Məhkəmə qərarları › İş №2(102)-5946/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5946/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5946/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11951/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən ver ilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – iddiaçı və ya bank) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100810-241679/1 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 21% olmaqla, 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100810-241679/1 nömrəli ipoteka müqaviləsinə əsasən sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 12 saylı evin 35 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instans iya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli, 100810-241679\1 nömrəli kredit müqaviləsi üzrə 25760,04 ABŞ dolları məbləğində əsas borcun, əsas borca hesablanmış 5019,35 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 30779,39 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan mübahisəli mənzilə (ümumi sahə 145,9 kv.m) yönəldilməsi, ipoteka predmetinin h ərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracdan satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 35 nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 6260 nömrəli ekspert rəyinə əsasən xx xxxxxx 2015-ci il tarixli, 100810-241679/1 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan borcu 29596,20 ABŞ dolları məbləğində müəyyən edilir (o cümlədən əsas borc üzrə 25760,04 ABŞ dolları, faiz borcu üzrə 3836,16 ABŞ dolları). “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Mütəxəssis Rəyinə əsasən mübahisəli mənzilin ilkin satış (likvid) dəyəri xx xxxxxx 2018-ci il tarixinə 202000 manat təşkil edir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2019-cu il tarixli 2(005)-45/2019 saylı qətnaməsi ilə (hakim Tural Ələkbərov) iddia qismən təmin edilərək, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 25760,04 ABŞ dolları məbləğində əsas borc, 3836,16 ABŞ dolları məbləğində faiz borcu, cəmi 29596,2 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28 manatının (ödənilmiş tələbin məb ləğinə münasib olaraq), ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqının tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin İddiaçı-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 202000 manat məbləğində müəyyən edilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabde hlər Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxmazsa, onların, məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspert tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin 192 manat hissəsinin Cavabdeh1, 8 manat hissəsinin isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam təmin etmiş, faiz borcun tutulması hissəsində ekspert rəyinə uyğun olaraq iddianı qismən təmin etmiş və ipoteka predmetinin ilkin satış qiymətini “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli rəyə uyğun müəyyən etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhk əməsi Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı, ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739 və 741-ci maddələrinə əsaslanaraq apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 38.2.2, 59.3-cü maddələrinə əsaslanaraq məhkəmə qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi və satışdan sonra cavabdehlərin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır və məhkəmə bu hissələrdə də düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə məhkəmə qiymət verərək qeyd etmişdir ki, məhkəmə bildirişləri Cavabdeh2 rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir. Bundan başqa iddiaçı tərəfindən pretenziya qaydasına riayət etməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Həmin sənədlərdən də görünür ki, bildirişlər Cavabdeh1 tərəfind ən şəxsən qəbul edilərək, imzalanmışdır. Borcun şişirdilməsi ilə bağlı dəlillər isə əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəylərinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Apelyasiya instansiyası məhkəməsi he sab etmişdir ki, iş üzrə verilmiş rəylər mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəylər birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspertlər tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdehlər isə ekspert rəylərinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Həmçinin apellyasiya şikayətinə də hər hansı ödəniş qəbzləri və ya ipoteka predmetinin dəyəri ilə bağlı sübut əlavə edilməmişdir. Bundan başqa ipoteka müqaviləsi Cavabdeh2 tərəfindən imzalanmışdır. Bu baxımdan kollegiya hesab edir ki, onun ipoteka müqaviləsindən xəbərsiz olması barədə dəlilləri tam əsassızdır. Qeyd edilənlərə əsasən apelyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apelyasiya şikayətlərini təmin etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b ) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olar aq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə

34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödəni lməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instan siyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apelyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilm ir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11951/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar