Məhkəmə qərarları › İş №2(102)-5998/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5998/2019

20.09.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5998/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, cavabdehin vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh-ya qarşı “özbaşına tikilinin sökülməsi” barədə ilkin, Cavabdeh-nın İddiaçı və X2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, hasarın sökülməsi və pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellasiya Məhkəməsinin MK-nın 15 aprel 2019-cu il tari xli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) İddiaçı Cavabdeh-ya qarşı “özbaşına tikilinin sökülməsi” barədə ilkin iddia rədd edilmiş, Cavabdeh-nın İddiaçı və X2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, hasarın sökülməsi və pulun ödənilməsi” barədə qarşılıqlı iddiası qismən təmin edilərək İddiaçı adına verilmiş MA ******* seriyalı, **********10-12301 reyestr nömrəli dövlət reyestrindən çıxarışın Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin BDLİ tərəfindən abadlaşdırılmış yaşıllıq sahəsi kimi təsdiq edilmiş 28,68 m2 hissədə ləğv edilməsi, həmin hissədə tikililərin sökülməsi, qarşılıqlı iddia tə ləbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və F.Babayev) Nərimanov rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın qismən təmin olunduğu (İddiaçı adına MA 0019238, reyestr nömrəsi **********10-12301 olan dövlət reyestrindən çıxarışın Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin BDLİ tərəfindən abadlaşdırılmış yaşıllıq sahəsi kimi təsdiq edilmiş 28,68 m2 hissəsində və həmin sahədə yerləşən tikililərin sökülməsi) hissəsində ləğv edilmiş, qarşılıqlı iddia həmin hissədə də təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçi İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MKya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 aprel 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh-ya (MTK) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğunu, həmin qeyri-yaşayış sahəsində ictimai iaşə fəaliyyəti göstərdiyini, MTK-nın 2017-ci ildən başla yaraq qeyri-yaşayış sahəsinin qonşuluğunda, yəni Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi ilə Təbriz küçəsinin kəsişməsində çoxmərtəbəli yaşayış binası tikməyə başladığını, dəfələrlə həmin tikintinin dayandırılması üçün müxtəlif orqanlara ərizə və şikayətlər yazmasına, habelə MTK-nın səlahiyyətli şəxsləri ilə danışıqlar aparmasına baxmayaraq bunun heç bir müsbət nəticə vermədiyini, halbuki tikinti qanunvericiliyinə əsasən ona məxsus qeyri-yaşayış sahəsinin bir addımlığında cavabdehin hər hansı tikinti fəaliyyətini həyata keçirmək, o cümlədən çoxmərtəbəli yaşayış binası tikmək hüququnun olmadığını, cavabdehin layihə smeta sənədlərində nəzərdə tutulmuş sərhədlərdən kənara çıxaraq həmin tikinti üçün ayrılmayan yerdə bina tikdiyini, tikinti nəticəsində ona məxsus qeyri-yaşayış sahəsinin bir tərə finin bağlandığını, həmçinin binanın pəncərə və balkonlarının ona məxsus qeyriyaşayış sahəsinin həyətinə baxdığını, bütün bunların nəticəsində mülkiyyət hüququnun tamamilə məhdudlaşdırıldığını, aparılmış tikintinin Mülki Məcəlləyə əsasən özbaşına tikinti sayıldığını, onun hüquq və mənafelərini pozduğunu irəli sürmüş, buna görə də MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi ilə Təbriz küçəsinin kəsişməsində ona məxsus olan qeyri-yaşayış sahəsinin ərazisinə daxil olmaqla, ara məsafəsinin tələblərini və tikintinin təhlükəsiz şəkildə aparılması qaydalarını pozmaqla aparılan tikinti işlərinin qanunsuz hesab edilərək MTK tərəfindən sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi, sonradan isə X3 da cavabdeh kimi cə lb etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, İddiaçı adına verilmiş MA 0019238, **********10-12301 reyestr nömrəli çıxarışın Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin BDLİ tərəfindən abadlaşdırılmış yaşıllıq sahəsi kimi təsdiq edilmiş 28,64 m2 hissədə ləğv edilməsi, həmin hissədə tikililərin sökülməsi və 150 000 manat pulun, habelə MTK-ya vurulmuş mənəvi zərər kimi 1 000 000 manat pulun alınaraq MTK-ya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instan siyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, ünvan 2 ünvanında yerləşən 0,23038 ha torpaq sahəsi və üzərindəki 810,1 m2-dən ibarət qeyri-yaşayış sahəsi (X) 09.12.2009-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarından aydın olur ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhəri, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq quruculuq işləri nin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 25 fevral 2016-cı il tarixli 86 saylı “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərar qəbul edilmiş, qərara əsasən rayon icra hakimiyyətlərinə aidiyyəti üzrə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binalarının sökülməsi, sak inlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərində istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. İş materiallarından həmçinin aydın olur ki, Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 06.10.2016-ci il tarixli 326 saylı “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” və 07.11.2017-ci il tarixli 370 saylı “Fəxrəddin Əsədov, Bakuvi, Təbriz, Ə.Dəmirçizadə və C.Zeynalov küçələrinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında” sərəncamlarına əsasən rayonun sözügedən ərazisinin 5,734 ha torpaq sahəsi Cavabdeh-n ın daimi istifadəsinə verilmiş və planlaşdırma sənədləri təsdiq edilmiş, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 21.08.2017-ci il tarixli 357 saylı “Təbriz, Ə.Dəmirçizadə, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində Cavabdeh-ya yaşayış binalarının tikintisi üçün icazə verilməsi haqqında” sərəncamına görə isə, Cavabdeh-nın müraciəti, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin 06.09.2016-cı il tarixli 02/05-1316 nömrəli və 07.11.2016-cı il tarixli 02/051634 nömrəli razılaşma məktubları, həmin icra hakimiyyətinin 06.10.2016-cı il tarixli 326 nömrəli və 07.11.2016-cı il tarixli 370 nömrəli sərəncamları, habelə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin 09.08.2017-ci il tarixli 23998 nömrəli ekspertiza rəyi nəzərə alınaraq Təbriz, Ə.Dəmirçizadə və F.Əsədov küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində Cavabdeh-ya yaşayış binalarının tikintisinə icazə verilmişdir. İşin müəyyən olunmuş digər halına görə, Cavabdeh və X6 (İddiaçı həyat yoldaşı) arasında Bakı şəhəri 38 saylı notariat nontorunda 04 avqust 2017-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən tərəflər, “xxxx” həmin MTK tərəfindən inşa olunacaq 14 mərtəbəli binanın tikiləcək ərazisində tikinti işlərinin aparılması ilə əlaqədar dəymiş maddi və mənəvi ziyana görə kompensasiyanın 150 000 manat məbləğində ödənilməsi barədə qarşılıqlı razılıq əldə etmiş, MTK sözügedən küçələrin kəsişməsində tikinti işlərinin aparılması ilə əlaqədar dəymiş maddi və mənəvi ziyana görə X 150 000 manat mə bləğində kompensasiyanı nağd şəkildə ödəməyi, X isə həmin tikinti işlərinin aparılması ilə əlaqədar dəymiş maddi və mənəvi ziyana görə 150 000 manat məbləğində kompensasiyanı qəbul etməyi, habelə biri-birilərinə qarşı heç bir iddia və tələblərinin olmayacağını və gələcəkdə bununla bağlı məhkəmə və digər hüquq mühafizə orqanlarına müraciət etməməyi öhdələrinə götürmüşlər; tərəflər mübahisələndirmirlər ki, sözügedən müqavilə əsasında ilkin iddiaçının həyat yoldaşına 150 000 manat məbləğində kompensasiya ödənilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin 16.07.2018-ci il tarixli rəyində göstərilmişdir ki, “İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə 12 ünvanındakı əmlak kompleksi kimi müəssisədə (X) yerləşən və qanuni istifadədə ola n torpaq sahəsi zəbt olunmuşdur. Qeyri-yaşayış sahəsinə aid daş hasar sökülərək, 2-ci mərtəbə səviyyəsində 15.4 m2, torpaq səviyyəsində 4.7 m2 əraziyə daxil olunmuşdur... Vizual texniki baxış zamanı Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Ə.Dəmirçizadə küçələrinin kəsişdiyi ərazidə tikilən binada əməyin mühafizəsi və tikintidə təhlükəsizliyə nəzarət üçün jurnal təqdim edilmədi... İddiaçı məxsus qeyri-yaşayış sahəsi istiqamətində tikilən yüksəkmərtəbəli binada təhlükəsizlik üçün tor çəkilmədiyinə görə tikinti tullantıları birbaşa iaşə obyektinə tökülür, işçilərin təhlükəsizliyi qorunmur. İşçilərin yıxıla biləcəyi oyuqlar qapanmır, bina ilə iaşə obyekti arasında tullantıların qarşısını almaq üçün talvar tikilməmiş, tikinti təhlükəsizlik nişanları ilə işarələnməmişdir. Ca vabdeh-nın tikintidə işləyən işçilərinin əksəriyyəti fərdi mühafizə vasitələrindən istifadə etmirlər, sahədə yanğınsöndürmə vasitələri və yanğın-texniki avadanlıqlarından istifadə edilmir. Tikinti sahəsində və zirzəmidə inşaat tullantıları təmizlənmir, işçilərin hərəkətini məhdudlaşdırır”. İş üzrə əldə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15.08.2018-ci il tarixli mütəxəssis rəyində isə aşağıdakılar göstərilmişdir: “...Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (MA 0019238; reyestr nömrəsi **********10-12301) İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,23038 hektar torpaq sahəsinin 28,64 m2 hissəsi, Cavabdeh tərəfindən inşa edilən yüksəkmərtəbəli binanın hasarının hüdudları daxili ndə yerləşir. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 370 nömrəli 07.11.2016-c il tarixli sərəncamına əsasən Bakı Dövlət Layihə İnstitutunun Nərimanov rayon İcra Hakimiyyətinin sifarişi əsasında hazırlanmış Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Cahangir Zeynalov, Ə.Dəmirçizadə və F.Əsədov küçələrinin əhatə etdiyi ərazinin tikinti-planlaşdırma eskizinə əsasən inşa etdiyi binanın torpaq sahəsinin (mübahisəli hissəsində) zəbt edilmə halı aşkar edilmədi”. Mühəndis-texniki ekspertizasının 10.09.2018-ci il tarixli rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, “...İddiaçı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA № ******* nömrəli çıxarış əsasında mülkiyyətində olan Bakı şəhəri, Nərima nov rayonu, Ə.Dəmirçizadə 12 ünvanındakı əmlak kompleks kimi müəssisənin (X) yerləşdiyi qanuni istifadədə olan torpaq sahəsinin koordinatları və hüdudları çıxarışa əsasən müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 370 №-li 07.11.2016-cı il tarixli sərəncamına əsasən, Bakı Dövlət Layihə İnstitutunun Nərimanov rayon İcra Hakimiyyətinin sifarişi əsasında hazırlanmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Cahangir Zeynalov, Ə.Dəmirçizadə və F.Əsədov küçələrinin əhatə etdiyi ərazini tikinti-planlaşdırma eskizinə əsasən Cavabdeh-ya yaşayış binası inşa etmək üçün təhkim edilmiş torpaq sahəsi koordinatları və hüdudları ayrıc aktına əsasən müəyyən edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu İdarəsi tərəfindən verilmiş 15.08.2018ci il tarxli **********89 saylı mütəxəssis rəyinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (MA 0019238; reyestr nömrəsi **********10-12301) İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,23038 ha torpaq sahəsinin 28,64 m2 hissəsi, Cavabdeh tərəfindən inşa edilən yüksəkmərtəbəli binanın hasarının hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin BDLİ tərəfindən Cavabdeh üçün işlənib hazırlanmış layihədə sözügedən 28,64 m2 sahə abadlaşdırılmış yaşıllıq sahəsi kimi təsdiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 370 №-li 07.11.2016cı il tarixli sərəncamına və ayrıc aktına əsasən mübahisələndirilən (28.64 m2) sahə, eləcə də Bakı şəhəri, Nərimanov ray onu, Ə.Dəmirçizadə 12 ünvanındakı əmlak kompleks kimi müəssisənin (“X) yerləşdiyi torpaq sahəsi Cavabdeh-ya yaşayış binası inşa etmək üçün təhkim edilmiş torpaq sahəsi olaraq təsdiq edilmişdir... Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu Təbriz, Cahangir Zeynalov, Ə.Dəmirçizadə və F.Əsədov küçələrinin əhatə etdiyi ərazidə aparılan tikinti işlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 86 saylı qərarının, eləcə də Şəhərsalma və Tikinti Məcəlləsinin 11 və 75-ci maddələrinin tələblərinə uyğun aparıldığı müəyyən edildi”. İlkin iddiaçı cavabdeh MTK-nın mülkiyyət hüququ ilə ona məxsus qeyri-yaşayış sahəsinin yaxınlığında və ara məsafəsi gözləmədən çoxmərtəbəli yaşayış binasının tikintisini aparmaqla tikinti qanunvericiliyini pozduğunu, layihə smeta sənədlərində nəzərdə tutul muş sərhədlərdən kənara çıxaraq həmin tikinti üçün ayrılmayan və mülkiyyətçisi olduğu yerdə bina tikdiyini, bununla da mülkiyyət hüquqlarının pozulduğunu iddia etməklə müvafiq iddia tələblərini irəli sürmüş, birinci instansiya məhkəməsi isə ekspert rəyinə əsaslanmaqla ilkin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin 28,64 m2 hissəsinin MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli binanın hasarının hüdudları daxilində yerləşdiyini müəyyən etsə də, binanın inşa edilməsi üçün razılaşdırılmış və təsdiq edilmiş hüquqmüəyyənedici sənədlərin qanuna uyğun olduğunu (həmin sənədlərin qanuniliyi ümumiyyətlə mübahisələndirilməmişdir), ilkin iddiaçının da Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanmış 04 avqust 2017-ci il tarixli müqavilə əsasında 150 000 manat kompensasiya almaqla (həmin müqavilə üzrə sözügedən məbləğin onlara ödənilməsi ilkin iddiaçı tərəfindən inkar edilməmişdir) sözügedən tikinti işlərinin aparılması ilə razılaşdığını, habelə onun (ilkin iddiaçının) belə iddia ilə çıxış etməsinin hüquqdan suiistifadə kimi qiymətləndirilməli olduğunu vurğulamaqla ilkin iddia tələblərinin əsassız olduğu nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada apellyasiya instansiyası məhkəməsi, ilkin iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edərək qeyd etmişdir ki, əvvəla Cavabdeh tərəfindən həyata keçirilən tikinti işlərinin qanunsuz olduğu müəyyən edilməmiş, əksinə, yuxarıda da qeyd olunduğu kimi, Təbriz, Ə.Dəmirçizadə və F.Əsədov küçələrinin kəsişməsində istismar müddəti bitmiş yaşayış binalarının sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün 5,734 ha torpaq sahəsi məhz səlahiyyətli dövlət orqanı tərəfindən MTK-n in istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin (həmçinin kirayə haqqının) ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MTK-ya həvalə olunmuşdur. Digər tərəfdən ilkin iddiaçının xüsusi mülkiyyətində olan 0,23038 ha torpaq sahəsinin 28,64 m2 hissəsinin yuxarıda qeyd edilən yüksəkmərtəbəli binanın hasarının hüdudları daxilində yerləşdiyi ekspert rəyi ilə təsdiqini tapsa da, iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, həmin sahənin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin BDLİ tərəfindən Cavabdeh üçün işlənib hazırlanmış layihədə abadlaşdırılmış yaşıllıq sahəsi kimi göstərilməsi səbəbindən MTK (onun səlahiyyətli şəxsləri) qeyd edilən xüsusatın mövcudluğundan x əbərdar olmamış, yalnız ilkin iddiaçının etirazından sonra onunla danışıqlar apararaq “tikinti nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzi qismində” ilkin iddiaçının həyat yoldaşına 150 000 manat kompensasiya ödəmişdir. Başqa sözlə, ilkin iddiaçı əslində, tikinti işlərinin bir hissəsinin onun mülkiyyətinə aid sahədə aparılması ilə razılaşmış, ailəsinə 150 000 manat məbləğində kompensasiya ödənildiyini təsdiq etməklə yanaşı, inşa edilməkdə olan binanın tamamlanmaq üzrə olduğu ərəfədə binanın sökülməsi barədə iddia tələbinin irəli sürülməsini daha artıq kompensasiya əldə etmək istəyi ilə izah etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 169.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Mülki Məcəllənin 172.3-ci maddəsinə müvafiq olaraq, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməli dir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən, qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. Məcəllənin 173.1-ci maddəsinə əsasən isə, başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. İşin göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddiaçının Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanmış 04 avqust 2017-ci il tarixli müqavilə əsasında 150 000 manat kompensasiya almaqla (yuxarıda da qeyd edildiyi kimi, ilkin iddiaçı (nümayəndəsi) sözügedən müqavilə üzrə 150 000 manat kompensasiyanın ödənilməsini inkar etmir) MTK-nın apardığı tikinti işləri ilə razılaşmasına baxmayaraq, inşa edilməkdə olan binanın tamamlanmaq üzrə olduğu ərəfədə müvafiq iddia tələblərini irəli sürməsi, onun “hüquqdan sui-istifadə qadağası”nı pozduğunu göstərir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xa rakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar