Məhkəmə qərarları › İş №2(102)-5971/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5971/2019

04.10.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5971/2019 04.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “xxxx” ASC nümayəndəsi X3, vəkili X4, Cavabdeh2, nümayəndəsi Budaqov Şakir Xanlar oğlu və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 2(107)1050/2019 saylı qətnaməsindən cavabdehlər X2 və Cavabdeh2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(051)-2390/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.K.Kərimova) iddiaçı “xxxx” ASC cavabdehlər X2 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, cavabdehlər arasında notarial qaydada bağlanmış 16 mart 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi qət edilib. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 2(107)-1050/2019 saylı qətnaməsi ilə (hakimlər V.İ.Məlikov sədrlik edən, məruzəçi, A.A.Mahmudov və M.R.Hüseynov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Mingəçevir şəhər məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıb. Cavabdehlər qətnamədən kassasiya şikayəti vermişlə r İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, ünvan Cavabdeh1 mülkiyyətində olub, sonuncu həmin mənzili 26 yanvar 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən Xun 26 yanvar 2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin təmin edilməsi üsulu kimi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyub. X kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyi üçün Mingəçevir şəhər məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı təşkilatın iddiası təmin edilərək, kredit borcunun tutulması və tutmanın mənzilə yönəldilməsi qət edilib. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilib, lakin mənzil satılmadığı üçün iddiaçı təşkilata təklif edilib və sonuncu buna razılıq verib. “Hərracın yekunları haqqında” 22/03 saylı protokola və Mingəçevir şəhər İcra Bölməsi ilə iddiaçı təşkilat arasında bağlanan 06 mart 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil iddiaçı təşkilatın adına rəsmiləşdirilib və iddiaçı təşkilatın adına mülkiyyət hüququna dair 20 iyun 2012-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış verilib. Migəçevir şəhər məhkəməsinin 01 may 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Xun iddiasına əsasən “hərracın yekunları haqqında protokol” etibarsız hesab edilməklə mənzilə dair iddiaçı təşkilatın adına verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış ləğv edilib. Bundan sonra Cavabdeh1 mənzil üzərində mülkiyyət hüququ bərpa edilsə də, iddiaçı təşkila tın həmin mənzil üzərində ipoteka hüququ bərpa edilməyib. Habelə, Mingəçevir şəhər İcra Bölməsinin üzərinə hərracın yenidən keçirilməsi istiqamətində tədbirlərin görülməsi öhdəliyi qoyulmayıb. Bununla əlaqədar olaraq mənzilin üzərində iddiaçı təşkilatın ipoteka hüququnun dövlət qeydiyyatının bərpa edilməsi barədə 21 iyun 2018-ci il tarixli məktubla reyestr xidmətinə müraciət olunub və reyestr xidmətinin 05 iyul 2018-ci il tarixli məktubu ilə mənzilin üzərində iddiaçı təşkilatın ipoteka hüququ bərpa edilib. Cavabdeh1 mənzilə “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış aldıqdan sonra mənzilin ipotekada olduğunu bildiyi halda, mənzili özgəninkiləşdirmək üçün ipoteka müqaviləsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb və Mingəçevir şəhər məhkəməsinin 25 aprel 2017-ci il tarixli qə tnaməsi ilə iddia rədd olunub. Sonradan həmin işə apellyasiya və kassasiya qaydasında baxılaraq qətnamədə dəyişdirilmədən saxlanılıb. Həmin qətnamə ilə müəyyən olunub ki, Xun iddiaçı təşkilata ödənilməmiş kredit borcu var və həmin borc ödənilmədən ipoteka müqaviləsinə xitam verilməsi yolverilməzdir. Cavabdeh1 mənzilin üzərində yüklülüyə dair heç bir qeydin olmamasından sui-istifadə edərək, iddiaçı təşkilatın yazılı razılığını almadan mənzili 16 mart 2017- ci il tarixli bağışlama müqaviləsinə əsasən oğlu Cavabdeh2 bağışlamışdır. Qeyd olunan müqavilə mülki qanunvericiliyə zidd bağlandığı üçün bağlandığı andan etibarsızdır və Cavabdeh2 mənzilin yeni mülkiyyətçisi kimi tanına bilməz. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh2, nümayəndəsi X və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı “xxxx” ASC nümayəndəsi Rəşad Quliyev və vəkili Cəfər Rzayev məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişrilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli mənzilin Xun kredit müqaviləsi üzrə iddiaçı təşkilatdan götürdüyü kreditin təminatı üsulu kimi ipoteka qoyulmasına, Cavabdeh1 iddiaçı təşkilatın yazılı razılığı olmadan mənzili notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən oğlu Cavabdeh2 bağışlamasına, bağışlama müqaviləsinin mülki qanunvericilikdə müəyyənləşdirlmiş şərtləri pozmaqla bağlanmasına, iddia ərizəsini təmin etməklə birinci insta nsiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 298.1, 317.1, 319.1, 337.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, 26 yanvar 2010-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Xa 24 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 20.000 manat kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 26 yanvar 2010-cu i l tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan ünvan iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. Sonradan X kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı təşkilatın tələbinə əsasən Mingəçevir şəhər məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə Xdan əsas borca görə 19.166 manat, faiz borcuna görə 2.223,28 manat, hesablanmış cəriməyə görə 314,70 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi, tutumanın sözügedən mənzilə yönəldilməsi və mənzilin ilkin satış qiymətinin 27.000 manat müəyyən edilməsi qət edilib. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilib və “xxxx” MMC tərəfindən keçirilən hərracda 06 mart 2012-ci il tarixli “hərracın yekunları haqqında” protokola və 06 mart 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Mingəçevir şəhər İcra Şöbəsi tərəfindən mənzil 17.212,50 manata iddiaçı təşkilata satılıb və mənzilə dair iddiaçı təşkilatın adına 20 iyun 2012-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış verilib. Sonradan Mingəçevir şəhər məhkəməsinin 01 may 2015-ci il tarixli qətnaməsi ilə X və Cavabdeh1 “xxxx” ASC və digərlərinə qarşı “hərracın yekunları haqqında” protokolun etibarsız hesab edilməsi barədə iddiası təmin edilərək, “xxxx” MMC tərəfindən sözügedən mənzilə dair keçirilmiş 06 mart 2012-ci il tarixli “hərracın yekunları haqqında” protokolun etibarsız hesab edilməsi qət edilib. Bundan sonra mənzilə dair iddiaçı təşkilatın adına verilmiş 20 iyun 2012-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış ləğv edilib və Cavabdeh1 mənzilə olan mülkiyyət hüququ bərpa edilməklə, onun adına “hüquqların dövlət qeydiyyatı haqqında” 11 fevral 2017-ci il tarixli Çıxarış verilib. 16 mart 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Cavabdeh1 mənzili oğlu Cavabdeh2 bağışlayıb. Eləcə də Mingəçevir şəhər məhkəməsinin 25 aprel 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Xun “xxxx” ASC və digərlərinə qarşı “26 yanvar 2010-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi”nə dair iddiası rədd edilib. Sonradan işə apellyasiya və kassasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb. Həmçinin Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qərarı ilə Cavabdeh2 iddiası təmin edilərək, 16 mart 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən mənzilin üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət r eyestrində qeydə alınması və onun adına “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışın verilməsi vəzifəsi Reyestr Xidmətinin öhdəsinə qoyulub. İddiaçı təşkilat iddia ərizəsində, mənzilin ipoteka saxlayan kimi yazılı razılığı olmadan özgəninkiləşdirildiyini göstərib, mənzilə dair Cavabdeh1 ilə oğlu Cavabdeh2 arasında notarial qaydada bağlanmış 06 mart 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini iddia edir. Cavabdehlər isə borclu X tərəfindən kredit müqaviləsi üzrə kredit borcunun tam məbləğdə ödənildiyini, mənzilin üzərində heç bir məhdudiyyətin və yüklülüyün qalmadığını və faktiki olaraq ipotekaya xitam verildiyini göstərib, iddia tələbinə etiraz etmişlər. İşin 177, 178-ci vərəqələrində olan iddiaçı təşkilat tərəfdən borclu Xa ünvanlanmış 16 noyabr 2015-ci il və 27 noyabr 2015-ci il tarixli məktublardan, eləcə də cavabdehlərin apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, 26 oktyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə borclu X tərəfindən iddiaçı təşkilata 28 yanvar 2010-cu ildən 24 dekabr 2012-ci il tarixədək müxtəlif vaxtlarda 1.270 manat, 07 yanvar 2013-cü ildən 03 fevral 2014-cü il tarixədək müxtəlif vaxtlarda 11.474 manat, cəmi 21.744 manat pul ödənilib. Hətta iddiaçı təşkilatın Mingəçevir filialının rəhbərliyi borclu Xa müraciət edərək, bankın onunla əməkdaşlığı dayandırmaq niyyətində olduğunu və bu səbəbdən də ondan bankın AZ25HAJCFCRAZN**********8003 saylı hesabında olan 6.691,06 manat pulunu nağd və yaxud köçürmə yolu ilə hesabdan çıxarmasını xahiş etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 4 8.1, 48.1.2 və 48.1.5-ci maddələrinin mənasına görə, əsas öhdəliyə xitam verildikdə; bu Qanunla nəzərdə tutulmuş digər hallarda və sair ipotekaya xitam verilir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələbləri baxımından heç bir araşdırma aparmadan, borclu Xun 26 oktyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyini tam icra edib-etməməsini, həmin müqavilə üzrə əsas öhdəliyə xitam verilibverilməməsini aydınlaşdırmadan, borclu X tərəfindən sözügedən hesaba ödənilmiş pul vəsaitinin təyinatını, hansı məqsəd üçün ödənilməsini, bank tərəfindən nəyə görə qəbul edilməsini dəqiqləşdirmədən, eləcə də mənzilə dair Cavabdeh1 ilə oğlu Cavabdeh2 arasında bağışlama müqaviləsi bağlanarkən onun üzərində hər hansı məhdudiyyətin, yüklülyün olmamasını nəzərə almadan və beləliklə də, h azırki məhkəmə icraatı üzrə əsl həqiqəti müəyyən etmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe MPM-nin 14.1-ci maddəsində də təsbit edilib göstərilib. Həmin maddənin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə bilavasitə köməklik göstərməlidir. Həmçinin mülk i prosessual qanunverciliyə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutları təqdim etməyi tərəflərə təklif etməlidir (MPM-nin 77.3-cü maddəsi). Daha sonra işdən görünür ki, mənzilə dair Cavabdeh2la Cavabdeh1 arasında bağışlama müqaviləsi bağlanarkən, həmin mənzil 11 fevral 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən sonuncunun mülkiyyətində olub və mənzilin üzərində hər hansı yüklülük və məhdudiyyət olmayıb. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azəraycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu məddəsinin İİİ bəndinə görə, mülkiyyət hüququ- mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmla kdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 274.1-ci maddəsində göstərilir ki, ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 30.1-ci maddəsində göstərilir ki, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər. Eləcə də həmin Qanunun 30.1, 30.1.1-ci maddələrində göstərilir ki, ipot eka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 mənzili iddiaçı təşkilatın yazılı razılığı olmadan oğlu Cavabdeh2 bağışlaması və bağışlama müqaviləsinin sadalanan maddi hüquq normalarında müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması qənaətinə gəlsə də, bu zaman işin bütün müvafiq hallarını, o cümlədən borclu Xla iddiaçı təşkilat arasında “hərracın nəticələri haqqında” protokolun etibarsız hesab edilməsinə dair məhkəmə qətnaməsinin qəbulundan sonrakı danışıqları, yazışmaları, tərəflərin, həmçinin borclu Xla iddiaçı təşkilat arasında qarşılıqlı yaranmış işgüzar münasibətləri və tərəflərin sonrakı hərəkətlərini nəzərə almadan, cavabdehlərin bu barədə apellyasiya şikayətində göstərdikləri dəlillərə ümumiyyətlə hüquqi qiymət vermədən və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanmayan qətnamə qəbul etmişdir. Halbuki, MPM-nin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayəti təmin etmədiyini qətnamədə göstərməyə borcludur. Apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, kredit borcunun tutulub ipoteka predmetinə yönəldilməklə mənzilin açıq hərracda n satılması barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minib icraya yönəldilməsinə sonra, borclu X iddiaçı təşkilatın Mingəçevir filalının rəhbərliyinə müraciət etmiş və ona bildirilmişdir ki, o kredit borcunun ödənilməsini davam etdirsin və kredit borcu ödənildikdən sonra mənzil və mənzilə aid olan sənədlər geri qaytarılacaqdır. Hazırda borclu X iddiaçı təşkilata olan kredit borcunu tam məbləğdə ödəyib. Apellyasiya instansiyası məhkəməsi borclu Xun iddiaçı təşkilata olan müraciətinin, eləcə də sözügedən kredit müqaviləsi üzrə onlar arasında əldə edilən razılaşmanın məzmununu, mahiyyətini öyrənmədən, kredit borcunu tam məbləğdə ödəməydiyi halda borclu Xun adına əlavə bankda hesab nömrəsinin açılmasının, eləcə də həmin hesaba ödənilmiş pul vəsaitinin nəyə görə kredit borcuna silinməməsinin səbəblərini və sair aylınlaşdırmadan, həmçinin Cavabdeh2 mənzilə mülkiyyət hüququna dair 24 aprel 20018-ci il tarixli Çıxarışı Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 fevral 2018-ci il tarixli qərarına əsasən əldə etməsini və Mülki Məcəllənin 140-ci maddəsinin tələbləri baxımından reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə sayılmasını nəzərə almadan, iddia tələbini əsaslı hesab etmişdir. Bundan başqa işdən görünür ki, krediti götürən, mənzili ipoteka qoyan və bağışlama müqaviləsinə əsasən mənzilə mülkiyyət hüququ əldə edən şəxslər bir ailənin üzvləridirlər. Kredit borcunun ailənin ümumi ehtiyacları üçün xərclənməsi mülki iş materialları ilə istisna olunmur. Həmçinin, Mingəçevir şəhər məhkə məsinin qanuni qüvvəyə minmiş 25 aprel 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh1 və digərlərinin “xxxx” ASC və digərlərinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” barədə iddiası təmin edilməyib. Eləcə də iddia ərizəsindən, reyestr xidmətinin 05 iyul 2018-ci il tarixli məktubundan görünür ki, mənzil üzərində iddiaçı təşkilatın ipoteka hüququ bərpa edilib və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qərardadı ilə Mingəçevir şəhər məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli icra sənədi icra olunması üçün yenidən icraya yönəldilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, ipoteka ilə yüklü edilmiş mənzilə mülkiyyət hüququnun ailənin bir üzvü sayılan Cavabdeh1 adından digər üzvü sayılan Cavabdeh2 adına keçməsi ipote ka hüququnu dəyişdirmir. Həmçinin sadalanan maddələrin mənasına görə, ipoteka predmetinə qanunda nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verilməsi halında, ipoteka saxlayanın əqdin etibarsız sayılmasını və Mülki Məcəllənin 337-ci maddəsində nəzərdə tutulan nəticələrin tətbiq edilməsini tələb etmək onun vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunverici, ipoteka saxlayanın yazılı razılığı olduğu halda, ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişdirilə bilməsi imkanını istisna etmir. Ona görə də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, yalnız kredit borcunun tam ödənilmədiyi müəyyən edildiyi halda tutma ipoteka predmetinə yönəldilə bilər. Çünki, ipoteka ilə yüklü edilmiş mənzilə mülkiyy ətçisinin dəyişməsi, yəni bağışlama müqaviləsinə əsasən mənzilə mülkiyyət hüququnun Cavabdeh2 keçməsi, tutmanın həmin mənzilə yönəldilməməsi, bir sözlə ipoteka hüququnun dəyişdirilməsi üçün əsas ola bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqın da” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azə rbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdehlər X2 və Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 2(107)-1050/2019 saylı qətnaməsiləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar