Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5983/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X6 və Haşımov İslam İsa oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqaviləsinin etibarsızlığı, birgə nikah dövründə əldə edilmiş əşya üzərindəki ümumi mülkiyyət hüququna payın müəyyən edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdehlər X5 və Haşımov İslam İsa oğlunun vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4793/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsindən cavabdehlər X10 və Haşımov İslam İsa oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Vüsal Haşımov 08.09.2017-ci il tarixdə birgə nikaha daxil olmuşlar.
2. Tərəflərin birgə nikah dövründə - 30.04.2018-ci ildə cavabdeh X5 adına “Mercedes Benz C180” minik markalı 99- MF-410 dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Həmin avtomobil 17.10.2018-ci il tarixdə cavabdehin atası Haşımov İslam İsa oğlunun adına rəsmiləşdirilmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəmənin 13.02.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur.
4. İddiaçı birgə nikah dövründə əldə olunmuş avtomobilin alqı-satqı müqaviləsinin onun razılığı olmadan bağlandığına istinad edərək əqdin eti barsız hesab edilməsini və əşya üzərində payının tanınmasını tələb edir.
5. Cavabdehlər isə mübahisəli avtomobilin ilkin olaraq Cavabdeh1 adına qeydiyyata alınmasının formal xarakter daşıdığını, tələb üzrə iddia müddətinin keçdiyini əsas gətirərək iddiaya etiraz edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər X6 və Haşımov İslam İsa oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər arasında bağlanmış “Mercedes Benz C” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin avtomobilin ½ hissəsinə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hal larına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə birgə nikah dövründə 30.0.2018-ci il tarixdə “Mercedes Benz C” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Ailə münasibətlərinin pozulmasından sonra cavabdeh V.Haşımov avtomobili 17.10.2018-ci il tarixdə öz atası digər cavabdeh Haşımov İslam Həşim oğluna satmışdır. Avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və digər nikah dövründə əldə etdikləri avtomobilə payları müəyyən edilməlidir.
8. Cavabdeh Haşımov İslam İsa oğlu birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli avtomobili o öz pulu ilə alıb. O, etibarnamə ilə aldığı avtomobili öz adına keçirmək istəyəndə, ona demişlər ki, öz adına sala bilməz. Daha sonra maşının satıcı sından bir də Vüsalın adına etibarnamə verməsini istəyib. Maşın sonradan Vüsalın adına qeydiyyata alınıb. Avtomobil yol qəzasına düşüb yararsız vəziyyətə düşdüyü üçün 6000 manata satılıb. Avtomobil birgə nikah dövründə alınmayıb. Avtomobil alınan vaxt Vüsal və Aytən işləməyib. Bundan əlavə, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim R.Xəzri) 04 mart 2021-ci il tarixli, 2(003)201/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X10 ilə Haşımov İslam İsa oğlu arasında “Mercedes Benz C” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısına dair bağlanmış 17 oktyabr 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı və X5 hər birinin “Mercedes Benz C” markalı * *-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması qət edilmişdir.
10. Məhkəmə Mülki Məcəllənin 337, 354.2 və Ailə Məcəlləsinin 32.1-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəf mübahisəli avtomobilin ilkin olaraq Cavabdeh1 adına qeydiyyata alınmasının formal xarakter daşıdığını irəli sürsə də, bununla bağlı öz dəlilini əsaslandıran əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Cavabdehlər ümumi birgə mülkiyyətdə olan əmlaka dair müqavilə bağlanarkən iddiaçının razılığını almamış, bu barədə qanunvericiliyin tələblərini pozmuşdur. İşin hallarından görünür ki, mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə cavabdeh Vüsal Haşımovun adına alınmış və onların münasibətləri kəskinləşdiyi dövrdə iddiaçını n xəbəri olmadan mülkiyyətçinin atasının adına qeydiyyata salınmışdır. İddiaçı bu barədə yalnız vəkil sorğusuna cavab aldıqda xəbər tutmuşdur. Cavabdehlərin iş üzrə iddia müddətinin ötürülməsinə dair etirazı ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehlərin ailə üzvü olmaqla avtomobili birgə istifadə etməkləri müəyyən olunduğundan, iddiaçının avtomobilin qaynatasının adına özgəninkiləşməsindən xəbəri olmadığına dair etirazı ağlabatan hesab edilir. İş materiallarından da görünür ki, iddiaçının vəkili tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərilmiş, 17.02.2020-ci il tarixli cavab məktubu ilə mübahisəli avtomobilin özgəninkiləşdirilməsi barədə məlumat verilmişdir. Bundan sonra iddiaçı 20.08.2020-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, müddəti ötürməmişd ir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) 31 may 2021-ci il tarixli, 2(103)-4793/21 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-201/2021 saylı iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. X10 və Haşımov İslam İsa oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya i nstansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X4 və X1 mübahisəli avtomobilin dəyərinin kim tərəfindən ödənildiyi və avtomobili kimin satdığı barədə şahid ifadələrinə düzgün hüquqi ifadələrinə hər hansı hüquqi qiymət verməmiş, avtomobilin Cavabdeh1 tərəfindən birgə nikah dövründə əldə edilmiş vəsait hesabına alınması barədə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olduğunu təsdiq edən kifayət qədər sübutların olmasına baxmayaraq, işin obyektiv həlli üçün mühüm əhəmiyyəti olan həmin halları nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozara q düzgün olmayan qətnamə çıxarmışdır. “Mersedes Benz C” markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 Nikbin Vəliyevdən almışdır, həmin avtomobilin alınmasına İddiaçı və Cavabdeh1 hər hansı məbləğdə pul ödəməmişlər, Cavabdeh2 həmin avtomobili əvəzsiz olaraq oğlu Cavabdeh1 adına rəsmiləşdirmiş, sonradan isə öz adına keçirmişdir. Vüsal Həşimov həmin avtomobili əvəzsiz olaraq əldə etdiyi üçün həmin avtomobil onun mülkiyyətində olmuşdur və birgə nikah dövründə əldə edilmiş ümumi birgə əmlak sayıla bilməz. Mübahisəli avtomobili Cavabdeh1 dəyəri atası tərəfindən ödənilmiş pulla əvəzsiz almışdır, iddiaçının həmin avtomobilə mülkiyyət hüququ yaranmamışdır, həmin avtomobil Cavabdeh1 ayrıca mülkiyyətidir. İşə baxan apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını düzgün tət biq etməmiş, mübahisəli avtomobilin Cavabdeh1 mülkiyyətinə əvəzsiz əqdlə keçməsinə düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını düzgün təfsir etməmişdir, İddiaçı iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, iddia ərizəsində qeyd edilir ki, İddiaçı və Həşimov Vüsal İslam oğlu birgə nikah dövründə 30.04.2018-ci il tarixdə “Mersedes Benz C” markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil almışlar, ailə münasibətləri pozulduqdan sonra Cavabdeh1 həmin avtomobili 17.10.2018-ci il tarixdə atası Cavabdeh2 satmışdır. İddiaçı avtomobilin satılmasını müqavilənin bağlandığı andan bilmişdir. İddiaçı mübahisəli avtomobilin alqı-satqısı barədə müqaviləni qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada mübahisələndirməmiş, m übahisəli avtomobilin alqı-satqısı barədə müqavilənin etibarsız sayılması barədə hər hansı tələb irəli sürməmiş və bununla da iddia müddətini üzrsüz səbəblərdən buraxmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
17. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
19. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
20. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
21. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
22. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
25. Maddə 337.4. Etibarsız ə qd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
26. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
27. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
28. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
29. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
30. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
31. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
32. Maddə
37. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələ lərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiril məməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
39. İddiaçı ilə X10 arasında 08.09.2017-ci ildə nikah bağlanmış, həmin nikah məhkəmənin 13.02.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur.
40. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsi nin 17.02.2020-ci il tarixli məktubu və ona əlavə edilmiş kompüter çıxarışından görünür ki, “Mercedes Benz C180” minik markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil 30.04.2018-ci il tarixdə X5 adına rəsmiləşmiş, onun tərəfindən 17.10.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Haşımov İslam İsa oğluna satılmış, həmin tarixdə də X6 29.11.2021-ci il tarixədək etibarnamə ilə verilmişdir.
41. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, mübahisəli avtomobili təxminən 10.000 manata satmışdır. Alıcı beh vermiş, o da etibarnamə vermişdir. Etibarnaməni Vüsala ya İslama verməyi dəqiq yadında deyil. Alqı-satqı çətin, etibarnamə rahat yol olduğu üçün bu cür satmışdır. Maşına ata və oğlu baxmış, lakin oğul Vüsal maşına oturub sürmüşdür. Ona demişlər ki, kasıb adamdırlar, Vüsal təzə ailə qurub, ailə üçün maşın alırlar.
42. Digər şahid X12 ifadəsində göstərmişdir ki, o, iddiaçının atası ilə ailəvi dostdur, onlar rayonda bir yerdə böyümüşlər. O, Aytənlə Vüsalın toyunda da iştirak edib. İddiaçının atası Elmar İslamın evini təmir etdirib, daha sonra onun yanında qızına 10000 manat maşın almaq üçün pul vermişdir. Elmar demişdir ki, pul verir ki, maşın alıb taksi işləyib dolansınlar. Onlar işlənmiş Mercedes almışlar. Daha sonra iddiaçı qaynanası ilə yola getməyib boşanmışlar. Onları barışdırmağa cəhd etmiş, lakin oğlan demişdir ki, anasının sözündən çıxa bilməz.
43. Digər şahid X2 ifadəsində göstərmişdir ki, cavabdehlərlə qonşudur. O, iddiaçını tanımır. İslamın maddi vəziyyəti həmişə yaxşı olub. İslamın Prado markalı maşını olmuş, o nu satıb Mercedes almışdır. Maşını etibarnamə ilə almışlar. Hal-hazırda maşın İslamın adınadır.
44. Apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi həlli ilə ilə bağlı qeyd etmişdir ki, mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə 30.04.2018-ci il tarixdə alınmışdır. 17.10.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Vüsal Haşımov avtomobili atası Haşımov İslam İsa oğlunun adına rəsmiləşdirmişdir.
45. Tərəflər arasında nikahın pozulması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli qətnaməsindən görünür ki, məhkəmənin 12.11.2018-ci il tarixli qərardadı ilə tərəflərə barışmaları üçün 3 ay vaxt verilmişdir. Buradan məlum olur ki tərəflər arasında olan münasibətlər artıq 2018-ci ilin noyabr ayından əvvəlki aylarından kəskinləşmiş və i ddia ərizəsi ilə Vüsal Haşımov məhkəməyə müraciət etmişdir. Alqı-satqı müqaviləsindən görünür ki, nəqliyyat vasitəsi 17.10.2018-ci il tarixdə özgəninkiləşdirilmişdir. Yəni, tərəflər arasında münasibətlər kəskinləşdiyi dövrdə V.Haşımov avtomobili atasının adına özgəninkiləşdirmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh V.Haşımov adıçəkilən nəqliyyat vasitəsini iddiaçının razılığı olmadan özgəninkiləşdirmişdir. Həmçinin kompüter çıxarışından görünür ki, alqı-satqı müqaviləsi bağlandığı gün, yəni 17.10.2018-ci il tarixdə X9 Haşımova etibarnamə vermişdir.
46. Göstərilən hallar isə onun deməyə əsas verir ki, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi yalnız görünüş yaratmaq məqsədilə formal olaraq bağlanmışdır.
47. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.
48. Göründüyü kimi, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanır. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla hüquqi görünüş yaradaraq tamam başqa məqsəd güdürlər, özü də bu məqsəd, adətən, hüquqazidd xarakter daşıyır.
49. Kollegiya hesab etmişdir ki, avtomobil birgə nikah dövründə əldə edilmiş əmlakdır və V.Haşımov onu mümkün bölgüdən yayındırmaq məqsədilə iddiaçının razılığı olmadan özgəninkiləşdirmişdir. Ona görə də alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, üzərində tərəflərin hər birinin ½ hissədə pay hüququnun müəyyən edilməsi barədə qənaət qanuni və əsaslıdır.
50. Cavabdeh tərəfin mübahisəli avtomobilin ilkin olaraq Cavabdeh1 adına qeydiyyata alınmasının formal xarakter daşıması barədə dəlili isə əsassızdır, bununla bağlı əsaslı və mötəbər sübutlar təqdim edilməmişdir, iş materiallarından isə belə bir hal müəyyən edilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş avtomobilin alındığı Nikbin Vəliyev də göstərmişdir ki, maşına ata və oğlu baxmış, lakin oğul Vüsal maşına oturub sürmüşdür. Ona demişlər ki, kasıb adamdırlar, Vüsal təzə ailə qurub, ailə üçün maşın alırlar.
51. Apellyasiya məhkəməsi qeyd etm işdir ki, əhəmiyyətsiz əqdlərdə tələb hüququ üçün əsas əhəmiyyətsiz əqdin özü yox, onunla bağlı tərəflərin və üçüncü şəxslərin hüquqi vəziyyətində yaranmış qeyri-müəyyənlik hesab olunur. Bu qeyri-müəyyənliyin həll edilməsi isə əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi, icra edilənlərin qaytarılması yolu ilə mümkündür. Bu kateqoriya işlərdə müddətin axımının başlanma anı məhz əhəmiyyətsiz əqdin icrasına başlanması anı ilə müəyyən olunur. Bu müddətin axımı subyektiv faktorla (maraqlı şəxsin hüquqlarının pozulduğunu bildiyi vaxtla) yox, əqdin icrasına başlanmasını xarakterizə edən obyektiv hallarla bağlıdır. Belə hüquqi tənzimləmə onunla bağlıdır ki, bu əqdlər məhkəmə tərəfindən əhəmiyyətsiz sayılıb-sayılmamasından asılı olmayaraq əhəmiyyətsizdir və əqdin tərəfləri və üçüncü şəxslər üç ün heç bir hüquqi nəticə doğurmur. Deməli, nə qədər ki, iddianın verilməsi hüququ əhəmiyyətsiz əqdin icrasının nəticələrinin əmələ gəlməsi ilə bağlıdır və bu nəticələrin aradan qaldırılması məqsədini güdür, deməli məhkəmə müdafiəsi üçün müddətin əvvəli də məhz belə əqdin icrasına başlandığı anla bağlıdır. Məhkəməyə müraciət edən iddiaçı özünün öhdəliklə (vədlə) yox, hərəkət, icra ilə bağlı pozulmuş hüququnu müdafiə edir. Buradan da belə aydın olur ki, iddiaçının hüququnu tərəflərin bağladıqları əqd yox, əqdin icrası pozur.
52. Əhəmiyyətsiz əqdlərdə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 illik müddət (mübahisələndirmə müddəti) əhəmiyyətsiz əqdin etibarsız hesab olunması yox, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi barədə tələblərə aiddir. Bu müddətin axımı da müqavilənin bağlandığı (dövlət qeydiyyatına alınmalı olan əqdlərdə isə qeydə alındığı) gündən yox, onun icrasına başlandığı (təhvil-təslim aktının imzalanması, pulun ödənilməsi və s.) gündən başlanır.
53. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddətlə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarında ətraflı şərh verilmişdir.
54. Həmin şərhdən də belə aydın olur ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Lakin əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin geri qaytarılma sına ilə bağlı müddətin tətbiqi həmin əqdin predmetindən, yəni əqdin predmetinin əvəz edilən (pul, qələm, sement və s.) və ya əvəz edilməyən (daşınmaz əmlak, qeydə alınmalı olan daşınar əşya və digər fərdi xüsusiyyətlərə malik olan əmlak) əşya olmasından asılıdır. Əvəz edilən əşyanın geri tələb edilməsinin qanuni əsasını əsassız varlanma təşkil edir və məhz həmin tələb üzrə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət tətbiq oluna bilər. Əvəz edilməsi mümkün olmayan (o cümlədən avtomobil) əşyalarda isə məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi də məhz mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, bu tələbə kəsici və ya iddia müddəti tətbiq oluna bilməz. Hazırkı iş üzrə isə mübahisələndirilən müqavilə əvəzedilməz əşya olan avtomobilin alğı-satqısına dair bağlanmışdır. Müddətlə bağlı cavabdehlərin dəlilləri əsassızdır.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4793/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov