Məhkəmə qərarları › İş №2(102)-5941/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5941/2019

04.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5941/2019 04.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli, 2(103)-1831/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 2(005)3208/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.V.Abdıyev) İddiaçı cavabdeh “xxxx” MMC və digərlərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli, 2(103)-1831/2019 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, X.Ə.Sarıyev və E.Y.Şamayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata və digərlərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, Lənkəran rayon məhkəməsinin 11 iyun 2015-ci il tarixli qətnaməsi ilə “xxxx” KB ASC-nin İddiaçı və digərlərinə qarşı “kredit borcunun ödənilməsi” barədə iddiası qismən təmin edilərək, kredit borcun tutulması, tutmanın Vüqar İbadova məxsus olan Lənkəran şəhəri, 22-ci məhəllədə yerləşən 0,04 ha torpaq sahəsi ilə birlikdə 11 “A” saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilib. Bundan sonra qətnamə icraya yönəldilib. X4 kredit götürməsi barədə məlumatı olsa da, həmin müqavilə üzrə onun üçün də öhdəliyin yarandığını bilməyib. Onunla bank arasında borclu və yaxud zamin qismində müqavilə bağlanmayıb. Lənkəran rayon İcra Şöbəsinin 23 iyul 2015-ci il tarixli qərarından sonra bu barədə məlumat alıb. O, Şirvan İnzibati-İqtisadi Məhkəməsində Lənkəran rayon İcra Şöbəsinə qarşı “11 iyun 2015-ci il tarixli icra vərəqəsinə düzəliş edilərək öhdəlikdən azad olunması” barədə iddia qaldırıb. 29 noyabr 2017-ci il tarixdə həmin iş üzrə cavabdeh təşkilata müraciət edərək müvafiq tələb ilə bağlı iş Şirvan İnzibati-İqtisadi Məhkəməsinin icraatında olduğu üçün hərracın dayandırılmasını xahiş edib. Həmin iddia tələbi ilə bağlı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin icraatında iş olduğundan Lənkəran rayon İcra Şöbəsinin icra məmuru tərəfindən təqdimatla Lənkəran rayon məhkəməsinə müraciət olunub. Lənkəran rayon məhkəməsi tərəfindən 11 iyun 2015-ci il tarixli icra sənədi üzrə icraatın İddiaçı münasibətdə dayandırılması barədə 04 dekabr 2017-ci il tarixli qərardad qəbul edilib. Həmin qərardaddan tələbkar bank apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qərardadı ilə Lənkəran rayon məhkəməsinin 04 dekabr 2017-ci il tarixli qərardadı dəy işdirilmədən saxlanılıb. Lənkəran rayon İcra Şöbəsi tərəfindən Hərrac Mərkəzinə və banka göndərilmiş 05 dekabr 2017-ci il tarixli məktubda Lənkəran rayon məhkəməsinin 04 dekabr 2017-ci il tarixli qərardadı ilə icra sənədinin icraatının dayandırılması xahiş edilib. X3 tərəfindən hərracın keçirilməsi proseduru ilə bağlı qanunvericiliyin tələbləri pozulub. Lənkəran rayon İcra Şöbəsinin hərracın keçirilməsinə dair 27 oktyabr 2017-ci il tarixli bildirişinin surətini 20 noyabr 2017-ci il tarixdə alıb. Beləliklə də, müvafiq icra orqanının icra sənədinin icrasının dayandırılması barədə qərarı olduğu halda, Hərrac Mərkəzi onun hüquq və mənafelərinə birbaşa toxunan protokol tərtib edib. Bu səbəbdən də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhvə nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, vəkili Vəkil, cavabdeh “xxxx” MMC, üçüncü şəxslər “xxxx” KB ASC və Lənkəran rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən m əhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, ipoteka predmetinə dair hərracın qanunla müəyyən edilmiş qaydada keçirilməsinə, iddiaçının tələbi üzrə hərracın nəticələrinin etibarsız sayılması üçün əsasların olmamasına və beləliklə də, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1, 43.7-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Lənkəran rayon məhkəməsinin 11 iyun 2015-ci il tarixli qətnaməsi ilə Vüqar İbadovdan “xxxx” KB ASC xeyrinə cəmi 77.405,20 ABŞ dolları kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Vüqar İbadovun mülkiyyətində olan Lənkəran şəhəri, 22-ci məhəllədə yerləşən 0,04 ha torpaq sahəsi ilə birlikdə 11 “a” saylı fərdi yaşa yış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi və sair qət edilib. Bundan sonra qətnamə icraya yönəldilib və Lənkəran rayon məhkəməsinin 11 iyun 2015-ci il tarixli icra sənədinin könüllü icra edilməsi üçün Vüqar İbadova 10 gün vaxt verilib. Lakin borclu Vüqar İbadov tərəfindən icra sənədi könüllü icra edilməyib. Lənkəran rayon İcra Şöbəsinin “Hərrac Mərkəzi”nə ünvanladığı 28 sentyabr 2017-ci il tarixli müraciətdən və “hərracın keçirilməsi haqqında” sifariş məktubundan görünür ki, Lənkəran rayon məhkəməsinin 11 iyun 2015-ci il tarixli icra sənədinə əsasən mübahisəli əmlakın ilkin satış qiyməti müvafiq icra sənədinə əsasən 100.000 manat müəyyən edilməklə açıq hərracdan satılması ilə bağlı sifariş verilib. “Hərrac Mərkəzi”nin 13 oktyabr 2017- ci il və 27 oktyabr 2017-ci il tarixli “açıq hərracın keçirilməsinə dair” bildirişlərindən və bu bildirişlərin çatdırılmasını təsdiq edən “poçt qəbzlərin”dən görünür ki, Lənkəran rayon məhkəməsinin 11 iyun 2015-ci il tarixli icra sənədi mübahisəli əmlakın ilkin satış qiymətinin 15 faiz aşağı qiymətlə 85.000 manat olmaqla hərraca çıxarılması və hərracın 13 noyabr 2017-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, xxx küçəsi 156 (20A) 1933 saylı məhəllədə keçiriləcəyi barədə Vüqar İbadova, İddiaçı, Lənkəran rayon İcra Şöbəsinə və banka bildiriş göndərilib. “Birja Yenilikləri” qəzetinin 27 oktyabr 2017-ci il və 02 noyabr 2017-ci il tarixli buraxılışlarından görünür ki, mübahisəli evin satılmasına dair 13 noyabr 2017-ci il tarixdə saat 11:00-da hərrac keçiriləcəyi barədə elan dərc edilib. Qəzetin 1 7-23 noyabr 2017-ci il tarixli buraxılışlarında dərc olunmuş elana əsasən mübahisəli əmlakın satışına dair hərrac baş tutmamışdır və əmlakın qiyməti 63.750 manat müəyyən edilmişdir. 04 dekabr 2017-ci il tarixli “hərracın yekunları barədə” protokoldan görünür ki, Lənkəran rayon məhkəməsinin 11 iyun 2015-ci il tarixli icra vərəqəsinə, Lənkəran rayon İcra Şöbəsinin 28 sentyabr 2017-ci il tarixli “sifariş məktubuna” və bankın müvafiq məktubuna əsasən ilkin satış qiyməti 100.000 manat və təkrar hərracdakı ilkin satış qiyməti 85.000 manat olan mübahisəli əmlak 63.750 manata ipoteka saxlayan bank tərəfindən əldə edilmişdir. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 04 dekabr 2017-ci il tarixli müqavilədən görünür ki, mübahisəli əmlak “hərracı keçirən” ixtisaslaşdırılmış təşkilat “Hərr ac Mərkəzi” tərəfindən tələbkar banka 63.750 manata satılmışdır. “Hərrac Mərkəzi”nin Lənkəran rayon İcra Şöbəsinə və banka ünvanladığı 04 dekabr 2017-ci il tarixli məktubdan görünür ki, Vüqar İbadova məxsus mübahisəli əmlak 63.750 manata “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən tələbkar bank tərəfindən əldə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə borclu Vüqar İbadovdan bankın xeyrinə tutulmuş kredit borcunun ödənilməsi ipoteka predmeti olan mübahisəli əmlaka yönəldilmiş və əmlak açıq hərracdan tələbkar banka satılmışdır. İddiaçı kassasiya şikayəti ilə eyni mə zmunlu olan apellyasiya şikayətində Lənkəran rayon məhkəməsinin 04 dekabr 2017-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 11 iyun 2015-ci il tarixli icra sənədi üzrə icraatın ona nisbətdə dayandırılması qərara alındığı halda, hərracın keçirilməsinə və hərracın yekunları barədə protokolun tərtib edilməsinə etiraz edərək, “hərracın nəticələri haqqında” protokolun etibarsız hesab edilməsini tələb edir. Eyni zamanda iddiaçının öz apellyasiya və kassasiya şikayətlərini əsaslandırmaq üçün istinad etdiyi digər hal hərracın keçirilməsi barədə lazımi qaydada ona məlumat verilməməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı haqlı olaraq qeyd edib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. İddiaçı kassasiya şikayətində hərracın təşkilatçısı olan “Hərrac Mərkəzi”nin qanunvericiliyin tələblərini pozduğunu, hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etmədiyini iddia etsə də, bu xüsusat iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, işin 128-ci səhifəsində olan poçt qəbzlərindən görünür ki, “Hərrac Mərkəzi” tərəfindən 13 oktyabr 2017-ci il tarixdə iddiaç ının pasport qeydiyyatında olduğu ünvan üzrə göndərilən bildirişlər 14 oktyabr 2017-ci il tarixdə ünvan sahibi olan şəxs, yəni Vüqar İbadov tərəfindən imza edilərək təhvil alınmışdır. İddiaçı həmin poçt qəbzlərinin sifarişli kateqoriyasının xəbərnaməli növünə aid olma ehtimalını əsas tutaraq, özü tərəfindən imzalanmadığına görə, hərracın keçirilməsinə dair bildirişin məhz onun tərəfindən qəbul edilməsinin təsdiq olunmadığını hesab edir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bu arqumenti ilə razılaşmayıb düzgün olaraq qeyd edib ki, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.4.33cü bəndinə görə, poçt göndərişinin çatdırılması haqqında xəbərnamə (çatdırma haqqında xəbərnamə)- qeydiyyatlı poçt göndərişinin verilməsi barədə verilmə tarixi və alıcının soyadı (fiziki xəbərn amədə həm də alıcının imzası) göstərilməklə göndəriciyə və ya onun səlahiyyət verdiyi şəxsə kağız və ya elektron şəkildə məlumatın ötürülməsidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin digər dəlillərini də araşdırıb müəyyən etmişdir ki, hazırki iş üzrə “Hərrac Mərkəzi” bildirişin iddiaçıya çatdırılmasında xəbərnaməli poçt göndərişi növündən istifadə olunduğunu iddia etməmişdir. Digər tərəfdən, “Hərrac Mərkəzi”nin məhz xəbərnaməli poçt göndərişindən istifadə etmək kimi bir öhdəliyi də mövcud deyil. Bu halda, hesab edilsə ki, sifarişli poçt göndərişi vasitəsi ilə bildirişlər ünvana çatdırılmışdır, həmin bildirişlərin ünvan sahibi, yəni Vüqar İbadov tərəfindən alınması “Hərrac Mərkəzi”nin bildirişlərin tərəfə çatdırılması məsələsində qanunauyğun hərəkət etdiyini təsdiq edir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə görə, sifarişli poçt göndərişi- göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Nəzərə almaq lazımdır ki, poçt qəbzlərinin növünün müəyyən edilməsi barədə tələb irəli sürülməsi mübahisənin işin faktiki halları əsasında deyil, onun həllinə təsir göstərməyəcək formal meyarlara əsasən araşdırılmasına nail olmağa xidmət edir. Poçt göndərişinin iddiaçının əri Vüqar İbadov tərəfindən alınması mülki iş materialları ilə təsdiq olunmasına baxmayaraq, onun həmin bildirişi almadığını iddia etməsi, onun qeyri-səmimilik göstərdiyini müəyyən etmək üçün əsasdır. İddiaçı həmçinin, hərracın keçirilməsi barədə elan ların hansı qəzetlərdə dərc olunması və həmin elanların iddiaçıya aid olan hissəsinin müəyyən edilmədiyini bəyan edir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd edib ki, yuxarıda göstərildiyi kimi “Birja Yenilikləri” qəzetinin 27 oktyabr 2017-ci il və 02 noyabr 2017-ci il tarixli buraxılışlarında mübahisəli evin satılmasına dair 13 noyabr 2017-ci il tarixdə saat 11:00-da hərrac keçiriləcəyi barədə elan dərc olunub (iş vərəq 103-105). Lənkəran rayon məhkəməsinin 11 iyun 2015-ci il tarixli icra sənədinin İddiaçı nisbətdə dayandırılması barədə qərardad 04 dekabr 2017-ci il tarixdə qəbul edildiyindən, “Hərrac Mərkəzi”nin həmin vaxt həmin elanda İddiaçı aid hər hansı qeyd aparmaması qəbul olunandır. Belə ki, mülki qanunverciliyə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları po zmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 416.1-ci maddəsi). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (Mülki Məcəllənin 416.2-ci maddəsi). Hərracın təşkili və keçirilmə qaydaları isə Mülki Məcəllənin 415-ci maddəsi ilə şərtləşdirilmişdir və qanunun tələbinə görə, hərrac o halda məhkəmə tərəfindən etibarsız hesab oluna bilər ki, həmin maddənin tələbləri pozulsun. Lakin, “Hərrac Mərkəzi” tərəfindən 13 noyabr 2017-ci il tarixdə təşkil olunmuş təkrar hərracın həmin qaydaların pozulması nəticəsində həyata keçirilməsi iş materialları ilə təsdiq olunmur. Belə ki, “Hərrac Mərkəzi” tərəfindən 13 noyabr 2017-ci il tarixdə keçirilmiş hərrac baş tutmamış elan olunmuş, daha son ra mübahisəli əmlak tələbkar bank tərəfindən alınmış və bu alqı-satqı 04 dekabr 2017-ci il tarixli “hərracın yekunları haqqında” protokolla” rəsmiləşdirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə görə, 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Göründüyü kimi, bank qanunda təsbit olunmuş hüququndan istifadə edərək, mübahisəli əml akı satın almışdır. Lənkəran rayon Məhkəməsinin 11 iyun 2015-ci il tarixli icra sənədinin İddiaçı nisbətdə dayandırılması barədə 04 dekabr 2017-ci il tarixli qərardadı isə 13 noyabr 2017-ci il tarixdə keçirilmiş hərracın baş tutmamış elan olunmasından sonrakı, “hərracın yekunları barədə protokolun” tərtib olunması ilə isə eyni tarixdə qəbul edildiyindən, “Hərrac Mərkəzi”nin bu qərardaddan xəbərdar olmasını və ona uyğun hərəkət etməsini istina edir. Belə olduğu təqdirdə, “Hərrac Mərkəzi”nin məhkəmə tərəfindən verilmiş icra sənədinin icra edilməsi prosesində qanunvericiliyin tələblərini pozmasından söhbət gedə bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və kassasiya şikayətinin dəlillərini müza kirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli, 2(103)-1831/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar