Məhkəmə qərarları › İş №2(102)-598/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-598/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-598/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Abşeron rayon 1 saylı Notariat kontoruna, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 se ntyabr 2023-cü il tarixli, 2(103)2810/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0,14 ha və 0,30 ha olan torpaq sahələri üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, 10 fevral 2015-ci il tarixli AN-İ ******* və AN-İ ******* №-li alqısatqı müqavilələri ilə Cavabdeh3 satılmışdır. Hər iki müqavilə satıcının adından etibarnamə əsasında X4 tərəfindən imzalanmışdır.

2. İddiaçı Cavabdeh2 arvadıdır, nikahları 24 oktyabr 2005-ci il tarixdə bağlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhk əməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Abşeron rayon 1 saylı Notariat kontoruna qarşı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz əmlaka birgə hüququ olan Cavabdeh2 ilə Cavabdeh3 arasında 10 fevral 2015-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0,14 ha və 0,30 ha ölçülü torpaq sahələrinə dair AN-İ ******* və AN-İ ******* saylı alqısatqısı müqavilələrinin etibarsız hesab edilməsi, həmin əqdlər əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsi, dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır k i, 2021-ci ilin noyabr-dekabr aylarında iddiaçıya məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 08 oktyabr 2013-cü və 13 yanvar 2015-ci il tarixli dövlət reyestrindən Çıxarışlara əsasən əri Cavabdeh2 adına olan, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən 0,14 ha və 0,30 ha ölçülü torpaq sahələri, iddiaçının razılığı olmadan, Abşeron rayon 1 saylı notariat kontorunda 10 fevral 2015-ci il tarixdə alqı-satqı yolu ilə Cavabdeh3 adına keçirilmişdir. Daşınmaz əmlaka birgə hüququ olan ərin arvadın razılığı olmadan həmin əmlaka hüquqlar barəsində bağlanan əqd etibarsızdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(005)2141/2022 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia təmin edilmiş, Cavabdeh2 ilə C avabdeh3 arasında, 10 fevral 2015-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,14 ha və 0,30 ha ölçülü torpaq sahələrinə dair, AN-İ ******* və AN-İ ******* saylı alqı-satqısı müqavilələrinin etibarsız hesab edilməsi və onların hüquqi nəticələrinin ləğv edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, X2 məxsus torpaq sahələrinə dair alqı-satqı müqavilələri bağlanarkən onun ailə vəziyyəti qardaşı Cavabdeh2 tərəfindən Abşeron rayon 1 saylı notariat kontorunda yazılmış ərizədə evli olduğu halda subay göstərilmişdir. Qeyd edilən hal X1 məhkəmə iclasında verdiyi izahatda özü tərəfindən etiraf edilmiş və sübuta yetirilmişdir. Bu halda, alqı-satqı müqavilələri bağlanarkən X1 arvadı İddi açı torpaq sahəsinin satılmasına razılığını ifadə edən ərizəsı alınmalı idi.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.6, 337.1, 337.2, 337.3, 337.4, 339.1, 339.2, 339.3, 339.4, 339.5 və 340.2-ci, Ailə Məcəlləsinin 31, 32.1, 32.2, 33, 34.1 və 36.1-ci, “Notariat haqqında” Qanunun 35-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh3 və qətnamə ilə maraqlarına toxunulan Maraqlı şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(005)-2141/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

9. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)-2810/2023 nömrəli qətnaməsi ilə (hakim S.X.Bəhrəmzadənin sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və X.A.Mərdanovadan ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(005)-2141/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddiası təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, mübahisəli əmlakın iddiaçı ilə Cavabdeh2 birgə nikahı dövründə əldə edildiyi işin mübahisə edilməyən halıdır. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında mübahisəli torpaq sahələrinə dair alqı-sat qı müqavilələri 10 fevral 2015-ci il tarixdə bağlanmış və müqavilələr bağlanan zaman iddiaçı ilə Cavabdeh2 birgə nikahda olmaqla birgə təsərrüfat aparmışlar. Belə ki, məhkəmə kollegiyasının iclasında da iddiaçının nümayəndəsi birgə nikahda olmaqla, birlikdə yaşadıqlarını bildirmişlər. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən əldə olunmuş 19 iyul 2023-cu il tarixli məktuba əsasən də görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 07 iyul 2023-cü ilədək olan dövrə aid daxil edilmiş məlumatlar üzrə axtarış aparılmış və Cavabdeh2lə İddiaçı 24 oktyabr 2005-ci ildə İmişli rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahına dair məlumat aşkar olunmuşdur.

11. Həmçinin, iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında sözügedən müqavilələrin ləğvi barədə məhkəmə mübahisəsi olmuş və iddia müddəti ötürüldüyündən iddia rədd edilmişdir. Apellyasiya baxışı zamanı həmin məhkəmə işi tələb edilmiş və araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin işə baxılarkən Cavabdeh2 nümayəndəsi və vəkili X5 onun arvadı İddiaçı üçüncü şəxs qismində işə cəlb olunmasına dair vəsatət vermiş, sonuncu üçüncü şəxs qismində işə cəlb edilmiş, Fuad Mürsəlzadə həmin məhkəmə prosesində eyni zamanda İddiaçı da təmsil edərək hüquqlarını müdafiə etmişdir (vəkili və nümayəndəsi olmuşdur). Eyni zamanda məhkəmə bildirişləri İddiaçı, həmçinin Cavabdeh2 yaşadığı ünvana - İmişli rayonu, Qaralar kəndinə göndərilm işdir.

12. Bundan əlavə, 2017-ci ildə Cavabdeh2 və X4 alqı-satqı müqavilələri əsasında almadıqlarını iddia etdiyi pula görə müxtəlif hüquq mühafizə orqanlarına ərizə ilə müraciətlər etməyə başlamışlar. Həmin ərizələr Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 29 dekabr 2017-ci il tarixli məktubu, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin 19 iyul 2017-ci il tarixli Qərarı, Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 15 dekabr 2020-ci il tarixli məktubundan, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin 17 yanvar 2021-ci il tarixli Qərarı ilə rədd edilmişdir. Həmin məhkəmə işində Cavabdeh2 və İddiaçı nümayəndəsi və vəkili Fuad Mürsəlzadə qarşı tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə etiraz edərək, hüququnun pozulduğunu 2017-ci ildən hüquq-mühafizə orqanlarına şikayət ərizələri ünvanlamağa başladığı vaxtdan bildiyini bildirmişdir.

13. Qeyd edilənlər əsasında apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, hələ Abşeron Rayon Məhkəməsində 2021-ci ildə müqavilələrin ləğvi tələbinə dair işə baxılarkən Nağıyeva (Əsgərova) Sevinc Xeyrulla qızı ilə Cavabdeh2 eyni mövqedən çıxış etmiş, eyni nümayəndə ilə məhkəmədə təmsil olunmuş, məhkəmə bildirişləri belə eyni ünvana göndərilmişdir. Belə olan halda, tərəflər birgə təsərrüfat aparmış, ailə münasibətləri pozulmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan xüsusatlarını, iş materiallarını, tərəflərin izahatlarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, Nağıyeva (Əsgərova) Sevinc Xeyrulla qızı mübahisəli torpaq sahələrinin Cavabdeh3 satılmas ından xəbəri olmuş, lakin iddiaçı tərəfindən müqavilələrin etibarlılığı mübahisələndirilməmişdir.

15. Qanunvericiliyə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Buna görə də məhkəmə hesab etmişdir ki, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə iddia tələbləri təmin olunmamalıdır.

16. Abşeron Rayon Məhkəməsində işə baxılarkən Cavabdeh2 və İddiaçı nümayəndəsi və vəkil i Fuad Mürsəlzadə hüququnun pozulduğunu 2017-ci ildən hüquqmühafizə orqanlarına şikayət ərizələri ünvanlamağa başladığı vaxtdan bildiyini bildirmişdir. Yəni, əqdin etibarsızlığına dair mübahisə etmək üçün müddətin ötürülməsi təsdiqini tapır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyatorlar Abşeron Rayon Məhkəməsində olan iş üzrə qətnamənin mövcudluğuna istinadən işin icraatına xitam verilməsini xahiş etsələr də, həmin iş üzrə predmet eyni olsa da, mübahisə eyni tərəflər arasında eyni əsaslarla olmadığından həmin dəlil əsaslı sayıla bilməz.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 144.2, 337.1, 337.2, 337.3, 339.1, 339.2, 339.3, 339.4, 339.5, 340.2, 646.1, 650-cı, Ailə Məcəlləsinin 31, 32.1, 33.2-33.4, 36.1-ci maddələri, “B.Mürsəl ovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2020-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)-2810/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, Ailə Məcəlləs inin 32.1-ci, Mülki Məcəllənin 152.1, 157.2, 337.1-337.4, 354.1-cı, Mülki Prosessual Məcəllənin 69.1-1, 76.1, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən kəsici müddət ötürülməmiş, iddia tələbi ilə bir il ərzində məhkəməyə müraciət etmişdir. İddiaçı alqı-satqı müqavilələrinin mövcudluğundan Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qətnaməsindən sonra məlumat tutmuşdur. Hazırda İddiaçı nikahın pozulması üçün ilkin Mediasiya şurasına müraciət etmişdir. Bu da onu göstərir ki, Cavabdeh2 ilə İddiaçı arasında ailə münasibətləri əvvəllər gərgin olmuş, bu da onların birgə təsərrüfat aparmalarını istisna edir. İddiaçı ilə Fuad Mürsəlzadə arasında hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmadığından vəkil X7 Nağıyevanı məhkəmədə nümayəndə kimi t əmsil etmək və onun adından hər hansı fikir və mülahizə bildirmək hüququna malik olmamışdır. Belə olan halda, apellyasiya instansiya məhkəməsi kəsici müddətin başlanğıcı kimi vəkil Fuad Mürsəlzadənin (səlahiyyəti olmayan şəxsin) fikirlərini əsas götürə bilməzdi.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsini n 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əq d etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 560.1-ci maddəsinə əsasən mülki h üquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyə n edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxar kən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına, cavabdeh və qətnamə ilə maraqlarına toxunan tərəfin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır.

29. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli alqı-satqı müqavilələri imzalanan zaman iddiaçının razılığının alınmaması işin müəyyən olunmuş halıdır.

30. Lakin, apellyasiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, müqavilə bağlanılan zaman iddiaçı ilə Cavabdeh2 arasında münasibətləri mövcud olmuş, sonradan müqavilənin predmeti olan əmlaklarla bağlı cavabdehlər arasında mübahisələr yaranmış, o cümlədən iddiaçının əri hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etmiş, azı 2017-ci ildən iddiaçının həmin mübahisələrdən və müvafiq olaraq alqı-satqı müqavilələrindən məlumatı olsa da, müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etməmişdir. 31. “F.Nəcəfovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2023-cü il 03 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.... Müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən mə hkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

32. Məhkəmə kollegiyası iddiaçının müqavilədən xəbəri olduğu halda, onu etibarlılığını mübahisələndirməməsini, yalnız əri Cavabdeh2 “müqavilənin ləğvi” tələbinə dair iddiasının Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə rədd edildikdən sonra, hazırki iddia ilə məhkəməyə müraciət etməsini hüquqdan suiistifadə kimi qiymətləndirir və hesab edir ki, apellyasiya məhkəməsi iddianı rədd etməklə, maddi hüquq normalarına riayət etmişdir.

33. İddiaçının mübahisə ləndirilən müqavilələrdən məlumatı olmaması, onun Cavabdeh2lə faktiki ailə münasibətlərinin pozulması, vəkil Fuad Mürsəlzadəyə onu təmsil etməyə səlahiyyət verməməsinə dair kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər işin həqiqi hallarının aydınlaşdırılmamasına və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aiddir. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik e dilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)-2810/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar