Məhkəmə qərarları › İş №2(102)-598/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-598/2022

21.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-598/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Qasımov Mətləb Məhəmməd oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6517/2021 nömrəli iş üzrə 17 avqust 2021-c i il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil Hüseyn qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı İddiaçı İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 14 sentyabr 2007-ci il tarixli müqaviləyə əsasən XXX ünvanında inşa edilən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsinin dəyəri 101.500 ABŞ dolları onun tərəfindən Cavabdeh1 MMC-yə tam olaraq ödənilmiş və İddiaçı məxsus olaraq həmin mənzil onun sahibliyində və istifadəsindədir. Eyni zamanda, qeyd edilən mənzilin 27 sentyabr 2017-ci il tarixli müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 adına r əsmiləşdirilmiş, sonradan arxa tarixlə 26 aprel 2007-ci il tarixli müqavilə ilə mənzil Cavabdeh1 MMC tərəfindən Cavabdeh3 satılmış və sonuncunun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində 25 dekabr 2017-ci il tarixdə mənzilə dair hüquqların qabaqcadan qeydiyyatı aparılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli 2(103)3164/2019 saylı qətnaməsi ilə XXX ünvanında yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və maneələrin ara dan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 11/01 saylı, 26 aprel 2007-ci il tarixli müqavilənin və maliyyə arayışının, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 XXX ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 31 saylı mənzilə dair DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış hüquqların qabaqcadan qeydiyyatının ləğv edilməsi, Cavabdeh1 MMC və Cavabdeh3 XXX ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 2 otaqlı mənzilinə qanunsuz müdaxiləsinin aradan qaldırılması, giriş qapısının açılaraq onun istifadəsi üçün məhdudiyyətlərin götürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 14 sentyabr 2007-ci il tarixdə Cavabdeh1 MMC ilə arasında bağlanmış 173 saylı müqaviləyə əsasən o, 101.500 ABŞ dolları ödəyərək XXX ünvanında inşa edilən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 2 otaqlı mənzili əldə etmişdir. Mənzili aldıqdan bir müddət sonra Cavabdeh1 MMC ilə mübahisələr yaranmış, bu səbəbdən o, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində sahəsi 101.5 kv.metr olan mənzilin onun sahibliyinə, istifadəsinə verilməsi və mənzilə köçürülməsini xahiş etmişdir. Eyni zamanda, iş üzrə cəlb edilmiş üçüncü şəxs Aidə Abbasova Cavabdeh1 MMC-yə və ona qarşı iddi a qaldıraraq onunla bağlanmış müqavilənin etibarsız hesab edilməsi, mübahisəli mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 2(011)3633/2017 saylı qətnaməsi ilə onun Cavabdeh1 MMC-yə qarşı iddia tələbi rədd edilmiş, üçüncü şəxsin iddiası təmin edilmişdir. Onun tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3660/2018 saylı, 18 may 2018-ci ill tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-3633/2017 saylı, 25 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, onun XXX ünvanında yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metrdən ibarət 2 otaqlı mənzilin onun sahiblik və istifadəsin ə verilməsi, həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3660/2018 saylı, 18 may 2018-ci il tarixli qətnaməsindən "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, ilkin iddia hissəsində baxılması üçün iş apelyasiya instansiyası məhkəməsinə geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə onun apelyasiya şikayəti yenə təmin edilmiş, XXX ünvanında yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metrdən ibarət 2 otaqlı mənzilin onun sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3164/2019 saylı, 02 aprel 2019-cu il t arixli qətnaməsi icra edilməsi üçün Xətai rayon İcra şöbəsinə göndərilmiş və icra tədbirləri görülən zaman məlum olmuşdur ki, ona məxsus mübahisəli mənzillə bağlı yeni məhkəmə mübahisəsi var. Araşdırma aparan zaman məlum olmuşdur ki, iddiaçılar XXX ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının sakinləri, o cümlədən Cavabdeh2 Xətai Rayon Məhkəməsində cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı iddia qaldıraraq mənzilə qanunsuz müdaxilələrin aradan qaldırılması, qanunsuz dəyişdirilmiş giriş qapılarının əvvəlki qapılarla əvəz edilməsini və digər tələbləri irəli sürmüşlər. Eyni zamanda məlum olmuşdur ki, iddiaçılardan biri olan Cavabdeh2 ona məxsus olan XXX ünvanında yerləşən 2 saylı yaşayış binasının 101.5 kv.metrdən ibarət olan 2 otaqlı mənzilinə dair iddia qaldırmışdır. Onunla Cavabd eh1 MMC arasında 14 sentyabr 2007-ci il tarixdə 173 saylı müqavilə bağlanmış, müqavilə üzrə öhdəliklər onun tərəfindən tam icra edilmiş və məhkəmə qərarları ilə onun mübahisəli mənzilə istifadə və sahiblik hüququ tanınmışdır. X4 isə məhkəmə mübahisəsi davam etdiyi halda "xxxx" MMC ilə əlbir olub 27 sentyabr 2017-ci il tarixli müqavilə ilə mübahisəli mənzili Cavabdeh2 adına rəsmiləşdirmişlər. Daha sonra qanunsuz olaraq Cavabdeh1 MMC-nin rəhbərliyi arxa tarixlə, yəni 26 aprel 2007-ci il tarixli müqavilə ilə mübahisəli mənzili Cavabdeh3 adına rəsmiləşdirmişdir. Belə olan halda onunla məhkəmə çəkişmələrinin olduğunu və məhkəmə qərarları ilə mübahisəli mənzilə onun istifadə və sahiblik hüququnun tanınmasını bildiyi halda, Cavabdeh1 MMC qanunsuz olaraq ona məxsus mübahisəli mənzilə dair Cavabdeh 2, sonra isə Cavabdeh3lə müqavilə bağlamışdır. İş materialları və qanuni qüvvəsini almış qətnamələrdən göründüyü kimi ona məxsus mübahisəli mənzilə Cavabdeh3 tərəfindən müdaxilə edilərək hər hansı bir məhkəmə qərarı olmadan mənzilin giriş qapısı dəyişdirilərək özbaşınalıq edilmiş və bununla da onun mənzil toxunulmazlığı hüququnu kobud surətdə pozmuşdur. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337 və 152.1, 157, 178-ci maddələrinə istinad etmişdir. Cavabdeh1 MMC-nin vəkili Vəkil Hüseyn qızı birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak etmiş və iddiaya etiraz edərək iddianın rədd edilməsini xahş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(011)-1103/21 nömrəli qətnaməsi ilə (hakim A.Həsənova) iddia qismən təmin edilərək c avabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 11/01 saylı, 26 aprel 2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 adına XXX ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 31 saylı mənzilə dair DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış hüquqların qabaqcadan qeydiyyatının ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, cavabdehlərdən 20 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 11/01 saylı, 26 aprel 2007-ci il tarixli müqavilənin və maliyyə arayışının, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh3 XXX ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 31 saylı mənzilə dair DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış hüquqların qabaqcadan qeydiyyatının ləğv edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbini araşdıraraq belə hesab etmişdir ki, hazırkı iş üzrə İddiaçı sözügedən mənzili alğı-satqı müqaviləsi əsasında əldə etmiş, məhkəmə qətnaməsi əsasında onun mənzil üzərində olan sahiblik və istifadə hüquqları rəsmiləşdirilmişdir. Həmin mənzil 27 sentyabr 2017-ci il tarixli müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 adına rəsmiləşdirilmiş, sonradan arxa tarixlə 26 aprel 2007-ci il tarixli müqavilə ilə mənzil "xxxx" MMC tərəfindən Cavabdeh3 satılmış və sonuncunun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində 25 dekabr 2017-ci il tarixdə həmin mənzilə dair hüquqların qabaqcadan qeydiyyatı aparılmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış müqavilələrin arxa tarixlə tətbiq edilmiş saxta müqavilə olması müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı mübahisəli mənzillə bağlı sahiblik və istifadə hüququları məhkəmə qətnaməsi ilə tanındığından, onunla Cavabdeh1MMC arasında bağlanmış müqavilə qanuna uyğun olaraq bağlanmış müqavilə hesab edilmişdir. Belə olan halda, bir mənzilə dair bir necə şəxsin müqaviləsinin olması qanuni qüvvəsini almış qətnamənin icrası zamanı müəyyən məhdudiyyətlər yarada biləcəyi nəzərə alınaraq digər müqavilələrə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, nə qədər ki, iddiaçının müqaviləsi qanuni müqavilə hesab edilib və onun mənzillə bağlı sahiblik və istifadə hüquqları tanınıb, digər iki şəxslə bağlanmış müqavilələr etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddiaçı qanunla ona müqavilənin eti barsızlığı üçün verilmiş müddəti ötürməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən iddiaçının hüquqlarının pozulması anı kimi 17 dekabr 2019-cu il tarixi qeyd etmək olar, çünki məhz bu tarixdə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-169/19 saylı 17 dekabr 2019-cu il tarixli qətnaməsi qəbul edilmişdir və həmin iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs olan İddiaçı vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və İddiaçı sözügedən mülki işinin gedişatında onun mənzili barədə mübahisənin yaranmasını bilmiş və hüquqlarının pozulması səbəbindən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. İddiaçı mübahisə edilən mənzillə bağlı hazırkı iddia tələbi ilə 18 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş və məhkəmədə iddia irəli sürmüşdür. Bununla da, o, MM-nin 354-cü maddəsində istinad edilən bir illik müddəti ötürməmişdir. Birinci instansiya məhkəməsi əqdin etibarsızlığının nəticələrinin tətbiq edilməsi ilə bağlı və mənzilinə qanunsuz müdaxilənin aradan qaldırılması, giriş qapısının açılaraq onun istifadəsi üçün məhdudiyyətlərin götürülməsi hissəsinə münasibətdə rədd edərək qeyd edib ki, nə qədər ki, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və əqd üzrə hər hansı ödənişlərin həyata keçirilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişlər, məhkəmə hazırkı iş üzrə tərəflərin əvvəlki vəziyyətə qayıtması hissəsinə qiymət verilməsini hazırkı mərhələdə mümkünsüzdür və ödənişlərin mövcudluğu ilə bağlı sübutların olduğu təqdirdə cavabdehlər ödənilmiş məbləğlərin geri tələb edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Məhkəmə ar aşdırması həmçinin müəyyən olunmuşdur ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli 2(103)-3164/2019 saylı qətnaməsi ilə XXX ünvanında yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. İcra tədbirləri görülən zaman iddiaçıya məxsus mənzilə dair yeni məhkəmə mübahisəsi olduğu üçün icra tədbirləri dayandırılmışdır. Mübahisəli mənzilə cavabdehlər tərəfindən hər hansı qanunsuz müdaxilələrin edilməsi faktı hazırkı məhkəmənin araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfin dən hər hansı maneələr törədildiyi təqdirdə bu maneələr istinad edilən qətnamənin icrası nəticəsində aradan qaldırılacaqdır. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 337.1, 354.2, 375.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 direktoru X1 apelyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 16 aprel 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilən hissəsində rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Qürbət Ə sgərov sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 17 avqust 2021-ci il tarixli 2(103)6517/2021 nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh1 MMC-nin direktoru Adilağa Hüseynovun apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iş matеriallarında olan, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, XXX ünvanında inşa edilən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi İddiaçı məxsusdur, həmin mənzil onun sahibliyində və istifadəs indədir, həmin mənzilin pay dəyəri 101.500 ABŞ dolları onun tərəfindən Cavabdeh1 MMC-yə tam olaraq ödənilmişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında 14 sentyabr 2007-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilə və maliyyə arayışı müəssisənin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli 2(103)-3164/2019 saylı qətnaməsi ilə XXX ünvanında yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin mənzilin İddiaçı məxsus olması təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab etmişdi r ki, nə qədər ki, iddiaçının müqaviləsi qanuni müqavilə hesab olunur və onun mənzillə bağlı sahiblik və istifadə hüquqları tanınıb, birinci instansiya məhkəməsi digər iki şəxslə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı qanunla ona müqavilənin etibarsızlığı üçün verilmiş müddəti ötürməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən iddiaçının hüquqlarının pozulması anı kimi 17 dekabr 2019-cu il tarixi qeyd edilməlidir. Çünki tarixdə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-169/19 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi qəbul edilmiş və həmin iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs olan İddiaçı vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, İddiaçı sözü gedən mülki işinin gedişatında onun mənzili barədə mübahisənin yaranmasını bilmiş və hüquqlarının pozulması səbəbindən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. İddiaçı mübahisə edilən mənzillə bağlı hazırkı iddia tələbi ilə isə 18 noyabr 2020ci il tarixdə məhkəməyə müraciət etmiş və məhkəmədə iddia tələbi irəli sürmüşdür. Bununla da, o, Mülki Məcəllənin 354-cü maddəsində istinad edilən bir illik müddəti ötürməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh1 MMC-nin direktoru Adilağa Hüseynovun apelyasiya şikayətinin mübahisəli mənzilə dair həm Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 11/01 saylı, 26 aprel 2007-ci il tarixli müqavilənin və maliyyə arayışının, həmçinin cavabdehlər Cavabdeh2la Cavabdeh1 MMC arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli müqav ilənin Etibarlılığının mübahisələndirilməsi müddətinin ötürüldüyü barədə dəliləri əsassızdır. Birinci instansiya məhkəməsi əqdin etibarsızlığının nəticələrinin tətbiq edilməsi ilə bağlı hissəyə münasibətdə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, nə qədər ki, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və əqd üzrə hər hansı ödənişlərin həyata keçirilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişlər, hazırkı iş üzrə tərəflərin əvvəlki vəziyyətə qayıtması hissəsinə qiymət verilməsi hazırkı mərhələdə mümkünsüzdür. Cavabdeh1 MMC-nin direktoru Adilağa Hüseynovun apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır və apelyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etməmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.5, 354, 375.2, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə və “S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2017-ci il tarixli Qərarın istinad edərək əsaslandırmışdır. Cavabdeh1 MMC-nin vəkili Vəkil Hüseyn qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2021-ci il tarixli 2(103)6517/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, XXX ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 2 otaqlı mənzili qanuni əsaslarla Cavabdeh1 MMC tərəfindən Abbasova Ayidəyə satılmış, bu barədə tərəflər arasında 10.05.2007-ci il tarixdə müqavilə bağlanmışdır. Mənzilin razılaşdırılmış dəyəri Ayidə Abbasova tərəfindən ödənilmişdir. Daha sonra 27.09.2017-ci il tarixdə mənzilin mülkiyyətçisi Ayidə Abbasovanın razılığı ilə onunla bağlınmış 10.05.2007-ci il tarixli müqavilə ləğv edilmiş və həmin mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında yeni müqavilə bağlanmışdır. Mənzilin tərəflər arasında razılaşdırılmış dəyəri Cavabdeh2 tərəfindən Cavabdeh1 MMC-yə ödənilmişdir. Mənzilin dəyərinin ödənilməsi və mənzilə gör ə Cavabdeh2 borcunun olmaması barədə Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 maliyyət arayışı verilmişdir. Cavabdeh2 və Cavabdeh1 MMC arasında müqavilə bağlandıqdan və Cavabdeh2 müqavilə öhdəliklərini tam yerinə yetirdikdən sonra, mübahisəli mənzil MMC tərəfindən Cavabdeh2 təhvil verilmişdir. Cavabdeh2 həmin mənzilin dəyərini tam ödəyərək bu əmlaka mülkiyyət hüququ əldə etmiş, əmlaka sahiblik etmiş və hal-hazırda o, həmin mənzilin qanuni sahibi və mülkiyyətçisidir. Göründüyü kimi, mübahisəli mənzilin qanuni mülkiyyətçisi Cavabdeh2 olmasına baxmayaraq, Cavabdeh1 MMC ilə arasında bağlanmış 27.09.2017-ci il tarixli müqaviləni məhkəmə əsassız olaraq etibarsız hesab etmişdir. Bundan başqa, hesab edir ki, mübahisəli mənzilə dair həm Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 11/01 №-li, 26 aprel 2 007-ci il tarixli müqavilə və maliyyə arayışının, habelə cavabdehlər Cavabdeh2la Cavabdeh1 MMC arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli müqavilənin etibarlılığını mübahisələndirilməsi müddəti üzürlü səbəb olmadan ötürülmüşdür. Belə ki, iddiaçının özünün iddia ərizəsində göstərilir ki, iddiaçı mənzili aldıqdan bir müddət sonra mənzil üzərində sahiblik və istifadə hüquqları pozulduğuna görə, məhkəmədə iddia irəli sürmüşdür. Göründüyü kimi, iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. Beləliklə də müəyyən edilir ki, işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə maddi və ya prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bü tün faktiki halları aydınlaşdırmamış, tətbiq etməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. İddiaçı və vəkili Qasımov Mətləb Məhəmməd oğlu kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2021-ci il tarixli 2(103)-6517/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Qasımov Mətləb Məhəmməd oğlu şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Res publikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 354.2. Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkə məsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhk əməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2004cü il tarixli Qərarında təsbit olunmuş mövqeyə əsasən hər hansı əqdin (o cümlədən alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlən dirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir. Kassasiya şik ayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətlərinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib. Məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr Rasim Şahmalıyevin iddiası üzrə müəyyən ediblər ki, 14 sentyabr 2007-ci il tarixdə iddiaçı XXX ünvanında inşa edilən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsini Cavabdeh1 MMC-dən almışdır. Daha sonra həmin mənzil 27 sentyabr 2017-ci il tarixli müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 adına rəsmiləşdirilmiş, sonradan arxa tarixlə 26 aprel 2007-ci il tarixli müqavilə ilə mənzil "xxxx" MMC tərəfindən Cavabdeh3 satılmış və sonuncunun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bak ı Ərazi İdarəsində 25 dekabr 2017-ci il tarixdə mənzilə dair hüquqların qabaqcadan qeydiyyatı aparılmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı mübahisəli mənzillə bağlı sahiblik və istifadə hüququları məhkəmə qətnaməsi ilə tanındığından, onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilə qanuna uyğun olaraq bağlanmış müqavilədir. Həmin qətnamə ilə mənzilə dair Ayidə Abbasova ilə bağlanmış 10.05.2007-ci il tarixli müqaviləyə qiymət verilmiş və onun iddiaları təmin edilməmişdir. Belə olan halda, həmin məhkəmə araşdırması dövründə Aidə Abbasova təəfindən mənzilə dair hüquqlarının 27 sentyabr 2017-ci il tarixli müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 adına rəsmiləşdirilməsi qanunsuz və əsassız olmuşdur. Həmçinin həmin mənzilin 26 aprel 2007-ci il tarixli müqavilə ilə "xxxx" MMC tərəfindən Cavabdeh3 satılması barədə müqavilənin arxa tarixə bağlanmaqla saxta olması məhkəmə aktı ilə müəyyən edilmişdir. Apelyasiya məhkəməsi iş materiallarında olan sübutları Mülki Prosessual Məcəllənin 82.3 və 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirib. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən prossesual hüquq normaları məhkəmələr tərəfindən pozulmamışdır. Buna görə də, kassasiya şikayətini n dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6517/2021 nömrəli iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar