Məhkəmə qərarları › İş №2(102)-5987/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5987/2019

23.09.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5987/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı oğlunun, onun vəkili Vəkil1, Cavabdeh1 vəkili Vəkil2 və nümayəndəsi X3 iştirakları ilə, İddiaçı oğlu cavabdehlər Cavabdeh1 və YYYnun xüsusi notariusu X2 qarşı nikah müqaviləsinin və aliment ödənilməsi barədə sazişin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli, 2(103)-3160/2019 nömrəl i qətnaməsindən İddiaçı oğlu və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdehlər Cavabdeh1 və YYYnun xüsusi notariusu X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.10.2013-cü il tarixdə onunla cavabdeh arasında bağlanmış, 10.10.2013-cü il tarixdə notariat qaydasında təsdiq olunmuş “nikah müqaviləsi”nin və 05.09.2016-cı il tarixdə bağlanmış, 05.09.2016-cı il tarixdə notariat qaydasında təsdiq olunmuş “alimentin ödənilməsinə dair saziş”in etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə o, Cavabdeh1 ilə 06.03.2012-ci ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 02.06.2013-cü ildə LLLadlı övladları doğulmuşdur. İlk öncə ailə münasibətləri normal davam etmişdir. Ailə olaraq münasibətlər tam normal qaydasında olmuşdur. Sonradan arvadı Cavabdeh1 ilə aralarında ailə daxili problemlər olmuş, ona artıq ailə başçısı kimi hörmət qoyulmamış və bu kimi başqa səbəblərdən artıq ailələri dağılma nöqtəsinə gəlib çatmışdır. Nəticə etibarı ilə Cavabdeh1 ilə aralarında olan nikah Neftçala Rayon Məhkəməsinin 12.12.2016-cı il tarixli, 2(53)-1720/2016 saylı qətnaməsi ilə pozulmuş, həmin nikahdan doğulan qızı Məryəmin anası Cavabdeh1 himayəsində qalması və hər ay üçün uşaq 18 yaşına çatanadək 1500 ABŞ dolları aliment kimi ondan tutularaq ona verilməsini qət etmişdir. Bu qətnaməni aldıqdan sonra qətnamənin sonluğunda onun hər ay uşağın saxlanması üçün 1500 ABŞ dolları alimentin tutulması öhdəliyinin olması hissədə qaranlıq qalmışdır. Belə ki, sözügedən məhkəmədən sonra, (1 2.12.2016-cı il tarixdə çıxarılan qətnamədən) hüquqşünaslarla məsləhətləşdikdə aydın olmuşdur ki, onunla arvadı arasında 2 müqavilə var və nikahın pozulmasının bu cür nəticəyə gətirib çıxarmasına o müqavilələr səbəb olmuşdur. Həmin tarixədək onun bu barədə heç bir fikri olmamışdır. Həmin iki sənəddən biri, nikah qeydə alındıqdan bir ildən çox müddət keçdikdən sonra onunla Cavabdeh1 bacısı X4 arasında 10.10.2013-cü il tarixdə YYYnda imzalanmışdır. Digər bir sənəd isə Cavabdeh1 ilə aralarında 05.09.2016-cı ildə YYYnda imzalanmışdır. O, Türkiyə Cümhuriyyəti vətəndaşı olduğundan Azərbaycan dilində danışmaqda, yazmaqda, oxumaqda, anlamaqda çətinlik çəkir. Bundan başqa yuxarıda sadaladığı sənədlər imzalanarkən mətni ona oxunmamış, aydın olmamışdır. Belə ki, onunla Cavabdeh1 arasında bağlanmış ad ını mahiyyətini sonradan anladığı “nikah müqaviləsi” və “alimentin ödənilməsi barədə saziş” bağlanarkən və təsdiq edilərkən xarici ölkə vətəndaşlığı nəzərə alınmayıb və tərcüməçi ilə təmin edilməmişdir. Bununla da müvafiq qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla da o, nəyi imzaladığını, üzərinə icra edilməsi üçün hansı öhdəliklər götürdüyündən xəbərsiz olmuşdur. Belə ki, birinci sənədi imzalayan zaman nə olduğunu soruşduqda ona, guya uşağın qeydiyyatı və doğum haqqında şəhadətnamə almaq üçün razılıq ərizəsi olduğu deyilmişdir. Həmin vaxtlarda qızı LLLyeni doğulduğundan, (02.06.2013-cü ildə) fikirləşmişdir ki, yəqin ailə qurduğu qadın onu aldatmaz, ailə müqəddəsdir və sair. Bu sənədi həqiqətən uşağın sənədlərini qaydaya salmaq üçün lazım olduğuna inanıb imzalamışdır. Sonradan Cavab deh1 ilə aralarında imzalanan sənəddə isə boşanma ərəfəsində olduqlarından uşağın ölkəyə giriş-çıxışı üçün lazım olan sənədlər olduğu bildirilmişdir. Hansı ki, artıq 2016-cı ilin avqust ayından rəsmi qaydada ər-arvad olsalar da, faktiki ayrı yaşayırlar. Buna görə də tez-tez görüşməmişlər. Münasibətlərin daha da gərginləşməməsi və korlanmaması, övladının rahat olması üçün etmək borcudur. Həmin vaxtlarda uşağa daha pis təsir edib, ona psixoloji sarsıntı, gələcəkdə daha ağır nəticələrə səbəb ola biləcək narahatçılıq keçirtməməsi üçün təkrarən belə demək olarsa aldadılıb, inanıb imza etmişdir. Bu onun hüquqlarını pozmuş, gələcəkdə həyat şəraitinin və sosial vəziyyətinin əhəmiyyətli dərəcədə dəyişə biləcəyindən və bu əqdləri bağlayarkən nə nəticələrə gətirib çıxara biləcəyindən xəbərsiz olmuşdu r. Bunun nəticəsində də, ona izah olunmadan və tərcümə edilmədən bağlanmış müqavilə onun həyat şəraitini və sosial vəziyyətini əhəmiyyətli dərəcədə dəyişmişdir. Əqdlər etibarsız hesab edilməlidir, belə ki, Azərbaycan Respublikası MM-də əqdlərin etibarsızlığı hesab oluna biləcək formada onunla adıçəkilən sənədlər imzalanmışdır. Xətai Rayon Məhkəməsinin (hakim Namidar Misirzadə) 2(011)-3837/2017 saylı, 01 may 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlham Əsədov - sədrlik edən və məruzəçi, Azad İmanov, Fuad Talışinski) 2(103)-7203/2017 saylı 12.07.2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şik ayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-3837/2017 saylı, 01 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ənvər Şadiyev sədrlik edən və məruzəçi, İlqar Xələfov və Qəhrəman Allahverdiyev) 2(102)-1880/2018 saylı 13.04.2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7203/2017 saylı 12.07.2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Namiq Cəfərov) 2(103)-7229/18 saylı, 05 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3837/2017 saylı, 01 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlqar Dəmirov sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Əhməd Əhmədov) 2(102)-7676/18 saylı 27 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7229/18 saylı, 05 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş təkrar apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Elşad Şamayev, Xəyal Sarıyev) 2(103)-3160/2019 saylı, 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Ray on Məhkəməsinin 2(011)-3837/2017 saylı, 01 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı oğlu və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli, 2(103)-3160/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilələr iddiaçının arvadının iradəsinə yox baldızının iradəsinə uyğun bağlanmışdır. Müqavilələr notariusda deyil çöldə baldızı FFF tərəfindən ona imzalatdırılmışdır. Apellyasiya instansiya məhkəməsi isə onun iddia ərizəsindəki dəlilləri sadalayıb onların araşdırılmasının görüntüsünü yaratmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, guya o, nə məqsədlə aldadıldığını sübuta yetirməmişdir. Bununla belə məhkəmə işdə şahid qismində arvadının bacısı FFFin ifadəsinə istinad etmişdir. FFF müqavilələr bağlayıb Tutunun nümayəndəsi olduğu təqdirdə onun şahid qismində dindirilməsi qanunun tələblərinə tamamilə zidd olmuşdur. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Müqavilələrin mətni ona oxunmamış, onun məzmununu ona başa salınmamışdır, tərcüməçi ilə təmin edilməmişdir. Lakin məhkəmələr müəyyən etmişdirlər ki. "nikah müqaviləsi” və "alimentin ödənilməsi barədə saziş” bağlanarkən "A zərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərinə tam əməl edilmişdir. Apellyasiya instansiyalarında işə baxan məhkəmə kollegiyaları hazırki işi heç bir halda ədalətli və qanuni araşdırmaq istəməmişdirlər. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı oğlu və onun vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh1 vəkili Vəkil2 və nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermə mişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüqu qi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında 06.03.2012-ci il tarixdə nikah bağlanmış, birgə nikahdan 02.06.2013-cü il təvəllüdlü LLLadlı övladları olmuş, Neftçala Rayon Məhkəməsinin 12.12.2016-cı il tarixli 2(53)1720/2016 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş LLLadlı uşağın anasının yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 14.10.2016-cı il tarixdən 1500 ABŞ dolları məbləğində aliment tutulması qət edilmişdir. Tərəflər arasında 10.10.2013-cü il tarixdə notarial qaydada təsdiq edilmiş nikah müqaviləsi, 05.09.2016-cı il tarixdə notarial qaydada təsdiq edilmiş aliment ödənilməsi barədə saziş imzalanmışdır. Hər iki müqavilə Azərbaycan dilində tərtib edilmişdir. İddiaçı cavabdehlə aralarında bağlanmış nikah müqaviləsi və aliment ödənilməsi barədə sazişi imzalayarkən aldadıldığını qeyd edərək həmin müqavilələrin etibarsızlığını mübahisələndirir. Kassasiya instansiyası məhkəməsi sonuncu qərarında işə yenidən baxılarkən hazırki iş üzrə iddia tələbinin “alimentin ödənilməsinə dair saziş”in etibarsız hesab edilməsi ilə bağlı hissəsinin aliment öhdəliyi ilə bağlı həmin işə birləşdirilməsinin uşağın mənafeyi baxımından məqsədəmüvafiqliyinin, tərəflər arasında barışıq sazişinin bağlanmasının mümkünlüyünün, aliment ödənilməsinə dair saziş üzrə öhdəliklərini icra edə bilməsinə görə iddiaçının maddi imkanlarının və mübahisələndirilən müqavilə lər bağlanarkən iddiaçının aldanıb-aldanmamasının araşdırılması və müvafiq hüquqi qiymət verilməsi barədə göstərişlər vermişdir. Kassasiya instansiya məhkəməsinin göstərişlərini də nəzərə almaqla araşdırma aparan apellyasiya instansiyası məhkəməsi iddiaçının müqavilələrin tərtib edildiyi dili bilməməsi və bununla da məzmununa görə aldadılması ilə bağlı qeyd etmişdir ki, iddiaçı 10 ildir ki, daimi olaraq Azərbaycan Respublikasında yaşayır. İddiaçının Azərbaycan dilini kifayət qədər yaxşı bilməsi onun məhkəmə kollegiyasının iclasında tərcüməçi ilə təmin edilsə də, tərcüməçinin köməyindən istifadə etmədən də məhkəmənin suallarına cavab verməsi ilə də öz təsdiqini tapmışdır. 10 ildən artıq Azərbaycan Respublikasında yaşamış və işləmiş türk vətəndaşının Azərbaycan dilini başa düşməməsi inandırı cı deyil. Məhz bu səbəbdən iddiaçının müqavilələri imzalayarkən notariat orqanından tərcüməçi ilə təmin edilməsini tələb etməməsi təsadüfi hesab edilə bilməz. Eləcə də, məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçının 2013-cü ildə bağlanmış müqavilənin türk dilində tərcümə edilmiş nüsxəsini notariat orqanından tələb etmədiyini bildirməsi də iddiaçının bağlanmış müqavilə mətninin ona tərtib olunduğu azərbaycan dilində aydın olmasına dəlalət edir. Analoji hal məhkəmə icraatında da müəyyən olunmuşdur. Belə ki, hazırki iş üzrə iddia ərizəsi də azərbaycan dilində tərtib olunmuş, iddiaçı məhz azərbaycan dilində olan iddia ərizəsinə imza etmiş, ərizəyə öz ana dilində-türk dilində olan nüsxəsini əlavə etməmişdir. İddiaçı izahatında iddia ərizəsinin vəkil tərəfindən tərtib edildiyin i, lakin ərizəni oxuyub başa düşdüyünü və imza etdiyini bildirmişdir. Bakı şəhəri 06 saylı notariat kontorundan sözügedən müqavilələr bağlanarkən videoçəkiliş qeydə alındığı təqdirdə həmin videogörüntülərin təqdim edilməsi tələb edilmişdir. Bakı şəhəri 06 saylı notariat kontorunun 581 saylı 30.03.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, notariusun yerləşdiyi binada quraşdırılan video müşahidə kameralarının yaddaşında uzun müddət keçməsi səbəbindən hər iki müqavilənin tarixlərinə dair kamera görüntüləri saxlanılmamışdır. Əlavə olaraq notarisunun cavabında qeyd edilmişdir ki, Cavabdeh1 və İddiaçı oğlu arasında bağlanılan 10.10.2013-cü il tarixli nikah müqaviləsi və 05 sentyabr 2016-cı il tarixli aliment ödənilməsi barədə sazişin şərtləri həmin şəxslərin özləri tərəfindən müəyyən olun muşdur. Həmin müqavilələr notariusda təsdiq edilərkən notarius tərəfindən tərəflərin şəxsiyyətləri müəyyən edilmiş, fəaliyyət qabiliyyətləri yoxlanılmış, müqavilələrin şərtləri və məzmunu hər iki tərəfə izah edilmiş və bundan sonra müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə təsdiq edilmişdir. Bundan başqa iddiaçının iddia ərizəsində və apellyasiya icraatında verdiyi izahatlar ziddiyyətlidir. Belə ki, iddia ərizəsində iddiaçı nikah haqqında müqaviləni imzalayarkən uşağın qeydiyyatı və ona doğum haqqında şəhadətnamə alınması üçün razılıq ərizəsi olduğuna inanıb imzaladığını, məhkəmə iclasında isə 2013-cü ildə ümumiyyətlə notariusa getdiyini xatırlamadığını göstərmişdir. Göründüyü kimi iddiaçının bir-birinə zidd izahatlar verməsi onun məzmunu başa düşüb imzaladığı müqavilələrin icras ından yayınmaq xarakteri daşımasının göstəricisidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, aliment ödənilməsi barədə saziş imzalanarkən iddiaçı artıq tərəflərin boşanma ərəfəsində olduğunu özü təsdiq etdiyindən iddiaçının gərgin münasibətdə olduğu qarşı tərəfə inanaraq ona imzalanmaq üçün təqdim edilən sənədi tanış olmadan və məzmununu bilmədən imzalaması inandırıcı deyil. Eyni zamanda, apellyasiya məhkəməsi birgə nikahdan doğulmuş LLLadlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 14.10.2016-cı il tarixdən 1500 ABŞ dolları məbləğində aliment tutulması barədə Neftçala Rayon Məhkəməsinin 12.12.2016-cı il tarixli 2(53)1720/2016 saylı qətnaməsindən cavabdeh (hazırki iddiaçı) tərəfindən apellyasiya şikayəti verildiyini və həmin mülki iş üzrə icraat hazırki işə b axılması ilə əlaqədar dayandırıldığını müəyyən etmişdir. Neftçala Rayon Məhkəməsində baxılmış mülki iş üzrə X1 tutulan alimentin məbləği hazırda mübahisələndirilən “alimentin ödənilməsinə dair saziş” əsasında müəyyən edildiyindən həmin işlərin bir icraatda birləşdirilməsini məqsəduyğun hesab etməmişdir. İddiaçı apellyasiya şikayətində pərdə mağazalarının birində dərzi kimi müəyyən əmək haqqı müqabilində işlədiyini, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, apellyasiya icraatı zamanı isə işləmədiyini bildirsə də, qeyd edilən hallarla bağlı hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Halbuki, dərzi kimi işlədiyi halda iş yerindən arayış, əmək müqaviləsi, əmrin surəti, aldığı əmək haqqı və ya gəliri barədə hər hansı rəsmi sənədləri təqdim edərək müqavilə bağlanan zaman maddi vəziyyəti nin kifayət etməməsini sübut etmək yükü ilk növbədə iddiaçının üzərinə düşür, məhkəmə isə təqdim edilən həmin sübutları qiymətləndirərək mübahisəni həll etmək səlahiyyətindədir. Kassasiya instansiya məhkəməsinin göstərişindən çıxış edərək iddiaçının maddi vəziyyətinin yoxlanılması ilə bağlı mümkün rəsmi orqanlara sorğular verilsə də, İddiaçı oğlunun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumatın mövcud olmadığı, adına elektron informasiya sisteminə əmək müqaviləsi bildirişi daxil edilmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini formal mülahizə kimi qiymətləndirərək, müqavilələrin etibarsız hesab edilməsinə əsas verən heç bir hal müəyyən etməmişdir. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, kassasiya instansiya məhkəməsinin göstərişlərini, apellyasiya şikayətinin dəlillərini ətraflı araşdırmış və onlara ətraflı hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İstinad olunan maddi hüquq normasının tələbindən müəyyən olunur ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl edilməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqdə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən əqdlər bağlanarkən iddiaçının aldadılmasına dair işdə heç bir sübut yoxdur. İddiaçı tərəfindən notariat kontorunda təsdiq edilmiş hər iki müqavilənin məzmunca həqiqi olması prezumpsiyası mövcuddur. Sənədin həqiqiliyi qəti müəyyəndirsə (hazırkı işdə notariatda təsdiq olunmuş müqavilələr), yəni imza həqiqətən də sənəddə göstərilən şəxsə məxsusdursa, qarşı tərəf yalnız sənədin məzmunca yanlış olması barədə etirazları ilə sənədin məzmunca düzgün və tam olması prezumpsiyasını qüvvədən sala bilməz. Həmin etirazlarda n əlavə, o, sənədin məzmun baxımından düzgün olmaması və ya başqa məqsədlə, fərqli qeyd-şərtlərin olmasını sübut etməlidir. Hazırkı işdə iddiaçı notariatda təsdiq olunmuş müqavilələrin məzmunun düzgün olmamasına istinad etdiyi üçün bununla bağlı sübutlar təqdim etmək onun üzərinə düşür. Əgər tərəf yazılı sənədin məzmununun düzgün olmamasına istinad edirsə, elə tutarlı sübutlar gətirməlidir ki, yazılı sübutun məzmununun həqiqi olmamasını birmənalı təsdiq etmiş olsun. Lakin iddiaçı bu vəzifənin öhdəsindən gələ bilməmişdir. İşdə olan digər sübutlarla birgə qiymətləndirmə aparanda iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217, 218 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətna məsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Ona görə də, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli, 2(103)3160/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar