Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5922/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “borcun ödənilməsi ” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-421/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassa siya şikayəti üzrə işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Lizinq verən qismində çıxış edən "xxxx" Lizinq Şirkəti QSC ilə lizinq alan qismində çıxış edən Cavabdeh1 arasında 15.10.2014-cü il tarixdə 2623M/14/B saylı X8 müqaviləsi bağlanmış, müqaviləyə əsasən "xxxx" Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən 2005-ci il buraxılışlı **-PC-*** dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 müvəqqəti istifadəsinə vermişdir. Bununla da, Cavabdeh1 3350 ABŞ dolları avans olmaqla 19 000 ABŞ dolları məbləğində borcu (Lizinq ödənişləri cədvəli. Əlavə №1) illik 21% olmaqla, 36 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürm üşdür. 15 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən X8 müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq zamin Cavabdeh2 "xxxx" Lizinq Şirkəti QSC ilə bağlanmış zaminlik müqaviləsinə əsasən lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Cavabdeh1 tərəfindən 29.03.2016-cı il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi Direkt Kredi MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada öhdəliklərinin yerinə ye tirilməməsi nəticəsində yaranmış 29.03.2016-cı il tarixə 2013,29 ABŞ dolları əsas məbləğdən gecikmə, 1098 ABŞ dolları lizinq mükafatı, 513,62 ABŞ dolları sığorta, 19.71 ABŞ dolları servis, 89 ABŞ dolları dəbbə borcu və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2014-cü il tarixli müqavilə və həmin müqaviləyə 1 saylı Əlavədə (Lizinq ödənişləri cədvəli) göstərilmiş məbləğ cavabdehlər tərəfindən ödənilməmiş və bununla da onlar öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Bundan sonra Cavabdeh1 tərəfindən 29.03.2016-cı il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilmiş dir. Nəticədə cavabdehin X8 Müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə 29.03.2016-cı il tarixə 2013,29 ABŞ dolları əsas məbləğdən gecikmə, 1098,00 ABŞ dolları lizinq mükafatı, 513,62 ABŞ dolları sığorta, 19,71 ABŞ dolları servis, 89,00 ABŞ dolları dəbbə pulu borcu yaranmışdır. Eyni zamanda, X8 müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Cavabdehlər öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcunu ödəməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhk əməsinin (hakim Solmaz Ədilova) 18 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, Unileasing” Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2014-cli il tarixli 2623M/14/B saylı X8 Müqaviləsinə əsasən "xxxx" Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən 2005-ci il buraxılışlı **-PC-*** dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 müvəqqəti istifadəsinə vermişdir. 15.10.2014-cü il tarixli təhvil təslim aktına əsasən "2005-ci il buraxılışlı **-PC-*** dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı minik avtomobilinin təhvil təslimi aparılmış, satıcı ümumi dəyəri 19 000 ABŞ dolları olan lizinq obyektini Alıcıya təqdim etmiş, alıcı isə qeyd olunan əmlak ı, sonradan lizinqə vermək məqsədi ilə öz mülkiyyətinə qəbul etmişdir. İddiaçı cavabdehlərdən 29.03.2016-cı il tarixə 2013,29 ABŞ dolları əsas məbləğdən gecikmə, 1098 ABŞ dolları lizinq mükafatı, 513,62 ABŞ dolları sığorta, 19.71 ABŞ dolları servis, 89 ABŞ dolları dəbbə borcunun tutulmasını xahiş edir. Cavabdeh1 isə lizinq verənə avtomobili qaytardığı tarixə müqavilə üzrə borcunun qalmadığını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan maliyyə arayışından göründüyü kimi, 15 oktyabr 2014-cü il tarixli, 2623M/14/B saylı müqavilə üzrə Cavabdeh1 aldığı kredit vəsaitinə görə 29.03.2016-cı il tarixədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə cəmi 11.881,81 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Həmin müqavilədə kredit alana illik faiz dərəcəsi 21% olmaqla 36 ay müddətinə 1 9.000,00 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2020-ci il tarixli, № 23055 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ödəniş qrafikində alınmış kredit vəsaitlərinə ödənilməli olan faizin həcmi 5.576,17 ABŞ dolları məbləğində nəzərdə tutulmuşdur. Tərtib olunmuş cədvəl məlumatından göründüyü kimi, Cavabdeh1 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 11.881,49 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir ki, onun da 8.974,63 ABŞ dolları əsas borca, 2.906,86 ABŞ dolları isə faiz borcuna silinir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasə n 15 oktyabr 2014-cü il tarixli, 2623M/14/B saylı kredit müqaviləsi üzrə Cavabdeh1 29 mart 2016-cı il tarixədək banka olan borcu 10.867,50 ABŞ dolları məbləğində müəyyən olunur o cümlədən; 10.025,37 ABŞ dolları əsas borc, 842,13 ABŞ dolları faiz borcu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2019-cu il tarixli, № 14558 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İnfinity markalı, mühərrik gücü 4500 sm3 olan normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2016-cı il tarixə orta bazar qiyməti təxminən 19 000 manat müəyyən olunur. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 15 oktyabr 2014-cü il tarixli 2623M/14/B saylı X4 üzrə Cavabdeh1 müqavilə öhdəliklərini lazımınca yerinə yetirmiş, əsas borc üzrə müqavilənin tərkib hi ssəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə yerinə yetirmişdir. Belə ki, lizinq obyekti “İnfinity” markalı avtomobilin 2016-cı il tarixə orta bazar qiyməti təxminən 19 000 manat müəyyən olunur. Avtomobil iddiaçıya geri qaytarılan zaman onun dəyəri həmin vaxta 11176,47ABŞ dolları (19000÷1.70=11.176,47) həcmində olmuşdur. Həmçinin, 15 oktyabr 2014-cü il tarixli, 2623M/14/B saylı kredit müqavilə üzrə Cavabdeh1 29 mart 2016-cı il tarixədək banka olan borcu 10.867,50 ABŞ dolları məbləğində, o cümlədən, 10.025,37 ABŞ dolları əsas borc, 842,13 ABŞ dolları faiz borcu müəyyən olunur. Göründüyü kimi, Mülki Məcəllənin 750-ci maddəsinə əsasən 29.03.2016-cı il tarixdə lizinq obyektinin dəyəri cavabdehlərin borc öhdəliyini tamamilə təmin etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddi açı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.. Məhkəmə qətnaməsini Mülki Məcəllənin 442, 443.1, 448.2.747.1,748-1.5, 748-1.12.4, 7487.1, 750, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-72/2020 saylı iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmm ədov və Həsən Əhmədov) 20 may 2021-ci il tarixli 2(103)-421/2021 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-72/2020 saylı iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(103)-5281/20 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 15 oktyabr 2014-cü il tarixli, 2623M/14/B saylı “X8 müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla, 29.03.2016-cı il tarixə gecikmə və mükafat borcunun nə qədər təşkil etdiyi sualları qoyulmuşdur. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədli yyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2021-ci il tarixli 9/3616 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 15 oktyabr 2014-cü il tarixli, 2623M/14/B saylı kredit müqaviləsi üzrə Cavabdeh1 29 mart 2016-cı il tarixədək banka olan borcunun 10867,50 ABŞ dolları məbləğində müəyyən olunur o cümlədən, əsas borc üzrə 10025,37 ABŞ dolları, faiz borcu üzrə isə 842,13 ABŞ dolları təşkil edir. Rəydə olan anlaşılmazlıqları izah etmək məqsədi ilə məhkəmə iclasına dəvət edilmiş ekspert X2 verilən suallara cavab olaraq bildirmişdir ki, müqavilə ümumiyyətlə səhvdir. Belə ki, lizinq müqaviləsində faiz olmur, mükafat olur. Qrafikdən aydın görünür ki, pul kredit kimi verilib, lizinq kimi verilməyib. 19.000 dolların qarşılığında 11.881 dollar ümumi ödəniş olunub. Faizə 2.900 ABŞ dolları çıxılıb, 8.900 ABŞ dolları isə əsas borcdan silinib. O, borc məbləğini müqavilə müddətinin sonuna qədər hesablamışdır. Avtomobilin lizinq verənə qaytarıldığı tarixə olan borc isə cəmi 842,13 ABŞ dolları təşkil edir. Lizinq müqaviləsi üzrə ödənişlərdən 8974,63 ABŞ dolları əsas borca, 2906,86 ABŞ dolları isə faiz borcuna silinmişdir. Faiz borcu üzrə silinmiş məbləğ həmin dövr üçün hesablanmış faiz məbləğindən artıqdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 15 oktyabr 2014-cü il tarixli X6 müqaviləsinin 13.5-ci bəndinə əsasən müəyyən edilmişdir ki, «Bu fəslin 13.1 və 13.2-ci maddələri ilə və Lizinq alanın təşəbbüsü ilə lizinq obyekti geri qaytarıldıqda, Lizinq alan lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla, Lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Əgər lizinq obyektinin qaytarılan zaman real dəyəri Lizinq alanın müqavilə üzrə Lizinq verənə lizinq obyektinin dəyəri üzrə borc məbləğinin qalığından azdırsa, Lizinq alan fərq məbləğini Lizinq verənə ödəməlidir. Müqavilənin 13.6-cı maddəsinə əsasən qaytarılmış lizinq obyektinin vəziyyətinin uyğunluğunun qiymətləndirilməsi məqsədi ilə Tərəflərin mülahizəsi, razılığı və iştirakı ilə lizinq obyektinin bazar dəyərini müəyyənləşdirən müstəqil qiymətləndirici cəlb olunur. Məh kəmə kollegiyası işin hallarını nəzərə alaraq müəyyən etmişdir ki, Cavabdeh1 15 oktyabr 2014-cü il tarixli, 2623M/14/B saylı müqavilə üzrə 29 mart 2016-cı il tarixə cəmi borcu 10.867,50 ABŞ dolları, ödəniş qrafiki üzrə həmin tarixə ödənilməli olan borcu isə 842,13 ABŞ dolları təşkil etmişdir. O, həmin tarixdə **-PC-*** dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı lizinq predmeti olan minik avtomobilini iddiaçıya təhvil verməklə, 15 oktyabr 2014-cü il tarixli, 2623M/14/B saylı müqavilə üzrə öhdəliyini icra etmiş və müqaviləyə vaxtından əvvəl xitam verilmişdir. Həmçinin, lizinq obyekti olan avtomobil qiymətləndirilmiş və onun bazar dəyərinin 19.000 manat (11176,47 ABŞ dolları) təşkil etdiyi və həmin məbləğin cavabdehin müqavilə üzrə Lizinq verənə olan borcunu (müqavilə müddətinin sonuna olan 10867,50 ABŞ dolları) tamamilə əhatə etdiyi müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından, həmçinin qanunvericiliyin yuxarıda sadalanan normalarından və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərindən çıxış edərək məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, lizinq obyekti olan avtomobil cavabdeh tərəfindən iddiaçıya qaytarılmaqla tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyindən və avtomobil qaytarılan zaman onun bazar qiyməti cavabdehin müqavilə üzrə mövcud olmuş borcundan artıq olduğundan, iddiaçının yenidən həmin müqavilənin şərtlərinə istinad etməklə cavabdehdən borc tələb etməsi əsassız olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin apellyasiya şikayətində göstərdi yi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olmuşdur, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)421/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı lizinq obyektinə vurulmuş ziyan tələbi yox, lizinq obyekti qaytarılan günədək yaranmış borc tələb etdiyindən avtomobilin qiymətlən dirilməsinə heç bir ehtiyac olmamışdır. Ekspert rəyi ilə də cavabdehin icra edilməmiş öhdəliyinin olması müəyyən edilmişdir. Cavabdeh 14579,54 ABŞ dolları ödəməli olduğu halda, 11.881,81 ABŞ dolları ödəniş etmişdir. Müqavilənin 13.3-cü bəndinə əsasən lizinq obyektinin qaytarılması cavabdehin lizinq verən qarşısında borcunun olmaması anlamına gəlmir. Ekspert rəyi üzrə 29 mart 2016-cı il tarixədək borcun 10867,50 ABŞ dolları məbləğində müəyyən olunduğu, məhkəmənin ekspert rəyinə istinad edərək faiz borcu üzrə 842,13 ABŞ dollarını işin hallarına uyğun saysa da, iddianı qismən təmin etməmişdir. Həmçinin ekspert rəyində dəbbə və sığorta məbləğinə silinmələr nəzərə alınmamışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Mə hkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili X3 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-421/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil2 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən ha qla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Maddə 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Maddə
750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dai r dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin faktiki hallarını araşdıran məhkəmələr əsaslı olaraq belə nəticəyə gəlmişlər ki, lizinq obyekti olan avtomobil cavabdeh tərəf indən iddiaçıya qaytarılmaqla tərəflər arasındakı müqavilə münasibətlərinə 29.03.2016-cı ildən xitam verildiyindən və avtomobil qaytarılan zaman onun bazar qiyməti cavabdehin müqavilə üzrə mövcud olmuş borcundan artıq olduğundan, iddiaçının yenidən həmin müqavilənin şərtlərinə istinad etməklə cavabdehdən borc tələb etməsi əsassız olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 748-11.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Lakin iş materiallarında iddiaçının lizinq ödənişinə aid etdiyi sığorta məbləği, həmçinin servis xərci üzrə hər hansı sənəd aşkar edilməmişdir. Lizinq hüquq institutunun mahiyyəti ondan ibarətdir ki, lizinq verən özünd ə olan və yaxud lizinq vermək üçün üçüncü şəxsdən dəyərini öz vəsaiti hesabına ödəməklə əldə etdiyi əşyanı müəyyən edilmiş lizinq mükafatı müqabilində lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməklə, sonuncunun sahibkarlıq fəaliyyətini maliyyələşdirmiş olur. Tərəflər arasında bağlanmış 15 oktyabr 2014-cü il tarixli X6 müqaviləsinin 13.5-ci bəndinə əsasən müqavilənin 13.1 və 13.2-ci maddələri ilə və Lizinq alanın təşəbbüsü ilə lizinq obyekti geri qaytarıldıqda, Lizinq alan lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla, Lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Əgər lizinq obyektinin qaytarılan zaman real dəyəri Lizinq alanın müqavilə üzrə Lizinq verənə lizinq obyektinin dəyəri üzrə borc məbləğinin qalığından azdırsa, Lizinq alan fərq məbləğini Lizinq verə nə ödəməlidir. Məhkəmə kollegiyası düzgün olaraq hesab etmişdir ki, tərəflər arasında müqavilə şərtlərinə əsasən qaytarılan zaman lizinq obyektinin dəyəri borc məbləğinin qalığından çox olduğuna görə lizinq alan lizinq verənə hər hansı ödəniş etməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Lizinq Şirkəti QSC–nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-421/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.