Məhkəmə qərarları › İş №2(102)-6007/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6007/2022

14.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6007/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6007/22 (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, prossesual müddət) Bakı şəhəri, 14 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı iddiaçılar İddiaçı1 və qeyriləri ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edil məsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-902/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında xx.xx.2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Salayev X1 Zaur Şahyar oğluna (bundan sonra-cavabdeh) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Ə.Ələkbərov ) 15 oktyabr 2021-cü il tarixli, 2(060)-2657/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. b) Apel lyasiya instansiyası məhkəməsindəki icraat

3. Sumqayıt Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 18 may 2022-ci il tarixli, 2(105)-902/2022 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı1 Sumqayıt Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(105)-902/2022 nömrəli qətnaməsindən xx.xx.2022-ci il tarixdə kаssаsiyа şikаyəti vermişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər S.Qafari, F.Məmmədov, Ş.Abasov) 21 sentyabr 2022-ci il tarixli, 2(105)-902/2022 nömrəli qərardadı ilə İddiaçı1 kassasiya şikayəti geri qaytarılmışdır. Qərardadla müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi qətnaməsi iddiaçı tərəfindən 21 iy un 2022-ci il tarixdə rəsmi qaydada alınmış, lakin kassasiya şikayəti 22 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti şikayətin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bitməsindən sonra, 22 avqust 2022-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 128.2, 129.1,135.1, 405.0.1-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı (Vəkil1) apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, qətnamədən verilmiş kassasiya şikayətinin mümkün h esab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron məhkəmə sistemində baş vermiş texniki xəta səbəbindən kassasiya şikayətini göndərərkən 1 gün ötürülmüşdür. Həmin gün ilk iş günü olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

18. Maddə 135.6. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu b arədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

19. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir

20. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

21. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

23. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü h esab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

24. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. K assasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi n əticə düzgündür.

30. Belə ki, apellyasiya məhkəməsi qtnamənin iddiaçı tərəfindən poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə alınmasına kassasiya şikayətinin isə xx.xx.2022-ci il tarixdə elektron kabinetə yerləşdirilməsinə və bununla da, 1 gün müddət buraxılmaqla kassasiya şikayəti verilməsinə istinad edərək, kassasiya şikayətini geri qaytarmışdır.

31. İddiaçı kassasiya şikayətində həmin 1 günün elektron məhkəmə sistemində texniki xəta baş verməsi səbəbindən buraxıldığını, həm də ilk iş günü olmasına istinad edərək qərardadı əsassız hesab edir.

32. Kassasiya şikayətinin dəlilləri il bağlı araşdırma aparılarkən isə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfin vəkili və nümayəndəsi Vəkil1 elektron kabinetinə məhkəmənin qətnaməsi xx.xx.2022-ci il tarixdə yerləşdirilməklə həmin tarixdə rəsmi çatdırılmış hesab edilir. Buna görə də, həmin tarixdən hesablanmaqla kassasiya şikayəti verilməsi üçün müddət apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi 1 gün yox, 13 gün buraxılmışdır.

33. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

34. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, vaxtında şikayət verilməməsi və prosessual müddətin bu raxılması kassasiya şikayətinin qaytarılması üçün əsas olduğundan kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir.

35. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-902/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar