Məhkəmə qərarları › İş №2(102)-5994/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5994/2019

16.09.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5994/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun ibarət tərkibdə, X3 katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh2 və vəkili Vəkil3 iştirakları ilə. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hak im:F.X.Mirzəyev; 2(007)-3828/2018) İddiaçı Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3na qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2019-cu tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov (sədrlik edən və məruzəçi) X.Ə.Sarıyev və E.Y.Şamayev; 2(103)-1834/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onun tərəfindən Cavabdeh2 5 saylı Asan Xidmət Mərkəzində verilmiş 14.12.2016- c-cü il tarixli etibarnamə əsasında onun adından çıxış edən Cavabdeh2 ona məxsus və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0984 ha ola n torpaq sahəsinə dair digər Cavabdeh1 ilə bağladığı 31.08.2018-ci il tarixli, AN-İ seriyalı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir və bu hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” 18.08.2017-ci il tarixdə iddiaçının adına verilmiş ********** qeydiyyat nömrəli “Çıxarış” ilə təsdiq edilir. Birgə nikahdan iki övladlarının olmasına baxmayaraq hazırda iddiaçı ilə Cavabdeh2 arasında olan ər-arvad münasibətləri korlanmışdır. Bu səbəbdən də Cavabdeh2 tərəflərin birgə nikah dövründə qazandıqları əmlaklar ı iddiaçının verdiyi etibarnamədən istifadə edərək formal olaraq satmağa başlamışdır. Cavabdeh2 mübahisəli torpaq sahəsini etibarnamə əsasında 31.08.2018-ci il tarixdə Cavabdeh1 adına alqı-satqı müqaviləsinə əsasən 50 saylı notariat kontorunda rəsmiləşdirmişdir. İddiaçı həmin etibarnaməni 14.12.2016-cı il tarixdə, yəni mübahisəli torpaq sahəsinin alınmasından bir neçə il əvvəl verilmişdi. Cavabdeh2 işi ilə bağlı banklarda göründüyü əməliyyatlarda idiaçının iştirakına zərurət yarandığına, onun hər dəfə banklara, sair təşkilatlara getməsinin çox vaxt apardığına, o cümlədən həmin işlərlə əlaqədar ev işlərindən ayrılmamaq üçün iddiaçı, Cavabdeh2 adına etibarnamə verməli olmuşdur. Bu səbəbdən də o, 2016-cı ildə özünə məxsus bütün daşınar və daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair Cava bdeh2 etibarnamə vermişdir. Mübahisəli torpaq sahəsi də həmin etibarnamə əsasında satılmışdır. Cavabdeh2 1 il əvvəl 650.000 manata alınan həmin torpaq sahəsini 450.000 manat müqabilində öz tanışına formal olaraq satsa da, əmlak yenə də onun istifadəsindədir. İddiaçının isə həmin torpaq sahəsini satmaq niyyəti olmamışdır. Bu səbəbdən də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 iddiaya qarşı etiraz edərək bildirmişdir ki, 08.04.2016-cı il tarixdə tanışı X1 üç il müddətinə 800.000 manat məbləğində borc pul almışdır. Pulun alınmasında arvadı (hazırkı iş üzrə iddiaçı) İddiaçı da iştirak etmiş, pulun alınmasını təsdiq edən qəbzi şəxsən imzalamışdır. Həmin vaxt onun işində çətinliklər yaranmışdı və müəyyən qədər borcları var idi. E6 borc almaqda h ər ikisinin məqsədi həm yaranmış borcları bağlamaq, həm də həmin vaxt münasib və rahat bir həyət evi almaq olmuşdur. Bütün bu məsələləri həll etmək üçün İddiaçı ona 14.12.2016-cı il tarixdə 5 saylı Asan Xidmət Mərkəzində 50 il müddətinə etibarnamə vermişdir. Həmin etibarnamə ilə iddiaçı ona harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mülkiyyətində olan bütün əmlakı idarə etmək, üzərində sərəncam vermək və s. kimi geniş səlahiyyətlər vermişdir. E6 borc pul götürdükdən xeyli sonra, tərəflər iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərindəki evi bəyənmiş və 10.08.2017-ci il tarixdə X4 adlı şəxsdən həmin daşınmaz əmlakı 590.000 manat müqabilində almışlar. Hər iki tərəfin razılığı ilə mübahisəli torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmişdir. Təkcə bu faktın özü iddia tələbinin əsas olmasını təsdiq edir. Cavabdeh2 başqa fikri olsa idi, əmlakı ya öz adına, ya da istədiyi başqa bir şəxsin adına ala bilərdi. Buna baxmayaraq o, bu addımı atmamış və əmlakı arvadının (iddiaçının) adına rəsmiləşdirmişdir. Lakin daha sonra Cavabdeh2 işləri bir az da pisləşmiş və maddi durumu dözülməz həddə çatmışdır. E6 isə ona çatacaq pulun yarısını qaytarmaq üçün razılaşdıqları müddətdə pulu tələb etməyə başlamışdır. Bu səbəbdən də, Cavabdeh2 iddiaçıya xəbər verməklə mübahisəli torpaq sahəsini və onun üzərindəki evi satmaq qərarına gəlmişdir. İddiaçı, borc aldığı şəxslərin ondan pul tələb etdiklərini bildiyi üçün bu qərarla razılaşmışdır. 31.08.2018-ci il tarixdə notarial qaydada bağlanmış “Alğısatqı müqaviləsinə” əsasən mübahisəli torpaq sahəsi Cavabdeh1 satılmışd ır. Həmin alğısatqıdan iddiaçının elə həmin gün məlumatı olmuş, lakin heç bir etiraz etməmişdir. Çünki iddiaçı bilirdi ki, alğı-satqıdan əldə olunan 400.000 manat məbləğində pul tam olaraq E6 çatacaqdır. Bu barədə müvafiq qəbz də vardır. İddiaçı alğı-satqının formal bağlandığını onunla əlaqələndirir ki, mübahisəli torpaq sahəsi və onun üzərindəki ev 590.000 manata alındığı halda cəmi 400.000 manata satılmışdır. Lakin bunun heç bir əsası yoxdur. Belə ki, həmin daşınmaz əmlakı aldıqdan və bir qədər orada yaşadıqdan sonra belə qənaətə gəlmişdilər ki, oranı alanda aldanıblar və torpaq sahəsi üzərində tikilmiş yaşayış evi heç də onların istəklərinə uyğun deyil, ev rütubətlidir, tikinti işləri keyfiyyətsiz aparılmışdır, ilk baxışdan ev rahat və yaraşıqlı görünsə də bir müddət sonra çoxlu qüsurla r üzə çıxmışdır. Bundan başqa, torpaq sahəsi və üzərindəki ev təcili satılmalı olduğundan daha çox pul verən müştəri tapmaq üçün vaxt yox idi. Ona görə də Cavabdeh2, qiymətdə uduzsa da, əmlakı satıb E6 olan 400.000 manat məbləğində borcu qaytarmışr. Göründüyü kimi, o heç bir qanun pozuntusuna yol verilməmişdir. Alqı-satqı müqavijəsmin etibarsız hesab olunması üçün hər hansı bir hüquqi əsas yoxdur. İddiaçı özünün azad iradə ifadəsi ilə, hər hansı bir təzyiq, yalan, aldatma olmadan 50 il müddətinə cavabdehə əmlakla bağlı geniş səlahiyyətlər vermişdir. O da həmin etibarnamə əsasında, onun qüvvədə olduğu müddət ərzində mübahisələndirilən əqdi imzalamışdır. Buna görə də iddia əsassızdır və rədd edilməlidir. Cavabdeh1 iddia etiraz edərək bildirmişdir ki. satın almaq üçün həyət evi axtarırdı. Cavabdeh2 isə qardaşının vasitəsi ilə tapmışdır. Belə ki, 2018-ci ilin avqustunda qardaşı Cavabdeh2 özünə məxsus həyət evinin satmaq istədiyini bildirmişdir. Cavabdeh1 Cavabdeh2lə görüşmüş və mübahisəli torpaq sahəsi ilə üzərindəki evin 590.000 manata alındığını, elə həmin qiymətə də satıldığını öyrənmişdir. Cavabdeh2 hətta alğı-satqı müqaviləsindəki qiyməti də ona göstərmişdir. Lakin bu qiymətin çox baha olduğunu düşünən Cavabdeh1 bu işlə məşğul olan mütəxəssis cəlb etmişdir. Mütəxəssis əmlaka baxıb 390.000-400.000 manat civarında qiymət qoymuşdur. Cavabdeh2 ona bir nəfərə təcili 400.000 manat məbləğində pul qaytarmalı olduğunu bildirmiş və bu səbəbdən həmin qiymətə razılaşmağı təklif etmişdir. Bu qiymət Cavabdeh1 sərf etdiyindən razılaşmışdır. Mübahisəli torpaq sahəsinin sənədlərinə baxd ıqda görmüşdür ki, sənədlər Cavabdeh2 arvadının (iddiaçının) adınadır. Ona görə bir qədər tərəddüd etmişdir. Lakin Cavabdeh2 ona arvadı İddiaçı tərəfindən verilmiş 50 illik etibarnaməni göstərdikdən sonra onlar notariat kontoruna gedib alğı-satqını rəsmiləşdirmişlər. Burada heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də iddia rədd edilməlidir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində, Apellyasiya İnstansiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya İnstansiyası Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəllənin152,337, 399.1, 399.2, 39 9.3, 404.1, 404.2, 405.2, 405.2, 406.1, 407.2, 417, 420, 567, 568.1, 742.2-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 217.4-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, nəticədə qanunsuz və əsassız qəbul etmiş, alqı-satqı müqaviləsinin formal olaraq bağlanması nəzərə alınmamışdır. Tərəfin izahatı Məhkəməkollegiyasınıniclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək, şikayətintəminedilməsi barədə qərar çıxarılmasını xahişetdilər. Məhkəməkollegiyasınıniclasında Cavabdeh2 və vəkili şikayətinintəminedilməməsi barədə qərar çıxarılmasını xahişetdi. Vəkil3 kassasiya Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyas ının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiy mətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan 08.04.2016-cı il tarixli qəbzdən görünür ki, Həziyev X7 800.000 manat məbləğində borc pul almışdır. Pulun 50 faizi 201 8-ci ilin iyul ayı ərzində, qalan 50 faizi isə 2019-cu ilin aprel ayı ərzində qaytarılmalıdır. Həmin qəbz Cavabdeh2, E6 və İddiaçı tərəfindən imzalanmışdır. 1 cı il tarixli qəbzdən görünür ki, Cavabdeh2 E6 aldığı 800.000 manat məbləğində borc pulun 400.000 manat hissəsini həmin gün qaytarmışdır. Həmin qəbz Cavabdeh2, E6 və X6 tərəfindən imzalanmışdır. İddiaçı Ə8 tərəfindən cavabdeh Cavabdeh2 14.12.2016-cı il tarixdə 5 saylı Asan Xidmət Mərkəzində verilmiş “Etibarnamənin” məzmunundan görünür ki, etibar edən etibar edilənə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun mülkiyyətində olan bütün əmlakı, idarə etməyi, üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı girov qoymaq, ipoteka və miras qəbul etmək, onu bütün dövlət orqanlarında təmsil etmək və adından imza etmək səlahiyyətləri vermişdir. Həmçinin müəyyən olunur ki, “Etibarnamə” 50 il müddətinə verilmişdir və 14.12.2066-cı il tarixədək qüvvədədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş **** seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mübahisəli torpaq sahəsi 18.08.2017-ci il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. 2 ci il tarixli ərizədən görünür ki, satıcı olan İddiaçı adından çıxış edən Cavabdeh2 və alıcı olan Cavabdeh1 mübahisəli torpaq sahəsinin 400.000 manat qiymətə s atılması barədə razılığa gəlmişlər. Cavabdeh2 tərəfindən imzalanmış 30.08.2018-ci il tarixli ərizədən görünür ki, arvadı İddiaçı məxsus olan mübahisəli torpaq sahəsinin satılmasına etiraz etmir, razıdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli 31.08.2018-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, İddiaçı mübahisəli torpaq sahəsini Cavabdeh1 satmışdır. İddiaçı adından etibarnamə əsasında Cavabdeh2 çıxış etmişdir. 3 ci il tarixli “Kassa məxaric orderindən” görünür ki, qeyd olunan əqdin bağlanması ilə əlaqədar 50 saylı Notariat şöbəsinin notariusu X8 depozit hesabına 400.000 manat köçürülmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş **** seriyalı, *** **** saylı “Çıxarışdan” görünür ki, hal-hazırda mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1dur. Hazırda iş üzrə iddiaçı mübahisəli torpaq sahəsinə dair bağlanmış “Alğısatqı müqaviləsinin” etibarlılığını mübahisələndirərək, torpaq sahəsinin satılmasına əslində icazə vermədiyini və həmin əqdin formal şəkildə bağlandığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1 -ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslana n səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. - 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbə b olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 390.1 -ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Qnunvericiliyin normalarının tələbindən göründüyü kimi, əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. İş üzrə toplanmış sübutları araşdıraraq, apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, tam fəaliyyət qabiliyyətli olan hər iki tərəf sərbəst iradə ifadəsi ilə qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməklə mübahisəli torpaq sahəsinin alğı-satqısı üçün razılaşmış və bu barədə müqavilə bağlamışlar. İddiaçı tərəfindən Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək və sairə hərəkətləri etməyə dair səlahiyyət verən etibarnamə vermişdir. İddiaçının əri-hazırki iş üzrə cavabdeh həmin etibarnamə əsasında iddiaçı tərəfindən ona verilmiş “əmlak üzərinə sərəncam vermə” səlahiyyətindən istifadə edərək iddiaçının mülkiyyətində olan mübagisəli torpaq sahəsini Cavabdeh1 satmışdır. İddiaçı bu alğı-satqıya razılıq vermədiyini bəyan etsə də, cavabdehə, yəni əri Cavabdeh2 müvafiq hərəkətləri etmək üçün səlahiyyət qazandıran etibarnamənin hər hansı məcburiyyət, fiziki və psixi təzyiq altında, yəni onun iradəsi xaricində verildiyini iddia etməmişdir. Başqa sözlə, iddiaçının Cavabdeh2 onun əmlakı üzərində sərəncam verməsinə və bu hərəkətin onun üçün yarada biləcəyi hüquqi nəticələrə olan razılığı iddiaçının öz iradəsinin könüllü ifadəsidir. Qüvvədə olan qanunvericilik müqavilə elementlərindən biri kimi malın qiymətinin həmin malın bazar dəyərinə və yaxud da hər hansı digər bir normativə uyğun şəkildə müəyyən edilməsi barədə imperativ norma təsbit etməmişdir. Qiymət yalnız tərəflərin qarşılıqlı razılığı ilə, sərbəst şəkildə müəyyən edilir və müqavilədə əks etdirilir. Bu səbəbdən, hazırki halda mübahisəli torpaq sahəsinin hansı qiymətə satılması müqavilənin etibarsızlığına səbəb ola bilməz. Torpaq sahəsinin əvvəl hansı qiymət alınması da indiki halda heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 597.1-ci maddəsinə görə, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onu da qeyd etmişdir ki, Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” qısa müddət - 11 gün sonra imzalanmış 11.09.2018-ci il tarixli qəbz, Cavabdeh2 başqa bir şəxsdən aldığı borcun (bu borcun alınmasını zamanı təsdiq edən qəbzə iddiaçı şəxsən özü də imza etmişdir) əvəzi olaraq 400.000 manat məbləğində pulu, həmin şəxsə geri qaytardığını göstərir ki, bu xüsusat müqavilənin iddiaçının iddia etdiyi kimi “formal olar aq” bağlandığını sual altında qoyur. Bütün bu halların mövcudluğu, mübahisəli torpaq sahəsinin alğı-satqısına dair hərəkətlərin qanun çərçivəsində həyata keçirildiyini müəyyən edir. Bu səbəbdən, tərəflər atasında bağlanmış “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” etibarsız hesab edılməsi üçün heç bir əsas yaranmır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 01 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar