Məhkəmə qərarları › İş №2(102)-601/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-601/2023

01.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-601/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisinə və DƏDRX-nın 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı, müstəqil tələb irəli sürən üçüncü şəxs xxx qızının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisi və DƏDRX-nın 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, miras mülkdən payların müəyyən edilməsi, vicdanlı əldə edən) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1846/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs xxx qızının kassasiya şikayətlərinə 01 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə X17 və X7 ünvan 1əsi ərazisindən 0,14 ha həyətyanı torpaq sahəsi verilib. JN3374A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında həmin torpaq sahəsi sonuncuların adına dövlət qeydiyyatına alınıb.

2. X12 03 mart 1998-ci il tarixdə, X21 isə 08 noyabr 2**3-cü ildə və fat ediblər. Sonuncuların vəfatından sonra Hüseynova (Əhmədova) Zərifə Qara qızı, xxx qızı və Cavabdeh1 olmaqla üç nəfər birinci dərəcəli vərəsələri qalıb.

3. X18 20 mart 2**5-ci ildə vəfat etmişdir. Hazırkı iş üzrə iddiaçı Quliyeva (Əhmədova) X15 Əhmədovanın övladıdır.

4. Cavabdeh1 valideynlərindən (X12 və X13) miras qalan torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx.xx.2016-cı ildə Tovuz Rayon Notariat kontoruna müraciət edib. Cavabdeh1 adına 21 sentyabr 2016-cı il tarixində 2V-508 saylı və 2V-509 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilib.

5. Qanun üzrə vərəsəlik şəhadətnamələr verildikdən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.14 ha torpaq sahəsi Cavabdeh1 adına 27 sentyabr 2016-cı ildə qeydiyyata alın araq, ona çıxarış verilib.

6. Cavabdeh1 həmin əmlakı 03 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 bağışlayıb. Sonuncunun adına xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib.

7. Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(103)-5095 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 254,4 kv.metr olan tikili ******* (bir milyon beş yüz iyirmi iki min səkkiz yüz dörd) manat borcun bir hissəsinin (21**** manat) əvəzi olaraq Cavabdeh3 tərəfindən qəbul edilmiş və həmin əmlak ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli çıxarışa əsasən, 26 avqust 2021-ci il tarixdə Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Tovuz rayon Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş 21 sentyabr 2016-cı il tarixli 2V-508 saylı və 2V-509 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, 2616**7689 qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 03 iyun 2017-ci il tarixli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cav abdeh2 adına verilmiş 262**04292 qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, mərhum X13 və mərhum X3 miras qalmış xxx şəhərində yerləşən JN-3374A saylı şəhadətnaməyə əsasən onların adına qeydə alınmış 0,14 ha torpaq sahəsindən irsi transmissiya qaydasında özünün və xalası xxx qızının payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçının tələbi belə əsaslandırılıb: iddiaçı xx xxxxx 1976-cı il tarixdə xxx qəsəbəsində X10 ilə X11 birgə nikahından doğulub. İddiaçının ana sı X18 05 iyul 1950-ci il tarixdə X21 ilə X5 birgə nikahından doğlulub.

10. İddiaçının babası X21 08 noyabr 2**3-cü il tarixdə, nənəsi X12 03 mart 1998-ci il tarixdə, anası X18 isə 20 mart 2**5-ci il tarixdə vəfat etmişdir. Tovuz AİK-nın 14 noyabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə nənə və babasına 0,14 ha torpaq sahəsi verilmişdir. Onların vəfatından sonra övladları Cavabdeh1, xxx qızı və X18 olmaqla üç nəfər miras əmlakı qəbul etmiş və valideynlərinin vəfatından sonra həmin mirasda yaşamışlar.

11. Cavabdeh1 mirasın qəbulu ilə bağlı Tovuz rayon Notariat ofisinə müraciət etmiş və saxta sənədlər əsasında həmin miras əmlakla bağlı Cavabdeh1 21 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqıqnda şəhadətnamələr verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN3374A saylı ş əhadətnamədə mərhum Qara Hüseynovun və Yaxşı Hüseynovanın hər birinin 0,07 ha torpaq sahəsi olmasına baxmayaraq, qeyd olunan vərəsəlik hüququ haqqında şəhadətnamələrdə hər birinin payı 0,047191 ha qeyd edilmişdir. Həmin əmlak 2616**7689 qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli RX0916391 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış və həmin sənəddə torpaq sahəsi yenidən 0,14 ha kimi qeyd edilmişdir.

12. Cavabdeh1 03 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən qeyd edilən əmlakı öz oğlu Cavabdeh2 bağışlamışdır. Əmlak Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır.

13. Cavabdeh2 Cavabdeh3 olan borcu müqabilində həmin əmlak hərrac vasitəsi ilə sonuncunun mü lkiyyətinə keçmiş və ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən əmlak hazırda Cavabdeh3 adınadır.

14. Həmin miras əmlak faktiki olaraq hər üç vərəsənin istifadəsində olduğundan həm iddiaçının həm də iddiaçını xalası xxx qızının vərəsəlik hüquqları pozulmuşdur.

15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1134.1, 1159.1.1, 1252, 1253.1 və 1253.2-ci maddələrinə istinad etmişdir.

16. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs xxx qızı (bundan sonra “üçüncü şəxs”) da iddia tələbi üzrə cavabdeh olan şəxslərə qarşı eyni məzmunda iddia vermişdir.

17. Üçüncü şəxsin iddiası da iddiaçının iddia tələblərinin dəlillərinə uyğun əsaslandırılmış, tələbin hüq uqi əsası kimi Mülki Məcəllənin 1134.1, 1137 və 1159.1.1-ci maddələrinə istinad edilmişdir.

18. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməyiblər.

19. Tovuz Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(062)-440/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Tovuz rayon Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş 21 sentyabr 2016-cı il tarixli 2V-508 saylı və 21 sentyabr 2016-cı il tarixli 2V-509 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, 2616**7689 qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 03 iyun 2017-ci il tarixli bağışlama müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 262**04 292 qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, **********3910301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab olunmuş, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli, 13 saylı qərarına əsasən X17 və X7 xxx qəsəbəsi ərazisindən verilmiş və JN-3374A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,14 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakdan Cavabdeh1 1/3 (üçdə bir) hissədən ibarət payı, İddiaçı 1/3 (üçdə bir) hissədən ibarət payı, xxx qızının 1/3 (üçdə bir) hissədən ibarət payının müəyyən edilməsi qət edilmişdir. (haki m Nofəl Mustafayev)

20. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən X17 və X7 ünvan 1əsi ərazisindən 0,14 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi JN-3374A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında sonuncuların adına dövlət qeydiyyatına alınmışdır. X12 03 mart 1998-ci il tarixdə, X21 isə 08 noyabr 2**3-cü ildə vəfat etmişlər. Sonuncuların vəfatından sonra Hüseynova (Əhmədova) Zərifə Qara qızı, xxx qızı və Cavabdeh1 olmaqla üç nəfər birinci dərəcəli vərəsələri qalmışdır. X18 20 mart 2**5-ci ildə vəfat etmiş, sonuncunun qızı olan iddiaçı Quliyeva (Əhmədova) Rəna Müzəffər qızı digər vərəsələrlə birlikdə mirasın qəbul edilməsində işt irak etmişdir. Buna baxmayaraq, 2V-508/509 saylı vərəsəlik işi açılmış, həmin vərəsəlik işi üzrə Cavabdeh1 mərhum X12 və X14 yeganə vərəsəsi olması müəyyən edilərək, Cavabdeh1 adına 21 sentyabr 2016-cı il tarixli 2V-508 saylı və 2V-509 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. JN-3374A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsi 0,14 ha olduğu halda həmin vərəsəlik hüququ haqqında şəhadətnamələrdə torpaq sahəsi 0,047191 ha kimi göstərilmişdir. Şəhadətnamələr verildikdən sonra həmin miras əmlak 2616**7689 qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli RX№0916391 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 adına 27 sentyabr 2016-cı il tarixdə dövlət qeydiyyatına alınm ışdır. Həmin çıxarış tərtib edilərkən torpaq sahəsi yenidən 0,14 ha kimi qeyd edilmişdir. 03 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən əmlak Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmış, əmlaka dair sonuncunun adına 262**04292 qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(103)-5095 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 254,4 kv.metr olan tikili ******* (bir milyon beş yüz iyirmi iki min səkkiz yüz dörd) manat borcun bir hissəsinin əvəzi olar aq Cavabdeh3 tərəfindən qəbul edilmiş və həmin əmlak ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli çıxarışa əsasən, 26 avqust 2021 -ci il tarixdə Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır.

21. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.4, 384.0.5, 1159.1.1, 1159.1.3, 1243.2, 1243.3, 1255, 1268.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 307.2.9, 307.2.11 və 308-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh3 nümayəndəsi (atası) Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri: - işə cavabdehin iştrakı olmadan baxılmış, çəkişmə prinsipi pozulmuşdur; - qeyd edilən notariat qaydasında aprılan əməliyyatlar 2016-2017-ci illərə təsadüf edir və 5 il keçdikdən sonra mübahisələndirilmişdir. Halbuki işdə olan sübutlarla müəyən edilmişdir ki, sözügedən əmlakın taleyi məhkəmə aktları ilə müəyyən edilmişdir. Həmin məhkəmə aktlarından isə iddiaçılar heç bir şikayət verməmişdir. Hazırki halda isə iddiaçılar onların vərəsəlik hüquqlarının pozulmasına dəlalət edən halların olmasını irəli sürürlərsə bununla bağlı yeni açılmış hal olaraq Ali Məhkəmənin Plenumuna müraciət etməli idilər. Ancaq birinci instansiya məhkəməsi tərəfindən mahiyyətcə baxılması qeyri-mümkün olan iddia tələbi icraata qəbul edilmişdir: - həmçinin Cavabdeh3 Bakı Apellyasiya M əhkəməsinin 5 iyul 2018-ci il tarixli aktı ilə ünvan 3 ünvanda yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 254,4 kv.metr olan tikilinin üzərində mülkiyyət hüququ yaranmış və onun adına dövlət qeydiyyatına keçmişdir; - bundan başqa Cavabdeh2 KənanQuliyevin mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi barədə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir, məhkəmə isə həmin iddianı rədd etmişdir.

25. İddiaçı apellyasiya baxışında bildirmişdir ki, 1995-ci ildə ailə quraraq mübahisədə adı keçən evdən çıxmışdır və hazırda da ərinə məxsus evdə yaşayır. Buna baxmayaraq baba evinə gedib-gəlmişdir. Anası mərhum Zərifə də ailə qurduqdan sonra həmin evdə yaşamamışdır. Anası da ər evində yaşasa da mübahis əli mülkə daim gedibgəlmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Tərlan Quliyeva xalasıdır və uzun müddətdir ki, Türkiyə Respublikasında yaşayır. Tərlan Quliyeva ailə qurduqdan sonra mübahisəli evdən getmiş və Bakı şəhərində yaşamışdır. Buna baxmayaraq daimi olaraq mübahisəli mülkə gəlib-getmişdir.

26. Apellyantın nümayəndəsi əlavə olaraq bildirmişdir ki, mübahisəli mülk Cavabdeh2 adına dövlət reyestrində qeydə alınmış və sonuncunun Cavabdeh3 borcunun qarşılığı olaraq verilmişdir. Cavabdeh3 vicdanlı alıcıdır və onun mülklə bağlı mübahisələrdən heç bir məlumatı olmamışdır.

27. Apellyasiya instansiyası məhkəməsini sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, 22372**01961 saylı məktubund a qeyd edilmişdir ki, 15 saylı Tovuz Ərazi İdarəsində olan arxiv sənədlərinə əsasən ünvan 3 və ünvan 4 ünvanlarda olan fərdi yaşayış evləri ayrı-ayrı fərdi yaşayış evləridir. Arxiv materialları ilə müəyyən edilmişdir ki, ünvan 5 ünvanda yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254.4 kv.m olan fərdi yaşayış evi əvvələr Cavabdeh1 mülkiyyətində olmuşdur. Cavabdeh1 xx.xx.2017ci il tarixli notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında ünvan 6 ünvanda yerləşən 0.14 ha həyətyanı torpaq sahəsini və ümumi sahəsi 254.4 kv.m olan fərdi yaşayış evini oğlu Cavabdeh2 bağışlamışdır. Həmin müqavilə əsasında qeyd edilən əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(1 03)-5095 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi tələbkar Cavabdeh3 təklif olunmuş və tələbkar tərəfindən borcun əvəzinə qəbul edilmiş, xxx şəhəri, ünvan 2 nömrəli evin hüquq müəyyənedici sənədlərinin Cavabdeh3 adına qeyd hissəsində icra olunması üçün Tovuz rayon İcra və Probasiya şöbəsi xx.xx.2021-ci il tarixli 211 u 21/A.H nömrəl məktubla 15 saylı Tovuz Ərazi idarəsinə müraciət etmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsinin icra sənədləri əsas götürülərək etibarnamə üzrə Nümayəndə hüquqların qeydiyyatı haqqında ərizəsi əsasında ünvan 5 ünvanda yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254.4 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh3 mülkiyyət hüququ xx.xx.2021-cil tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda həmin ünvan xxx şəhəri, K.A. Məmmədov 85A olmuşdur. xxx qəsəbəsi, ünvan 2ünvanda olan fərdi yaşayış evi X2 məxsusdur. Həmin fərdi yaşayış evinin yerləşdiyi xxx qəsəbəsi, K.A.Məmmədov küçəsi 49 ünvanında olan 0.09795 ha həyətyanı torpaq sahəsi X8, Cavabdeh2, Cavabdeh1 və X4 birgə mülkiyyətlərində olmuşdur ki, həmin həyətyanı torpaq sahəsini X1 regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusunun 06 aprel 2022-ci il tarixli Reyestri 4Ə-397 nömrə olan Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən onlardan almışdır. Hal-hazırda həmin fərdi yaşayış evinin yeni ünvanı Tovuz rayonu Qovlar şəhəri K.A.Məmmədov 85-dir.

28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1846/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhk əməsinin 03 mart 2022-ci il tarixli, 2(062)-440/2022 nömrəli qətnaməsi Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilməmiş, apellyasiya şikayəti qalan hissədə təmin olunmamış, qətnamə Cavabdeh3 münasibətdə qalan hissədə dəyişdirlmədən saxlanmışdır. (hakimlər Aygül İsgəndərova (sədrlik edən və məruzəçi), Rəşad Mamedov, Əlizamin Abdullayev)

29. Apelly asiya instansiyası məhkəməsi ilk növbədə qeyd edib ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi xahiş edilsə də, həmin qətnamənin yalnız. Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsi apellyantın maraqlarına toxunur, iddianın təmin edilən digər hissələri apellyantın maraqlarına toxunmadığı üçün qeyd edilən hissələri mübahisələndirmək üçün apellyantın subyektiv hüququ yoxdur.

30. Apellyasiya instansiya məhkəməsi müəyyən edib ki, Tovuz rayon Məhkəməsinin 12 iyul 20121-ci il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş ünvan 10 ünvanında yerləşən fə rdi yaşayış evinə borcun yönəldilməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh3 Tovuz Rayon İcra və Probasiya şöbəsinin rəisinə ünvanlandığı ərizədə Cavabdeh2 məxsus olan, üzərinə həbs qoyularaq 21**** manat dəyərində qiymətləndirilən evin borcun əvəzi kimi əmlakın dəyəri miqdarında silinməsi şərti ilə qəbul edilməsinə razılıq vermişdir. Həmin əmlak 26 avqust 2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, qanunvericilik əldə edənin vicdanlılıq prezumpsiyasını müəyyən edib. Bu prezumpsiyaya görə əldə edən onun vicdansız sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkləşdirmək hüquq olmayan şəxsdən tələb etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O zaman əldə edən vicdanlı sahib sayıla bilməz ki, aparılan hüquqi sənədləşmə zamanı mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun.

32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırki iş üzrə Cavabdeh3 adına 26 avqust 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın hüquqi əsası mübahisədə adı keçən əmlakın Cavabdeh2 Cavabdeh3 olan borcunun ödənilməsinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 həmin əmlakı borc qarşılıqında qəbul etməsidir. Bu hal və həyata keçirilən prosedur qanunvericilik normalarına uyğun olub. Lakin birinci instansiya məhkəməsi Mülki Məcəllənin 140-cı maddəsini nəzərə almayıb.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab edib ki, mülki qanunvericilikdə nəzər də tutulan reyestrdəki qeydə əsaslanan vicdanlı əldə etmə barədə qayda hazırki işə də aid edilməlidir.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3, 140, 148.2, 149.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı (vəkil və nümayəndə Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının və digərlərinin əmlak üzərində olan 1/3 payları qanunsuz olaraq Cavabdeh2 adına rəsmiləşib. Vicdanlılıq prinsipinin formalaşdırılması qəsdlə hə yata keçirilib. Bu cür əməliyyatın baş verməsi artıq iddiaçının bu barədə mübahisə etməyə başladığı anda yaranıb.

37. Qətnamədən üçüncü şəxs də kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə onun vərəsəlik hüququ nəinki birinci növbəli vərəsə kimi göstərilmiş, hətta vicdanlılıq pərdəsi altında heç 2-ci, 3-cü və 4-cü növbə vərəsə kimi də göstərilməmişdir. O, valideynlərindən qalmış mirası faktiki olaraq qəbul etməklə mirasa sahiblik edir. Miras əmlakdan imtina etməyib. İddia tələbində mirasdan pay tələb etsə də, onun payı da “vicdanlı alıcı” Cavabdeh3 verilmişdir. b) Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı p rezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxar kən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansi yası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir

41. Kassasiya şikayətlərində iddiaçı və üçüncü şəxs apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsələr də, şikayətin dəlillərindən görünür ki, qətnamə Cavabdeh3 adına verilmiş ********** qeydiyyat, **********39-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə iddianın təmin edilməyən hissəsində mübahisələndirlir. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni qeyd edilən hissədə yoxlayır.

42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. İş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.

45. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə mübahisədə adı keçən əmlak Cavabdeh2 Cavabdeh3 olan borcunun ödənilməsinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 həmin əmlakı borc qarşılığında qəbul edib. Bu hal və həyata keçirilən prosedur qanunvericilik normalarına uyğun olub. Cavabdeh3 reyestrdəki qeydə əsaslanan vicdanlı əldə edəndir.

46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab edir.

47. İşin müəyyən edilmiş halına uyğun olaraq apellyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarını düzgün tətbiq etmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hissədə sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

49. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

50. Kassasiya şikayətinin dəlillərinə gəld ikdə kollegiya qeyd edir ki, kassasiya şikayətlərinin miras əmlakla bağlı dəlilləri əsassızdır ona görə ki, apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini yoxlamayıb.

51. Cavabdeh3 vicdanlı əldə edən olmaması barədə dəlillər isə konkret olmamaqla yanaşı, işin faktiki halları ilə bağlı dəlillərdir. İşin faktiki hallarına aid olan həmin dəlilləri apellyasiya instansiyası məhkəməsi araşdırıb və qeyd edilən hissədə iddianı təmin etməyərkən məhz həmin hallara istinad edib. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarını araşdırmır.

52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdiril mədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs xxx qızının kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1846/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar