Məhkəmə qərarları › İş №2(102)-602/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-602/2019

17.01.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-602/2019 17.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Bakı şəhəri 17 yanvar 2019-cu İş № 2(102)-602/2019 il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X2, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsindənMirzəyev Əlikram İntiqam oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarix li qətnaməsi ilə (iş № 2(008)-55/2017, hakim İ.R.Burcayev) İddiaçıkram oğlunun cavabdeh XXX qızına qarşı sökülmüş əmlakın bərpa edilməsi, cavabdehin torpaq sahəsindən, evdən çıxarılması və onun ailəsi ilə birlikdə mənzilə köçürülməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-316/2018, hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova, A.Q.Hüseynov)İddiaçıkram oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Sabuncu Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 iyun 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-3748/2018, hakimlər Ə.Ə.Şadiyev, Q.Ə.Allahverdiyev, İ.R.Xələfov)İddiaçıkram oğlunun kassasiya şi kayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9176/2018, hakimlər A.N.İmanov, X.Ə.Sarıyev, R.Ə.Qurbanov) İddiaçıkram oğlununapellyasiya şikayəti təmin edilməmiş, Sabuncu Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: ünvan 1 ünvanında istifadədə olan 0,00496 ha torpaq sahəsində 1 mərtəbədən, 14 kv.m yaşayış sahəsin dən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçıkram oğlunun adına qeydə alınmışdır. Mirzəyev X1 GülxanimYaqub qızına qarşı evdən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin 22 dekabr 2014-cü il tarixli qətnaməsi ilə həmin iddia rədd edilmişdir. 06.07.2015-ci il tarixdəİddiaçıkram oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda yerləşən evinin sənəddə qeyd edilən şəkildə bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsi, cavabdehin həmin ünvanda yerləşən torpaq sahəsindən, həmin sahədə yerləşən atası tərəfindən tikilmiş evdən çıxarılması və onun ailəsi ilə birlikdə həmin mənzilə köçürülməsi barədəqətnaməqəbuledilməsinixahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd o lunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddianı rədd edərkən nəzərə almamışdır ki, iddiaçıya atasından miras qalmış ev və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən istər torpaq sahəsi, istərsə də yaşayış evinin həqiqətən də iddiaçının atasına məxsus olması yoxlanılmışdır. Həmin vaxt yoxlama zamanı tam müəyyən edilmişdir ki, həmin torpaq və mənzil başqa şəxsin icarəsində və mülkiyyətində deyildir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmiş dir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı hüquq müəyyənedici sənəddə qeyd edilən evinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, cavabdehin həmin ünvanda yerləşən torpaq sahəsindən, həmin sahədə yerləşən evdən çıxarılması və özünün ailəsi ilə birlikdə həmin evə köçürülməsi əsasında barədə hazırki iddia tələbini irəli sürmüşdür. Apellyasiya instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasına dair qətnaməsi iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, kassasiya instansiya məhkəməsi həmin qətnaməni ləğv edərək işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamış, hazırda iddiaçı həmin qətnaməni kassasiya qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan mə hkəmə üçün məcburidir. İş üzrə kassasiya instansiyası məhkəməsinin 06 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman iş materiallarında istinad olunan mütəxəssis rəyləri ilə məhkəmə-ekspertizasının rəyləri arasında ziddiyyətlərin mövcud olmasına, həmin rəylərdə məzmunun həqiqiliyi heç bir şübhə doğurmadığı və qüvvədə olduğu halda, İddiaçıkram oğlunun adına verilmiş reyestr məzmununun mövcud olmaması kimi ziddiyyətli nəticələrə istinad olunmasına dairişinhallarınadüzgünhüquqi qiymət verilməmiş, İddiaçıkram oğluna aid çıxarışla bağlı tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin hüdudlarının müəyyən olunması və ümumilikdə mübahisəli ərazinin hansı hissəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi üçün əlavə v ə ya təkrar məhkəməekspertizası təyin edilmədən İddiaçıkram oğluna aid RX seriyalı, №0118894 saylı çıxarışda göstərilən tikilinin və torpaq sahəsinin mövcud olmaması kimi mücərrəd dəlillərə istinad olunub iddia tələbinin rədd olunması barədə qərar qəbul edilmişdir ki, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 20 avqust 2018-ci il tarixli qətnaməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi tələbinə əməl etməmiş, Ali Məhkəmənin qərarında qeyd olunan göstərişlərə əməl etmədən əvvəlki qətnaməsini təkrarlamışdır. İş materiallarından göründüyü kimi 08 iyul 2016-cı il tarixli ekspert rəyində ünvan 3 ünvanda yerləşən evin hazırki vəziy yəti ilə texniki pasportda olan vəziyyəti arasında uyğunsuzluğun olduğu, texniki pasportda 14,0 kv.m olan bir yaşayış otağından ibarət olduğu göstərildiyi halda faktiki olaraq tədqiqat olunan yaşayış evi üç yaşayış otağından və yardımçı tikililərdən ibarət olmaqla ümumi sahəsinin 106,3 kv.m olması müəyyən edilmişdir. Məhkəmə mühəndis-texniki ekspertizasının 11 iyul 2017-ci il tarixli rəyi ilə isə İddiaçıkram oğlunun adına verilmiş çıxarışın plan-ölçü sənədi, yəni koordinatları olmadığı, iş materillarına əlavə edilmiş sxem miqyassız və koordinatsız olduğu üçün mübahisəli ərazinin çıxarışla üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. “Dövlət Məhkəmə Ekspertizası Fəaliyyəti haqqında” AzərbaycanRespublikası Qanununun məhkəmə ekspertizası fəaliyyətinin vəzif əsini müəyyən edən 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Ekspertin iddiaçının adına verilmiş çıxarışda 14,0 kv.m olan bir yaşayış otağından ibarət olduğu göstərilən tikilinin yerinin müəyyən edilməsi vəzifəsi olduğu halda, ekspert həmin yeri müəyyən etməyin mümkün olmadığını göstərərək vəzifəsini icra etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırma qla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İşə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən də ekspert rəyi düzgün qiymətləndirilməmiş, təkrar ekspertiza təyin edilməmişdir. Mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikas ının Mülki Məcəlləsinin mülkiyyət hüququnun anlayışı və məzmununu müəyyən edən 152-ci maddəsinin tələblərinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçı pozulmuş mülkiyyət hüququnun bərpası üçün məhkəməyə müraciət etmiş, lakin apellyasiya məhkəməsi ona məxsus olmuş tikilinin yerinin müəyyən edilməməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası işin faktiki halları barədə iddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillərin mahiyyətinə toxunmadan hes ab edir ki, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən araşdırılaraq qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar