Məhkəmə qərarları › İş №2(102)-5989/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5989/2021

02.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5989/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5989/21 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 02 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2786/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiy a şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 dekabr 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.9 kv/m, yaşayış sahəsi 37.04 kv/m olan 3 otaqlı mənzilinə dair bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 dekabr 2018-ci il tarixdə oğlu Cavabdeh daşınmaz əmlakının bağışlanma müqaviləsi imzalamışdır. Bu müqaviləyə əsasən onun mülkiyyətində ol an, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.9 kv/m, yaşayış sahəsi 37.04 kv/m olan 3 otaqlı mənzili oğlunun mülkiyyətinə vermişdir. Bu barədə 04.12.2018ci il tarixdə cavabdehin adına RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən mənzili oğluna bağışlamazdan əvvəl onlar ailə daxilində belə bir razılığa gəldilər ki, o, öz mülkiyyətində olan evi oğluna bu şərtlə bağışlayır ki, mərhum həyat yoldaşı X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-nın inşa etdiyi binasının 3 saylı korpusunun, B girişi, 2-ci mərtəbə, 4 saylı mənzil qızı X1 mülkiyyətinə veriləcəkdir. Oğlu da heç bir etiraz etmədən onların qərarı ilə razılaşdı. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra o, evi qızının mülkiyyətinə keçirmək istəyən zaman oğlu aralarında olan razılığı pozar aq həmin evin satılmasını və özünə düşəcək olan payı tələb etməyə başladı. Beləliklə o, ailə arasında razılıqlarının pozulması səbəbi ilə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 noyabr 2020-ci il tarixli 2(007)-1506/2020 nömrəli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qanunvericilik hədiyyə verənin bağışlamadan imtina etməsini Mülki Məcəllənin 673.1-673.1.3-cü maddələrində sadalanan əsaslardan birinin mövcud olması ilə şərtləndirmişdir ki, işin müəyyən olunmuş halları ilə həmin əsasların mövcud olması öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı öz iddiasında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzili oğluna bağışlamazdan əvvəl onlar ailə daxilində belə bir razılığa gəldilər ki, o, öz mülkiyyətində olan evi oğluna bu şərtlə bağışlayır ki, mərhum həyat yoldaşı X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-nın inşa etdiyi binasının 3 saylı korpusunun, B girişi, 2-ci mərtəbə, 4 saylı mənzil qızı X1 mülkiyyətinə veriləcəkdir. Oğlu da heç bir etiraz etmədən onların qərarı ilə razılaşmışdır. Sonradan cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırmışdır. Lakin iddiaçı istinad etdiyi halları, yəni 01 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsini hər hansı şərtlə bağlanmasına dair mötəbər sübut növü təqdim etməmişdir. İşdə olan 01 dekabr 2018-ci il tarixli da şınmaz əmlakın bağışlanması müqaviləsində isə hər hansı qeyd şərt göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hədiyyə verənin bagışlamadan imtina etməsinə əsas verən hallardan hər hansı birinin mövcud olması sübut olunmamışdır. Belə ki, istər tərəflər arasında bağlanmış müqavilədə, istərsə də digər sübutlarla tərəflər arasında müqavilə bağlanarkən müqavilənin hər hansı şərtlə bağlanması sübut olunmamışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 666.1, 667.1, 668.1-68.1.5, 670.1, 670.3, 673.1-673.1.3, 673.4-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.12.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləs inin 666.1, 670.1, 670.3, və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 2(103)-2786/2021 saylı, 09 mart 2021ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(007)-1506/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsas landırmışdır ki, iddiaçı istinad etdiyi halları, yəni 01 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsini hər hansı şərtlə bağlanmasına dair mötəbər sübut növü təqdim etməmişdir. İşdə olan 01 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsində isə hər hansı qeyd şərt göstərilməmişdir. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən h ədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi, qanunvericilik hədiyyə verənin bağışlamadan imtina etməsini Mülki Məcəllənin 673.1-673.1.3-cü maddələrində sadalanan əsaslardan birinin mövcud olması ilə şərtləndirmişdir ki, işin müəyyən olunmuş halları ilə həmin əsasların mövcud olması öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nə ticəyə gəlməklə apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərinə qiymət vermədən, onun vəsatətlərini təmin etmədən bir prosessə tələsik qərar qəbul etmiş, işi ümumiyyətlə araşdırmamış, birinci instansiya məhkəməsinin qətnaməsini köçürməklə işi bitmiş saymışdır. Kasasiya şikayətinə əla və edilmiş miras payın bağışlanması müqaviləsindən də görünür ki, iddiaçı həyat yoldaşından qalan miras payını qızına bağışlamışdır. Bu fakt da bağışlama müqaviləsinin şərtlə bağlanmasını göstərir. Kasasiya şikayətinə əlavə olunan cavabdeh tərəfindən imzalanan ərizədən də görünür ki, cavabdeh anasından qalan miras əmlaka dair pay hüququnun tanınması üçün notariat ofisinə ərizə ünvanlamış və həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Göründüyü kimi, apelyasiya məhkəməsi müqavilədə qeyd olunan şərtin göstərilməməsinə və müqavilənin məhz həmin şərtlə bağlanmasına dair hər hansı bir sübutun olmadığına istinad edə bilməzdi. Belə ki, qeyd olunan hallar və sənədlər bağışlama müqaviləsinin məhz həmin şərtlə bağlanmasını təsdiq edir. Kasasiya şikayətinə əlavə oluna n sənədlərdən görünür ki, onun yoldaşının ölümündən sonra cavabdeh ilə aralarında münasibət kəskinləşmiş, onlar arasında bir neçə məhkəmə mübahisəsi vardır. Yoldaşının ölümündən sonra cavabdeh onu evə buraxmadığı üçün o, evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin cavabdeh də ona qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bütün bu sübutlar məhkəmənin iş üzrə ətraflı və obyektiv araşdırma aparmadığını təsdiq edir. Digər tərəfdən məhkəmə AR MPM-nin 57.1-ci maddəsinin tələblərini pozaraq hazırki işə əclb edilməli olan şəxs X2 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb etməmişdir. Göründüyü kimi, məhkəmə qeyri-müəyyən halların araşdırılmaması şəraitində qətnamə qəbul edə bilməzdi. b) Kasasiya şikayətinə qarşı etira zın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. 3-cü şəxs 5 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Ramin Zülfüqarov məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəm ə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPMnin 67.1-ci madəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləs i hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Maddə 670.3. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Maddə 673.1-673.1.3. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s übut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Belə ki, iddiaçı apelyasiya şikayətində olduğu kimi bağışlama müqaviləsinin əslində şərtlə bağlanmış olduğuna, cavabdehin aralarında olan şərtə əməl etmədiyinə istinad etməklə əsaslandırmağa çalışmışdır ki, kasasiya yoxlaması nəticəsində də bağışlama müqaviləsinin hər hansı şərtlə bağlanması, hər hansı şərtdən asılı edilməsi müəyyən edilməmişdir. Kasasiya şikayətinə əlavə edilmiş sənədlərlə bağlı istinadlar da bağışlama müqaviləsinin şərtlə bağlanmış hesab edilməsi üçün əsas hesab edilə bilməz. Ona görə də iddiaçının bu barədə dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kasasiya şikayətinin iddiaçının qızının 3-cü şəxs qismində mübahisəyə cəlb edilməli olduğu halda cəlb edilməməsi ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, iş materiallarından görünür ki, iddiaçı göstərilən şəxsi 3-cü şəxs qismində tələbində göstərməmiş, bununla bağlı məhkəməyə hər hansı vəsatətlə müraciət etməmişdir. Apelyasiya kollegiyası həmin şəxsi 3-cü şəxs qismində mübahisəyə cəlb etməməklə prosessual pozuntuya yo l verməmişdir. Odur ki, kasasiya şikayətinin göstərilən dəlili də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilən xüsusatlarla yanaşı qeyd edilməlidir ki, ümumi kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(103)-2786/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar