Məhkəmə qərarları › İş №2(102)-595/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-595/2023

17.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-595/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı ”bağışlama müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və miras əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(104)-2484/2021 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 5 saylı notariat ofisi (bundan sonra – cavabdehlər) və üçüncü şəxs Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 5 sayl ı notariat ofisində bağlanılmış 08 sentyabr 2012-ci il tarixli, 4Ə-1-159 nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilərək, Gəncə şəhəri Nizami rayonu Təbriz küçəsi 183 nömrəli mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən 23 noyabr 2018-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, hər birinin vərəsə tanınmaqla mənzilin ½ hissəsinin vərəsələr arasında bölünməsi və miras mülkdə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(044)243/2021 nömrəli qətnaməsi ilə (hakim: Rasim Kazımov) iddia rədd edilmişdir.

3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 140, 146.2, 339, 354.2, 373.2, 375.2, 666.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

4. İddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsi (bundan sonra - apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(104)-2484/2021 nömrəli qətnaməsi ilə (hakimlər: Rəhman Muradov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(104)-2484/2021 nömrəli qərardadı ilə (hakimlər: Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Ədil Məmmədov) apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kasassiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada verilməmişdir. Belə ki, mülki işin ikinci cildinin 25-ci vərəqindəki poçt göndərişinin v erilməsi barədə xəbərnamədən görünür ki, İddiaçı1 16 sentyabr 2021-ci il tarixdə xəbərnaməyə imza edərək qətnaməni rəsmi qaydada almışdır. İddiaçı1 16 noyabr 2021-ci il tarixədək kassasiya şikayəti vermək hüququ olsa da, lakin kassasiya şikayəti müddət axımı bitdikdən sonra - 09 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ona görə də, kassasiya şikayəti geri qaytarılmalıdır.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128, 129, 130, 402.1, 405, 408.1.4, 408.3, 408.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2022-ci il tarixli, 2(104)-2484/2021 nömrəli qərardadı ilə İddiaçı1 həmin məhkəmənin 31 mart 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şi kayəti geri qaytarılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 poçt göndərişinin çatdırılması haqqında xəbərnaməli məktuba imza etməklə qərardadın surətini rəsmi qaydada 19 may 2022-ci il tarixdə aldığı halda, həmin qərardaddan kassasiya şikayətini 31 may 2022-ci il tarixdə vermişdir və bununla da, qanunla müəyyən edilmiş 10 günlük müddəti 1 gün ötürmüşdür. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

12. İddiaçı1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadının ləğv edilib, 31 mart 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin qəbul edilməsi və baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(102)-5285/2022 nömrəli qərarı ilə (hakimlər: Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2022-ci il tarixli, 2(104)-2484/2021 saylı qərardadının ləğv edilməsi, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

14. Kassasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı1 sözügedən qərardaddan verdiyi kassasiya şikayətini geri qaytararkən, qanunla müəyyən edilmiş 10 günlük prosessual müddətin son gününün qeyri-iş gününə d üşüb-düşmədiyini araşdırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi müvafiq prosessual normaların tələblərini pozaraq, İddiaçı1 sözügedən qərardadın surətini 19 may 2022-ci il tarixdə almasını, həmin qərardaddan kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 10 günlük prosessual müddətin son gününün 30 may 2022-ci il tarixdə bitməsini, Nazirlər Kabinetinin sözügedən Qərarı ilə məhz həmin günün qeyri-iş günü hesab edilməklə, ardıcıl 3 günün qeyri-iş günü hesab edilməsini nəzərə almadan, onun qərardaddan verdiyi kassasiya şikayətini geri qaytarmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(104)-2484/2021 nömrəli qərardadı ilə apellyasiya instansiya məhkəməsinin 31 mar t 2022-ci il tarixli, 2(104)-2484/2021 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin mülki işlə birlikdə kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(104)-2484/2021 nömrəli qərardadının ləğv edilərək kassasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassator şikayətini onunla əsaslandırmışdır ki, kassasiya şikayəti iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmişdir. Səlahiyyətli nümayəndənin məhkəmə aktlarının surətini almaq və ondan şikayət vermək hüququ vardır. Nümayəndə kimi qətnamənin surətini məhkəməyə yazılı ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili şəxsən almışdır və həmin vaxtdan etibarən iki ay müddətində iddiaçının nümayəndəsi kimi kassasiya şikayəti vermişdir. Belə olan halda nümayəndəyə münasibətdə şikayətin verilmə müddəti qətnamənin surətini aldığı gündən hesablanmalı idi. Çünki, qətnamənin surəti rəsmi təqdim edilən hər proses iştirakçısının həmin qətnamədən şikayət vermək hüququ yaranır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qəradad qəbul edərkən səthi araşdırma aparmış və işdə olan sə nədləri kifayət qədər tədqiq etməmişdir. İddiaçı1 kassasiya şikayətini onun özünə münasibətdə verilməsi üçün nəzərdə tutulmuş müddətdə verməsə də, qanunda göstərilmiş imkanlardan istifadə edilərək nümayəndəsi tərəfindən kassasiya şikayəti verilmişdir.

19. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.3, 47.1, 74, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

22. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

23. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.

24. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

28. Hazırki kassasiya şikayətində qərardadın tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdu r. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

31. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(104)-2484/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar