Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5988/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iş üzrə QƏRARİ iş № 2(102)-5988/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 14 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və onun vəkili Quliyeva Nurlanə Nazim qızının, Cavabdeh2 MMC-nin vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “pul tələbinə dair” Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4708/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evi, 0.08 ha torpaq sahəsi ilə birlikdə tam pay hüququ üzrə ********** Qeydiyyat nömrəsi ilə, 05.01.2015-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır.
2. İcarəyə verən X6 ilə icarəçi Cavabdeh2 MMC-nin adından Cavabdeh1 arasında bağlanmış 08.01.2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evini mülkiyyətindəki 0.08 ha torpaq sahəsi ilə birlikdə aylıq icarə haqqı 1165 manat olmaqla, 08.01.2025-ci il tarixinədək icarəçinin icarəsinə vermişdir. Müqavilə Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu S.Ələkbərova tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-14 nömrə ilə qeyd edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.03.2018-ci il tarixli, 2(004)304/2018 saylı qətnaməsi ilə (hakim S.Mehrəliyev) İddiaçı cavabdeh X4 qarşı “pul tələbinə dair” iddiası təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 40.000 ABŞ dolları borcun (ödəniş gününə manata məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdi r.
4. Yuxarıda qeyd olunan qətnamənin icrası qaydasında X4 məxsus olan Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 31.05.2019-cu il tarixli Çıxarış verilmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.12.2018-ci il tarixli, 2(004)6610/2018 saylı qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia qismən təmin edilmiş, cavabdeh X2 05.07.2017-ci il tarixli beh müqaviləsinə əsasən beh kimi verilmiş 60000 manat məbləğində pulun iki misli, yəni 120000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məh kəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 Zülfiqar oğlu ilə X1 rayonu Novxanı kəndində yerləşən, cavabdehə məxsus 0,08 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi ilə birlikdə və həmin torpaq sahəsinin ətrafında olmaqla bələdiyyəyə məxsus və cavabdeh tərəfindən əldə olunaraq satılmalı olan 0,12 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmüş, iddiaçı cavabdehə 60000 manat beh vermiş, lakin cavabdeh müqavilə şərtləri pozulmaqla, həmin behi qaytarmaqdan yayınmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmasının təmini üsulu kimi, qeyd olunan əmlakın icarəyə verilməsi barədə 08.01.2018-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh1 Zülfuqar oğ luna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31.05.2019-cu il tarixdən hesablanmaqla ödənilməmiş 13980 manat icarə haqqının və icarə müqaviləsinə xitam verilənədək müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin cavabdeh qismində cəlb olunması, cavabdehlər Cavabdeh1 Zülfuqar oğlundan və Cavabdeh2 MMC-dən müştərək qaydada 31.05.2019-cu il tarixindən hesablanmaqla ödənilməmiş 17475 manat icarə haqqının və icarə müqaviləsinə xitam verilənədək müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pulun onun xeyrinə tutulmas ı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08.01.2018-ci il tarixli icarə müqaviləsi ilə RX seriyalı, ******* saylı çıxarışa əsasən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən, X3 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən pendir sexi 7 illik, 2025-ci ilədək, aylıq icarə haqqı 1165 manat olmaqla Cavabdeh1 Zülfuqar oğluna icarəyə verilmişdir. Yasamal Rayon Məhkəməsinin 14.03.2018-ci il tarixli qətnaməsi ilə onun İ.Ağayevə qarşı 40000 ABŞ dolları borc pul tələbinə dair iddiası təmin edilmiş və qətnamə qüvvəsini almışdır. Həmin qətnamənin icra olunması üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinin 26.07.2018-ci il tarixli təklifi ilə İ.Ağayevin ona olan 40000 ABŞ dolları məbləğində borc pulun qarşılığında borclunun mülkiyyəti ndə olan Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evi 51000 manat dəyərində qiymətləndirilərək “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən borc əvəzi kimi tələbkara təklif edilmişdir. O isə, həmin təklifi qəbul etmiş, sözügedən daşınmaz əmlakın onun adına rəsmiləşdirilməsi üçün tədbir görülməsini İcra və Probasiya Şöbəsindən xahiş etmişdir. Nəticə etibarı ilə əmlak onun adına xüsusi mülkiyyət hüququ əsasında 31.05.2019-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, bu barədə çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 718-ci maddəsinə əsasən icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. Həmin Məcəllənin 699.1-ci maddəsin ə görə kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Qanunun mənasından da göründüyü kimi, icarəyə verilən əşyanın mülkiyyətçisi dəyişərsə, bu hal icarə hüquq münasibətlərinin xitamına səbəb olmur, icarə münasibətləri saxlanılır, yəni öhdəlik dəyişmir, yalnız öhdəlikdə şəxslər dəyişir ki, bu həmin öhdəliyin mahiyyətini pozmur. Bu səbəbdən də cavabdeh icarə müqaviləsi üzrə icra haqqlarını yeni mülkiyyətçiyə, yəni ona ödəməlidir. Lakin cavabdeh bunu bildiyi halda ona münasibətdə vicdanlı davranmamış, 31.05.2019-cu il tarixdən icarə haqqını iddiaçıya ödəmək əv əzinə bundan yayınmış, bununla da icarə müqaviləsi üzrə 13980 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Hesab edir ki, nə qədər ki, bu hüquqi fakt təkzib olunmayıb, yəni o, əmlakın mülkiyyətçisidir, sözügedən prezumpsiya qüvvədədir və həmin icarə müqaviləsi üzrə icarə haqqı da ona verilməlidir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-254/2021 nömrəli, 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov) iddia rədd edilmişdir.
9. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.1, 390.1, 340.2, 460.1-ci maddələrinə istinad etmişdir.
10. Məhkəmə q eyd etmişdir ki, iddiaçı yeni mülkiyyətçi olaraq icarə hüququnun ona məxsus olmasını iddia edirsə, o bu barədə cavabdehə rəsmi xəbərdarlıq etməli, hüququnun həyata keçirilməsində hər hansı maneə olarsa icarə müqaviləsinin müddəalarının (tərəflərlə bağlı) dəyişdirilməsi ilə bağlı məhkəmə müdafiəsindən istifadə hüququnu nəzərə almalıdır ki, bu mülki iş üzrə də belə bir tələb irəli sürülməmişdir.
11. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Sadıqov sədrlik edən və məruzəçi, Q.Əsgərov və A.İmanov) 2(103)-4708/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı ş əhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-254/2021 nömrəli, 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən 31.05.2019-cu il tarixindən hesablanmaqla ödənilməmiş 17475 manat icarə haqqı və icarə müqaviləsinə xitam verilənədək müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pul tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Mübahisə ilə bağlı Apellyasiya Məhkəməsinin mövqeyi belə olmuşdur: X4 məxsus olmuş Abşeron rayonu, Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları 31.05.2019-cu il tarixdən İddiaçı keçmişdir. İcarəyə verən X6 ilə Cavabdeh1 şəxsində icarəçi Cavabdeh2 MMC arasınd a bağlanmış 08.01.2018-ci il tarixli icarə müqaviləsi isə hazırda qüvvədədir.
14. Azərbaycan Respublikası Mülki Məcəllənin 718-ci maddəsinə əsasən icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. Həmin Məcəllənin 699.1-ci maddəsinə görə kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır.
15. Qanunun mənasından göründüyü kimi icarəyə verilən əşyanın mülkiyyətçisi dəyişərsə, bu hal icarə hüquq münasibətlərinin xitamına səbəb olmur, icarə münasibətləri saxlanılır. Yəni, öhdəlik dəyişmir, öhdəlikdə şəxslər dəyişir ki, bu hal da öhdəliyin mahiyyətinə xələl gətirmir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi icarə haqlarının tutulması hissəsində əsaslı olsa da, iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə əsaslıdır və tələb edilən məbləğ MMC-dən tutulmalıdır, digər Cavabdeh1 aid hissədə isə iddia tələbi rədd edilməlidir, belə ki, icarə müqaviləsi hüquqi şəxs olaraq Cavabdeh2 MMC ilə bağlanmışdır.
17. Cavabdeh2 MMC qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdeh2 MMC kassasiya şikayəti verərək, qətnamənin iddianın q ismən təmin olunduğu hissədə ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən 31.05.2019-cu il qeydiyyat tarixli Çıxarış başqa məhkəmə işinin predmetidir. Həmin işdə, qeyd edilən Çıxarış 3 fərqli şəxs tərəfindən mübahisələndirilir. Əslində, apellyasiya məhkəməsi iş üzrə icraatı dayandırmalı, əks halda öz icraatında 31.05.2019-cu il tarixli Çıxarışın qanuni olub-olmamasını araşdırmalı idi. Ən azından ona görə ki, reyestrdəki qeydiyyata münasibətdə “səbəbə bağlılıq” prinsipi hakimdir. Eyni zamanda məhkəmə icarə haqqının əvvəlki vaxtlar üçün şirkətdə tutmaqdja haqlı olmamışdır. Əgər məhkəmə hesab etmişdirsə ki, icarə haqqı ödənilməkdə davam etmişdir, onda məhkəmə MM-nin 1091.1 maddəsini tətbiq etməklə X3 əsassız varlanması qənaətinə gəlməklə pulu ondan tutmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz daxil olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçı və onun vəkili Quliyeva Nurlanə Nazim qızı kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Cavabdeh2 MMC-nin vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kiray əçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
24. Maddə. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
25. Maddə. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
26. Maddə.
718. İcarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir.
27. Maddə. 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur.
28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. [692]
29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır.
34. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamə si ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkənapellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasi ya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən əsaslı hesab olunaraq qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndəri lməlidir.
40. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tələbinin əsası kimi Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin 31.05.2019-cu il tarixli Çıxarışla onun mülkiyyətində olmasına istinad edir və mülkiyyət hüququnun müdafiəsindən çıxış edərək hazırkı tələbi irəli sürmüşdür. Apellyasiya məhkəməsi də iddiaçının mülkiyyətçi olması mövqeyindən çıxış edərək iddianı təmin etmişdir.
41. Məhkəmə baxışları zamanı təqdim edilmiş vəsatət və ona əlavə edilən qərardaddan (mülki iş, səh.49; 53) görünür ki, iddiaçının həmin əmlakın mülkiyyətçisi kimi tanınmasına dair məsələlər mübahisələndirilir və hazırda həmin iş məhkəmə baxışı mərhələsindədir. İşdən görünür ki, həmin əmlak iddiaçıya borcun əvəzi olaraq icra icraatı qaydasında t əhvil verilmişdir və cavabdeh şirkət artıq həmin vaxta qədər orada fəaliyyət göstərmiş, həmin torpaq sahəsinin satın alınması ilə bağlı keçmiş mülkiyyətçi ilə mübahisələri olmuşdur.
42. Kassasiya kollegiyası qeyd edir ki, nə qədər ki, iddia tələbi iddiaçının mübahisəli əmlaka mülkiyyət hüququna əsasən irəli sürülmüşdü və hazırda həmin hüququn qeydə alınması mübahisələndirilir, onda məhkəmə cavabdeh tərəfin vəsatətini nəzərə alaraq digər işə baxılıb qurtaranadək hazırkı işin icraatının MPM-nin 254.1.4. maddəsinə əsasən dayandırılması məsələsini müzakirə edərək qərar qəbul etməli idi. Əks təqdirdə tərəfin vəsatəti ilə bağlı qərarın qəbul edilməməsi MPM-nin 9-cu maddəsində nəzərdə tutulan çəkişmə prinspinin tələblərinə uyğun gəlmir.
43. Bundan başqa, məhkəmələr müəyyən etmişlər ki, həm hazırk ı işdə olan tərəflər arasında və həm də ayrılıqda İddiaçı ilə X6 arasında, sonuncu ilə Cavabdeh1, Cavabdeh2 MMC arasında çoxsaylı məhkəmə mübahisələri olmuş və qərarlar qəbul edilmişdir. Həmin mübahisələr zamanı Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin başqa şəxslərə satılması, əvəzində beh alınması, behin geri tələb olunması mübahisəsinə baxılmış, hazırkı iddiaçı həmin işdə maraqlı şəxs kimi qoşulmuşdur. Eyni zamanda İddiaçının X4 qarşı pul tələbinə baxılmış və həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı X4 və digərlərinə qarşı evin və torpaq sahəsinin boşaldılması barədə tələbinə baxılmış və məhkəmə qərarları qəbul edilmişdir. İşdən görünür ki, həmin mübahisələr zamanı eyni zamanda X6 ilə Cavabdeh2 MMC arasın da bağlanmış icarə müqaviləsi müzakirə predmeti olmuşdur. Qeyd olunan icarə müqaviləsinin etibarlı müqavilə olub-olmaması, həmin müqavilə əsasında icarəyə verənə həqiqətən icarə haqqı ödənilib-ödinəlməməsi və.s. hallar müzakirə olunmuş, hazırkı iş üzrə iddiaçı özü də həmin müqavilənin etibarlılığını şübhə altına almışdır. Lakin hazırkı işə baxılarkən qeyd olunan mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarlarının mövcud mübahisə ilə bağlılığı, sübutu əhəmiyət kəsb edib-etməməsi müzakirə olunmamışdır.
44. Ona görə məhkəməyə lazım gəlirdi ki, mübahisə ilə bağlı yekun qərar qəbul etməmişdən əvvəl hazırkı mübahisəni qanuni qüvvəsini almış çoxsaylı məhkəmə qərarlarının müəyyən etdiyi faktlar fonunda müzakirə etsin. Çünki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən e dilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
45. Kassatorun digər dəlili icarə müqaviləsinin həqiqi olması halında bütün məbləğin ondan tutulmasının əsassız olması ilə bağlıdır. Məhkəmə kollegiyası həmin dəlili də əsaslı hesab edir.
46. Beləki, tərəflər arasında ləğv olunmamış icarə müqaviləsi var. Həmin müqavilə qarşılıqlı hüquq və vəzifələr yaradır. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (MM-nin 700.1. maddəsi).
47. Normanın dispozisiy a şərtlərindən göründüyü kimi icarəçinin müqaviləyə uyğun olaraq icarəyə verənə icarə haqqı ödəməsi vəzifəsi var. İcarəyə verənin etirazı daxil olmamışdırsa, icarəçinin müqavilədə nəzərdə tutuldan qaydada icarə haqqı ödəməsi preyudisiyası mövcuddur. Yəni, əgər icarəyə verən icarəçinin icarə haqqı ödəməməsi barədə etirazını bildirməmişdirsə, deməli icarəçi aylıq icarə haqqını qarşı tərəfə ödəməkdə davam edir.
48. Hazırkı işdə Apellyasiya Məhkəməsi Cavabdeh2 MMC-dən 31.05.2019-cu il tarixindən hesablanmaqla icarə haqqı tutmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, belə hesablama o vaxt əsaslı hesab oluna bilərdi ki, cavabdeh təşkilat mülkiyyəçinin həmin vaxtdan dəyişməsi barədə məlumatlandırılmış olsun. Əks təqdirdə, cavabdehin kassasiya şikayətində qeyd etdiyi kimi əvvəlki mülkiyyətçiyə ödə nilmiş icarə haqqı əsassız varlanmadan irəli gələn maddi hüquq normaları tətbiq edilməklə ondan (əvvəlki mülkiyyətçidən) tutulmadır.
49. Ona görə işə yenidən baxılarkən məhkəmə icarə müqaviləsinin etibarlı müqavilə olub-olmaması ilə bağlı yuxarıda şərh edilən ardıcıllıqla dəyərləndirmə aparmalı, həmin məsələ ilə bağlı müsbət qənaətə gəldiyi təqdirdə, icarə götürənə mülkiyyətçinin dəyişməsinin nə vaxtdan məlum olması ilə bağlı araşdlırma aparılmalı, həmin vaxta qədər icarə haqqının əvvəlki mülkiyyətçiyə ödənilib-ödənilməməsi müəyyən edilməli və bunun nəticəsindən asılı olaraq yekun qərar qəbul edilməlidir.
50. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bi r sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
51. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4708/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.