Məhkəmə qərarları › İş №2(102)-5985/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5985/2021

02.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5985/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı SOCAR “Azneft” İstehsalat Birliyinin Cavabdeh, 3-cü şəxslər AR FHN-nin Tikintidə X4 Agentliyinə və AR ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5985/21 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması, zəbt olunmuş torpaq sahəsini geri qaytarılması) Bakı şəhəri, 02 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh vəkili Vnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5635/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı SOCAR “Azneft” X6 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 08 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı SOCAR “Azneft” İstehsalat Birliyi Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə və Azərbaycan Respublikası ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması, zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azneft” İB-nin qanuni istifadəsində ol an sənaye təyinatlı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı Binəqədi şossesinin kənarında yerləşən 1200 kv.m sənaye təyinatlı torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılaraq “Azneft” İB-nə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı SOCAR “Azneft” İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhəri X5 İcraiyyə Komitəsi) 31 yanvar 1963-cü il tarixli 30/1477 saylı qərarı ilə “Azneft” İB-nin “Balaxanıneft” NQÇİ-nin daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqə di şossesinin kənarında yerləşən 1200 kv.m.dən ibarət olan bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Dəfələrlə cavabdehdən özbaşına tikinti işlərinin dayandırılması və ərazinin boşaldılması tələb olunsa da, o, qanunsuz olaraq bu tələblərə əməl etməmişdir. Həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və orada özbaşına tikinti işlərinin aparılması mövcud texniki təhlükəsizlik qaydalarının tələblərini kobud şəkildə pozmaqla “Azneft” İB-nin qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüququnun keçirilməsinə maneçilik törədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 mart 2020-ci il tarixli, 2(008)-377/2020 saylı qərardadı ilə (hakim Adilə Paşayeva) m əhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin iştirakı (GPS aparatından istifadə olunmaqla) təmin edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 09 avqust 2019-cu il tarixli Mütəxəssis Rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli məktubunda göstərilən kordinatlar (406672.17, 4480368.67) “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, qeyd edilən kordinatlar üzrə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, eləcə də, Balax anı Əməliyyat Şirkətinin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.02.2021-ci il tarixli, 10/3208 nömrəli Ekspert Rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli məktubunda göstərilən kordinatlar (406672.17, 4480368.67) “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, qeyd edilən kordinatlar üzrə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, eləcə də, Balaxanı Əməliyyat Şirkətinin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində yerləşir. Birinci instansiya məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(008)-146/2021 saylı qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia t ələbinin rədd edilməsi, iş üzrə ekspert və mütəxəssis rəyinin alınması ilə bağlı 231,65 manat (50 manat ekspertza xərci, 181,65 manat mütəxəssis rəyinin tərtib olunması ilə bağlı xərc) xərcin iddiaçıdan tutulub Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin hesabına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 22.10.2019-cu il tarixli 2-1(82)-3422/2019 nömrəli Qərarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni Balaxanı massivində inşa edilmiş iddiaçı X3 məxsus 1 mərtəbəli qeyri-yaşayış obyektinin layihəsinin təsdiq edilməsinə dair sərəncam verilməs i vəzifəsi Sabunçu rayon İcra Hakimiyyətinə həvalə olunmuşdur. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.10.2019-cu il tarixli qərarı qanuni qüvvəyə minmiş və icra edilmişdir. İddiaçı iddia tələbində sənaye təyinatlı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, BalaxanıBinəqədi şossesinin kənarında yerləşən 1200 kv.metr sənaye təyinatlı torpaq sahəsinin “Azneft” İBnin qanuni istifadəsində olmasını, cavabdeh X2 isə həmin torpaq sahəsinin özbaşına zəbt edərək orada tikinti işləri aparmasını iddia etmiş və həmin tikililərin sökülərək, ərazinin cavabdehin hesabına boşaldılmasını və “Azneft” İB-nə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Digər tərəfdən isə qüvvədə olan məhkəmə qərarı ilə cavabdeh X2 mübahisəli 1200 kv.metr torpaq sahəsi üzərində inşa edilmiş tikilidən istifadəsini n legitimliyi tanınmış, Balaxanı Bələdiyyəsinin qərarı və onlar arasında bağlanmış müqavilə əsasında həmin torpaq sahəsi cavabdehin istifadəsinə verilmiş, həmin torpaq sahəsində cavabdeh X3 məxsus 1 mərtəbəli qeyriyaşayış obyektinin layihəsinin təsdiq edilməsinə dair sərəncam verilməsi vəzifəri Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin özbaşına zəbt edilməsinə dair iddiaçının dəlilləri əsassız olduğundan, hazırki iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 129-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci, Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 77.1, 88, 217.4-cü maddələri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Qürbət Əsgərov- sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 2(103)-5635/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 mart 2021-ci il t arixli, 2(008)-146/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçı SOCAR “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynovun apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməsi, məhkəmənin həmin mövqeyinin qanunsuz və əsassız olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutlar apelyasiya şikayətinə əlavə etməmiş, iddiaçı SOCAR “Azneft” İB-nin nümayən dəsi məhkəmə iclasında iştirak edərək bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı SOCAR “Azneft” İB (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, iddia tələbi qanuni və əsaslıdır. Belə ki, müəy yən edilmişdir ki, cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla tikili tikmişdir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buna görə də iddiaçının qanuni istifadəsində olan sahədə cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmalıdır. Bundan başqa, sənaye təyinatlı torpaq sahəsində hər hansı tikintinin mövcud olması neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-t exniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi sözügedən tikilinin ilk növbədə gələcəkdə cavabdehin həyatı və həmin evdə yaşayanların, ora qonaq gələn çoxsaylı insanların həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, torpaq sahəsinin cavabdehə verilməsindən əvvəl iddiaçının qanuni istifadəsinə verildiyinə, həmin tikilinin mövcudluğunun qeyd edilən ərazidə yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsinə mane olacağına əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi kimi apelyasiya instansiyası da göstərilən hallara qiymət verməmiş, iddia ərizəsinin əsassız olması barədə nəticəyə gəlmişdir. Halbuki həmin müb ahisəli torpaq sahəsi cavabdehə ayrılmamışdan əvvəl iddiaçının qanuni istifadəsinə verilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı SOCAR “Azneft” İB-nin vəkili Vəkil, Cavabdeh, 3-cü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin və Azərbaycan Respublikası ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən i şə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və apelyasiya kollegiyasınnı qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağ lı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66.1 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmı ş və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayəti üzrə qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Belə ki, iddiaçı apelyasiya şikayətində olduğu kimi, kasasiya şikayətində də mübahisəli sahənin iddiaçının qanuni istifadə olmasına, cavabdeh tərəfindən qanunsuz zəbt edilməsinə əsaslansa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsinə istinad etdiyi torpaq sahəsinin qanuni əsasla, yəni qüvvədə olan məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. İddiaçı özü də kasasiya şikayətində həmin torpaq sahəsinin cavabdehə ayrılmasını dolayısı ilə etiraf etmişdir. Belə ki, o, ka sasiya şikayətində qeyd etmişdir ki, həmin torpaq sahəsi cavabdehə ayrılmazdan əvvəl cavabdehin qanuni istifadəsində olmuşdur. Buradan da aydın olur ki, iddiaçı həmin torpaq sahəsinin cavabdehin istifadəsində qanunsuz olmadığını bilmiş və qəbul etmişdir. Həmçinin ümumi kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı SOCAR “Azneft” İB tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5635/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar