Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-600/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Cavabdeh3 Bank Olmayan Kredit X4 Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın yekunu barədə protokolun etibarsız hesab edilməsi, tələbkarın ipoteka predmetini əldə etməməsi, ipotekaya xitam verilməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Za ur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Cavabdeh3 Bank Olmayan Kredit X4 Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə və Cavabdeh5 qarşı “hərracın yekunlarına dair protokolların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, icra hərəkətlərinin qanunsuz hesab edilməsi və ipoteka predmetlərinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi, ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1900/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il t arixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)121/2017 saylı qətnaməsinə əsasən Cavabdeh5 51.543,54 ABŞ dolları əsas, 4.267,90 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu və 54,37 ABŞ dolları hesablanmış dəbbə borcu olmaqla, cəmi 55.865,81 ABŞ dolları ödəniş günündəki məzənnəyə uyğun olaraq milli manat ekvivalentində əvəzi və ödənilmiş 30 manat dövlət rüsumunun kredit təşkilatının xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı2 məxsus Gəncə şəhəri, X5 küçəsində yerləşən 141 nömrəli və Cavabdeh5 məxsus Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinə (bundan sonra - mübahisəli mənzillər) yönəldilməsi v ə mənzillərin açıq hərracda satılmasından əldə olunan vəsaitin hesabına borcun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehlərə verilməsi, mübahisəli mənzillərin ilkin satış qiymətinin müvafiq olaraq 100.000 manat və 85.000 manat müəyyən edilməsi, fərdi yaşayış evləri açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində mənzillərin boşaldılması qət edilmişdir.
2. Qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2018-ci il tarixdə icra olunması üçün Cavabdeh2nə (bundan sonra - İcra idarəsi) göndərilmişdir.
3. İcra idarəsinin icra məmuru Cahid Qasımovun (bundan sonra – icra məmuru) xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır.
4. İcra idarəsi tərəfindən Cavabdeh1nə (bundan sonra - Hərrac mərkəzi) xx.x x.2019-cu il tarixli məktub ünvanlanaraq, icra sənədinin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 və Cavabdeh5 məxsus əmlakların satılması sifariş edilmişdir.
5. Hərrac mərkəzi tərəfindən İddiaçı2, X1, Cavabdeh5 və Cavabdeh3 Bank Olmayan Kredit X4 Cəmiyyətinə (bundan sonra – Kredit təşkilatı) mübahisəli mənzillərin açıq hərracda satışı haqqında xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə 01 saylı və xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərində 02 saylı bildirişlər göndərilmişdir.
6. İcra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi icra olunmadan geri qaytarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli bildiriş və xx.xx.2019-cu il tarixli təklif məktubuna əsasən mübahisəli mənzillərin hərracı keçirilmiş, lakin satılmadığından tələbkara təklif edilmişdir. Hərrac mərkəzinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən mübahisəli mənzillərin hərracları keçirilmiş alıcı müraciəti olmadığından və icra müddəti başa çatdığından sənədlər geri qaytarılmışdır.
7. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə icra sənədi icra edilməsi üçün təkrarən icra idarəsinə göndərilmiş, icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir.
8. İcra idarəsi tərəfindən hərrac mərkəzinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda ipoteka predmetləri olan mübahisəli mənzillərin açıq hərrac yolu ilə satılması xahiş edilmişdir.
9. Hərrac mərkəzi tərəfindən açıq hərr acın keçirilməsi barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli bildirişlərlə İddiaçı2, X3, Cavabdeh5 və kredit təşkilatına mübahisəli mənzillərin açıq hərraca çıxarılması barədə məlumat verilmişdir. 10. “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli buraxılışlarında mübahisəli mənzillərin satışı üzrə hərrac keçiriləcəyi, xx.xx.2021-ci il tarixli buraxılışında isə mübahisəli mənzillərin satışı üzrə hərracın baş tutmaması barədə elan verilmişdir.
11. Mübahisəli mənzillərin təkrar hərracı baş tutmadığı üçün hərrac mərkəzi xx.xx.2021-ci il tarixdə ipoteka saxlayana ipoteka predmetinin əldə olunmasına dair təklif göndərmişdir. 12. xx.xx.2021-ci il tarixdə mübahisəli mənzillərin 54.187,5 manat və 63.750 manat qiymətə Kredit təşkilatı tərəfindən əldə edilməsinə dair 28/03 və 28/04 saylı protokollar, həmçinin hərracın yekunlarına dair alqı-satqı müqavilələri imzalanmışdır
13. Kredit təşkilatı tərəfindən icra idarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 818 saylı məktubda göstərilmişdir ki, mübahisəli mənzillər müvafiq olaraq 63.750 manat və 54.187,50 manata satılaraq, 55.865,81 ABŞ dolları kreditin ödənilməsinə yönəldilmişdir. Əmlakın satışından əldə olunan qalan pulun 22.965,53 manatı ikinci kredit müqaviləsinə əsasən 2(043)-867/2017 saylı qətnamə üzrə 16.947,13 ABŞ dolları kreditə yönəldilmişdir. Həmin məbləğ 22.965,63 manat təşkil etmişdir. Hal-hazırda Cavabdeh5 kredit təşkilatına 5.844,49 manat borcu vardır. 14. 19.05.2021-ci il tarixdə mübahisəli mənzillər daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə Kredit təşkilatını n adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac mərkəzi ilə kredit təşkilatı arasında bağlanmış 28/03 və 28/04 nömrəli hərracın yekunlarına dair protokolların və eyni tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, icra idarəsinin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsinə və onlara məxsus mübahisəli mənzillərə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməklə B0001/15/11 saylı və B0001/15/12 saylı ipoteka müqavilələrinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbi belə əsaslandırmışlar ki, birinci instansiya mə hkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)121/2017 saylı qətnaməsi icra olunması üçün açıq hərraca göndərilmiş, hərrac keçirilərək əmlaklar tələbkara təklif edilmiş və təklif tələbkar tərəfindən qəbul edilməyərək, icra idarəsinə geri qaytarılmışdır. Bundan sonra cavabdeh icra idarəsi tərəfindən icra sənədi birinci instansiya məhkəməsinə geri qaytarılmışdır. Göründüyü kimi, məhkəmə qətnaməsi üzrə icra hərəkətləri hərracın keçirilməsi və ipoteka əmlakına tutma yönəldilməsi barədə prosedur yekunlaşmış və ipoteka saxlayan “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə, “İcra haqqında” Qanunun 23-cü maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən icra işi üzrə prosessual qərar qəbul etmişdir. Həmin qərar hazırda qüvvədədir. Lakin icra idarəsi qanunsuz olaraq yenidən icraata başlayaraq yenidən hərrac sifariş vermiş, hərrac mərkəzi qanunsuz hərrac keçirmiş, kredit təşkilatı isə hərracla onlara məxsus əmlakı əldə etmişdir. Qanunsuz hərracın nəticələri etibarsız olduğundan dövlət reyestr xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyat da ləğv edilməlidir.
17. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)-276/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim X2) iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar hərracın etibarsızlığına tək əsası kimi icra idarəsinin icra məmuru Cahid Qasımovun birinci instansiya məhkəməsinin icra sənədinin icra olunmadan geri qayt arılması barədə xx.xx.2020-ci il tarixli qərarı mövcud olduğu halda, yenidən hərraca sifariş verilməsi və əmlakların ipoteka saxlayan olan tələbkar tərəfindən əldə edilməsini göstərmişlər. Lakin iş materiallarından da göründüyü kimi, sözügedən icra sənədi icra məmurunun qərarı ilə geri qaytarılsa da, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə həmin icra sənədi icra edilməsi üçün təkrarən icra idarəsinə göndərilmiş və bundan sonra icra sənədi icraata qəbul edilərək, zəruri icra hərəkətləri aparılmış, o cümlədən hərrac keçirilməsi üçün sifariş verilmişdir.
19. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən hərrac qanunvericilikdə hərracın keçirilməsi üçün nəzərdə tutulmuş prosedur qaydalara riayət edilməklə keçirildiyi üçün onun nəticələrinin ləğv edilməsi istisna edilir. Habelə, icra idarəsinin apardığı icra hərəkətlərində hər hansı qanunsuzluğa yol verilməsi müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
20. Məhkəmə iddia tələbinin ipotekaya xitam verilməsinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, ipoteka müqavilələri əsasında ipoteka ilə yüklü edilmiş əmlaklara tutma yönəldilməsi nəticəsində 28/03 və 28/04 nömrəli hərracın yekunlarına dair protokolların və eyni tarixli alqı-satqı müqavilələrinə əsasən ipoteka predmeti Kredit təşkilatına satıldığı və hazırda onun mülkiyyətində olduğu üçün “İpoteka haqqında” Qanunun 48.1.3-cü maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixdən ipotekaya xitam verilmişdir. Ona görə də, həmin tələb də təmin edilməməlidir.
21. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 41.1, 41.2,4 2.8, 43.7, 43.7-1-ci və 48.1.1–41.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
23. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən bağlanmış ipoteka müqaviləsinə xitam verilməklə ipotekanın dövlət qeydiyyatının xitam edilməsi əsaslıdır. “İpoteka haqqında” Qanunda və “İcrası haqqında” Qanunda ipoteka predmetinə tutma yönəldildikdən sonra onun hərraca çıxarılması və satılmaması, satılmadıqdan sonra təkrar icra vərəqəsi üzrə əmlakın yenidən hərraca göndərilməsi proseduru nəzərdə tutulmamışdır. Bundan sonra, icra məmuru tərəfindən ipoteka predmetinin hərraca çıxarılması hissəsi icra olunmadan pulun cavabdehlərdən tutulması üzrə icra hərəkətləri başlanmalıdır. Artıq bu halda tələbkar hərrac vasitəsi ilə ipoteka predmeti üzrə hərracdan əmlakı əldə etmək hüququndan imtina etməklə həmin hüququ itirmişdir. Məhkəmə tərəfindən hərracdan sənədlərin istənilməsi üzrə heç bir araşdırma aparılmamışdır. Hərracın keçirilmə proseduru müəyyən edilmiş və 2017-ci il tarixdə keçirilmiş hərracda əmlak satılmamış və 30 gün müddətinə tələbkar əmlakı əldə etməmiş və bundan sonra isə qanunu özündə icra vərəqəsinin yenidən məhkəməyə göndərildikdən sonra əmlakın təkrar hərraca göndərilməsi proseduru müəyyən edi lməmişdir. Belə ki, tələbkar artıq 2017-ci il tarixdə ona edilmiş təklif üzrə 30 gün müddətində və keçirilmiş hərraclarda əmlak satılmamaqla özü də həmin əmlakı almaqdan könüllü olaraq öz hərəkətsizliyi ilə imtina etmişdir. Bu halda artıq təkrar hərracın keçirilməsi proseduru qanunvericiliklə müəyyən edilməmişdir. Hərracla bağlı prsoseduraların yekunlaşmasından sonra məhkəmə tərəfindən 2020-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin qanuniliyinin tanıması zamanı məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə 2020-ci il tarixdə keçirilmiş hərracla 2017-ci il tarixdə keçirilmiş hərracın nəticələri ilə bağlı hər iki icra sənədlərini araşdırmamış və 2017-ci il tarixdə hərracla bağlı sənədləri sorğu etməmişdir. Qeyd olunanlar onu göstərir ki, məhkəmə nisbi həqi qi və faktiki halları araşdırmamışdır. Məhkəmə iş materiallarında olan 2017-ci il tarixdə keçirilmiş hərracda tələbkarın əmlakı almaması və icra məmuru tərəfindən icra sənədinin icra olunmadan geri qaytarılması ilə bağlı sənədləri və 2020-ci il tarixdə keçirilmiş hərracın qanunsuz olmasını və qanunvericilikdə təkrar hərrac keçirilməsi ilə bağlı halları qiymətləndirməmişdir.
24. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apelyasiya instansiya məhkəməsi) 16 avqust 2022-ci il tarixli, 2(104)-1900/2022 saylı qətnaməsi ilə (hakimlər - İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipoteka ilə yük lü edilmiş mübahisəli mənzillərin birinci instansiya məhkəməsinin icra sənədinin icrası ilə əlaqədar açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilməmiş, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq keçirilmiş və hərrac zamanı qanunvericiliyin tələblərinə əməl edilmiş, bununla da kredit təşkilatları əmlakları açıq hərracda qanuni əsaslarla əldə edərək mülkiyyətinə keçirmişdir.
26. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 41.1, 41.2,42.8, 43.7, 43.7-1-ci və 48.1.1–41.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apel lyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kredit təşkilatı kassasiya şikayətinə etiraz etmişdir.
30. Etiraz onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən birinci instansiya məhkəməsinin icra sənədi icra olunmadan geri qaytarıldıqdan sonra onların ərizəsinə əsasən yenidən icraya yönəldilmiş və icra idarəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədi üzrə icraata başlanılaraq, qanunda nəzərdə tutulan zəruri icra hərəkətləri aparılmış və beləliklə, iddiaçılara məxsus olmuş əmlaklar bilavasitə məhkəmə qətnaməsi əsasında müəyyənləş dirilmiş ilkin satış qiymətləri ilə açıq hərraca çıxarılmış, lakin iki dəfə hərrac baş tutmadığından ipoteka predmetləri ipoteka saxlayan qismində kredit təşkilatına təklif edilmişdir. Sonuncu dəfə təklif qəbul olunaraq, hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 28/03 və 28/04 saylı protokollar əsasında mübahisəli mənzillər müvafiq olaraq 54.187,5 manat və 63.750 manat qiymətə kredit təşkilatı tərəfindən əldə edilmişdir. Hərrac tam qanuni əsaslarla və qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalara əməl edilməklə həyata keçirilmişdir. Kassasiya şikayəti formal mülahizələrə əsaslanmaqla tərtib edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
31. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibars ız sayıla bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya)
32. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
33. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hə rrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
34. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
35. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
36. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İpo teka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı 37.... “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir və “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsi (bundan sonra – MPM)
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi ü çün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı icraat üzrə iddianın rədd olunması barədə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçıların kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Baxılan iş üzrə iddiaçılar tələblərinin əsası kimi icra sənədi üzrə 2019-cu ildə keçirilmiş iki hərracın baş tutmadığı, əmlakların tələbkara təklif edildiyi və tələbkar tərəfindən qəbul edilmədiyi, bu səbəbdən icra sənədinin geri qaytarıldığı, bununla da “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə əsasən ipotekaya xitam verildiyi, mübahisəli mənzillərə dair 2021-ci ildə yeni hərracların keçirilməsinin qanunsuz olduğu ilə əsaslandırmışlar.
50. İddiaçılar tələbi təsdiq edən sübutlar kimi məhkəməyə Hərrac mərkəzi tərəfindən mübahisəli mənzillərin açıq hərracda satışı haqqında xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli 1 saylı, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli 02 saylı bildirişləri, icra məmurunun x x.xx.2020-ci il tarixli qərarı ilə icra sənədinin icra olunmadan geri qaytarıldığı barədə qərarın surətini təqdim etmişlər. Qərar onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli bildiriş və xx.xx.2019-cu il tarixli təklif məktubuna əsasən mübahisəli mənzillərin hərracı keçirilmiş, lakin satılmadığından tələbkara təklif edilmişdir. Hərrac mərkəzinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən mübahisəli mənzillərin hərracları keçirilmiş alıcı müraciəti olmadığından və icra müddəti başa çatdığından sənədlər geri qaytarılmışdır. Qeyd olunan sənədlərin mötəbərliyi işdə iştirak edən digər şəxslər tərəfindən mübahisələndirilməmişdir.
51. Birinci və apellyasiya instansiyası məhkəmələri iddianın rədd olunması barədə mövqelərini onunla əsasla ndırmışlar ki, ipoteka ilə yüklü edilmiş mübahisəli mənzillərin birinci instansiya məhkəməsinin icra sənədinin icrası ilə əlaqədar açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilməmiş, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq keçirilmiş və hərrac zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir.
52. Halbuki iddia ərizəsi 2019-cu ildə iki hərrac keçirildiyi və tələbkar tərəfindən ipoteka predmetləri əldə edilmədiyindən 2021-ci il tarixdə yenidən hərracın keçirilməsinin qanuni baxımdan ümumiyyətlə mümkün olmadığı ilə əsaslandırılmışdır.
53. Lakin məhkəmələr iddiaçıların qeyd olunan dəlili ilə bağlı hər hansı araşdırma aparmamış, bu dəlillə bağlı işdə olan sübutlara qiymət verməmişdir.
54. Halbuki MPM-in 80, 8 1, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
55. Baxılan iş üzrə “İpoteka haqqında” Qanunun iddiaçıların istinad etdiyi hallara tətbiq edilməli olan 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
56. İstinad olunan normanın rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.
57. Bu maddənin tətbiqi ilə bağlı, həmçi nin nəzərə alınmalıdır ki, həmin normada nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. Qeyd olunan maddədə nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahi sə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.
58. Lakin işə baxmış məhkəmələr işdə olan sübutlara və iddiaçıların dəlillərinə yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddə sinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli Qərardadında ifadə edilmiş hüquqi mövqelər nəzərə alınmaqla yeni məhkəmə aktı qəbul edilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1900/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.