Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5929/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı QƏRARİ Açar sözlər: Qiyabi qətnamədən apellyasiya şikayəti verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6789/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2022-ci il tari xdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 0490 nömrəli müqaviləyə əsasən cavabdeh (İcraçı) Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin “D” blokunun 11-ci mərtəbəsində yerləşən sahəsi 98,5 kv metr olan, 3 otaqlı, D.11.6 nömrəli mənzili hər kv metrinin qiyməti 900 manat olmaqla cəmi 88650 manat müqabilində tam təmirli şəkildə iddiaçıya (Sifarişçiyə) təhvil verməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin: 2.2.1-ci maddəsinə əsasən, İcraçı, çoxmərtəbəli yaşayış kompleksini müqavilə bağlandığı andan etibarən 17 ay müddətinə təhvil verməyi öhdəsinə götürmüşdür. 1.4 və 3.2-ci bəndlərinə müvafiq olaraq müqavilə qiymətinin 50000 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına, qalan 38650 manat hissəsi isə 12 ay müddətində, hər ay 3221 manat olmaqla, 20 dekabr 2019-cu il tarixədək ödənilməlidir. 5.2-ci maddəsinə əsasən, mənzil qrafik üzrə ödənişlər başa çatdıqdan sonra 1 ay müddətində təhvil verilməlidir.
3. Cavabdeh MMC tərəfindən verilmiş MA-0486 nömrəli, xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətinə əsasən Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış 0490 nömrəli, xx.xx.2018-ci il tarixli “Daxili kredit” müqaviləsinin predmeti sayılan Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilməkdə olan D bloku, D.11.6 nömrəli mənzil üçün mövcud 88650 manat borc xx.xx.2019-cu il tarixdə tam ödənilmişdir. xx.xx.2019-cu il tarixdən müştərinin heç bir borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci ins tansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, vurulmuş ziyana görə və pul” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98,5 kv metrdən ibarət D.11.6 saylı mənzilin Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixli, 0490 saylı müqavilənin şərtinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaq dan ibarət, ümumi sahəsi 98,5 kv metrdən ibarət D.11.6 saylı mənzil təhvil verilənədək kirayə haqqı olaraq hər ay 600 manat məbləğində pul, dəymiş mənəvi ziyanın əvəzi olaraq 600 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 120 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhər Nizami rayon məhkəməsinin (X1) 2(007)-359/2022 saylı xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2018-ci il tarixli, 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98,5 kv metrdən ibarət D.11.6 saylı mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi, xx. xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixli, 0490 saylı müqavilənin şərtinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil təhvil verilənədək kirayə haqqı olaraq hər ay 600 manat məbləğində pul, dəymiş mənəvi ziyanın əvəzi olaraq 600 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 120 manat ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 389.1, 390.1, 399.1, 423.2, 424.5, 427.4, 425.1, 425.2, 442, 443.1, 567 və 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh MMC tərəfindən elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X4 İmanovun sədrliyi ilə, X5 və X2) 2(103)-6789/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Vesta Construction” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir.
9. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qiyabi qətnaməsi xx.xx.2022-ci il tarixdə göndərilmiş və Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Göründüyü kimi, Cavabdeh MMC Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qiyabi qətnaməsindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verərkən qanunla nəzərdə tutulmuş müddəti ötürmüş və müddətin bərpasına dair ərizə də verməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilməsinə baxmayaraq birinci instansiya məhkə məsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun olaraq qaytarmalı olduğu halda apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
11. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 360, 363.1.3 və 366-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6789/2022 saylı xx.xx.2022ci il tarixli qərardadından Cavabdeh MMC (Vəkil1) kassasiya şikayəti verərək qərardadının ləğv edilməsi və apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırılm ışdır ki, Mülki Prosessual Məcəllənin 253.3-cü maddəsinə əsasən qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. İndiki halda Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(007)-359/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və mübahisəyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün məhkəməyə ərizə verilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-359/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-nin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-359/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsinin təmin edilməmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5649/2022 sayl ı, 10 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardad ona 15 avqust 2022-ci il tarixində təqdim edilmişdir. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti 15 avqust 2022-ci il tarixində bitmiş və 09 sentyabr 2022-ci il tarixində o apellyasiya şikayəti vermişdir. Göründüyü kimi apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməmişdir. Məhkəmə apellyasiya şikayətini qaytararkən qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddətini nəzərə almamış, ona görə də səhv nəticəyə gəlmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə
244. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnamə ni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.
15. Maddə
248. Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır.
16. Maddə 253.1. Qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan apellyasiya qaydasında şikayət verə bilməz.
17. Maddə 253.2. və 253.2.2. Cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə qiyabi qətnamədən apellyasiya qaydasında şikayət verilə bilər.
18. Maddə 253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər.
19. Maddə 360.1 Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363. və 363.1.3. Apell yasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
20. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
23. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti şikayətinin qeyri-mümkün hesab olunması barədə qərardadı prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır, ona görə də həmin qərardad ləğv edilməklə iş apellyasiya baxışına göndərilməlidir.
27. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh MMC tərəfində n verilmiş apellyasiya şikayətinə baxılmasını qeyri-mümkünlüyü qənaətinə apellyasiya məhkəməsi qeyd etmişdir ki, qətnamənin surəti işdə iştirak edən şəxslərə xx.xx.2022-ci il tarixdə göndərilmiş və Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Həmin tarixdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddətin axıiı başlamışdır. Cavabdeh MMC bu müddəti ötürməklə 13 aprel 2022-ci il tarixli qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir.
28. İşdən görünür ki, İddiaçı iddiası üzrə mülki işə qiyvabi icraat qaydasında baxılmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qiyabi qətnaməsi qəbul edilmişdir. Həmin qiaybi qətnamənin ləğv edilməsi barədə Cavabdeh MMC t ərəfindən ərizə verilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-nin ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Sonuncu qərardad cavabdehə 15 avqust 2022-ci il tarixdə təqdim edilmişdir.
29. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qiyabi qətnaməsindən apellyasiya şikayəti vermək hüququ həmin vaxtdan, yəni Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərardadı çıxarılan vaxtdan əmələ gəlmişdir. Cavabdeh də qiyabi qətnamədən 09 sentyabr 2022-ci il tarixdə, qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmədən apelly asiya şikayəti vermişdir. Məhkəmə apellyasiya şikayətini qaytararkən qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddətini nəzərə almadığındın səhv nəticəyə gəlmışdır.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6789/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin, iş apellyasiya instansiyası məhkəməsinə qaytarı