Məhkəmə qərarları › İş №2(102)-6011/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6011/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6011/2021 08.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs olmaqla Cavabdehnə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin təhvil verilməsi tələbi; qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxsin kassasiya şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı, vəkili Abasov Nizami Novruz oğlunun, Cavabdeh MMC-nin nümayəndəsi X2 və hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2582/2021 nömrəli iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 8 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh MMC arasında 26.07.2011-ci il tarixdə 167 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetinə görə cavabdeh ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binanın tikinti sahəsi 226.6 kv.m-dən ibarət 5 otaqlı, 100 №-li mənzil (bundan sonra – Mənzil) alıcıya təhvil verməyi öhdəsinə götürmüş, mənzilin dəyəri – 90 640 manat pulun iddiaçı (yeni payçı) tərəfindən əvvəlki payçı X3 ödənilmişdir.

2. Maraqlı şəxslə Cavabdeh MMC arasında 16 mart 2018-ci il tarixdə bağlanmışdır. Müqavilədə mübahisəli mənzilin MMC ilə X5 arasında 11 yanvar 2008-ci ildə bağlanmış müqavilənin öz razılıq ərizəsinə görə ləğv edilərək “alıcı” Maraqlı şəxs ilə bağlandığı göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ünvan 1 ünvanda yerləşən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində tikinti sahəsi 226.6 kv.m.-dən ibarət 5 otaqlı, 100 №-li mənzilin ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanılmış 26.07.2011-ci il tarixli, 167 nömrəli müqavilənin 1.1-ci maddəsinə uyğun olaraq, satıcı ünvan 2 ünvanda yerləşən 1 saylı yaşayış bina sının 22-ci mərtəbəsində, tikinti sahəsi 226.6 kv.m-dən ibarət 5 otaqlı, 100 №-li mənzili ona verməyi öhdəsinə götürmüşdür. Yenə həmin müqavilənin 1.1-ci maddəsində göstərilir ki, mənzilin dəyəri 90 640.00 manat təşkil edir və bu məbləğ iddiaçı tərəfindən əvvəlki payçı X1 ödənilmişdir. Müqavilənin 1.1 maddəsinin şərtinə uyğun olaraq, tərəfindən qeyd olunan 90 640.00 manat məbləğ həqiqətən zamanında ödənilmiş və bu ödəniş əsasında cavabdehin direktoru M.İ.Səfərovun imzası ilə 26.07.2011-ci il tarixli maliyyə arayışı verilmişdir. Maliyyə arayışında qeyd edilir ki, mənzilin pay dəyəri, payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh MMC-yə borcu yoxdur. Bütün bunlardan sonra o, qeyd olunan ünvanda yerləşən yaşayış binasında payçıların ümumi yığıncağında dəfələrlə iştirak etmiş və həm işə də bir payçı olaraq onun adı nümunəvilər siyahısında çəkilmişdir. Keçən ilin əvvəllərində o, mənzilinə baxış keçirib təmirə başlamaq istəmişdir. Hər dəfə də binanın komendantı ona müxtəlif bəhanələrlə əngəl olub ki, gah sədr yoxdur, gah təmir arayışı gətirməlidilər və sair. Bununla bağlı isə MMC-nin baş ofisinə dəfələrlə getsə də, orada bu işə maddi-məsul şəxslərdən heç kimi tapmamışdır. Ən nəhayyət keçən ilin ikinci yarısında binaya zorla daxil olanda, məlum olmuşdur ki, ona aid mənzildə başqa birisi tərəfindən təmir aparılır. Bundan sonra MMC-nin ofisinə gedib və orada Hacı Adil adlı birisi ilə görüşüb. Həmin adam onu arxayın salmışdır ki, narahat olmayın sizin mənziliniz veriləcək. O vaxtdan 6 ay keçir, ortada bir nəticə yoxdur. Bu səbəbdən qeyd olunan iddia ilə məhkəməyə müraciət e tmək məcburiyyətində qalmışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(011)7288/2019 saylı qətnaməsi (hakim P.M.Zamanlı) ilə iddia tələbi təmin edilərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv.m.-dən ibarət 5 otaqlı, 100 saylı mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öhdəliyini icra edərək mənzilin müqavilədə nəzərdə tutulmuş dəyərini tam şəkildə ödəsə də, cavabdeh həmin mənzili iddiaçıya təhvil verməməklə müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Məhkəmə hesab etmişdir ki, mənzil otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yar dımçı sahələrdən ibarət olan fərdi müəyyən edilən əşya olduğundan, bununla da bağlanmış müqavilə əsasında mənzil yalnız iddiaçıya məxsus olduğundan, iddiaçı mənzilin ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə Mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir.

7. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8, 178.1, 178.2, 178.8, 385.1, 405, 442, 452.1-ci maddələrinə istinad edilmişdir.

8. Həmin qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)7288/2019 saylı 24.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəb ul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2021-ci il tarixli 2(103)-2582/2021 saylı qətnaməsi (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.Ə.Kərimli) ilə qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7288/2019 saylı 24.12.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, həm iddiaçı, həm də qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh MMC-yə məxsus olmuş eyni mənzilə iddia etsə də, və hər ikisi həmin mənzilə dair onlar arasında bağlanmış müqavilələri və mənzilin dəyərinin ödənilməsi barədə MMC-nin verdiyi maliyyə sənədini məhkəməyə təqdim etsələr də, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxsin mübahisəli mənzilə dair bağlanmış müqaviləsi qanuni və etibarlı sayıla bilməz. Çünki, Maraqlı şəxslə MMC arasında 16 mart 2018-ci il tarixdə bağlanmış müqavilədə mübahisəli mənzilin MMC ilə X5 arasında 11 yanvar 2008-ci ildə bağlanmış müqavilənin öz razılıq ərizəsinə görə ləğv edilərək “alıcı” Maraqlı şəxs ilə bağlandığı göstərilsə də, Kamilə Xudiyeva ilə olan müqavilədəki tarixin iddiaçı ilə bağlanmış müqavilədəki tarixdən əvvəl olması hələ həmin müqavilənin də etibarlı olmasına dəlalət etmir. Belə ki, Kamilə Xudiyeva ilə olan müqavilənin etibarlı müqavilə və məhz mübahisə predmeti olan mənzilə dair iddiaçı ilə bağ lanmış müqavilədən əvvəl bağlanması mötəbər sübutlarla təsdiq olunmalıdır, lakin olunmamışdır. Əksinə, MMC-nin nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatından bəlli olur ki, mübahisəli mənzil qanuni əsaslarla iddiaçıya məxsusdur. Maraqlı şəxslə bağladığı müqaviləni təzyiq altında imzalamışdır. Lakin sonradan Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı da mübahisəli mənzilin iddiçıya məxsus olduğu təsdiq olunduğundan və binadakı mənzillərə dair tərtib olunan siyahıda həmin mənzilin iddiaçıya aid olduğu göstərilmişdir. Siyahı əsasındada mənzillərin qanuni sahiblərinə çıxarışlar verilmişdir. Ona görə də, Maraqlı şəxslə MMC arasında 16 mart 2018-ci il tarixdə bağlanmış müqavilədə mübahisəli mənzilə dair guya MMC ilə X5 arasında 11 yanvar 2008-ci ildə müqavilə bağlanması inandırıcı və ağlabatan olmadığından həm 11 yanvar 2008-ci il, həm də 16 mart 2018-ci il tarixli müqavilələr etibarlı sayıla bilməz.

11. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işdən görünür ki, mübahisəli mənzilə dair iddiaçının oğlu X9 mülkiyyət hüququ artıq 19 oktyabr 2020-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin mənzilin tam mülkiyyətçisidir. Buna baxmayaraq, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs həmin mənzilin qanuni əsaslarla iddiaçı tərəfə aid olmadığını düşünür. Maraqlı şəxs vəkilinin apellyasiya baxışı zamanı göstərdikləri də onun şikayətinin əsaslı olduğuna dəlalət etmir. Belə ki, mübahisəli mənzil də daxil olmaqla həmin binada bir neçə mənzil tikinti materiallarının əvəzi ol araq Gürcüstan Respublikası vətəndaşı olan X11 verildiyindən sonuncunun xahişinə əsasən mübahisəli mənzillə bağlı müvəqqəti olaraq iddiaçı ilə müqavilə bağlanması, iddiaçının nə ona, nədə MMC-yə heç bir vəsait ödəməməsi həqiqi olsa belə bu hal yenə də Maraqlı şəxs şikayətinin əsaslı olduğuna və mübahisəli mənzilin ona aid olduğuna dəlalət etmir. Çünki, mübahisəli mənzilin tikinti materiallarının əvəzində ona verildiyini Azər Xəlilov, mənzilə görə pul vəsaitinin nə ona, nə də MMC-yə verilməməsini də yenə də o və MMC mübahisələndirə bilər. Bunun Maraqlı şəxs heç bir aidiyyəti yoxdur və onun şikayətinin əsaslılığına qətnamənin ləğvinə səbəb olacaq dərəcədə heç bir əhəmiyyətli təsiri ola bilməz.

12. Üçüncüsü, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs şikayətində mübahisəli mənzilin onun tərəfindən təmir edildiyini və əlavə xərclər çəkdiyini göstərsə də bununla bağlı tərəflər arasında olan münasibətlərə bu barədə hansısa iddia tələbi olmadığından hazırki işin çərçivəsində hüquq qiymət verilə bilməz.

13. Apellyasiya kollegiyası iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İV hissəsinə, 43-cü maddəsinə, Mülki Məcəllənin 152.1, 203.5-ci maddələrinə, Mənzil Məcəlləsinin 5.1, 5.3-cü maddələrinə istinad etmişdir.

14. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs (şikayəti tərtib edən vəkili Vəkil) kassasiya şikayəti verərək, şikayətin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2582/2021 nömrəli iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edili b, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Həmin qərarda qe yd olunan müqavilənin üstünlüyü prinsipinə əsasən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 26.07.2011-ci il tarixdə bağlanmış 167 saylı müqavilə etibarsızdır və ləğv edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında 26.07.2011-ci il tarixdə 167 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetinə görə cavabdeh ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226.6 kv.m.dən ibarət olan 5 otaqlı, 100 saylı mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüş, mənzilin dəyəri 90640 manat pulun iddiaçı (yeni payçı) tərəfindən əvvəlki payçı X3 ödənilmişdir. Lakin Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh MMC-nin icraçı direktoru X6 şəxsində, digər tərəfdən X7 ilə 11 yanvar 2008-ci il tarixdə bağlanmış müqaviləni öz razılıq ərizəsinə görə l əğv edilərək, “Alıcı” Maraqlı şəxs arasında 16 mart 2018-ci il tarixində 420 №-li müqavilə bağlanmışdır. Müqavilənin predmetindən də aydın görünür ki, “satıcı” ünvan 3 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226.6 kv.m.dən ibarət olan 5 otaqlı, 100 saylı mənzili “alıcı”ya 147290 (yüz qırx yeddi min iki yüz doxsan) manat Maraqlı şəxs tərəfindən əvvəlki payçı X4 ödənilmişdir. Sözügedən mənzildə Maraqlı şəxs tərəfindən təmir-tikinti işləri aparılmış, təxminən 200000 (iki yüz min) ABŞ dolları məbləğində xərc çəkilmişdir. Eləcə də, istər təmir işləri, istərsə də, mebellərlə bağlı bütün çeklər, ödəniş qəbzləri və smetalar hal-hazırda həmin mənzildədir. Bu sənədləri hazırda onlarda olmadığına görə təqdim edə bilmirlər. Həmin mənzil mübahisəli mənz ildir və onların əsaslı səbəbləri var, belə ki, onların həmin mənzilin dəyərinin ödənilməsinə dair şahidləri var. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26.07.2011-ci il tarixdə bağlanmış 167 saylı müqavilə etibarsızdır. Belə ki, sonradan 16 mart 2018-ci ildə Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh MMCnin icraçı direktoru X6 şəxsində, “Alıcı” Maraqlı şəxs arasında 420 №-li müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, Cavabdeh MMC-nin icraçı direktoru X6 şəxsində, digər tərəfdən X7 ilə 11 yanvar 2008-ci il tarixdə bağlanmış müqavilə öz razılıq ərizəsinə görə ləğv edilmişdir.

16. Kassasiya şikayətinin dəlillərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 88, 402, 417.1.4, 418-ci maddələrini göstərilmişdir.

17. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdeh MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir.

19. Məhkəmə iclasında iştirak edən hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2582/2021 nömrəli iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin dəlillərin i müdafiə etdiyini bildirərək, kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Abasov Nizami Novruz oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2582/2021 nömrəli iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər.

21. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə kassator Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

22. Maddə 13.1 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29.4 Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

24. Maddə 43 Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

27. Maddə 178.2 Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

28. Maddə 203.5 Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

29. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, m allarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 452.1 Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsinitələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

32. Maddə 5.1 Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır.

33. Maddə 5.3 Bu Məcəllədə və d igər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

38. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

40. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamə nin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§37).

42. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§38).

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır (§37). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətna mə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, mübahisəli mənzilə dair iddiaçının oğlu X9 mülkiyyət hüququ artıq 19 oktyabr 2020-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin mənzilin tam mülkiyyətçisidir. Mübahisəli mənzil də daxil olmaqla həmin binada bir neçə mənzil tikinti materiallarının əvəzi olaraq Gürcüstan Respublikası vətənd aşı olan X11 verildiyindən, sonuncunun xahişinə əsasən mübahisəli mənzillə bağlı müvəqqəti olaraq iddiaçı ilə müqavilə bağlanması, iddiaçının nə Azər Xəlilova, nə də MMC-yə heç bir vəsait ödəməməsi həqiqi olsa belə, bu hal Maraqlı şəxs şikayətinin əsaslı olduğuna və mübahisəli mənzilin ona aid olduğuna dəlalət etmir. Çünki, mübahisəli mənzilin tikinti materiallarının əvəzində ona verildiyini Azər Xəlilov, mənzilə görə pul vəsaitinin nə ona, nə də MMC-yə verilməməsini yenə də o və MMC mübahisələndirə bilər. Bunun Maraqlı şəxs heç bir aidiyyəti yoxdur və onun şikayətinin əsaslılığına qətnamənin ləğvinə səbəb olacaq dərəcədə heç bir əhəmiyyətli təsiri ola bilməz.

47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Maraqlı şəxslə MMC arası nda 16 mart 2018-ci il tarixdə bağlanmış müqavilədə mübahisəli mənzilin MMC ilə X5 arasında 11 yanvar 2008-ci ildə bağlanmış müqavilənin öz razılıq ərizəsinə görə ləğv edilərək “alıcı” Maraqlı şəxs ilə bağlandığı göstərilsə də, Kamilə Xudiyeva ilə olan müqavilədəki tarixin iddiaçı ilə bağlanmış müqavilədəki tarixdən əvvəl olması hələ həmin müqavilənin də etibarlı olmasına dəlalət etmir. Belə ki, Kamilə Xudiyeva ilə olan müqavilənin etibarlı müqavilə və məhz mübahisə predmeti olan mənzilə dair iddiaçı ilə bağlanmış müqavilədən əvvəl bağlanması mötəbər sübutlarla təsdiq olunmalıdır, lakin olunmamışdır. Əksinə, MMC-nin nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatı əsasında müəyyən olunmuşdur ki, mübahisəli mənzil qanuni əsaslarla iddiaçıya məxsusdur. Maraqlı şəxslə bağladığı müqa viləni təzyiq altında imzalamışdır. Lakin sonradan Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı da mübahisəli mənzilin iddiçıya məxsus olduğu təsdiq olunduğundan və binadakı mənzillərə dair tərtib olunan siyahıda həmin mənzilin iddiaçıya aid olduğu göstərilmişdir.

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, kassator müqavilənin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarının və Mülki Məcəllənin 337-ci maddəsinin tələblərinə əsasən etibarsız olduğunu qeyd etməyə çalışsa da, yalnız həmin Qərar və maddə ni göstərməklə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində maddi hüquq normasının pozulmasının nədən ibarət olmasını əsaslandıra bilməmişdir.

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 2 17.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi- prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

52. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmədiyindən və əsassız olduğundan apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§39).

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2582/2021 nömrəli iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar