Məhkəmə qərarları › İş №2(102)-5914/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5914/2022

19.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5914/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarma, formal (hüquqi) həqiqət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu, (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin və onun üzərindəki tikilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1397/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə 19 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 saylı qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 saylı qərarın tələbinə uyğun olaraq X4 fərdi evin tikilməsi üçün 0.04 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır.

2. X2 notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən, o, Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində yerləşən istifadəsində olan 0.04 ha torpaq sahəsindən müvafiq qanunvericiliyə uyğun olaraq təyinatı üzrə istifadə edilmə si məqsədi ilə İddiaçı istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə və gələcəkdə tikiləcək tikiliyə dair heç bir iddia və tələbi olmayacaq, adından müxtəlif orqanlarda onu təmsil etmək məqsədi ilə verdiyi baş etibarnaməni İddiaçı xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürmüş, eyni zamanda da İddiaçı həmin etibarnamə ilə yalnız ona verdiyi bu torpaq sahəsini özəlləşdirib öz adına keçirə bilər, başqa bir əmlaka iddia və tələbi olmayacaqdır. Hər hansı bir mübahisə yaranarsa şəxsən özü cavabdehlik daşıyacaqdır.

3. Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2021-ci il tarixli AZ-İİ № 238900 saylı etibarnamə əsasən, X6 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam vermə yi İddiaçı 70 il müddətinə olmaqla xx.xx.2091-ci il tarixədək etibar etmişdir.

4. Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 saylı qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 saylı qərarın tələbinə uyğun olaraq X5 fərdi evin tikilməsi üçün 0.05 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır.

5. X3 notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən, o, Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən istifadəsində olan 0.05 ha torpaq sahəsindən 0.015 ha torpaq sahəsini müvafiq qanunvericiliyə uyğun olaraq təyinatı üzrə istifadə edilməsi məqsədilə Cavabdeh2 istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə və gələcəkdə tikiləcək tikiliyə dair heç bir iddia və tələbi olmayacaq, adından müxtəlif orqanlarda onu təmsil etmək məqsədi ilə verdiyi baş etibarnaməni Cavabdeh2 xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürmüş, eyni zamanda da Cavabdeh2 həmin etibarnamə ilə yalnız ona verdiyi bu torpaq sahəsini özəlləşdirib öz adına keçirə bilər, başqa bir əmlaka iddia və tələbi olmayacaqdır. Hər hansı bir mübahisə yaranarsa şəxsən özü cavabdehlik daşıyacaqdır.

6. Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2021-ci il tarixli AZ-İİ № 417605 saylı etibarnaməyə əsasən, X7 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh2 70 il müddətinə olmaqla xx.xx.2091-ci il tarixədə k etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və ailə üzvlərinin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin və onun üzərindəki tikilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Zakir Mehdi oğlundan mübahisələndirilən torpaq sahəsini əldə etmiş və üzərində fərdi yaşayış üçün evi inşa etdirməyə başlamış, tikinti işləri ilə mütəmadi olaraq maraqlanmış, bu ərəfədə evin açarları ustalarda olmuşdur. Bu ilin avqust ayının 15də növbəti dəfə tik intiyə baş çəkmiş, tikinti işləri ilə maraqlanmış və yenə bu məqsədlə həmin ayın 25-də tikintiyə baş çəkərkən torpaq sahəsinin və tikintinin zəbt olunduğunu görmüşdür. Belə ki, yenidən baş çəkdikdə evin içində başqa şəxslərin, yəni cavabdehlərin ailə üzvləri ilə birgə yaşadığını görmüş, həmin adamlar evi pul verərək aldıqlarını bildirmişlər. Cavabdehlərə evin və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə dəfələrlə şifahi qaydada bildirsə də, hər hansı nəticə verməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, onunla cavabdehlər arasında mübahisə predmeti olan torpaq sahəsi “gözlənilən mülkiyyət hüququ” ilə ona məxsus olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir təsdiqedici sübut m övcud deyildir. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilərək konkret halda ona öz əmlakından istifadə hüququnu həyata keçirməyə maneə yaratdığından o, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, o, qanuni əsaslarla mübahisələndirilən torpaq sahəsini əldə etmiş, ona faktiki sahibliyi həyata keçirmiş, üzərində tikili inşa etdirmiş, lakin cavabdehlər və onların ailə üzvləri tərəfindən torpaq sahəsi və tikili qanunsuz olaraq zəbt edilmişdir. Belə ki, o, aldığı torpaq sahəsində inşa etdirdiyi həmin evdə Cavabdeh2 da yaşadığını görmüşdür. Halbuki, həmin ev onun tərəfindən inşa edilmiş və xərcləri də məhz onun tərəfindən qarşılanmışdır. Torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi ilə bağlı o, aidiyyəti quruma müraciət etmiş, lakin cavab verilməmişdir. Ev onun xəbəri olmadan satılmışdır. Belə ki, həmin müddətdə o, Covid-19 virusuna yoluxmuşdur. Cavabdehlər də həmin torpaq sahəsini əldə etmişlər. Bununla da onun torpaq sahəsi üzərində hüquqları pozulmuşdur.

9. Birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi və vəkili iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının çıxarılmasını tələb etdiyi torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh2 tərəfindən alınmışdır. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi Abşeron rayon Donuzkökəltmə Sovxozunun ərazisində yerləşən 0,04 ha torpaq sahəsi olduğu halda, Cavabdeh2 aldığı torpaq sahəsinin ölçüsü isə 0.05 ha təşkil edir. Tikinti işləri Səməndər adlı şəxs tərəfindən həyata keçirilmiş, cavabdehin aldığı 0.05 ha torpaq sah əsi isə X5 məxsusdur. Sonuncu da da öz növbəsində, həmin torpaq sahəsindən istifadə etməyə dair Cavabdeh2 səlahiyyət vermişdir. Cavabdeh2 Cavabdeh1 həyat yoldaşıdır. Göründüyü kimi, mübahisəli torpaq sahələrinin faktiki ölçüsü arasında da ziddiyyət vardır. İddiaçı iddia etdiyi torpaq sahəsi və evin onun adına olması barədə hər hansı hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir, yalnız başqa şəxsin adına olan çıxarış və ona verilən etibarnamə ilə kifayətlənmişdir ki, bu isə əmlaka dair ona hər hansı hüquq yaratmır.

10. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-614/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə dair sahiblik və istifadə hüququnun yaranma əsası kimi X4 verilmiş əmrdən çıxarış xx.xx.1990cı il tarixdə verildiyindən həmin dövrə şamil olunan hüquq münasibətləri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”na əsasən, 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri həmin sənədlər siyahısına aid edilmişdir.

12. Mülki iş materiallarından da göründüyü kimi, Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə xx.xx.1990-cı il tarixli 135 saylı əmrdən çıxarış da Abşeron rayon Donuzkökəltmə Sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində məhz X2 hüquqlarının yaranması üçün əsas olmuş, məhz X2 iddiaçıya verdiyi etibarnamə iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik, istifadə hüququnu tanısa da, sərəncam vermə hüququnun yaranmasına əsas olmamışdır.

13. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində yerləşən istifadəsində olan 0.04 ha torpaq sahəsinə dair iddiaçıya məxsus hər hansı bir hüquq müəyyənedici sənəd məhkəməyə təqdim olunmam ışdır. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqları rəsmi dövlət reyestrində qeydə alınmamış, baş etibarnamə əsasında iddiaçıya torpaqdan sahiblik və istifadə hüququna dair səlahiyyət vermiş X6 torpağın iddiaçı tərəfindən özəlləşdirilməsi hüququnun olmasına dair notarial qaydada təsdiq olunmuş ərizə təqdim etməsinə baxmayaraq, iddiaçı mülkiyyət hüquqlarının qeydə alınmasına dair aidiyyəti quruma müraciət etməmişdir. Eyni zamanda, X2 adına verilmiş Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə xx.xx.1990-cı il tarixli 135 saylı əmrdən çıxarışda torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, həmin sahənin harada ayrılmasına dair torpağın ayrıc aktı, torpağın layihəsini təsdiq edən sənədlər olmadığından həmin torpaq sahəsinin həqiqətən də iddiaçının göstərdiyi ünv anda olmasının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

14. Məhkəmə, bundan əlavə iddiaçının iddia tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasına dair münasibət bildirərək hesab etmişdir ki, iddia ərizəsində iddiaçı mübahisəli torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpaq sahəsinin və tikilinin ona təhvil verilməsini tələb etdiyi halda, mülki iş materiallarına onun mülkiyyət hüququnu təsdiq edən sənəd əlavə olunmamışdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olan sənəd daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən çıxarış olduğu halda, həmin çıxarış iddiaçı tərəfindən təqdim olunmamış, yerləşdiyi torpaq sahəs inin döngə nöqtələrinin koordinatlarını təsdiq edən ayrıc aktı mülki iş materiallarına əlavə olunmamışdır. Göründüyü kimi, iddiaçının sahiblik və istifadəsində olduğunu iddia etdiyi Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə dair mülkiyyət hüquqları qeydə alınmadığından həmin torpaq sahəsindən cavabdehlərin çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır. Halbuki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəy ə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq isə iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə bir hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirilməlidir. İddia tələbini irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır.

15. Məhkəmə, həmçinin iddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi torpaq sahəsi ilə bağlı qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsi Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləş ən faktiki ölçüsü 0.04 ha olan torpaq sahəsi olduğu halda, Cavabdeh2 istifadə və sahibliyinə verilmiş torpaq sahəsinin faktiki ölçüsü isə 0.05 ha təşkil edir. Göründüyü kimi, torpaq sahələrinin faktiki ölçüləri arasında ziddiyyət olduğundan, onların faktiki yerində koordinatlarını təsdiq edən ayrıc aktı təqdim olunmadığından, cavabdehlərin həqiqətən də iddiaçıya məxsus torpaq sahəsində və üzərində yerləşən tikilidə məskunlaşması sübuta yetirilmədiyindən iddia tələbləri əsassızdır və təmin edilməməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.3, 146.1, 146.2, 178.1, 180.1, Mənzil Məcəlləsinin 112.1, 113.1, 113.2, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəm əsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli Qərarı”nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, qanunla hüquqların müdafiə olunması üçün mütləq mülkiyyətçi olmaq imperativ olaraq nəzərdə tutulmamışdır. Məhkəməyə təqdim olunmuş sənəd lər üzrə iddiaçının gözlənilən mülkiyyət hüququ yaranmışdır ki, hazırda cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı hüquqlarının həyata keçirilməsindən məhrum olunmuşdur. Bundan əlavə, məhkəməyə təqdim edilmiş və icra hakimiyyətinin müvafiq möhürü ilə təsdiq olunmuş sənəddə torpaq sahəsinin koordinatları müəyyən edilərək həmin sahənin iddiaçıya məxsus olması göstərilmişdir. Belə olan halda, məhkəmənin subyektiv hüququn olmamasına istinad edərək iddianı rədd etməsi əsaslı hesab edilə bilməz. Bununla bağlı məhkəmə iclasına şifahi qaydada vəsatət verilməsinə baxmayaraq təmin edilməmişdir. Hazırda iddiaçıya məxsus, lakin cavabdehlərin zəbt etdiyi torpaq sahəsinə və tikiliyə dair cavabdehlərin də hər hansı hüquq müəyyənedici sənədi olmadığından onların həmin torpaq sahəsindən istifad əsi qanuni və əsaslı hesab edilə bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sənədlər əsasında tikinti-texniki ekspertizası keçirməli olduğu halda, bununla bağlı vəsatəti təmin etməmiş, mübahisələndirilən evin kim tərəfindən tikilməsi aydınlaşdırılmamış, məhkəmə etibarnaməni hüquq müəyyənedici sənəd olaraq qəbul etməmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1397/22 nömrəli iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova, (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyindən, həmçinin cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi təsdiq edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirmiş və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən torpaq sahəsinə birbaşa hüququ olmasa da üzərində olan əmlaka hüququ yaranır və gələcək mülkiyyət hüququ gözləntisi vardır. Eyni zamanda da iddiaçı mübahisələndirilən tikili üzərində pasport qeydiyyatına alınmış, həmin etibarnamə ilə iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik, istifadə hüququnu tanınmışdır. Apellyasiya instansiyası məhkəməsi və birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, hər iki məhkəmə iki ziddiyyətli X2 adına verilmiş Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə xx.xx.1990-cı il tarixli 135 saylı əmrdən çıxarışda və X3 adına Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə xx.xx.1990-cı il tarixli, 1346 saylı əmrdən çıxarışda torpaq sahəsi ayrılması olsa da heç birinin koordinat nöqtələri qoyulmuş ayrıc aktı məhkəməyə təhvil verilməmişdir. Məhkəmə isə ümumiyyətlə adlarına torpaq ayrılmış şəxsləri işə cəlb etməmiş, ifadələrini almamış, mübahisəli torpaq sahələrinin arxiv arayışlarını almamış və torpaq sahələrinin ümumiyyətlə yerləşmə sxemini araşdırmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliklə ona verilmiş imkanlardan istifadə edərək, ekspertiza təyin etməmiş və yalnız torpaq sahəsinin az olması ilə kifayətlənmiş, ümumiyyətlə torpaq sahəsinə baxış keçirməmiş və ölçülər aparmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri b) Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəl lə

24. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

25. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

26. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

27. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçi r. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MPM

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır v ə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

42. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

43. Həmçinin qeyd olunmalıdır ki, mülki işə baxan məhkəmənin müəyyən etdiyi həqiqət obyektiv həqiqət deyil, həmin iş üzrə tərəflərin təqdim etdikləri sübutlardan irəli gələn formal (hüquqi) həqiqətdir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi möv qeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəh bər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1397/2022 nömrəli mülki iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar