Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-598/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 oğlu və digərlərinin Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: miras əmlakdan payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), X11 və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2(104)-1512/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 28 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları: 01 iyul 1941-ci il tarixdə İddiaçı1 oğlu ilə X9 nikahlarını rəsmi qaydada qeydə aldırmaqla ailə qurublar və onlar birgə nikahları dövründə 18 oktyabr 1956-cı il tarixdə alqı-satqı yolu ilə Gəncə şəhəri, N.Yusifbəyli küçəsində yerləşən 61 saylı fərdi yaşayış evini əldə ediblər. İddiaçı1 oğlu və X9 arasında 28 mart 1984-cü il tarixdə 34 nömrəli akt qeydi ilə nikahın pozulub və 24 yanvar 1999-cu il tarixdə X9 ölüb. 11 fevral 2000-ci il tarixli, 2V-1-21 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən miras ev Cavabdeh mülkiyyətinə verilib. İddiaçı1 oğlu 10 oktyabr 2005-ci il tarixdə, İddiaçı2 isə 09 iyun 2018-ci il tarixdə ölüb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 oğlu və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, X5 qanun üzrə vərəsəsi kimi tanın maları və Gəncə şəhəri, N.Yusifbəyli küçəsində yerləşən 61 saylı fərdi yaşayış evinin ər-arvadın birgə mülkiyyəti hesab edilməklə Cavabdeh adına verilmiş 11 fevral 2000-ci il tarixli, 2V-1-21 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi və miras əmlakın ¾ hissəsinin İddiaçı1, ¼ hissəsinin İddiaçı2 mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, 24 yanvar 1999-cu il tarixdə vəfat etmiş Gözəl Ələkbərovadan miras qalmış evin ½ hissəsinə vərəsəlik açılmışdır. Qanun üzrə vərəsələr sırasına daxil olan X və Maraqlı şəxslar uzun müddətdir ki, Moskva şəhərində yaşayırlar, hazırda maris evdə İddiaçı2 atası İddiaçı1la birlikdə yaşayır. Lakin, Cavabdeh iddiaçılardan xəbərsiz olaraq 11 fevral 2000-ci il tarixli, 2V-1-21 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən miras əmlakı mülkiyyətinə keçirib. Halbuki, miras evi İddiaçı1 və İddiaçı2 faktiki olaraq qəbul ediblər, Cavabdeh isə 1 il 1 ay sonra notariat kontoruna müraciət edib. İş üzrə şahid qismində dindirilmiş X17, X12 və X13 eyni məzmunlu izahatlar verərək göstərmişlər ki, X ölümündən sonra ondan miras qalmış evdə sonuncunun əri X və oğlu İddiaçı2lar öz ailə üzvləri ilə birlikdə yaşamışlar. X və Maraqlı şəxslar isə Rusiya Federasiyasında yaşamışlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2004-cü il tarixli, 2-472/2004 saylı qətnaməsi ilə (hakim Ə.Qurbaov) Cavabdeh adına Gəncə şəhəri, N.Yusifbəyli küçəsində yerləşən 61 saylı mülkə dair Gəncə şəhəri, 1 saylı Dövlət Notariat Kont oru tərəfindən verilmiş 11 fevral 2000-ci il tarixli, 2V-1-21 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi, Gözəl Ələkbərovanın adına olmuş Gəncə şəhəri, N.Yusifbəyli küçəsində yerləşən 61 saylı mülkün İddiaçı1 ər-arvad kimi birgə mülkiyyəti hesab edilməsi, iddiaçılar İddiaçı1 və xX1 üzrə vərəsələri tanınması, Gəncə şəhəri, N.Yusifbəyli küçəsində yerləşən evin ¾ hissəsinin iddiaçılar İddiaçı1, ¼ hissəsinin isə İddiaçı2 mülkiyyətinə verilməsi qət edilmişdir. Məhkəmə öz hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, x vərəsələri əri İddiaçı1, yanında yaşayan oğlu İddiaçı2 və Moskva şəhərində yaşayan övladları x və Maraqlı şəxslar olmuşlar. Cavabdeh anası GX vəfatından sonra mirası qanunla nəzərdə tutulan formada deyil, ata və anasının nikahlarını gizlətməklə qanu nsuz olaraq mübahisəli mülkü öz adına sənədləşdirmişdir. Belə ki, Cavabdeh atası İddiaçı1 adından ərizə yazaraq X ilə nikahının olmamasını və mübahisəli mülkdə yaşamasını göstərməklə əsassız olaraq “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almış, dövlət notariusu isə vərəsəliyin dairəsini müəyyən etməmişdir. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Mülki Məcəllənin 532 və 552-ci maddələrinə və 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkməsinin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barəd ə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, anası x ölümündən əvvəl, yəni 28 iyul 1998-ci il tarixdə fərdi yaşayış evini ona vəsiyyət etmiş və vəsiyyətnamə Gəncə şəhəri, 01 saylı notariat kontorunda 8K-1-119 saylı reyestrdə qeydə alınmışdır. Gəncə şəhəri, 01 saylı notariat kontorunun 11 fevral 2000-ci il tarixli, 2V-1-21 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinə əsasən ev onun mülkiyyətinə keçmiş və ona 17 fevral 2000-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. Rusiya Federasiyasının Moskva şəhərində yaşadığına görə qardaşı İddiaçı2 ailəsi ilə birlikdə orada yaşamasına icazə vermiş, lakin geri qayıdanda bilmişdir ki, mübahisəli ev qardaşının arvadı X2 mülkiyyətinə keçmişdir. Belə ki, hazırki mübahisələndirilən qətnamənin qəbulundan sonra Gəncə şəhəri, 07 saylı notariat kontorunun 14 iyun 2004-cü il tarixli, 4Ə-3-482 saylı bağışlanma müqaviləsinə əsasən İddiaçı1 evdə olan payını İddiaçı2 bağışlamış və sonuncunun adına 18 iyun 2004-cü il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli, 2V-1366 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən fərdi yaşayış evi Zülfiyyə Ələkbərovanın adına keçmiş və bu barədə onun adına 09 sentyabr 2021-ci il tarixli Çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı1 və X arasında olan nikahın 28 mart 1984-cü il tarixdə pozulmasını, anası X tər əfindən onun adına verilmiş vəsiyyətnaməni və iddia müddətini nəzərə almamışdır. İddiaçı2 prosessual hüquqi varisi X apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, mübahisəli evə gəlin köçmüşdür. X15 vəfat edən zaman əri İddiaçı2la birlikdə Bakı şəhərində yaşamışlar. Qaynanası ilə qaynatası boşansalarda birlikdə yaşamışlar. Əri İddiaçı2 Bakı şəhərində X6 işləmişdir. X7 vəfatından sonra Gəncə şəhərinə köçmüşlər. Bakı şəhərinə gedib-gəlsələr də, 2000-ci ildən əri İddiaçı2 iş yerini Gəncə şəhərinə dəyişmiş və birdəfəlik mübahisəli evə köçmüşlər. Qaynı Cavabdeh isə yas mərasimində 7 gün iştirak etdikdən sonra Rusiya Federasiyasına qayıtmışdır. Miras əmlakda onlar və qaynatası İddiaçı1 yaşamışdır. Lakin, buna baxmayaraq x öz adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəha dətnamə almış və evi adına keçirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 04 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, 02 saylı notariat kontorunun 03 avqust 1955-ci il tarixli, 14-3765 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Nizami küçəsi, 164 saylı fərdi yaşayış evi X8 adından X14 adına keçmişdir. Gəncə şəhəri, notariat kontorunun 19 oktyabr 1956cı il tarixli alqı-satqı müqaviləsinə əsasən bu mülk X adına keçmişdir. X16 adına ünvanı ünvan 12 sentyabr 1959-cu il tarixli torpaq qeydi tərtib edilmişdir. X adına hal-hazırda ünvanı ünvan 200-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. 01 saylı notariat kontorunun 11 fevral 2000-ci il tarixli, 2V-1-21 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinə əsasən ev Cavabdeh adına keçmiş və bu barədə onun adına 17 fevral 2000-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. Bundan sonra, Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 05 aprel 2004-cü il tarixli qətnaməsinə əsasən, 01 saylı notariat kontorunda təsdiq edilmiş 2V-1-21 saylı “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə ləğv edilmiş, iddiaçılar İddiaçı1 və xX3 üzrə vərəsələri hesab edilmiş, miras evin ¾ hissəsi İddiaçı1, ¼ hissəsi isə İddiaçı2 mülkiyyətlərinə verilməklə bu barədə onların adlarına 14 may 2004-cü il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. 07 saylı notariat kontorunun 14 iyun 2004-cü il tarixli, 4Ə-3-482 saylı bağışlama müqaviləsinə əsasən İddiaçı1 evdə olan payını İddiaçı2 bağışlamışdır. İddiaçı2 adına fərdi yaşayış evinə dair 18 iyun 2004-cü il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin 07 sentyabr 2021-ci il tarixli, 2V-1366 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinə əsasən 0.058 ha torpaq sahəsində yerləşən ümumi tikinti sahəsi 76,9 kv.metr olan fərdi yaşayış evi X adına qeydə alınmış və bu barədə onun adına 09 sentyabr 2021-ci il tarixli Çıxarış verilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2(104)-1512/2022 saylı qətnaməsi ilə (hakimlər- R.Ş.Muradov sədrlik edən, məruzəçi, Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 05 aprel 2004-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilmiş, Cavabdeh adına Gəncə şəhəri, N.Yusifbəyli küçəsində yerləşən 61 saylı mülkə dair Gəncə şəhəri, 01 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 11 fevral 2000-ci il tarixli, 2V-1-21 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi, 24 yanvar 1999-cu il tarixdə ölmüş X miras qalmış ünvan 3 ünvanda yerləşən mülkün (fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin) oğlu İddiaçı2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdr ki, X 24 yanvar 1999-cu il tarixdə ölümündən sonra ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi miras və onun birinci növbəli vərəsəsi kimi üç övladı- X, x və X qalmışlar. Miras qoyan X ilə İddiaçı1 nikahı 28 mart 1984-cü il tarixdə 34 nömrəli akt qeydi ilə pozu lmuşdur. Bu səbəbdən də İddiaçı1 miras qoyan X vərəsəsi hesab edilmir. Miras qoyan sağlığında oğlu X adına vəsiyyətnamə versə də, sonuncu qanunla müəyyən edilmiş müddətə mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərək vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhsdətnamə almamışdır. Cavabdeh anasının vəfatından bir il müddət keçdikdən sonra notariat orqanına müraciət edərək qanun üzrə vərəsilik hüququ haqqında şəhatətnamə almışdır. Göründüyü kimi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verilsə də, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilən müddətin keçməsinin səbəblərinin üzrlü hesab edilməsi barədə məhkəmə qərarı olmamışdır. Cavabdeh anasının ölümündən sonra bir il mübahisəli evdə yaşadığını qeyd etsə də, s onuncunun bu dəlili mülki iş materialları ilə təsdiq olunmur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı X, X və X şahid qismində dindirilərkən ifadələrində göstərmişlər ki, X ölümündən sonra miras qalmış evdə onun əri İddiaçı1 və oğlu İddiaçı2 öz ailə üzvləri ilə birlikdə yaşamışlar. Cavabdeh və Maraqlı şəxs isə Rusiya Federasiyasında yaşamışlar. Miras faktiki olaraq İddiaçı2 tərəfindən qəbul edilmiş və mirasa sahiblik faktiki cəhətdən onun tərəfindən həyata keçirilmişdir. Digər vərəsələrin mirası qəbul etməsi sübuta yetirilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin miras əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi tanınmasına dair qənaətinə münasibət bildirərək qeyd etmişdir ki, 1984-cü ildə İddiaçı1la X nikahı pozulmasına baxmayaraq, İddiaçı1 üç il müd dət ərzində əmlakın bölünməsi barədə iddia qaldırmamışdır. Belə olan halda mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi tam mülkiyyət hüququ üzrə x mülkiyyəti hesab olunur və İddiaçı1 miras qoyanın vərəsəsi hesab olunmur. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “G.Qəhrəmanovanın şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarına, 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 527, 530, 532, 552 və 553-cü maddələrinə və 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nikah və Ailə Məcəlləsinin 8, 23, 44 və 385.1.4-cü m addələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, anası X vəfatından sonra miras əmlakı qəbul etmiş, lakin Rusiya Federasiyasına qayıtmalı olduğundan, atası İddiaçı1 və qardaşı İddiaçı2 ailə üzvləri ilə birlikdə həmin evdə yaşamasına icazə vermişdir. Bundan əlavə, o, birinci instansiya məhkəməsində icraat zamanı iştirak etməmiş və şahid ifadələrinə qarşı öz müdafiəsini təşkil edə bilməmişdir. Buna baxmayaraq, apelyasiya instansiya məhkəməsi həmin şahid ifadələrini sübut növü kimi qəbul etmişdir. Bundan başqa, İddiaçı2 hansı tarixdən mübahisəli evdə yaşamağa başladığını şahid ifadələri ilə aydın şəkildə müəyyən etmək mümkün olmur. Belə ki, İddiaçı2 2001-ci ilədək Bakı şəhəri X6 işləmiş, 2001-ci ilin sonunda isə Gəncə şəhərinə köçərək atası İddiaçı1 yanında yaşamağa başlamışdır. Cavabdehin miras əmlaka dair vəsiyyətnaməsi vardır və o, həm də mirası qəbul etmişdir. İddiaçı X da mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməmişdir və sonuncu mirasın cavabdeh tərəfindən qəbul edildiyini bilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahat ları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllə Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə
530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündə n sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə
553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər. 01 iyun 2000-ci il tarixədək qüvvədə olmuş Nikah və Ailə Məcəlləsi Maddə
23. Ər-arvadın nikah müddətində qazandıqları əmlak onların ümumi birgə mülkiyyətidir. Nikah müddətində qazanılmış əmlakın ər-arvaddan birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onla rın hər ikisinin hüququ vardır. Maddə
8. Boşanmış ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakı bölmək haqqında tələblər üzrə üç illik iddia müddəti tətbiq edilir. Maddə
44. Nikah vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda boşanma qeyd olunan vaxtdan xitam edilmiş hesab olunur. Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq ol unmuş sübutlarla əsaslandırır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etmiş olsa da, həmin hallara maddi hüquq normalarını düzgün tətbiq etməyib. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 01 iyul 1941-ci il tarixdə İddiaçı1 rəsmi nikah əsa sında X ilə ailə qurub və onların birgə nikahından X, x və X adlı üç övladları doğulub. Birgə nikahları dövründə onlar 18 oktyabr 1956-cı il tarixdə alqı-satqı yolu ilə Gəncə şəhəri, N.Yusifbəyli küçəsində yerləşən 61 saylı evi satın alıblar. 28 mart 1984-cü il tarixdə İddiaçı1la Gx arasında bağlanmış nikah pozulub və bu barədə 34 saylı akt qeydində müvafiq qeydiyyat aparılıb. 24 yanvar 1999-cu il tarixdə X ölüb. 11 fevral 2000-ci il tarixli, 2V-1-21 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən miras ev Cavabdeh mülkiyyətinə keçib. Hazırki mülki işə birinci instansiya məhkəməsində baxıldıqdan sonra 10 oktyabr 2005-ci il tarixdə İddiaçı1, 09 iyun 2018-ci il tarixdə isə İddiaçı2 ölüb və sonuncunun hüquqi varisi kimi prosesə X4 qoşulub. Əvvəla, işdən görünür ki, iddiaçıla rın cavabdehlərə qarşı tələbləri- X qanun üzrə vərəsələri kimi tanınmalarından, Gəncə şəhəri, N.Yusifbəyli küçəsində yerləşən 61 saylı evin ər-arvadın birgə mülkiyyəti hesab edilməsindən, miras evə dair Cavabdeh adına verilmiş 11 fevral 2000-ci il tarixli, 2V-1-21 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsindən və miras evin ¾ hissəsinin İddiaçı1, ¼ hissəsinin isə İddiaçı2 mülkiyyətinə verilməsindən ibarət olduğu halda, apellyasiya instansiyası məhkəməsi hər hansı qanuna istinad etmədən, müstəsna hal göstərmədən iddiadan kənara çıxaraq, miras mülkün (fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin) İddiaçı2 tərəfindən qəbul edilməsi faktını müəyyən etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmə işdə iştirak e dən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır və məhkəmə o, halda iddiadan kənara çıxa bilər ki, qanunda göstərilən müstəsna hal olmuş olsun. Hazırki işdə isə belə müstəsna hal müəyyən edilməmişdir. Digər tərəfdən, sözügedən faktın müəyyən edilməsi üçün Mülki Prosessual Məcəllənin 308-ci maddəsində nəzərdə tutulan prosessual əsaslar olmamışdır. Belə ki, sözügedən normanın mənasına görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdən görünür ki, iddiaçıların miras evə dair lazımi sənədləri başqa qaydada ala bilməmələri müəyyən edilmir və ilk gündən onlar həmin sənədləri əldə edərək məhkəməyə təqdim etmişlər. Bundan başqa, işin müb ahisə olunmayan hallarına görə, X 24 yanvar 1999-cu il tarixdə ölməsi ilə ondan miras qalmış evə vərəsəlik açılmış və onun üç övladı olmuşdur. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinə görə, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümün dən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müdd ətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 553-cü maddəsində göstərilir ki, mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər. Daha sonra, qanunvericilik vərəsənin üzürlü səbəblərdən mirası vaxtında qəbul etməməsi halında müddətin uzadılmasına yol verir. Belə ki, mirası qəbul etmə müddətinin uzadılması tələbinin hüquqi əsaslarını müəyyən edən keçmiş Mülki Məcəllənin 553-cü maddəsinə görə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Göründüyü kimi, mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit edib. Sözügedən maddələrin mənasına görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Nəzərə alınmalıdır ki, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özünd ə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Mülki qanunvericilik normalarında mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilib göstərilib. Qeyd olunan normaların tələblərinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul edib. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olur. Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümay iş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Göründüyü kimi, miras qoyan X ilə İddiaçı1 arasında bağlanmış nikaha 28 mart 1984-cü il tarixdən xitam verildiyindən, habelə sonuncu ümumi birgə mülkiyyətdə evi bölmək haqqında tələb üzrə üç illik iddia müddətini ötürdüyündən və qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, yalnız uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab edildiyindən, başqa sözlə nikahı pozulmuş ər-yəni İddiaçı1, mirası qoyan keçmiş arvadı X vərəsəsi hesab olunmadığından, İddiaçı1 iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Belə ki, 01 iyun 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsi nə əsasən, ər-arvadın nikah müddətində qazandıqları əmlak onların ümumi birgə mülkiyyətidir. Nikah müddətində qazanılmış əmlakın ərarvaddan birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır. Həmin Məcəllənin 8-ci maddəsinə görə, boşanmış ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakı bölmək haqqında tələblər üzrə üç illik iddia müddəti tətbiq edilir. Həmin Məcəllənin 44-cü maddəsinə görə nikah vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda boşanma qeyd olunan vaxtdan xitam edilmiş hesab olunur. Yuxarıda qeyd olunduğu kimi İddiaçı1la X arasında bağlanmış nikahının pozulması 28 mart 1984-cü il tarixdə 34 saylı akt qeydi ilə qeydə alınmışdır. Göründüyü kimi, İddiaçı1la X arasında bağlanmış nikahın pozulması 1984-cü ildən 34 saylı akt qe ydi ilə qeydə alınsada, İddiaçı1 üç il müddətə əmlakın bölünməsi barədə iddia qaldırmamışdır. Belə olan təqdirdə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi tam mülkiyyət hüququ üzrə x mülkiyyəti hesab olunur və İddiaçı1 onun vərəsəsi hesab olunmur. Digər tərəfdən, miras qoyan X öz sağlığında miras evə dair oğlu Cavabdeh adına vəsiyyətnamə qoysa da, sonuncu qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərək “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almamışdır, lakin o, anası Xn ölümündən 1 il sonra digər vərəsələri gizlədərək ərizə ilə notariat orqanına müraciət etmiş və miras evə dair “Qanun üzrə vərəsilik hüququ haqqında” Şəhatətnamə almışdır. Göründüyü kimi, “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadə tnamə qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verilsədə, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsinin səbəblərinin üzrlü hesab edilərək uzadılması barədə məhkəmə qərarı olmamışdır. Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində miras evi faktiki surətdə idarə etməyə başlamaqla, ona yiyələnməklə mirası qəbul etdiyini göstərsə də, onun bu dəlili mülki iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, birinci instansiyta məhkəməsində icraat zamanı X17, X12 və X13 şahid qismində dindirilərkən ifadələrində göstərmişlər ki, X ölümündən sonra miras qalmış evdə onun əri X və oğlu İddiaçı2lar öz ailə üzvləri ilə birlikdə yaşamışlar. X və Maraqlı şəxslar isə Rusiya Federasiyasında yaşamışlar. İşin apellyasiya instansiyası mə hkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, miras faktiki olaraq İddiaçı2 tərəfindən qəbul edilmiş və mirasa sahiblik faktiki olaraq onun tərəfindən həyata keçirilmişdir. Digər vərəsələrin isə mirası qəbul etmələri sübuta yetməmişdir. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, İddiaçı2 iddia tələblərini qismən əsaslı sayır və hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı2 mirası qoyan Gözəl Ələkbərovanın qanun üzrə vərəsəsi tanınmalı, Gəncə şəhəri, N.Yusifbəyli küçəsində yerləşən 61 saylı evə dair Cavabdeh adına verilmiş 11 fevral 2000-ci il tarixli, 2V-1-21 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ləğv edilməli və miras evə İddiaçı2 vərəsəlik hüququ tanınmalı, qalan hissədə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.4 və 417. 2-ci maddələrinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya in stansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2(104)-1512/2022 saylı qətnaməsi ləğv edilsin, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddia qismən təmin olunsun, İddiaçı2 mirası qoyan X5 qanun üzrə vərəsəsi tanınsın, Gəncə şəhəri, N.Yusifbəyli küçəsində yerləşən 61 saylı evə dair Cavabdeh adına verilmiş 11 fevral 2000-ci il tarixli, 2V-1-21 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ləğv edilsin və həmin evə İddiaçı2 vərəsəlik (mülkiyyət) hüququ tanınsın, qalan hissədə iddia rədd olunsun. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.