Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-600/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi və Bakı şəhəri 8 saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü, ər-arvadın ümumi birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi, əqdin etibarsızlığı, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi və Bakı şəhəri 8 saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) müqavilələrin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3778/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 06 fevral 2024-cü il tarixdə Ali Məh kəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X4 ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmış, birgə nikahdan xx.xx.2020-ci il tarixdə X6 doğulmuşdur.
2. Cavabdeh2 ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0226 ha olan torpaq sahəsini 70.500 manata X1.
3. X11 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15 saylı evin, 12 saylı mənzilini 61.500 manata Cavabdeh1 satmışdır. Həmin əmlaka dair Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2021-ci il ta rixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
4. Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış və Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15 saylı evin, 12 saylı mənzilini Cavabdeh2 bağışlamışdır.
5. Bakı şəhəri 8 saylı notariat ofisində yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən İddiaçı birgə nikah dövründə əldə edilmiş, əri Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15 saylı evin, 12 saylı mənzilinin bağışlanmasına etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.
6. Baş X13 İdarəsinin xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərə əsasən “Azsamand LX” minik markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 5.000 manat pula Cavabdeh1 tərəfindən əldə edilmiş və həmin tarixdə onun mülkiyyəti kimi qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən avtomobil onun tərəfindən 5.200 manat pula Cavabdeh4, xx.xx.2022-ci il tarixdə isə 1.500 manat pula sonuncu tərəfindən Cavabdeh5 satılmış və hazırda sonuncunun mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kad astrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı (Bakı şəhəri 8 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 8 saylı Notariat ofisində bağlanmış 4Ə-253 nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 15 saylı evin, 12 saylı mənzili ilə bağlı mülkiyyət hüquq müəyyənedici sənədlərin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmas ı, habelə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bundan sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, o cümlədən Cavabdeh4 və Cavabdeh5 da cavabdeh qismində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsini, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edərək, Bakı şəhəri 8 saylı notariat ofisində bağlanmış 4Ə-253 nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin və birgə nikah dövründə, yəni xx.xx.2021-ci il tarixdə əldə edilmiş bir ədəd "AZSAMAND LX' markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-də özgəninləşdirilməsinə dair xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixli müqavilələrin və həmin müqavilələrin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin daşınar və daşınmaz əmlaklara münasibətdə 1/2 hissədə iddiaçının payının müəyyən edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
9. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Onlar birgə nikah dövründə aldıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 15 saylı evin, 12 saylı mənzilində yaşamışdılar. 2022-ci ilin əvvəllərindən başla yaraq, cavabdeh həmin mənzili satıb şəhərə yaxın yerdə mənzil almağı ona təklif etmiş, o da nəticədə onunla razılaşmışdır. Sonradan Cavabdeh1 mənzili atası, yəni digər Cavabdeh2 70.000 manata satılması barədə onunla razılığa gəldiyini, lakin alqı-satqı nəticəsində böyük məbləğdə vergi və digər xərclərin yaranması səbəbindən aralarında bağışlama müqaviləsi bağlayacaqları barədə ona məlumat vermiş və ondan notariusa gedib bir neçə sənədi imzalamağı xahiş etmişdir. Razılığa əsasən mənzil Cavabdeh2 mülkiyyətinə keçirib, banka qarşısında ipoteka ilə yüklü etməklə, kredit götürüb onlara 70.000 manat pul verməli idi. Onlar da həmin pula əlavələr edib, yeni mənzil almalı idi. O, cavabdehlərə inanıb xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən 8 saylı notariat ofisinə gedərək, bilmədiyi bir neçə sənədə imza etmişdir. Lakin Cavabdeh2 mənzili öz mülkiyyətinə keçirdikdən sonra mənzilə görə ödəməli olduğu 70.000 manat pulu ödəmədiyinə görə o, dəfələrlə Cavabdeh1 mənzilin dəyərini atasından almağı tələb etməyə başlamış və buna görə də ailələrində problemlər yaşamağa başlamışdır. Nəticədə ona aydın olmuşdur ki, cavabdehlər bu yolla onu mənzilə olan 1/2 hissədə payından məhrum etmişlər. Buna görə də, dəfələrlə əmlakın geri qaytarılmasını cavabdehlərdən tələb etsə də, cavabdehlər onu evdən qovulması ilə hədələmişlər və nəticə etibarı ilə onu mülkiyyətindən məhrum etmişlər. Həmçinin, Cavabdeh1 onunla birgə nikahda olan dövrdə “Azsamand LX” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Lakin sonradan onun razılığı alınmadan özgəninkiləşdirmişdir. Bun unla belə, mənzillə bağlı müqavilə bağlanan zaman o aldadılmış, avtomobillə bağlı müqavilə bağlanan zaman isə onun razılığı alınmamışdır.
10. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, onun oğlu keçmiş həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 15 saylı evin 12 saylı mənzilində yaşamışdılar. Həmin mənzil xx.xx.2021-ci il tarixdə onun adına olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0226 ha olan torpaq sahəsinin satılması nəticəsində əldə olunan vəsait hesabına xx.xx.2021-ci il tarixdə oğlunun adına alınmışdır. Bunun səbəbi onun yaşlı insan olması, oğlunun onun yeganə vərəsəsi olması və gələcəkdə oğlunun vərəsəliyin rəsmiləşdirilməsi ilə bağlı əziyyət çəkməməsi ilə bağlı ol muşdur. Lakin bu ilin əvvəllərindən başlayaraq iddiaçının onun oğluna qarşı münasibəti dəyişmişdir. Buna səbəb olan hal isə bundan ibarətdir ki, gəlini həmin evin oğlunun adına olduğuna görə keçmiş həyat yoldaşının onları evdən çıxaracağını düşünərək, oğlu ilə mübahisələr yaşamağa başlamışdır. Daha sonra ümumi razılığa gəlmişlər ki, qeyd edilən mənzil onsuz da onun tərəfindən alındığından, elə onun mülkiyyətinə qaytarılsın. Buna iddiaçı razı olmuş və bağışlama müqaviləsi mübahisəsiz şəkildə notarial qaydada rəsmiləşdirilmişdir. Buna baxmayaraq, oğlu ilə iddiaçı arasında mübahisələr davam etmiş nəticədə iddiaçı öz istəyi ilə uşağı ilə birlikdə atası evinə getmiş və bu günədək orada qalır. Həmin bağışlama müqaviləsinin bağlanmasına mübahisəli mənzil onsuz da onun evinin satılması ilə əldə ed ilən vəsait hesabına alındığından, iddiaçı özü razılıq vermişdir. İddiaçı anlaqlı və tam fəaliyyət qabiliyyəti olan şəxs olduğu üçün hansı sənədlərə imza atdığını bilməməsi ilə bağlı söylədiyi fikirlər inandırıcı görünmür. Eyni zamanda, iddiaçının qeyd etdiyi kimi Cavabdeh1 iddiaçı başqa müqavilə bağlamaq adı ilə aldatmış olsaydı belə iddiaçının notariat ofisində aldadıldığını anlamaması mümkünsüz olardı. Mübahisəli mənzilin onun mülkiyyətində olan torpaq sahəsinin satılmasından əldə edilən vəsait hesabına alındığı nəzərə alınsa, mənzilin elə onun adına rəsmiləşdirilməsi də müqavilənin etibarlılığının təsdiqidir. İddiaçı öz tələbini əsaslandırmalı və sübut etməli olduğu halda bunu etməmişdir. Mövcud müqavilə notariat qaydasında təsdiqləndiyi üçün onun etibarlılığı şübhə doğurmamalıdır. Odu r ki, iddiaçı bağışlama müqaviləsinə şəxsən razılıq verdiyi üçün həmin müqavilə etibarlı hesab edilməlidir. Bununla yanaşı, mənzil onun adına olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0226 ha olan torpaq sahəsinin xx.xx.2021-ci il tarixdə satılması nəticəsində əldə olunan vəsait hesabına xx.xx.2021-ci il tarixdə alındığı üçün həmin mənzil nikah dövründə alınmasına baxmayaraq ər-arvadın birgə mülkiyyətində olan əmlak hesab edilə bilməz. Bağışlama müqaviləsinə münasibətdə yalnız daşınmaz əmlakın bağışlanması zamanı yazılı və notarial qaydaya riayət olunması tələb olunur. Burada isə bağışlamanın predmeti onun tərəfindən 70.000 manat pul vəsaiti olmuşdur. Həmin pul vəsaitini oğlu Cavabdeh1 bağışlamışdır. Pulun 65.500 manatına qeyd edilən mənzil, qalan hissəsinə isə oğluna avtomobil alınm ışdır. Mülki Məcəllədə yalnız məbləği 3.000 manatdan çox olan borc müqaviləsinin yazılı qaydada bağlanması tələb olunmuşdur. Lakin pulun bağışlanmasının yazılı qaydasına riayət edilməsi Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Həmçinin pul vəsaitini bağışladığı şəxs oğlu olduğu üçün heç bir yazılı müqavilə bağlanmamışdır. İddiaçı da bu faktı təsdiq edə bilər. Həmin torpaq sahəsinin 04 avqust tarixində 70.500 manat məbləğinə satılması və oğlunun adına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 15 saylı evin, 12 saylı mənzilin 09 avqust tarixində 61.500 manat məbləğinə alınması bu mənzilin onun verdiyi pul vəsaiti hesabına alınmasını təsdiq edir. Mənzil oğluna verdiyi pul vəsaiti hesabına alındığına görə oğlunun ayrıca mülkiyyəti hesab edilməli, həmin əmlak ər-arvadın ümu mi birgə mülkiyyəti hesab edilmədiyi, yəni, iddiaçının həmin mənzil üzərində sərəncam vermək hüququ olmadığı üçün bağışlama müqaviləsinin bağlanması zamanı onun razılığının olub-olmamasının əhəmiyyəti qalmır. Hazırda isə həmin əmlak onun xüsusi mülkiyyətindədir. Hesab edir ki, həmin mənzil onun mülkiyyətində olduğundan həmin əmlakın bölgüsünə dair mülki işə bu məhkəmədə baxıla bilməz. Hesab edir ki, bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı yekun məhkəmə aktı qəbul edildikdən sonra məhkəmə aktının nəticəsinə uyğun olaraq həmin iddianın qaldırılması mümkün ola bilər.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-167/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia təmin edilməmişdir.
12. Birinci instansiy a məhkəməsi qeyd etmişdir ki, iş üzrə halların tədqiq olunması zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15, 12 saylı mənzilin bağışlanması zamanı qanunvericiliyə zidd olan hər hansı hal aşkar edilməmiş, iddiaçı müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə əsas verəcək hər hansı halın mövcudluğuna dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bağışlama müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmadı. Buna görə də iddia qeyd edilən hissədə əsassızdır. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yö nəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Bununla belə, əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən müq avilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. İddiaçı öz sərbəst iradəsini ifadə edərək, birgə nikah dövründə əldə olunmuş əmlakın bağışlanmasına dair razılıq vermiş, müqavilənin formal xarakter daşıması, yaxud əqd bağlanması məqsədilə aldadılmasına dair öz dəlillərini sübuta yetirə bilməmişdir.
13. Məhkəmə sadalanan xüsusatlara əsasən hesab etmişdir ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Buna görə də iddia həmin hissədə təmin edilməməlidir.
14. Digər tərəfdən nə Mülki Məcəllədə, nə də “Notariat haqqında“ Azərbaycan Respublikası Qanunu nda və “Azərbaycan Respublikasında notariat X2” haqqında Təlimatda rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların alqı-satqısı zamanı ərarvadın razılığının olması tələbi yoxdur. Bundan başqa, Mülki Məcəlləyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir və rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (144.1 və 650-ci maddələr). Lakin hazırda Azərbaycan Respublikasında mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetini n xx.xx.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə uyğun olaraq müvafiq orqanda həyata keçirilir və Əsasnamədə özgəninkiləşdirilmə zamanı satıcının ərinin (arvadının) razılığı tələb olunmadığı üçün nəqliyyat vasitələrinin alqı-satqısı zamanı belə razılıq tələb olunmur (1.2 və 1.6-cı bəndlər). Odur ki, mövcud vəziyyətdə nəqliyyat vasitələrinin alqı-satqısı zamanı ərin (arvadın) razılığının alınmaması əsası ilə həmin müqavilələrin etibarsız hesab edilməsi müvafiq əmlakı rəsmi dövlət orqanı tərəfindən və həmin orqanın verdiyi rəsmi sənədlər əsasında əldə etmiş şəxslərin Azərbaycan Respublikasının Konstit usiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Bu baxımdan, avtonəqliyyat vasitələrinin alqı-satqısının mövcud rəsmi qaydasının qüvvədə olduğu dövrdə Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən ehtimal edilməlidir ki, birgə mülkiyyətdə olan belə əşyalara dair sərəncamlıq birgə mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Eyni zamanda, mübahisə edilən daşınar və daşınmaz əşyalar üçüncü şəxslərin mülkiyyətində olduğundan, onlara dair iddiaçının pay hüququnun müəyyən edilməsi qanuna müvafiq deyildir. Odur ki, iddia həmin hissələrdə də təmin edilməməlidir. Lakin mübahisəli avtomobil tərəflərin birgə nikahı olan dövrdə əldə edilmi ş və ailənin faktiki dağılması ərəfəsində özgəninkiləşdirildiyindən iddiaçıya izah edilmişdir ki, mübahisə edilən avtomobilə dair mülkiyyət hüququ olmasa da, həmin avtomobilin satışından əldə edilmiş vəsait ər-arvadın ümumi birgə mülkiyyəti sayıldığından, avtomoblin satışından əldə olunmuş pula dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225.1, 225.6, 331.1, 337.1, 337.4, 339, 666.1, 667.1, 668.1, Ailə Məcəlləsinin 32, 33, 37, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsini n qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilir ki, cavabdeh mülkiyyətində olan mübahisəli avtomobili onun qanuna müvafiq qaydada razılığını almadan Cavabdeh4 xeyrinə özgəninkiləşdirmişdir. Onların müraciəti əsasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qarardadı ilə avtomobilin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir. Lakin hazırkı mülki iş üzrə xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh qeyd olunan avtomobilin guya birgə nikah dövründə satıldığını bildirirək, məhkəməni yanıltmağa çalışmışdır. Bununla bağlı məhkəmə tərəfindən göndərilmiş sorğuya AR DİN-nin BDYPİ-dən xx.xx.2022-ci il tarixdə alınmış cavab məktubundan və ona əlavə edilm iş sənədlərdən məlum olmuşdur ki, avtomobil X10 tərəfindən xx.xx.2021-ci il tarixdə 5.000 manata Cavabdeh1, onun tərəfindən xx.xx.2022-ci il tarixdə 5.200 manata Cavabdeh4 və sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə 1.500 manata Cavabdeh5 iddiaçının razılığı olmadan satılmışdır. İlk iki müqavilədən də avtomobilin dəyərinin 5.000-5.200 manat təşkil etdiyi müəyyən edilmişdir. Bu məbləğ isə avtomobilin Cavabdeh4 adına özgəninkiləşdirildiyi dövrə aid dəyəri ilə bağlı tərtib edilmiş rəydə göstərilən 5.200 manata uyğun gəlir. Həmçinin, avtomobilin faktiki nikah münasibətləri pozulduğu dövrdə onun razılı olmadan iki dəfə özgəninləşdirilməsi, habelə sonuncu dəfə avtomobilin birdən-birə 5.000 manardan qəsdən aşağı qiymətə, yəni 1.500 manata satılması, nəticədə onun mənzilə münasibətdə aldadılmas ını, avtomobilə münasibətdə isə müqavilələrin razılığı olmadan bağlanıldığını sübuta yetirmiş olur.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3778/2023 nömrəli mülki iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.V.Abdıyev (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və F.H.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 (hədiyyə verən) və Cavabdeh2 (hədiyyə alan) iddiaçının müvafiq olaraq keçmiş əri və qayınatasıdır. Bu şəxslər öz araların da razılığa gələrək və qarşılıqlı iradə ifadəsini bildirərək, xx.xx.2022ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində mübahisəli mənzilin bağışlanmasına dair müqavilə bağlamışlar və həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Həmin vaxt iddiaçı qeyd edilən notariat ofisinə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, qeyd edilən mənzilin əri tərəfindən qayınatasına bağışlanmasına etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı həmin əqdin formal olaraq bağlandığını, əqdin bağlanması zamanı aldadılaraq razılıq verdiyini, bunun müqabilində onlara yaşamaq üçün başqa mənzilin alınacağı barədə vəd verildiyini iddia etsə də, öz mövqeyini sübuta yetirə bilmir. Alda dılaraq razılığının alınmasını, habelə razılığın qeyd şərtlə verilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Məhkəmə tərəfindən də bu əqdin nəinki iddiaçının istinad etdiyi, ümumiyyətlə mülki qanunvericilikdə müəyyənləşdirilmiş hər hansı şərti pozmaqla bağlanması müəyyən edilmir. Bununla belə, qeyd edilən əqd mülki qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində və onlara uyğun şəkildə bağlanmışdır. Bu da öz növbəsində həmin əqdin nəinki iddiaçının irəli sürdüyü, ümumiyyətlə hər hansı digər əsasla da etibarsız hesab edilməsini hüquqi baxımdan istisna edir.
20. Məhkəmə kollegiyası digər tərəfdən Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinə istinadən vurğulayır ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalı, ikincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Belə ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ümumi əmlakın bölünməsi dedikdə isə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Qanunverici ailə institutunu ər arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur.
21. İddiaçı həmin mənzilin Cavabdeh1 ilə birgə nikahda (xx.xx.2019-cu il) olduğu dövrdə (xx.xx.2021-ci il) və onların ümumi gəlirləri hesabına alındığını iddia edir, lakin bu əmlakın alınmasına sərf edilmiş vəsaitin mənbəyi barədə hər hansı məlumat verə bilmir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə bu məsələdə eyni mövqedən çıxış edərək, Cavabdeh2 mülkiyyətində olan 0,0226 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixdə alqısatqısı nəticəsində əldə edilmiş 70.500 manat məbləğində vəsait hesabına 5 gün sonra 61.500 manata mübahisəli mənzili aldıqlarını iddia edirlər.
22. Bununla belə, h əm müddət (5 gün), həm məbləğ (70.500 – 61.500), həm də iddiaçının bu halı təkzib edən hər hansı mövqe sərgiləməməsi və sübut təqdim etməməsi belə qənaətə gəlməyə imkan verir ki, mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları dövrdə alınsa da, onların deyil, iddiaçının qayınatası olmuş Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına alınmışdır. Bu halın mövcudluğu da müqavilə etibarsız hesab edildiyi təqdirdə belə, iddiaçının həmin əmlaka hər hansı hissədə payının tanınmasını qeyri-mümkün edir. Məhkəmə kollegiyası bu səbəbdən apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab etmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin avtomobil görə bağlanmış əqdin etibarsız hesab edilməsinə dair dəlilləri ilə bağlı qeyd etməyi zəruri hes ab etmişdir ki, qeyd edilən avtomobil xx.xx.2022-ci il tarixdə 5.200 manata Cavabdeh1 tərəfindən Cavabdeh4, xx.xx.2022-ci il tarixdə isə sonuncu tərəfindən 1.500 manata Cavabdeh5 satılmışdır. İddiaçı bu şəxslərin arasında müqavilələrin onun razılığı olmadan bağlandığını iddia edir. Lakin nə Mülki Məcəllədə, nədə ki “Notariat haqqınla“ Azərbaycan Respublikası qanununda və “Azərbaycan Respublikasında Notariat X2” haqqında Təlimatda rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakların alqı-satıqısı zamanı ər-arvadın razılığının olması tələbi yoxdur.
24. Bu sahəni tənzimləyən qanunvericiliyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda b u cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə müəyyən edilir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
25. İddiaçının mübahisələndirdiyi avtomobilin özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Ka binetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə uyğun olaraq X13 orqanında həyata keçirilir və Əsasnamədə özgəninkiləşdirilmə zamanı satıcının ərinin (arvadının) razılığı tələb olunmadığı üçün nəqliyyat vasitələrinin alqı-satqısı zamanı da belə razılıq tələb olunmur.
26. Bununla belə, mövcud vəziyyətdə nəqliyyat vasitələrinin alqı-satqısı zamanı iddiaçının razılığının alınmaması əsası ilə həmin müqavilələrin etibarsız hesab edilməsi müvafiq əmlakı rəsmi dövlət orqanı tərəfindən və həmin orqanın verdiyi rəsmi sənədlər əsasında əldə etmiş Cavabdeh5 Azərbaycan Respublikasının Konstitusiyası il ə təsbit edilmiş mülkiyyət hüququnu pozmuş olur.
27. Məhkəmə kollegiyası bu baxımdan hesab etmişdir ki, avtonəqliyyat vasitələrinin alqı-satqısının mövcud rəsmi qaydasının qüvvədə olduğu dövrdə Mülki Məcəllənin 222.2ci maddəsinə əsasən ehtimal edilməlidir ki, birgə mülkiyyətdə olan belə əşyalara dair sərəncamçılıq birgə mülkiyyətçilərin razılığı ilə həyata keçirilmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin dəlillərinin həm bu hissədə, həm də bu tələblərə münasibətdə törəmə tələb qismində çıxış edən əmlakın bölgüsü hissəsində də əsassız olmasına dəlalət edir.
28. Məhkəmə kollegiyası eyni zamanda vurğulamışdır ki, avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmiş və tərəflərin ayrı yaşadıqları vaxt özgəninkiləşdirilmişdir. Bundan əldə edilən vəsait isə onların birgə mü lkiyyəti sayılır. Bu da öz növbəsində iddiaçının məhkəmə qaydasında cavabdehdən avtomobilin satışından əldə edilmiş pul vəsaiti üzərində payının tanınmasını və paya uyğun hissənin ona ödənilməsini tələb etmək hüququnu yaradır.
29. Məhkəmə kollegiyası bununla belə göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti id dia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsini, məhkəmənin işin həqiqi hallarına və həmin halları sübuta yetirən sübutlara düzgün hüquqi qiymət vermədiyini, məhkəmənin hazırkı mülki mübahisəyə tətbiq etdiyi maddi və prosessual hüquq normalarını düzgün təfsir etməyərək tətbiq etdiyini, tətbiq edilməli olan maddi və prosessual normaların tətbiq edilmədiyini, məhkəmənin yalnız cavabdeh tərəfin şifahi və əsassız mülahizələri ilə kifayətləndiyini qeyd etmişdir. Belə ki, qətnamənin hüquqi əsaslandırma hissəsində məhkəmə tərəfindən istinad olunan maddi və prosessual normalar iddiaçı tərəf olaraq mülki mübahisənin xeyrinə həll olunmasına yönəlsə də, həmin normalar nədənsə ziyanına t əfsir edilərək iddia tələbinin rədd edilməsi üçün əsas gətirilmişdir. Baxmayaraq ki, həmin maddi və prosessual normaların bir başa mənasından başa düşülür ki, həmin normalar iddia tələbinin təmin edilməsi üçün əsasdır. Birgə nikah dövründə əldə edilmiş avtomobilə münasibətdə isə məhkəmənin tətbiq etdiyi və əsas gətirdiyi normalar arasında ziddiyyətlər olmuş, nəticə etibarı ilə cavabdeh tərəfin xeyrinə qətnamə qəbul etmək məqsədi ilə həmin normalar arasında hüquqi qüvvəsinə görə yüksək olan maddi hüquq normasi sonda tətbiq edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini öz qətnaməsinə köçürməklə işini bitirmiş hesab edərək qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gəlmişdir. İddiaçı tərəf olaraq hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə heç bir qanuni araşdırma aparmayaraq apellyasiya şikayətini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh2 vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
33. Maddə 144.1. daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiql ədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
34. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
35. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razıl ığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
36. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
37. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzin in ödənilməsini tələb edə bilər.
38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdetibarsızdır.
39. Maddə 337.2. əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
40. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
41. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olma dan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
42. Maddə
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
43. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
44. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Ailə Məcəlləsi
45. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
46. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
47. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasın ın Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
48. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
49. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. MPM
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun m əhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlar a istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Belə k i, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, mübahisələndirilən avtomobilin tərəflərin birgə nikahları dövründə alındığını və münasibətlərinin pozulmadığı dövrdə satıldığını müəyyən etməklə hesab etmişdir ki, artıq avtomobil vicdanlı şəxs tərəfindən əldə oldunduğuna görə əldə olunan vəsaitin bölünməsi tələbini irəli sürmək hüququna malikdir.
63. İddiaçının digər dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, bağışlama müqaviləsi məhz onun razılığı ilə həyata keçirilmiş və iddiaçı bu razılığın verilməsi və əqdin bağlanması zamanı aldadılığını göstərsə də bununla bağlı heç bir sübuta malik olmamış və əqdin bağlanm ası zamanı bütün şərtlərə əməl olunması müəyyən edilmişdir. Bununla yanaşı məhkəmələr daşınmaz əmlakın tərəflərin birgə nikahları dövründə əldə olunmasına baxmayaraq birgə vəsait əsasında əldə olunmasının müəyyən olunmadığı nəticəsinə gəlmişlər.
64. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
65. Kas sasiya şikayətinin dəlilləri açıq-aydın əsassızdır. Belə ki, şikayətdə pozulması kimi göstərilən maddi və prosessual hüquq normalarının pozulmaması aşkardır, şikayətin əsaslandırılması isə işin faktiki hallarının araşdırılmaması ilə bağlıdır.
66. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MP M-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2(103)-3778/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.