Məhkəmə qərarları › İş №2(102)-6013/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6013/2021

23.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6013/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Qonşuluq hüququ, qonşuları ayıran hasarın üzərində tikili) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı «özbaşına tikilinin cavabdehin hesabına sökülməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-436/2021 nömrəli, 11.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhk əmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan SSR İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Bürosunun 05 iyul 1989-cu il tarixli, 30/2377 reyestr nömrəli Qeydiyyat Vəsiqəsi əsasında Vorovski qəsəbəsi, S.Lazo küçəsi 12 (indiki ünvan 1 ünvanında yerləşən ev İddiaçı və Cavabdeh adına qeydiyyata alınmışdır. Onların evini daş hasar ayırır. Cavabdeh tərəflərin evini ayıran daş hasarın üstündə hörgü aparmış və çardaq inşa etmişdir. İddiaçı hesab edir ki, həmin özbaşına tikili (hasarın qaldırılması və çardaq) onun hüquqlarını pozur və ona görə hazırkı mübahisəni başlatmışdır.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bi nəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Məmmədova küçəsi 12 ünvanında yerləşən evin ərazisində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikililərin – hasarın və çardağın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Məmmədova küçəsində yerləşən 12 nömrəli evin bir hissəsini iddiaçı 1989-cu ildə, digər hissəsini isə cavabdeh almışdır. O zaman ev və həyətyanı sahə tərəflərin razılığı əsasında 2 metrlik hasarla təcrid edilmişdir. Sonradan, cavabdeh hasarın üstündə inşaat işləri aparmış, onu bir neçə daş qaldıraraq üstündə çardaq inşa etmiş, nəticədə iddiaçının evinə gün işığının düşməsinin və normal hava dövriyyəsinin qarşısı alınmışdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəmə sinin 2(001)-3123/2018 nömrəli, 10 may 2018-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.11.2018-ci il tarixli, 16088 nömrəli ekspert rəyi ilə cavabdehin yaşadığı evin ikinci və üçüncü mərtəbələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000ci il tarixli, 160 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2ci bəndlərinin tələblərinə uyğun inşa olunmadığı, hasarın inşa e dilməsi üçün AR Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü bəndinə əsasən müvafiq təşkilatlardan icazə tələb olunmadığı müəyyən edilmişdir.

6. Həmin ekspert rəyində “...iddiaçının və cavabdehin yaşadıqları evlərin mülki işin materiallarının 39-cu vərəqində olan 1964-cü il tarixli texniki pasportda göstərilən “A” və “B” literli tikililər olduğu, “A” literli tikilinin iddiaçının, “B” literli tikilinin isə cavabdehin istifadəsində olduğu, texniki pasportda həmin tikililərin bir torpaq sahəsində yerləşdiklərinin göstərildiyi, həmin torpaq sahəsində mübahisəli evləri bir-birindən ayıran hasarın, hər bir evin yerləşdiyi torpaq sahəsinə ayrı-ayrılıqda giriş-çıxış qapılarının mövcud olduğu, texniki pasportda cavabdehin yaşadığı “B” literli tikilinin bir mərtəbəli olduğunun göstərildiyi, faktiki vəziyyətdə isə həmin evin üç mərtəbəli olduğu, eyni zamanda hasarın və cavabdehin evi ilə hasar arasında olan çardağın və hasarın texniki pasportda göstərildiyi, iddiaçının evi ilə hasar arasında 1,0 metr məsafə olduğu, həmin hasarın hündürlüyünün 2,2 metr, iddiaçının evinin hündürlüyünün isə 10,4 metr təşkil etdiyi” qeyd olunmuşdur.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-307/2019 nömrəli, 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Əliyev) iddia tələbi rədd olunmuşdur.

8. Məhkəmə hesab etmişdir ki, evin ½ hissəsi iddiaçının, ½ hissəsi isə cavabdehin mülkiyyətində olduğuna, tərəflərin mübahisəli evdən payları qanunla müyyən edilmiş qaydada naturada ayrılmadığına, məhkəmə tərəfindən mübahisəli tikililərin kimin ərazisində yerləşməsini müəyyən etmək mümkün olmadığına g örə iddiaya düzgün hüquqi qiymətin verilməsi qeyri-mümkündür.

9. Birinci instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir.

7. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) 11.03.2021-ci il tarixli, 2(103)-436/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-307/2019 nömrəli, 05 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5473/2020 nömrəli, 06.08.2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəm ə Ekspertizası Mərkəzinin 25.01.2021-ci il tarixli, 10/2274 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Məmmədova küçəsində yerləşən 12 nömrəli evinin iddiaçının istifadəsində olan hissəsinin faktiki olaraq üç mərtəbəli tikili olduğu, cavabdehin istifadəsində olan tikilinin bir mərtəbəli olmaqla texniki pasportda “A“ literli tikili kimi göstərildiyi, onun (cavabdehin) öz istifadəsində olan həyətyanı torpaq sahəsinin daxilində əlavə 4,8 m2 anbar və 33,6 m2 talvar inşa etdiyi, bu tikililərin inşaat norma və qaydalarına uyğun olduğu müəyyən edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi iddiaçının sökülməsini tələb etdiyi tikilinin ekspert rəyi ilə qanuni tkili olması, yəni cavabdehin öz həyətində çardağın inşası üçün qonşunun və yaxud müvafiq icra hakimiyyəti or qanlarının icazə almasına zərurət olmadığını, həmin tikilinin iddiaçının hüquq və mənafeyini pozmaması qənaətinə gələrək iddianın rədd edilməsini qanuni və əsaslı hesab etmişdir.

14. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir.

10. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

21. Maddə. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

22. Maddə. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür həds iz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

23. Maddə.176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik ya ranmasın. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.

25. Maddə 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.

26. Maddə 72.2. Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəy yən tədbirlər görülməlidir.

27. Maddə 71.1. Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir.

28. Maddə “71.2. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını“qismən ləğv edə və ya“tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

30. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin olunaraq qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

36. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər qonşudurlar və onların evlərini daş hasar ayırır. Cavabdeh daş hasarın üstündə əlavə tikili apararaq çardaq inşa etmişdir. İddiaçı həmin çardağın sökül məsini tələb edir və hesab edir ki, çardağın inşası onun mülkiyyət hüquqlarını pozur və onun mənafeyinə uyğun deyil. 37. 1-ci instansiya məhkəməsi iddianı fərqli əsasla təmin etməmişdir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, evin ½ hissəsi iddiaçının, ½ hissəsi isə cavabdehin mülkiyyətində olmasına baxmayaraq mübahisəli evdə paylar qanunla müyyən edilmiş qaydada naturada ayrılmadığına, mübahisəli tikililərin kimin ərazisində yerləşməsini müəyyən etmək mümkün olmadığına görə iddiaya düzgün hüquqi qiymət verilməsi qeyri-mümkündür və ona görə iddia rədd edilməlidir. Amma, apelyasiya məhkəməsi iddianı tamamilə başqa əsasla təmin etmədi. Məhkəmə 1-ci instansiya məhkəməsindən fərqli olaraq sübutlara başqa qaydada qiymət verərək hesab etdi ki, tərəfləri ayıran daş hasar var və həmin hasar üzərində inşa edilmiş tikiliyə hüquqi qiymət verməklə mübahisəni həll etmək mümkündür. Ona görə məhkəmə cavabdehin inşa etdiyi çardağın qanuni əsaslarla inşa edilməsinə, tikilinin iddiaçının hüquqlarını pozmamasına istinad edərək iddianı təmin etməmişdir. Göründüyü kimi apelyasiya məhkəməsi mübahisəyə fərqli maddi və prosessual hüquq normalarını tətbiq etməklə dəyərləndirmə aparmır və fərqli əsasla iddianı təmin etməmişdir. Belə olan halda 1-ci instansiya məhkəməsinin qətnaməsi sözsüz ləğv edilməli idi.

38. Mübahisələndirilən tikilinin qanuniliyi ilə bağlı Apelyasiya Məhkəməsi iş üzrə keçirilmiş ekspert rəyinə istinad etmişdir. Ekspert qeyd etmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 79.1.1-ci maddəsinə əsasən, hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mər təbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə aid olduğunu nəzərə alaraq, sahəsi 33,6 kv.m, hündürlüyü 3,50 m olan talvar tikilisi tikinti norma və qaydalarına uyğun inşa olunmuşdur.

39. Məhkəmə ekspertin gəldliyi qənaəti işdə olan digər sübutlarla birgə dəyərləndirməmişdir. Əvvəla, mübahisələndirilən tikili tərəfləri ayıran daş hasarın üstündə inşa edilmişdir. Tikintidən sonra daş hasarın hündürlüyünün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi ilə icazə verilən hündürlükdən – 2,20 metrdən yüksək olması açıq-aşkardır. Bunu iş materiallarında olan və məhkəmələrin tədqiq etdiyi sübutlar təsdiq edir. Belə ki, Apelyasiya Məhkəməsinin keçirmiş olduğu ekspertiza rəyinin mətnində ekspert qeyd etmişdir ki, talvar tikilisi havanın və günəş işığının düşməsinin qarşısını qismən alır.

40. Nəzərə almaq lazımdır ki, inşa edilmiş talvar o halda qanuni hesab oluna bilər ki, tikili qonşunun hüquqlarını pozmamış olsun. Çünki qüvvədə olan digər qanunvericilik normaları tələb edir ki, iki qonşu arasında inşa edilmiş tikili hər iki tərəfin mənafeyinə uyğun olmalıdır.

41. Hazırkı qərarın 24-26-cı bəndlərində nəzərdə tutulan normalara görə qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Divarın mövcud qonşu divara paralel t ikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir.

42. Ekspertin dediyi kimi talvarın inşasına icazənin alınmasının nəzərdə tutulmaması o demək deyil ki, həmin tikilini istənilən yerdə inşa etmək mümkündür. Yuxarıda sadalanan qanunvericilik normaları tikilinin hansı qaydada inşa edlidiyi təqdirdə qanuni olmasını nizama salır.

43. Nə qədər ki, tikili yuxarıda qeyd olunan normalara görə qonşunun icazəsi alınmadan və onun hüquqlarının pozulması ilə inşa edilmişdir, belə tikili də özbaşına inşa edilmiş tikili statusuna malikdir.

44. Qərarın 19-20-ci bəndlərində qeyd olunan normaların tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 45. Коllegiya bir məsələni də qeyd edir ki, işdə olan ekspertiza rəyl ərində texniki səhv olaraq mübahisəli ərazidə yerləşən tikililərin kimə aid olması ilə bağlı qeyri-dəqiq məlumatlar verilmişdir. Məsələn, rəyin əsaslandırıcı hissələrində üç mərtəbəli evin iddiaçıya aid olması və özbaşına inşa edilməsi barədə və.s. qeydlər edilmişdir. Hansıki, işdə həmin tikililərin cavabdeh tərəfə məxsus olmasına dair məlumatlar əks olunub. Əslində mübahisələndirilməyən üç mərtəbəli evin kimə məxsus olması və ounun qanuni və yaxud qanunsuz tikili olması ilə bağlı məsələyə baxılmırdı və məhkəmələr ekspert qarşısında həmin sualı qoymaqda düzgün mövqe nümayiş etdirməmişlər. Hazırkı işin mübahisə predmeti cavabdeh tərəfindən hasarın üzərində inşa edilmiş talvarın iddiaçının hüquqlarını pozub-pozmaması ilə bağlıdır.

46. Ona görə işə yenidən baxılarkən həmin tikili ilə bağlı də yərləndirmə aparılmalı, tikilinin iddiaçının evinin hansı tərəfində (qarşı tərəfdə, arxa tərəfdə, yanında və.s.) inşa edilməsi, həmin tikilinin inşa edilməsinə iddiaçının razılığının zəruriliyi, tikilinin iddiaçının hüquqlarını pozub-pozmaması ilə bağlı araşdırma aparmaqla mübahisəyə hüquqi qiymət verilməlidir.

47. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Ona görə də, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

48. Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-436/2021 nömrəli, 11.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar