Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5940/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinə, X2 Cavabdeh1 və Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, mirasın qəbul edilməsi) Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı vəkili X7, üçüncü şəxs X2 vəkili Vəkil3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5797/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı və üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X6 14.08.2014-cü il tarixdə vəfat etmiş və ondan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 40 kv.m., ümumi sahəsi 55 kv.m. olan 3 otaqlı 16 saylı mənzil miras qalmışdır.
2. X6 vəfat edəndə onun sağ qalmış üç vərəsəsi - 13 avqust 1981-ci il təvəllüdlü X5, xx xxxxxx 1982-ci il təvəllüdlü İddiaçı və xx xxxx 1994-cü il təvəllüdlü Cavabdeh1 olmuşdur.
3. X1 miras qalmış əmlaka dair Bakı şəhəri 13 saylı Notariat Kontoru tərəfindən 21 fevral 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən, X3 vərəsəsi Cavabdeh1dır və şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 40 kv.m., ümumi sahəsi 55 k v.m. olan 3 otaqlı 16 saylı mənzildən ibarətdir.
4. Qeyd olunan şəhadətnamə əsasında ünvan 2 ünvanında yerləşən 16 saylı mənzilin üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı, ******* №-li çıxarıla rəsmiləşdirilmişdir.
5. Cavabdeh1 notariat qaydasında təsdiq olunmuş 01 may 2019-cu il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, ünvan 2, mənzil 16 ünvanda yerləşən mənzili X4 84.800 manata satmışdır. Mənzil satılarkən X5 və İddiaçı notariat qaydada təsdiqlənmiş razılıq ərizələri vermişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verilmiş 21.02.2015-ci il tarixli, 2V-43 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, İddiaçı 14.08.2014-cü il tarixdə vəfat etmiş atası X3 vərəsəsi kimi tanımaqla miras əmlaka iddiaçının 1/3 payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 özündən başqa 2 qardaşının vərəsə olmasını gizlətmiş, qanunsuz yolla 70 saylı MKİS-dən yalnız özünün yaşaması barədə arayış almış, daha sonra Notariat Kontorunun notariusu ilə əlbir olaraq digər vərəsələrin çağırılmamasına nail olmuş, tək vərəsə kimi bütün miras əmlakı qəbul etmiş və daha sonra isə özgəninkiləşdirmişdir.
8. X5 də müstəqil tələb irəli sürən üçüncü şəxs kimi cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verilmiş 21.02.2015-ci il tarixli, 2V-43 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, iddiaçı X2 14.08.2014-cü il tarixdə vəfat etmiş atası X3 vərəsəsi kimi tanımaqla miras əmlaka mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin 1/3 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası öləndən sonra bacısı Viktoriya (cavabdeh) vərəsəlik işləri ilə məşğul olacağını qardaşlarına bildirmişdir. Qardaşlar bu işin cavabdeh tərəfindən aparılmasına etiraz etməmişdir. Lakin bu yaxınlarda həm iddiaçıya, həm üçüncü şəxsə məlum olmuşdur ki, Viktoriya özünü tək vərəsə kimi qələmə verərək şəhadətnaməni öz adına almış, daha sonra isə həmin mənzili sat mışdır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1194/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbləri təmin edilməmişdir.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs miras əmlakı qəbul etmək üçün müddətin ötürülməsinin üzrlü səbəbləri kimi vərəsəlik hüququnun rəsmiləşdirilməsi zamanı gedən proseslərdən xəbərlərinin olmamasını göstərmişlər. Ümumiyyətlə nə İddiaçı, nə də onun qardaşı A.Rusanov ataları X6 2014-cü ildə vəfat edəndən sonra miras əmlakı nə faktiki (işə baxılarkən bununla bağlı heç bir sübut təqdim olunmamışdır), nə də qanunla müəyyən olunmuş qaydada və müddətdə notariat kontoruna müraciət etməklə qəbul etməmişlər və miras əmlak ı qəbul etmək üçün müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa olunması üçün müvafiq tələblə məhkəməyə müraciət etməmişlər. Həmin mənzil 2019-cu ildə bacıları (iş üzrə cavabdeh olan Cavabdeh1) tərəfindən satılanda notariat kontoruna mənzilin özgəninkiləşdirilməsinə razı olmaları ilə bağlı ərizələrini təqdim etmişlər. Bu faktın özü iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin vərəsəlik işi barədə məlumatlı olmasını sübut edir. Bu hal onu göstərir ki, onlar həmin mənzilin bacıları Cavabdeh1 tərəfindən vərəsə kimi qəbul olunmasına (və daha sonra satılmasına) etirazları olmamış və onlar hərəkətsizlik edərək öz vərəsəlik paylarından bacılarının xeyrinə faktiki olaraq imtina etmişdilər. Mənzilin satılmasından əldə olunacaq pul vəsaitinin onların üçünün arasında bərabər bölünməsi bar ədə onların arasında hər-hansı bir razılaşmanın olmasını təsdiq edə biləcək sübutlar isə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən məhkəməyə təqdim olunmamışdır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsinin ləğv olunması üçün əsaslar yoxdur.
13. İddiaçı və X5 qətnamədən apellyasiya şikayətləri vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(103)5797/2021 nömrəli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) iddiaçının apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməs i qeyd etmişdir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
16. Apellyasiya məhkəməsi xüsusi olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, qüvvədə olan mülki qanunvericiliyə əsasən müddət – subyektiv hüquqların reallaşdırılması və nəticə etibarı ilə müəyyən hüquqi nəticələrin yaranması üçün müəyyənləşdirilmiş vaxt kəsiyidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində qanunverici vərəsə tərəfindən mirası qəbul etmək və beləliklə də müvafiq hüquqi nəticələr yaratmaq üçün müddət müəyyən edilmişdir. Qeyd olunan qanunun normasına əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən norma imperativ xarakter daşıyır. Buna görə də mirasın qəbul olunması məqsədilə göstərilən Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq müddətin bərpası üçün ehtimal olunan vərəsənin müəyyən olunmuş müddət ərzində mirası qəbul etməsini mümkün etməyən üzrlü səbəblərin müəyyən olunması vacibdir. Hazırki işə baxılarkən bu cü r üzrlü səbəblər müəyyən olunmamışdır.
17. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri ilə bağlı irəli sürdükləri faktiki hallar, onların tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhk əmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini, iddiaların təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.
20. Kassasiya şikayətlərini hər ikisi onunla əsasl andırılmışdır ki, mübahisəli mənzil cavabdehin adına rəsmiləşdirilərkən, onlara heç bir xəbərdarlıq olunmamış, onların razılığı alınmamış, onların savadsız olmasından istifadə edilmiş, nəticədə onların vərəsə kimi hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətlərinə qarşı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 etirazı daxil olmuşdur. Etirazda işin məhkəmlər tərəfindən müəyyən olunmuş halları sadalanır və kassasiya şikayətlərinin təmin olunmaması xahiş edilir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçı vəkili X9, üçüncü şəxs X2 vəkili Vəkil3 kassasiya şikayətlərini müdafiə edərək, şikayətlərin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdilər.
23. Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisi məktubla müraciət edərək məhkə mə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymu r, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiy i barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelly asiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli Qərarı “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idar ə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Kassasiya baxışının hədləri
28. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya kollegiyası qeyd edir ki, hazırki kassasiya şikayətlərinin dəlilləri iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından və həmin dəlillərə aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmaqla düzgün hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
32. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, hər hansı sübutla təsdiq olunmur ki, bu da qanuni cəhətdən və mahiyyət etibarilə əsaslı olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
33. Vərəsəlik hüququ qanunda göstərilən müvafiq müddət ərzində vərəsə mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədikdə həmin hüququ itirməsini ehtiva edir.
34. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontor una mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. İşə baxmış məhkəmələr bu baxımdan işin hallarını araşdırmış və iddiaçıların ataları vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etmədiyini, mirası faktiki olaraq qəbul etmədiyini müəyyən etmişdir. Məhkəmə təqdim olunmuş sübutları təhlil edib qiymətləndirməklə nəticəyə gəlmiş, gəldiyi nəticəni əsaslandırmışdır.
35. Vərəsəlik şəhadətnaməsi verilərkən onlara xəbər verilməməsi barədə iddiaçıların dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hal mütləq vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Çünki bu subyektiv hüquqa malik olmaq üçün ilk növbədə iddiaçıların mirası qəb ul etməsi müəyyən olunmalıdır ki, bu hal da məhkəmələr tərəfindən müəyyən olunmamışdır.
36. Məhkəmə kollegiyası xatırladır ki, MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
37. Kassasiya şikayətlərində sadalanan digər hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şika yət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.
38. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı və üçüncü şəxs X2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5797/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.