Məhkəmə qərarları › İş №2(102)-5995/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5995/2019

20.09.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5995/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, cavabdeh X, X1, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı “xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsitələbinə dair mülki iş üzrə Bakı Apellasiya Məhkəməsinin MK-nın 15 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehtiyev) iddiaçı “xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və İ.Kərimli) Yasamal rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçi “xxxx” MMC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mül ki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 aprel 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1 və X3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddia verərək, X4 ilə aralarında ünvan 1 ünvanında, 1-ci giriş, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 112,1 kv.metr olan 2 otaqlı 41 saylı mənzilə dair və Cavabdeh1 ilə aralarında ünvan 1 ünvanında, 1-ci giriş, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 112,1 kv.metr olan 2 otaqlı 47 saylı mənzilə dair bağlanmış 2 3.09.2005-ci il tarixli müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, “xxxx” MMC ilə X4 arasında ünvan 1 ünvanında, 1-ci giriş, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 112,1 kv.metr olan 2 otaqlı 41 saylı mənzilə dair və Cavabdeh1 arasında ünvan 1 ünvanında, 1-ci giriş, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 112,1 kv.metr olan 2 otaqlı 47 saylı mənzilə dair “Yaşayış binasının t ikintisi haqqında” 23.09.2005-ci il tarixli müqavilələr bağlanmışdır. İddiaçının dəlili bundan ibarətdir ki, həmin mənzillərin alqı-satqısı MMC-nin keçmiş təsisçisi cavabdehlərin qardaşı tərəfindən tikilməmiş binaya münasibətdə həyata keçirilmişdir. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş, müqavilələrdən görünür ki, “xxxx” MMC qeyd olunan mənzilləri cavabdehlərə verməyi, cavabdehlər isə razılaşdırılmış məbləğdə mənzilin dəyərini ödəməyi öhdələrinə götürürlər. Müvafiq maliyyə arayışlarından görünür ki, mənzillərin dəyəri cavabdehlər tərəfindən tamamilə ödənilmişdir. İş materiallarından göründüyü kimi mübahisəli mənzillərin dəyəri cavabdehlər tərəfindən tamamilə ödənilmiş, lakin bina tikildikdən sonra iddiaçı mənzilləri təhvil v ermədiyi üçün hazırki iş üzrə cavabdehlərin “xxxx” MMC və “xxxx” MMC-yə qarşı iddiaları təmin olunaraq mübahisəli mənzillərin onlara təhvil verilməsi 13 fevral 2018-ci il tarixli Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə təmin olunmuşdur. Cavabdehlərlə bağlanmış müqavilələrin etibarsızlığına dəlalət edən heç bir hal yoxdur. Müqavilələrin bağlanmasından 14 il sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmə diyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar