsi şərti ilə yol verilir”. Göstərilən qətnamədən narazı qaldığına görə tərəfindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-836/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1901/2020 saylı, 26 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində də eyni hüquqi mövqe təsdiq edilmişdir. Göründüyü kimi, həmin qətnamələrlə müəyyən edilmişdir ki, cavabdehin iddi açıya məxsus mənzildən istifadə hüququna yalnız onun tərəfindən kompensasiya verilməklə xitam verilə bilər (apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvəyə minmişdir). Göstərilənlərə əsasən o, cavabdehə 10000 manat kompensasiya verməklə ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi niyyətindədir. Yuxarıda qeyd etdiyi kimi, o, cavabdehlə boşandığı və aralarında barışmaz münasibətlər olduğu, o cümlədən bu günədək cavabdehin evdə mütəmadi olaraq dava-dalaş salıb onu olmazın söyüşlərlə təhqir etdiyi və incitdiyi halda birgə yaşamaqları qətiyyən mümkün deyil, bir sözlə, belə bir şəraitdə yaşamaq dəhşətli və ağlasığmazdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh iddiaya yazılı etiraz verərək göstərmişdi r ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 7 saylı evin 32 saylı mənzili onun mülkiyyətində olmuş və ərizədə göstərilmiş bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlanmışdır. İddiaçının təbirincə göstərilən mənzilə onun mülkiyyət hüququna xitam verilmişdir, lakin buna baxmayaraq o, bu günədək mənzili tərk etməmiş, həmin mənzildə qeydiyyatda qalmaqla orada yaşamaqda davam edir və bununla da mənzil üzərində onun mülkiyyət hüquqlarını pozur. İddiaçı maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1, 203.1 və 152-ci maddələrinə istinad etməklə onun göstərilən mənzil üzərində mülkiyyət hüququnun itirilməsi ilə həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarıma da xitam verilmiş olduğunu bildirmiş və bu səbəbdən onun həmin mənzildən qeyd-şərt siz çıxarılmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı hazırkı iddia tələbi əsassızdır və qeyd olunan maddi hüquq normaları bu tələbin təmini üçün əsas ola bilməz. Belə ki, ilk növbədə göstərir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 7 saylı evin 32 saylı mənzili 2000-ci ilin iyun ayında onun şəxsi vəsaiti hesabına əldə olunmuş, həmin dövrdə nişanlılıq vəziyyətində olduğu İddiaçı və ailə üzvlərinin tələbinə əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Həmin vaxtdan o, həmin mənzildə yaşamağa başlamış və hazırda da 3 övladı ilə birlikdə həmin mənzildə yaşamaqdadır. İddiaçı ilə onun nikahları qeydə alınıb evləndikləri 23 avqust 2002-ci il tarixdən isə İddiaçı həmin mənzilə köçüb orada yaşamağa başlamışdır. Göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 7 saylı evin 32 saylı mənzilinə onun istifadə hüququ 2000-ci ilin iyun ayından başlamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına görə bu mənzilə dair maddi hüquq norması kimi 2009-cu ilin 01 oktyabr ayına kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 60 və 123-cü maddələrinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 123-cü maddəsinə görə “...həmin şəxslərin (mülkiyyətçinin ailə üzvləri nəzərdə tutulur) yaşayış sahəsindən istifadə hüququ yaşayış evi mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinin müddəalarına görə “... Bu maddəmin üçüncü hissəsində göstərilən vətəndaşlar (... arvadı (ər i), uçaqları, valideynlər) icarədarm ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Hesab edir ki, İddiaçı iddia tələbi göstərilən maddi hüquq normaları ilə təkzib edilir və o, mənzilin alındığı 2000-ci ilin iyun ayından hal- hazıradək mübahisəli mənzildə ardıcıl, davamlı surətdə yaşadığı üçün İddiaçı hazırkı iddia tələbi təmin oluna bilməz. Digər tərəfdən bildirir ki, göstərdiyi kimi, hazırkı iş üzrə İddiaçı ilə birgə nikahlarından 3 övladları olmuşdur və hazırda onlar, İddiaçı, o və 3 övladı bir mənzildə yaşayırlar. İddiaçı övladlarına qarşı laqeyd münasibətləri, analıq vəzifələrini yerinə yetirməməsi və digər səbəblərdən övladlarının İddiaçı alınıb ona verilməsinə dair ar alarında məhkəmə mübahisəsi davam edir. Binəqədi Rayon Məhkəməsi tərəfindən həmin iddiası, Bakı Apellyasiya məhkəməsi tərəfindən isə şikayəti təmin olunmamışdır və o, qətnamədən kassasiya şikayəti vermişdir. Həmin iddiasını o, övladlarının qəti surətdə cavabdehin yanında deyil, onun yanında qalmaqsı, onunla birlikdə yaşamaq istəyində olmaları ilə əsaslandırmışdır. Hazırkı iş üzrə İddiaçı nikahları məhkəmə qaydasında pozulduqdan sonrakı müddət ərzində onu iki dəfə, hər dəfə 2-3 gün olmaqla mənzilə buraxmadığı halda evin yaxınlığında, avtomaşında gecələdiyi vaxtlarda oğlanlarının hər ikisi gəlib onunla birlikdə gecələmiş, ondan ayrı qalmaq istəməmişlər. Təbiidir ki, məhkəmənin hazırkı iş üzrə hansı qətnamə qəbul edəcəyini əvvəlcədən müəyyən etmək mümkün deyil. Ancaq bu göstərilən halları qey d edərək, İddiaçı hazırkı iddiasının təmin ediləcəyi halda uşaqların taleyi, İddiaçı hikkəsi səbəbindən “çat vermiş” ailə münasibətlərinin sonrakı vəziyyəti də məhkəmə tərəfindən mütləq surətdə nəzərə alınmalı və hazırkı iddia təmin edilməməlidir. Daha bir halda bu kimi xüsusatlar nəzərə alındıqda iddiaçının hazırkı iş üzrə mənə 10.000 manat məbləğində kompensasiya təklifi də əsaslı hesab oluna bilməz.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Ə.M.Rüstəmli) 2(001)4075/2021 nömrəli işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
9. Məhkəmə iddiaçının kompensasiyanın məbləğini təklif edərkən mənzilin yerləşdiyi ərazidə real bazar qiymətlərini nəzərə almadığını qeyd etmiş cavabdehə münasibətdə kompensasiyanın məbləğinin 10000 manat məbləğində təklif edilm əsini ağlabatan, reallığa uyğun, həmçinin ədalətli hesab etməmişdir. Göründüyü kimi, təklif olunan məbləğ cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində (3 il) başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli, LP143/21 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görə aparılmış hesablamalara və təhlillərə görə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzilinin hazırki bazar qiyməti 105000 manat, orta aylıq kirayə haqqı 450-500 manat təşkil edir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 228.5 və 228.2-ci maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2021 saylı iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov) 2(103)-4592/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2021 saylı işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı iddiasının təmin edilməsi, İddiaçı tərəfindən 15.000 (on beş min) manat kompensasiya verilməklə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi qət olunmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, təkli f edilən 10000 manat kompensasiyanı ağlabatan, reallığa uyğun, həmçinin ədalətli hesab etməməsi ilə bərabər, hansı məbləğin ağlabatan hesab ediləcəyi istiqamətində araşdırma aparmamış, ədalətli məhkəmə çəkişməsinə müvafiq mübahisənin həllinə şərait yaratmamış, təklif edilən məbləğin artırılması yönəmində detallı müzakirələr aparmamışdır. Tərəflər arasında mübahisənin həllinə yönəlik mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına (təzminat məbləğinin artırılmasına) uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalı, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki istinadlar ilə və təklif edilən 15000 manatın cavabdehə ödənilməsi şərti müqabilində iddia təmin edilməlidir.
14. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi kompensasiya məbləğini müəyyən edərkən cavabdehin istifadə hüququnun üç otağlı mənzilə münasibətdə müzakirə etmiş və qeyd edilən mənzildən digər tərəfin - iddiaçının da istifadə etməsini nəzərdən qaçırmışdır. Bununla belə, iddiaçının təzminat məbləğinin artırması, həm müəyyən edilmiş hallara, həm də ki, müəyyən edilmiş hallardan da artıq mütənasibliyin təminatına və cavabdehin oxşar şəraitə uyğun müəyyən müddət yaşamasına imkan verən ağlabatan məbləğ kimi məqbul hesab edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6, 8, 53 və 123-cü maddələrinə, Mülki Məcəllənin 6, 11.1, 146, 152-164 və 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərb aycan Respublikasının Qanununun 1, 2 və 7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqeyə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üzrə obyektiv araşdırma aparmamış, maddi hüquq normalarının pozuntusuna yol vermiş, tətbiq olunmalı olan maddi hüquq normalarını deyil, digər hüquq normalarını tətbiq etmişdir. 18.. Təklif olunan 15000 manat məbləğində kompensasiya ağlabatan hesab edən məhkəmə iddiaçı R.Mirzəyevanın onu bir neçə dəfə mə nzilə buraxmamasını, avtomaşında gecələməli olmasını, uşaqları Əli və Rəvanın da onunla birlikdə qalmaq istəyində olmaları kimi halları nəzərə almamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
21. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
24. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onu n hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
25. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
26. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilə r.
27. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsi
28. Maddə
6. Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri. və yataqxanalar kimi istifadə olunmaq üçündür. Yaşayış evlərində sənaye xarakterli ehtiyaclar üçün sahələr verilməsi qadağandır.
29. Maddə 8.Yaşamağa yararlı yaşayış evlərinin, dövlət və ictimai mənzil fondunun evlərində yaşamağa yararlı yaşayış sahələrinin qeyri-yaşayış evlərinə və qeyriyaşayış sahələrinə keçirilməsinə, bir qayda olaraq yol verilmir. Müstəsna hallarda yaşayış evləri və yaşayış sahələri bu Məcəllənin 7-ci maddəsində göstərilən orqanların qərarı ilə qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə keçirilə bilər. İdarə və ictimai mənzil fondunun yaşayış evləri və yaşayış sahələri qeyri-yaşayış evlərinə və qeyri-yaşay ış sahələrinə müvafiq nazirliklərin, dövlət komitələrinin, baş idarələrin və ictimai təşkilatların mərkəzi orqanlarının təklifləri ilə keçirilir.
30. Maddə 53.İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış s ahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
31. Maddə 123.Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşay ış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarı: “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün t əsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olm uş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasland ırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalı dır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
44. Kassasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsasla yoxdur.
46. Məhkəmə kollegiyası qeyd edir ki, kassasi ya şikayətində qeyd edilən dəlillər, yəni iddiaçı R.Mirzəyevanın onu bir neçə dəfə mənzilə buraxmaması, avtomaşında gecələməli olmasını, uşaqları Əli və Rəvanın da onunla birlikdə qalmaq istəyində olmaları, iddiaçınn onun mənzildən istifadə hüququnu jdavamlı olaraq pozması kimi hallar kompensasiyanın məbləğinin müəyyən olunmasına təsir edən amillər sayıla bilməz. Məhkəmənin müəyyən etdiyi kompensasiyanın məbləği cavabdehin davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.
47. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin maddi hüquq normalarının pozuntusuna yol verməsi, tətbiq olunmalı olan maddi hüquq normalarını deyil, digər hüquq normalarını tətbiq etməsi barədə dəlillər irləi sür sə də bunların nədə ifadə olunmasını konkret göstərmədiyindən məhkəmə onun bu dəlillərlə də razılaşmır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmamış, həmin normalar düzgün tətbiq edilmişdir.
48. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
49. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4 592/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.