Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5927/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisinə və Cavabdeh2 qarşı QƏRARİ Açar sözlər: vərəsəlik, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, miras əmlakda payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisinə və Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payın müəyyən edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)-4573/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 4 saylı Bakı Asan Xidmət X7 AZ-İ seriyalı, 945357 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətinə əsasən X9 xx.xx.2018-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən ölmüşdür.
2. X4 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Kontorunda tərtib edilmiş xx.xx.2018ci il tarixli mirasın qəbulu ərizəsinin surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X,Xaməmmədov küçəsi, ev 3 B, mənzil 27 yaşamış və xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X5 qalmış mirası əmlakı qəbul etdiyini qeyd etmişdir.
3. İddiaçı 4 saylı Asan Xid mət Mərkəzinin Notariat Kontorunda tərtib edilmiş xx.xx.2018-ci il tarixli mirasın qəbulu ərizəsinin surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X,Xaməmmədov küçəsi, ev 3 B, mənzil 27 yaşamış və xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X5 qalmış mirası əmlakı qəbul etdiyini qeyd etmişdir.
4. Cavabdeh2 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Kontorunda tərtib edilmiş xx.xx.2018-ci il tarixli mirasın qəbulu ərizəsinin surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X,Xaməmmədov küçəsi, ev 3 B, mənzil 27 xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X5 qalmış mirası əmlakı qəbul etdiyini qeyd etmişdir. 5. 31.08.2012-ci il tarixli vəsiyyətnaməyə əsasən, X17 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı vəsiyyət etmişdir. 6. 4 saylı Bakı Cavab deh1ndə Notariat Ofisinin 05 yanvar 2021-ci il tarixli, 05 saylı məktubuna əsasən Vəkil xanım Vəkil2 müraciətinə cavab olaraq bildirilmişdir ki, İddiaçı atası X6 vəfatı ilə əlaqədar müraciət edən digər vərəsələrin mirasdan məcburi payın həcminin, qanun üzrə göstərilən vərəsələrin dairəsinə uyğun hesablanmaqla müəyyən olunması xahiş edilmişdir. Müvafiq vərəsəlik işinin hallarını nəzərə alaraq və mirasın qəbul olunmasına dair müraciətlərə uyğun olaraq miras bütövlükdə bölüşdürülməlidir.
7. X2 Roza Tumasovna ilə 22 iyul 1966- cı il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından Cavabdeh2ovna 21 avqust 1955-ci il tarixdə və X12 xx.xx.1957-ci il tarixdə Stepanakertdə, X22 xx.xx.1959-cu il tarixdə, X23 24 may 1961-ci il tarixdə, X15 xx.xx.1963-cü il tarixdə, İddiaçı xx xxxx 1967-ci il tarixd ə doğulmuşdur.
8. X24 xx.xx.2016-cı il tarixdə ölmüşdür. 9. 16.02.2021-ci il tarixli qanunu üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, ünvan 2 ünvanında yerləşən mənzilin 1/6 hissəsinə X18 qanunu üzrə vərəsə kimi tanınaraq vərəsəlik şəhadətnaməsi verilmişdir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3121/2019 nömrəli, xx.xx.2019- cu il tarixli qətnaməsi ilə İddiaçı 4 saylı Bakı Cavabdeh1 kontoruna, X12 və Cavabdeh2 qarşı hərəkətlərin qanunsuz hesab olunması barədə iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisi və Cavabdeh2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4 saylı Bakı Cavabdeh1 Notariat Kontoru tərəfindən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilin 1/6 hissəsinə verilmiş 16 fevral 2021-ci il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv olunması və Cavabdeh2 miras əmlakından məcburi payının miras əmlakının 1/14 hissəsi kimi müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı atası X9 vəfatı ilə əlaqədar vəsiyyətnamə ilə 4 saylı Bakı Cavabdeh1 notariat kontoruna müraciət etmiş və bununla bağlı müvafiq vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işində X9 digər övladları olan Cavabdeh2 və Abbasova Züleyxa da mirasın qəbulu barədə ərizə ilə müraciət etmiş və miras əmlakından onlara çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlə r. Bununla bağlı iddiaçı tərəfindən 4 saylı Bakı Cavabdeh1 notariat kontoruna müraciət olunaraq onların hər ikisinin mirasa olan paylarının Mülki Məcəllənin 1193 və 1196-cı maddəsinə əsasən müəyyənolunması xahiş olunmuş və miras almağa çağırıla biləcək qanun üzrə vərəsələr barədə müvafiq sənədlər əlavə olunmaqla məlumat verilmişdir. Lakin, cavabdeh notarius tərəfindən bu nəzərə alınmayaraq müvafiq şəhadətnamə ilə Cavabdeh2 mirasdan məcburi payı miras əmlakmm 1/6 (altıda bir) hissəsi kimi müəyyən olunmuşdur. Belə məlum olmuşdur ki, cavabdeh bu cür payı hesablayarkən miras almağa çağrıla biləcək qanun üzrə vərəsələrin sayını nəzərə almamış, sadəcə miras üçün notariusa ərizə ilə müraciət edən vərəsələrin sayını nəzərə almaqla məcburi pay bölgüsü aparmışdır. Hesab edirik ki, cavabdeh notarius bu şəkildə şəhadətnamə verməklə qanunvericiliyin tələbini kobud şəkildə pozmuşdur. Qanunvericiliyin sadalanan tələblərindən görünür ki, notarius mirasdan məcburi pay haqqı olan Cavabdeh2 bu payı hesablayarkən miras almağa çağırıla biləcək 7 (yeddi) vərəsənin hamısını nəzərə almalı olduğu halda bunu etməmiş və qanunvericiliyin sadalanan tələblərinə əsasən Cavabdeh2 mirasdan məcburi pay kimi 1/14 hissə müəyyən edilməli olduğu halda 1/6 hissə paya dair şəhadətnamə vermişdir. Nəticə etibarı ilə də onun qanunla qorunan hüquqları kobud şəkildə pozulmuşdur.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil1 iddia tələbini qəbul e tməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı şəhər Sabunçu rayon məhkəməsinin (X3) 2(008)-740/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, X17 ilə X16 birgə nikahlarında 7 övladları olmuşdur. X17 ölümündən əvvəl öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinibütövlükdə vəziyyətnamə əsasında övladı İddiaçı vəsiyyət etmiş, İddiaçı isə öz növbəsində miras əmlakının qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etmişdir. Bundan savayı miras qoyanın digər övladları olan X12 və Cavabdeh2 da miras əmlakının açıldığı yer üzrə notariat ofisinə müraciət edərək mərhum atalarından qalmış miras əmlaka məcburi pay hüquqlarını tələb etmiş, cavabdeh 4 asylı Bakı Asan xidmət mərkəzinin n otariat konotru isə miras əmlakını qəbul etməkdə maraqlı olan vərsələrin müraciətlərini nəzərə alaraq ünvan 1 ünvanında yerləşən mənzilin 1/6 hissəsinə dair X20 qanuni üzrə vərəsəlik şəhdətnaməsi vermişdir. Hal-hazırda iddiaçı qeyd edilən şəhadətnamə ilə cavabdeh X14 mənzil üzrə verilən payın həcmini mübahisləndirərək qeyd edir ki, notariat kontoru yalnışlığla yalnız ona müraciət edən vərəsələrinin payının yarısına münasibətdə Cavabdeh2 pay hüququnun müəyyən edilmiş, miras qoyanının digər övladlarını nəzərə almamışdır.
17. Məhkəmə iddiaçının irəli sürdüyü halları əsassız hesab edərək qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, miras qoyan vəfat etdiyi zaman onun birinci növbədən 7 vərəsəsi olmuşdur. Yalnız bu 7 verəsədən 3 vərəsə miras əmlakını almağda maraqlı olmuş, qanunv ericiliyin tələblərinə uyğun olaraq öz maraqlarına doğru aktiv addımlar ataraq notariat kontoruna ərizə ilə müraciət etmişlər. Digər vərəsələr isə miras əmlakına dair hər hansı aktiv hərəkətlər etməmiş, o cümlədən əmlakı faktiki olaraq qəbul etməmişlər. Belə olan halda notariat orqan haqlı olaraq qanunla müəyyən edilmiş müddəti gözlədikdən sonra yalnız ona müraciət edən vərəsələrin dairəsini nəzərə alaraq miras əmlakına münasibətdə cavabdeh X11 haqlı olaraq 1/6 hissədə pay hüququna dair vərəsəlik şəhadətnaməsi vermişdir.
18. Qeyd dilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisi və Cavabdeh2 qarşı 4 saylı Bakı Cavabdeh1 Notariat Kontoru tərəfindən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilin 1/6 hissəsinə verilmiş 16 fevral 2021-ci il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv olunması və Cavabdeh2 miras əmlakından məcburi payının miras əmlakının 1/14 hissəsi kimi müəyyən olunması barədə iddia tələbi təmin edilə bilməz.
19. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1146, 1151.1, 1193, 1243.1, 1243.2, 1243.3, 1246, 1322, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı şəhər Sabunçu rayon məhkəməsinin (X3) 2(008)-740/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı r ki, qanunvericilik X9 7 uşağına məcburi pay hüququ tanımış və bu payı qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı kimi müəyyən etmişdir. Həmçinin, bu 7 vərəsənin hər birinin məcburi payının müəyyənləşdirildiyi zaman əgər vəsiyyətnamə olmasaydı, qanun üzrə vərəsəlik zamanı miras almağa çağırıla biləcək vərəsələrin hamısının sayının nəzərə alınmalı olduğunu göstərmişdir. İddiaçı verilmiş olan vəsiyyətnamə olmasaydı, bu 7 vərəsənin miras almağa çağırıla biləcək vərəsələr olduğu hazırkı işin mübahisəsiz halıdır. Qanunvericiliyin bu 7 vərəsənin yalnız notariat orqanına ərizə ilə müraciətlə və ya miras əmlakını faktiki olaraq qəbul edənlərinin miras əmlakından məcburi payını nəzərdə tutmadığı və 7 vərəsənin hamısının məcburi pay almaq hüququnun olduğunu aydın nəzərdə tutduğu halda m əhkəmə əsassız olaraq bu cür mübahisəli qənaətə gəlmişdir. Qanunvericilik məhkəmənin qeyd etdiyi 4 vərəsənin (miras əmlakını müəyyən edilmiş müddətlər daxilində qəbul etməyən və ya ondan imtina etməyən vərəsələr) hazırkı vəziyyətini susma kimi qiymətləndirərək, bu halda Mülki Məcəllənin 1262 və 1263-cü maddələrinin tətbiq olunmalı olduğunu cox aydın və anlaşılan bir şəkildə ifadə etmişdir. MM-nin 1262-ci maddəsinin tələbinə əsasən də hazırkı işin mübahisəsiz halları üzrə bu 4 vərəsənin payı bütün əmlakın vəsiyyət üzrə vərəsəsi olan iddiaçının payına əlavə olunmalıdır. Lakin, məhkəmənin mübahisəli qənaətindən də məlum olduğu kimi, hazırda susan bu 4 vərəsənin payları qanunun göstərilən tələbinə zidd olaraq ərizə ilə müraciət edən vərəsələrin paylarına əlavə olunmuşdur. Qanunvericilik yalnız notariusa ərizə ilə müraciət edən vərəsələrlə kifayətlənməyərək bütün vərəsələrin məlumatlandırılması, eyni zamanda hazırkı işdəki kimi vəsiyyətnamə olduğu halda məcburi pay hüququ olan şəxslərin dairəsinin yoxlanılmasını da notariuslardan tələb etmişdir. Belə olan halda məhkəmə cavabdeh notariusun yalnız ona müraciət edən 3 vərəsə ilə kifayətlənməsini əsaslı hesab etməkdə haqlı olmamış və digər hallarla bərabər, bu hissədə də iddiaçının məhkəmə müdafiəsi hüququnu kobud şəkildə pozmuşdur. Məhkəmə bununla yanaşı, iddiaçının cavabdeh notariusun işini asanlaşdıraraq mirasa çağırıla biləcək qanun üzrə vərəsələr barədə lazımi sənədlər əlavə olunmaqla cavabdeh notariusu məlumatlandırmasına, qanunvericiliyin sadalanan tələblərinə əsasən məcburi payı müəyyən etməsi barədə xahişinə və cavabdeh not ariusun bundan qanunvericilyin yanlış müddəasına əsaslanaraq imtina verməsinə də düzgün qiymət verməmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X21) 2(103)-4573/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-740/2022 saylı qətnaməsi ləğv edilmiş, İş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisi və Cavabdeh2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnam ənin ləğv edilməsi və payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilmiş, 4 saylı Bakı Cavabdeh1 Notariat Kontoru tərəfindən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilin 1/6 hissəsinə verilmiş 16 fevral 2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi ləğv edilmiş və Cavabdeh2 miras əmlakdan məcburi payı miras əmlakın 1/14 hissəsi kimi müəyyən olunması qət edilmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə işin hallarına uyğun deyil və bu baxımdan həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
25. Kollegiya bildirmişdir ki, hazırkı işdə miras qoyanın 7 uşağının məcburi pay hüququ vardır, məcburi pay müəyyənləşdirilən zaman is ə əgər vəsiyyətnamə olmasaydı, qanun üzrə vərəsəlik zamanı miras almağa çağrıla biləcək vərəsələrin hamısının sayı nəzərə alınmalı idi.
26. Kollegiya daha sonra qeyd etmişdir ki, iş üzrə 4 vərəsə miras əmlakını müəyyən edilmiş müddətlər daxilində qəbul etməmiş və ya ondan imtina etməmiş, bir sözlə miras əmlakla bağlı aktiv hərəkət etməmişlər. Bu halda Mülki Məcəllənin 1262-ci maddəsi tətbiq olunmalıdır. Həmin maddənin dispozisiya şərtləri əsasında hazırkı işin hallarını qiymətləndirdikdə isə bu nəticəyə gəlmək olur ki, mirası qəbul etməmiş 4 vərəsənin payı bütün əmlakın vəsiyyət üzrə vərəsəsi olan iddiaçının payına əlavə olunmalıdır.
27. Kollegiya həmçinin qeyd edir ki, Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini nizama salan normalarında məcburi pay almaq hüququ olan vərəsənin onu qə bul etməkdən imtina etməsinin, digər vərəsələrin məcburi payının artmasına səbəb olmadığı, bu halda imtina edilmiş payın vəsiyyət üzrə vərəsələrə keçməsi müəyyən edilmişdir.
28. Kollegiya bildirmişdir ki, məcburi pay hüququ olan şəxslərin dairəsinin yoxlanılması notariuslara həvalə olunmuşdur. Yəni, qanunvericilik yalnız notariusa ərizə ilə müraciətedən vərəsələrlə kifayətlənməyərək bütün vərəsələrin məlumatlandırılması, eyni zamanda hazırkı işdəki kimi vəsiyyətnamə olduğu halda məcburi pay hüququ olan şəxslərin dairəsinin yoxlanılmasını da notariuslardan tələb etmişdir. Belə olan halda məhkəmə cavabdeh notariusun yalnız ona müraciət edən 3 vərəsə ilə kifayətlənməsini əsaslı hesab etməkdə haqlı olmamışdır. Bununla yanaşı iddiaçı çağırıla biləcək qanun üzrə vərəsələr barədə notariusu məluma tlandırmış, lakin notarius ərizəni təmin etməkdən əsassız olaraq imtina etmişdir..Beləliklə, müəyyən edilir ki, iş üzrə cavabdeh olan 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Kontoru tərəfindən hazırkı iş üzrə digər cavabdeh vərəslik Cavabdeh2 miras əmlakdan məcburi payını müəyyən edərkən səhvə yol vermiş, onun miras əmlakdakı məcburi payı həmin əmlakın 1/14 hissəsini təşkil etdiyi halda, notariat orqanı onun payının 1/6 hissə olduğu qənaətinə gəlmişdir..Lakin birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, işin hallarını düzgün müəyyən etsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir
29. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmiş və belə qənaətə gəlmişdir ki, 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Kontoru tərəfindən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilin 1/6 hissəsinə verilmiş 16 fevral 2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi ləğv edilməli, Cavabdeh2 miras əmlakdan məcburi payı miras əmlakın 1/14 hissəsi kimi müəyyən olunmalıdır.
30. Kollegiya öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 1193, 1262, 1263-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4573/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3
2. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Lakin bu zaman vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Lakin məhkəmə qanunvericiliyin bu tələbinə əməl etməmiş və vəsiyyət üzrə vərəsə olan iddiaçını da nəzərə almaqla mirasda onun məcburi payını 1/14 kimi müəyyən etmişdir. Bunun da nəticəsində həm qanunvericiliyin tələbləri həm də onun hüquqları kobud şəkildə pozulmuşdur. Halbuki qanunvericiliyin qeyd edilən tələbi nəzərə alınmaqla onun miras əmlakdakı məcburi payın 1/12 olmalıdır.
33. Kassator daha sonra bildirmişdir ki, məhkəmə qətnamədə vərəsəlik işi üzrə üçüncü vərəsə olan X12 barədə qeyd etsə də həmin şə xs məhkəmə prossesinə cəlb edilməmişdir. Halbuki hazırkı məhkəmə prossesinin predmeti olan miras əmlakda onun da payı vardır və hazırkı iddia tələbi bilivasitə onun da hüquqlarına təsir edir. Lakin buna baxmayaraq iddiaçı həmin şəxsin məhkəmə prossesinə cəlb edilməsi ilə bağlı təşəbbüs irəli sürməmişdir. Həmçinin bilavasitə hüquqlarına toxunmasına baxmayaraq məhkəmə də X8 öz təşəbbüsü ilə məhkəmə prossesinə cəlb etməmişdir. Halbuki iddiaçının tələbi bilavasitə X4 da payının azalmasına səbəb olduğu üçün onun hüquq və maraqlarına toxunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onl ara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
35. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
36. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. H ər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kas sasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlil lər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şə rh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4573/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.