Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6/2021 05.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər Cavabdeh1 və XXXna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXXnin Bakı şəhər XXXi) Cavabdeh1 İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: mirasda məcburi payın tamamlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh1 vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10764/2019 nömrəli iş üzrə 14 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri, Nərimanov rayonu, XXXküçəsi, 13 saylı evin, 108 saylı mənzilini (bundan sonra – mübahisəli mənzil) 08 sentyabr 1998-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1 almışdır və mənzilə 17.10.1998-ci il tarixdən onun mülkiyyət hüququ qeydə alınmışdır. X4 ilə XXXa (XXXa) XXX XXX qızı (bundan sonra – iddiaçı) 25 dekabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikadan onların iki uşaqları – 02.11.2011-ci il təvəllüdlü XXX və 20.06.2013-cü il təvəllüdlü XXX doğulmuşlar. 15 fevral 2018-ci il tarixdə X4 mübahisəli mənzili anası Cavabdeh1 (bundan sonra – cavabdeh) bağışlamış, 26.02.2018-ci il tarixdən m übahisəli mənzilə cavabdehin mülkiyyət hüquqları qeydə alınmışdır. X4 19.04.2018-ci il tarixdə qaraciyərin digər xəstəlikləri səbəbi ilə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə və digər cavabdeh XXXna qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, övladları ilə birlikdə mübahisəli mənzilə onlara çatan məcburi pay həcmində mülkiyyət və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08.09.1998-ci il tarixdən 15.02.2018-ci il tarixinə kimi mərhum ərinin mülkiyyətində olmuş mübahisəli mənzildə əri və iki azyaşlı uşaqları ilə yaşamışlar. Mərhum əri 2016-cı ilə kimi işləmiş, maddi imkanları yaxşı olmuşdur, lakin 2016-cı ildə iş yerində ixtisara düşüb və işini itirdiyinə görə, içkiyə qurşanmışdır. 2016-cı ildən mərhum əri alkoqolizm xəstəliyindən əziyyət çəkmiş, dəfələrlə xəstəliyi ilə bağlı müalicə almışdır. Cavabdeh oğlunun xəstəliyinin ağırlaşdığını görüb müalicə adı ilə onu öz evinə aparmışdır. Mərhum ağır qaraciyərin serrozu xəstəliyindən əziyyət çəkib. 15 fevral 2018-ci il tarixdə cavabdeh ağır xəstəlikdən əziyyət çəkən, öz hərəkətlərinin mənasını başa düşməyən, özünü idarə edə bilməyən oğlunun köməksiz, ağır vəziyyətindən istifadə edib, onu 15.02.2018-ci il tarixdə XXX DNK-ya aparmış, iddiaçı ilə rəsmi nikahda ola-ola, lakin “subay” yazılan etibarsız şəxsiyyət vəsiqəsi ilə Elxana məxsus olan mübahisəli mənzili bağışlama müqaviləsi ilə öz adına keçirmişdir. Bağışlama mü qaviləsindən iki ay sonra əri vəfat etmişdir. Hazırda azyaşlı uşaqları ilə mübahisəli mənzildə yaşayır, lakin cavabdeh mübahisəli mənzili satıb, onları oradan çıxarmaqla hədələyir. Onun və uşaqlarının mərhum ərindən miras qalmış əmlaka məcburi pay almaq hüquqları olduğu üçün Mülki Məcəllənin 1200-cü maddəsinə uyğun olaraq onların mübahisəli mənzildən almalı olduqları məcburi paya uyğun mülkiyyət və istifadə hüquqları tanınmalıdır. Cavabdeh də iddia ərizəsi verərək iddiaçının övladları ilə birlikdə xüsusi mülkiyyətində olan mübahisəli mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun xüsusi mülkiyyətidir. Oğlunun vəfatı günü, onun həyat yoldaşı olan iddiaçı hələ oğlunun cənazəsi ortada ikən onunla mal -mülk üstündə dava etməyə başlamışdır. İddiaçı mənzilinə qeyriqanuni girərək oranı zəbt etmişdir. O, dəfələrlə iddiaçıdan mənzili boşaltmasını tələb etsə də, iddiaçı mənzili boşaltmaqdan imtina etmişdir. Həmçinin, mübahisəli mənzil oğlu tərəfindən nikahdan əvvəl alınmışdır. Vəfat etməzdən əvvəl oğlu həmin mənzili ona bağışlamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-4108/2018 nömrəli iş üzrə 30 avqust 2018-ci il tarixli qərardadı ilə (hakim A.XXX) hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Məhkəmə baxışında ifadə vermiş şahid, iddiaçının mərhum ərinin əvvəlki nikahından olan qızı X3 göstərmişdir ki, iddiaçının atası ilə birlikdə yaşamadığını eşitmişdir, həmçinin onda olan məlumata görə iddiaçı mübahisəli mənzildə yaşamamışd ır, həmin mənzildə hansı şəxslərin yaşaması barədə isə dəqiq məlumata mailk deyil. Birinci instansiya məhkəməsinin 2(005)-4058/2018 nömrəli iş üzrə 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilərək, onun övladları ilə birlikdə mübahisəli mənzilin 3/10 hissəsinə mülkiyyət hüququnun, həmçinin həmin mənzildən istifadə hüquqlarının tanınması, iddianın qalan hissədə təmin edilməməsi və cavabdehin iddiasının isə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 1133, 1151, 1193, 1200-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30-cu maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2570/2019 nömrəli iş üzrə 11 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instanisiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçının iddia tələbi təmin edilməmiş, cavabdehin iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, idiaçının və övladlarının mübahisəli mənzildən məcburi pay almaq hüquqlarının yaranıb-yaranmaması, eləcə də onların həmin mənzilə istifadə hüquqlarının qalıb-qalmaması işin mübahi səli hallarıdır. Birinci hal üzrə Məhkəmə kollegiyası qeyd etmişdir ki, məcburi payla bağlı birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1200-cü maddəsinə istinad etmişdir. Halbuki, məhkəmə həmin normanı hazırkı mübahisəyə tətbiq etməkdə səhvə yol vermişdir. Əvvəla, məhkəmə həmin mübahisəyə hüquqi qiymət vermək üçün ilk növbədə mübahisəli mənzilə münasibətdə mirasın açılıb-açılmamasına qiymət verməli, yəni mənzilin miras əmlakın kütləsinə daxil olub-olması sualına cavab verməli idi. Mübahisəli mənzil miras qoyanın sağlığında özgəninkiləşdirildiyi üçün miras kütləsinə daxil deyil və ona miras açılmamışdır. Bundan başqa, Mülki Məcəllənin 1200-cü maddəsinin tətbiqində fikir ayrılığının yaranması dəlili ilə razılaşmaq olmaz. Belə ki, qanunverici mirasın qəbulunun iki yolunu müəyyənləşdirmişdi r – qanun üzrə və vəsiyyət üzrə (1243-cü maddə). Miras qanun üzrə qəbul edilirsə hər bir vərəsə mirasdan qanunla ona çatan payı alır. Əgər miras vəsiyyət üzrə keçirsə, qanunverici müəyyən kateqoriya vərəsələrin mənafeyini müdafiə etmək üçün mirasda məcburi pay institutundan istifadə edir. Bu institut mirasdan pay almağa hüququ olan şəxslərə mirasın qanun üzrə keçməsi zamanı çatacaq payın bir hissəsini təşkil edir. Qanunvericinin məqsədi mirasın vəsiyyət üzrə keçməsi zamanı vərəsələrin mirasdan tam olaraq məhrum olmalarının qarşısının alınmasına xidmət edir. Mirasda məcburi pay anlayışında bu açıq-aşkar qeyd edilmişdir. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məc buri payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Qanunverici, məcburi payın alınmasını mirasın vəsiyyətnamə üzrə keçməsi halına aid edir. Əks təqdirdə bu institutun mahiyyəti itmiş olardı. Çünki vərəsələr qanun üzrə daha çox pay almaq hüququna malikdirlər. Məhkəmə Kollegiyası hesab etmişdir ki, iddiaçının uşaqları ilə birlikdə mənzilə mülkiyyət hüquqlarının tanınması tələbi əsassızdır. İkinci halla bağlı Kollegiya qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin 30-cu maddəsinə və Mülki Məcəllənin mülkiyyət hüququna dair (152-ci maddə) normalarına istinad etməklə mənzilə istifadə hüququnu tanımışdır. Halbuki, iddiaçı keçmiş mülkiyyətçinin ailə üzvü olmuş və keçmiş mülkiyyətçiyə münasibətdə mənzil dən istifadə hüquqları olmuşdur. İddiaçının mənzildən istifadə hüququ mərhum ərinə münasibətdə yaranmışdır və bununla bağlı tələbin yeni mülkiyyətçiyə qarşı irəli sürülməsi əsaslı deyil. Çünki Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mülkiyyətçinin keçmiş ailə üzvünə mülkiyyətçidən müvəqqəti istifadənin saxlanmasını tələb etmək imkanı verir. Qanunvericilik ailə münasiətlərinə xitam verildiyi təqdirdə keçmiş ailə üzvünün istifadə hüquqununun müvəqqəti saxlanması imkanını nəzərdə tutur. Əgər müvvəqqəti istifadə huququ mülkiyyətçinin ailə üzvünə münasibətdə bu həcmdə saxlanırsa, mülkiyyətçinin dəyişməsi ilə həmin hüquq yeni mülkiyyətçiyə bundan artıq saxlana bilməz. Çünki yeni mülkiyyətçi ilə keçmiş mülkiyyətçinin ailə üzvləri arasında mənzilə münasibətdə hüquqi bağlılıq yoxdur. Kollegiya qeyd etm işdir ki, iddiaçının uşaqları ilə birgə istifadə hüquqlarının yeni mülkiyyətçiyə münasibətdə müvəqqəti saxlanması məsələsi yoxlanılsa belə, iddiaçının və uşaqlarının mənzildən istifadə hüquqlarının müvəqqəti saxlanması əsasları yoxdur. Belə ki, iddiaçı etiraf edir ki, onun xüsusi mülkiyyətində ayrıca mənzil var, mərhum ərinin “X8” avtomaşınına və Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi 26 saylı evin 3 saylı bir otaqlı mənzilinə vərəsəlik hüquqları tanınmışdır. Kollegiya cavabdehin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, onun iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, yuxarıda iddiaçının iddia tələbinə münasibət bildirilərkən onun (uşaqları ilə birlikdə) cavabdehin mülkiyyətində olan mənzildə qalması və ordan istifadə etməsi üçün hər hansı qanuni əsasın olmadığı müəy yən edilmişdir. Cavabdeh mübahisəli mənzilin qanuni mülkiyyətçisi olduğundan onun iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 152, 157.2, 157.4, 1151, 1193, 1200, 1243-cü maddələrinə, Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4285/2019 nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişi ondan ibarət olmuşdur ki, qanunverici mülkiyyətçinin əmlak üzərində həm bağışlama üzrə sərəncamı və həm də vəsiyyət üzrə sərəncamı ilə bağlı münasibətlərin ədalətli həllini nəzərədə tutsa da, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1200-cü maddəsini səhv təfsir etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-10764/2019 nömrəli iş üzrə 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçının iddia tələbi təmin edilməmiş, cavabdehin iddia tələbi təmi n edilmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələbinə əsaslanaraq və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarındakı göstərişləri rəhbər tutaraq əvvəlki məhkəmə tərkibinin mövqeyini təkrarlamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ma ddi hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1200-cü maddəsini səhv təfsir etmişdir. Həmçinin, iddiaçı məhkəmə iclasında mülkiyyətində ayrıca mənzilinin olmasını etiraf etməmiş, qardaşı ilə paylı mülkiyyətdə olan mənzilin olmasını bildirmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddiaçının tələbinin təmin olu nmasını xahiş etdilər. Cavabdehin vəkili kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdeh XXXnun və üçüncü şəxs XXXnin Bakı şəhər XXXinin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüquqdur (maddə 152.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyin dən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (maddə 157.4). Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (maddə 1145). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1). Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar (maddə 1159.1). Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir (maddə 1193). Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadə k hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır (maddə 1200). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Mənzil Məcəlləsi Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam veri ldikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (maddə 30.4). MPM Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə
420. Kassasiya instansiya sında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli qərarı.....Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08.01.2021-ci il tarixli qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki mövqeyi ondan ibarət olmuşdur ki, qanunverici mülkiyyətçinin əmlak üzərində həm bağışlama üzrə sərəncamı, həm də vəsiyyət üzrə sərəncamı ilə bağlı münasibətlərin ədalətli həllini nəzərədə tutsa da, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1200-cü maddəsini səhv təfsir etmişdir. Lakin işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərini pozaraq kassasiya instansiyası məhkəməsinin icrası məcburi olan göstərişini yerinə yetirməmiş və əvvəlki məhkəmə tərkibinin mövqeyini olduğu kimi təkrarlamışdır. Kollegiya nəzərə alır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.01.20 21-ci il tarixli qərarında istinad olunan maddələrə məhz həmin məzmunlu şərh verilmişdir. Qərarın nəticə hissəsində qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. MPM-in 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin q ərarında verilmiş şərhi məhkəmələr üçün məcburidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi hüquq normalarının tələblərinə və həmin normaların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş məhkəmələr üçün məcburi olan rəsmi şərhinə uyğun məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10764/2019 nömrəli iş üzrə 14 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.