Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6001/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Şamaxı regional “ASAN xidmət” Mərkəzinin notariat ofisinin notariusuna qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin və miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Şamaxı regional “ASAN” xidmət” Mərkəzinin notariat ofisinin notariusuna qarşı “vərəsəlik şəhadətnaməsinin və miras payın ba ğışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1442/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının atası Cavabdeh2 Xoğlu xx.xx.2011-ci ildə, anası X5 xx.xx.2016-cı ildə vəfat etmişdir.
2. Cavabdeh2 Xoğlunun 6 övladı (YYY) olmuşdur (səh. 13).SSS xx.xx.2011-ci ildə, GGG xx.xx.2014-cü ildə vəfat ediblər (səh. 9, 12).
3. X1 sağ qalmış vərəsələri: arvadı - X6, övladları - Cavabdeh2, digər iki nəfərdir.
4. Cavabdeh2 Xoğlu və X2 0.06 ha həyətyanı torpaq sahəsi, Cabani kəndində yerləşən 0.11 ha, 0.6357 ha və 1.327 ha torpaq sahələri, habelə Cavabdeh2 Xoğlundan sahəsi 97.6 kv/m olan fərdi yaşayış evi miras qalmışdır.
5. V.V.Vun vərəsələri notariat kontoruna müraciət edərək, Cavabdeh2 Xoğlu və X2 miras qalmış əmlaklara qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. 6. xx.xx.2021-ci il tarixli, 2V-238 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2011-ci il tarixdə vəfat etmiş Cavabdeh2 Xoğlunun vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.2014-cü ildə vəfat etmiş oğlu X8 vərəsələri: X7, Cavabdeh2, X12 və X9 hər biri, miras əmlakdan 1/4 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlaklar: Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəsi 97.6 kv/m olan fərdi yaşayış evindən, habel ə 0.06 ha, 0.11 ha, 0.6357 ha və 1.327 ha torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarət olmuşdur. 7. xx.xx.2021-ci il tarixli, 2V-239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 xx.xx.2014-cü ildə vəfat etmiş oğlu X8 vərəsələri: Cavabdeh2, X10, X9 hər biri miras əmlakdan 1/3 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlaklar: Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəsi 0.06 ha, 0.11 ha, 0.6357 ha və 1.327 ha torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarət olmuşdur.
8. X10, X6 və X15 xx.xx.2021-ci il tarixli “miras payın bağışlanması müqaviləsi” bağlayaraq, 2V-238 nömrəli reyestrlə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Şamaxı rayonunun Cabanı kəndi ərazisində 0.0 6 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 97.6 kv.metr yaşayış evı, 0.11 ha, 0.6357 ha və 1.327 ha torpaq sahələrindən vərəsəlik qaydasında onlara keçmiş paylarını Cavabdeh2 bağışlamışlar.
9. Eyni zamanda X10 və X15 xx.xx.2021-ci il tarixli “miras payın bağışlanması müqaviləsi” bağlayaraq, 2V-239 nömrəli reyestrlə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Şamaxı rayonunun Cabanı kəndi ərazisində 0.06 ha torpaq sahəsi və onu üzərində yerləşən ümumi sahəsi 97.6 kv.metr olan yaşayış evı, Şamaxı rayonunun Cabanı kəndi ərazisində yerləşən 0.11 ha, 0.6357 ha və 1.327 ha torpaq sahələri üzrə vərəsəlik qaydasında onlara keçmiş paylarını Cavabdeh2 bağışlamışlar.
10. Bağışlama müqavilələri üzrə Cavabdeh2 keçmiş əmlaklar üzərində mülkiyyət hüquqları daşınm az əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh2 və Şamaxı regional “ASAN” xidmət” Mərkəzinin notariat ofisinin notariusuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2V-239 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli və 2V-238 reyestr nömrəli, xx.xx.2021 tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, 3M-76 reyestr nömrəli, xx.xx.2021 tarixli, 3M-77 reyestr nömrəli, xx.xx.2021 tarixli miras payın bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və iddiaçının Şamaxı rayonu, Cabanı kəndində yerləşən 0.06 ha. torpaq sahəsi üzərində fərdi yaşayış evinə miras payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda q eyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlama müqaviləsi onun bir vərəsə kimi xəbəri olmadan və qanun pozuntusu ilə həyata keçirilmişdir.
13. İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında göstərmişdir ki, mübahisəli ev atasının olmuş və hərbi xidmətə gedənədək orada yaşamışdır. 1977-ci ildə hərbi xidmətə getmişdir. Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Hərbi xidmətdən sonra Bakı şəhərinə getmiş, ancaq evlərinə tez-tez gedib-gəlmişdir. 2011-ci ildə atası vəfat etmişdir. Atasının qəbir daşlarını özü düzəltdirmişdir. Bir müddət sonra cavabdeh tərəf ona evə gəlməyə icazə verməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atası öləndən sonra həmin evdə qardaşı V.V.Vin ailəsi yaşamışdır. Atasına məxsus olan heç bir əmlak ona verilməmişdir. Buna görə də iddianın təmin olunmasını xahiş edir.
14. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. O, iddiaçı tərəfə evdən istifadə ilə bağlı hər hansı məhdudiyyət qoymamışdır. Ümumiyyətlə, bu məsələ ilə bağlı iddiaçı ilə aralarında hər hansı bir mübahisə yaşanmamışdır. Bütün ailələri bilir ki, evi babası ona vəsiyyət edib. Babası öləndən sonra isə ailələri həmin evdə yaşamışdır. Çünki bütün əmilərinin və bibilərinin özlərinin evləri olmuş və onlar həmin evə iddialı olmamışlar. Mübahisənin əsas səbəbi işi ilə əlaqədar Bakıda olan zaman iddiaçının evə sərxoş vəziyyətdə gələrək nalayiq ifadələr işlətməsidir. O, evdə ola n zaman iddiaçının da həmin evə gəlməsinə etiraz etmir. Babasının qəbir daşları ilə bağlı isə bütün xərcləri özü çəkmiş, iddiaçıdan hər hansı vəsait almamışdır. Bütün bu halları nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş edir.
15. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(074)835/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia tələbi təmin edilməmişdir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən mübahisələndirilən 2V-239 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli və 2V-238 reyestr nömrəli, xx.xx.2021 tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri və 3M-76 reyestr nömrəli, xx.xx.2021 tarixli və 3M-77 reyestr nömrəli, xx.xx.2021 tarixli miras payın bağışlama müqavilələri qanunv ericiliyin tələblərinə uyğun olduğundan və onların etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilmədiyindən iddia rədd edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 1133.1, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1252, 1262, 1263, 1273-1, 1321.1, 1321.2, 1321.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı X11 (vəkili nümayəndəsi X13) qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1-ci maddələrinin və Mülki Prosessual Məcəllənin 9, 14, 77, 88, 217-ci maddələrinin tələbləri pozulmuş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və miras payın bağışlama müqavilələri onun bir vərəsə kimi xəbəri olmadan, qanun pozuntusu ilə həyata keçirilmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(105)-1442/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası birinci instansiya m əhkəməsinin mövqeyi ilə razılaşaraq, apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
23. Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlillərinə uyğundur və əlavə olaraq qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunan sübutlara əsaslandırmalıdır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamə qanuni və əsaslı olmamışdır.
26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
28. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
31. Maddə 1133.2. Qanun üzrə və rəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
32. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
33. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
34. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, miras ın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
35. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
45. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
50. İddiaçı hazırki tələ bində valideynlərindən miras qalmış əmlaka dair verilmiş vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız sayılmasını tələb edir. İddiaçının bu tələb üzrə subyektiv hüququnun olması üçün onun təkcə miras qoyanın qanun üzrə vərəsə sayılması kifayət etmir. Çünki mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır.
51. Mülki Məcəllənin 1243.1-ci maddəsi də mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsənin qəbul etməsini tələb edir.
52. Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrin ə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 19 fevral 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.
53. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir (Konstitusiya Məhkəməsainin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 okt yabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014cü il tarixli qərarı).
54. Buna görə də iddiaçının hazırki iddianı verməyə subyektiv hüququ, onun mirası qəbul etməsindən asılıdır.
55. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə mirasın qəbul edilməsinin iki üsulu müəyyən edilmişdir: 1. vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi; 2. əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi.
56. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə t ərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
57. İşə baxmış məhkəmələr də mirasın qəbul edilməsi əsaslarının müəyyən edən Mülki Məcəllənin 1243.1, 1243.2, 1243.3-cü maddələrində müəyyən olunan əsaslar üzrə işin hallarını yoxlamış və iddianın rədd olunması barədə qərara gəlmişdir.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1442/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.