Məhkəmə qərarları › İş №2(102)-6012/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6012/2021

20.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6012/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kompensasiya verilməklə evdən çıxarılma ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5452/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 20 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2002-ci ildən İddiaçı, X3 və X2 birgə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş və 01 fevral 2017-ci il tarixdə İddiaçı həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 01 fevral 2017-ci il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən fərdi yaşayış evi İddiaçı mülkiyyəti, torpaq sahəsi isə İddiaçı, Səməngül Məmmədova və Zöhrab Mustafayevin ümumi birgə mülkiyyətindədir. 07 oktyabr 2008-ci il tarixdə X1 Əsmər Məmməd qızı ilə rəsmi nikaha girmiş və həmin vaxtdan ərinin atası İddiaçı məxsus yuxarıda göstərilən mənzilə köçmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli qətnaməsi ilə X8 Orucova arasında bağlanmış nikah pozulmuşdur. B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh iki uşağı ilə birlikdə mübahisəli evə istifadə hüququ tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin fevral ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə 7500 manat məbləğində kompensasiya verilməklə onun uşaqları ilə birlikdə evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdehlər İddiaçı Alı oğlu, X3 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təklif olunan kompensasiyanın məbləğinin 15.000 manat müəyyən olunması və evin təmirinə sərf etdiyi 13.800 manatın cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmi şdir. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X5 və X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7.500 manat məbləğində kompensasiya verilməklə onun uşaqları ilə birlikdə evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-100/2021 saylı, 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim: T.N.Məmmədov) hər üç iddia tələbi əsassız sayılaraq təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər birgə apellyasiya şikayəti verərək qətnamənin ilkin iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi və 7500 manat məbləğində komensasiya verilməklə Cavabdeh evdən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilm əsini xahiş etmişlər. İş üzrə qarşılıqlı iddiaçı apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qismən ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5452/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(010)-100/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıl arının izahatları Kassasiya şikayətlərinin dəlilləri İlkin iddia tələbi üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin ilkin iddia tələbinin təmin olunmaması hissəsinin ləğv edilməsi və cavabdehə 15.000 manat məbləğində kompensasiyanın verilməklə evdən istifadə hüququna xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin ilkin iddia tələbi üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin işin hallarına düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək qismən ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatla rı Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Həmçinin cavabdeh və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.2 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsini n vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətlərində qətnamənin qismən ləğv edilməsi tələb olunsa da, iddia tələbləri biri-biri ilə bağlı olduğundan, kollegi ya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, iddia tələbi üzrə cavabdeh mübahisəli fərdi yaşayış evindən istifadə hüququna malik olan şəxs olmaqla onun həmin hüququna xitam verilməsi yalnız kompensasiya ödənilməsi yolu ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Məcəllənin 228.2-ci maddəsinin Azərbaycan Respublikası MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiyanın məbləği iddianın predmetinə aid deyildir, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstər ilib-göstərilməməsindən asılı olmayaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli, lakin bu zaman iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qərarın həmin göstərişi belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkəmə təklif olunan kompensasiyanın məbləğindən asılı deyildir. Mübahisə yarandıqda məhkəmə özü kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli və mülkiyyətçi həmin məbləğlə razılaşdıqda iddianı təmin etməlidir. Əks halda iddia təmin edilmədən saxlanılmalıdır. Lakin işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi kompensasiyanın məbləğini müəyyən etməmiş, yalnız iddiaçı tərəfindən təklif olunan məbləğ çərçivəsində mübahisənin həllinə yanaşmışdır. Göstərilə n vəziyyət mübahisənin qanuni həllini təmin etmədiyindən, kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi əsaslı sayıla bilməz. İddia və qarşılıqlı iddia tələbləri biri-biri ilə bağlı olduğundan kollegiya hesab edir ki, qətnamə tam ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5452/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar