Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5985/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, X1 ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2018-ci il tarixli 2(103)861/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə 15.12.2016-cı il tarixdə məhk əməyə müraciət edərək, cavabdehlə aralarında 21.05.2016-cı il tarixdə ümumi məbləği 1463 manat olan İphone 6S (16GB) üçün bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və ümumilikdə ödədiyi 533 manat məbləğində pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 07.08.2017-ci il tarixli 2(006)-903/2017 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, E.Nağıyeva, H.Həmidov) 12.11.2018-ci il tarixli 2(103)-861/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07.08.2017-ci il tarixli 2(006)-903/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması, apellyasi ya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2018-ci il tarixli 2(103)-861/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəmənin (hakim M.Əhmədova) 01.08.2019-cu il tarixli, 2(102)-5985/2019 saylı qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilərək, məhkəmə iclası 29.08.2019-cu il tarixə, saat 11:05-ə təyin edilmişdir. İş materialları ilə tanış olarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iddianın qiyməti isə iki min manatdan az məbləğ təşkil edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən,apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qa ytara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.08.2019-cu il tarixli “işin icraata qəbul edilməsinə” dair qərardadı ləğv edilməli və iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.08.2019-cu il tarixli “işin icraata qəbul edilməsinə” dair qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5985/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5985/2019
29.08.2019 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver