Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5955/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi),Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə. Cavabdeh «xxxx» ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Nəsimi Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: E.Ə.Mehdiyev; 2(006)-5929/2018) iddia ərizəsi təmin edilmiş, cavabdeh «xxxx» ASC tərəfindən Bakı şəhəri, ************** məhəllədə yerləşən İddiaçı birgə mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aid ************* saylı abunə koduna dair tərtib edilmiş 20 fevral 2018-ci il tarixli, NDQ ********** saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında 20 fevral 2018-ci il tarixə hesablanmış 5682 (beş min altı yüz səksən iki) manat 06 (altı) qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2019-cu tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov (sədrlik edən və məruzəçi) X.Ə.Sarıyev və E.Y.Şamayev; 2(103)-4359/2019) cavabdeh «xxxx» ASC-ninapellyasiya şikayəti təmin edilməmiş,Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş in halları İddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “elektrik enerjisinə görə hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, ******************** məhəllədə yerləşən qeyri-yaşayış sahəsində elektrik enerjisindən istifadəyə görə qanunsuz və əsassız hesablanmış 5682 manat 06 qəpik borcun onun hesabından silinməsinin cavabdeh “xxxx” ASC-yə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri,*********************** məhəllədə yerləşən qeyriyaşayış sahəsində elektrik enerjisindən istifadəyə görə cavabdeh “xxxx” ASC-nin iddiaçı barəsində tərtib etdiyi 20 fevral 2018-ci il tarixli, ******** saylı aktın etibarsız hesab edilməsi və həmin aktın əsasında cavabdehin iddiaçıya hesabladığı 5682 manat 06 qəpik borcun iddiaçının hesabından silinməsininin cavabdeh “xxxx” ASC-yə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ******************* məhəllədə yerləşən qeyri-yaşayış sahəsi İddiaçı və X2 xüsusi mülkiyyətindədir. X5 ilə bağladıqları 28 fevral 2017-ci il tarixli icarə müqaviləsinə əsasən qeyd edilən qeyri-yaşayış sahəsini Ş6 icarəyə vermiş və sonuncu həmin ünvanda fərdi sahibkar kimi kafe fəaliyyəti ilə məşğul olur. Ş6 və əvvəlki icarəçilər fəaliyyət göstərdiyi dövr ərzində elektrik enerjisi borcunu vaxtlı-vaxtında ödəmişlər. Həmin qeyri-yaşayış sahəsinin elektrik sayğacı cavabdeh “xxxx” ASC -nin balansında olan və bir sıra digər obyektlərin də sayğaclarının quraşdırıldığı, kənar şəxslərin daxil olmasının qadağan edildiyi ümumi transformator məntəqəsində yerləşir. Cavabdehin əməkdaşları qeyd edilən transformatorda yerləşən həmin qeyri-yaşayış sahəsinin sayğacına baxış keçirərək sayğacın dövlət və alt qapaq möhürlərinin şübhəli olması barədə 20 fevral 2018-ci il tarixli, ******* saylı akt tərtib etmişlər. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 21 fevral 2018-ci il tarixli, ******** saylı xxxx əsasən əvvəlki sayğac yenisi ilə əvəz edilmişdir. Daha sonra cavabdehin əməkdaşları tərəfindən əvvəlki sayğaca kənar müdaxilə edilməsi barədə 22 fevral 2018-ci il tarixli, ****** saylı protokol tərtib edilmişdir. Lakin həmin qeyri-yaşayış sahəsinin sayğacına heç bir müdaxilə edil məmiş və qeyd edildiyi kimi həmin elektrik sayğacı cavabdehin balansında olan transformator məntəqəsində yerləşir, ora kənar şəxslərin daxil olması mümkün deyildir. Odur ki, qeyd edilən elektrik sayğacına görə cavabdeh məsuliyyət daşıyır. Bundan sonra “xxxx” ASC-nin iddiaçıya göndərdiyi 28 fevral 2018-ci il tarixli, ********* saylı hesab ödəniş vərəqinə əsasən elektrik enerjisindən istifadəyə görə iddiaçıya 5682 manat 06 qəpik əsassız borc hesablanmış, 02 mart 2018-ci il tarixdən 09 mart 2018-ci il tarixədək fəaliyyətdə olan qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilişi dayandırılmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, bildirmiş dir ki, qeyd olunan ünvanda yoxlama aparılarkən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində sayğacın dövlət möhürlərinin pozulduğu və yük blokuna müdaxilə olunduğu aşkar edilmişdir. Sayğac istismara yararsız olmuş və yenisi ilə əvəz edilmişdir. Bununla əlaqədar 20 fevral 2018-ci il tarixli, ************* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında abonentə ************* saylı abunə koduna 5682 manat 06 qəpik məbləğində cərimə hesablanmışdır. Həmin aktın etibarsız hesab edilməsi və borcun silinməsi üçün əsaslar mövcud olmadığından iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh «xxxx» ASC kassasiya şikayətində, Apellyasiya İnstansiya Məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya İnstansiyası Məhkəməsinin tərəfindən Azərbaycan Respublikası Miilki Prosessual Məcəllənin 26.1, 31.1, 32.3-cü maddələrinin, “Elektrik Enerjisindən istifadə Qaydaları” nın 8.33,8.15,9.1-ci bəndlərinin tələblərinin pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki h allarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi xxxx təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh ASC-nin 20.02.2018-ci il tarixli, ********* nömrəli “Aktından” görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində olan sayğac dövlət və alt qapaq möhürlərinin şübhəli olduğuna, istismara yararsızlığına görə yenisi ilə əvəz edilməlidir. Cavabdeh ASC-nin qeyri-yaşayış sahəsinə aid olan ************* nömrəli “Abunə koduna dair çıxarışından” görünür ki, həmin abunə koduna tərtib edilmiş 20.02.2018-ci il tarixli, 003876 nömrəli “xxxx” əsasən iddiaçıya 5.682,06 manat qəpik borc hesablanmışdır. Cavab deh ASC-nin 22.02.2018-ci il tarixli, ****** nömrəli “Sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolundan" görünür ki, həmin sayğacın 684752 nömrəli alt qapaq və ******** nömrəli dövlət möhürlərinin pozulması, sayğacın gövdəsinin arxa hissəsində qeyd olunan seriya nömrəsinin qoparılaraq yenidən yapışdırılması və sayğaca müdaxilə olunaraq daxili sxeminin dəyişdirilməsi, sayğacın istismara yararsız olması göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəliçıxarışdan görünür ki, qeyri-yaşayış sahəsi ümumi mülkiyyət hüququ üzrə İddiaçı və M8 adına daşınmaz əmlakın dövlət reyestrində 12.10.2006-cı il tarixdə qeydiyyata alınmışdır. 28.02.2017-ci il tarixli “İcarə müqavil əsindən” görünür ki, qeyri-yaşayış sahəsi İddiaçı və M.Əhmədova tərəfindən Ş.Kərimova icarəyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 13-cü maddəsinə görə, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməs i, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalan”nın 7.11-ci bəndinə görə, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yarat mağa borcludur. Qaydaların 8.32-ci bəndinə görə, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik ene rjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr xxxx əlavə olunur. Apellyasiya instansiyası məhkəməs i müəyyən etmişdir ki, cavabdeh ASC-nin mübahisələndirilən aktı qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməmiş, aktın tərtib ounmasında hal sahiblərinin iştirakını təmin etməmişdir. Həmçinin normlardan görünür ki, fiziki şəxs olan istehlakçıların yaşayış və qeyri-yaşayış sahəsindən kənarda quraşdırılmış elektrik sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehin enerjitəchizatı müəssisəsi, yəni indiki halda cavabdeh ASC daşıyır. İşə apeellyasiya qaydasında baxan məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki. elektrik saygacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşıya bilməz. Yuxarıda qeyd edilən “Aktda” göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edənhər hansı sübutun cavabdeh ASC tərəfindən məhkəmələrə təqdim edilməməsi “Aktı n" etibarlı hesab edilməsini və “Aktda” əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Ona görədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.2 maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcələnin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin təmin olunması barədə həmin məhkəmənin qətnaməsini qanuni və əsaslı olduğuna mə məhkəmə aidiyyatı pozulmadığına görə dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalı dır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 05 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5955/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5955/2019
16.09.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver