Məhkəmə qərarları › İş №2(102)-6020/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6020/2021

16.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6020/2021 16.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və inzibati kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızından ibarət qarışıq tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli 2(005)-106/2021 nömrəli qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “ümumi yığıncağın protokolunun eti barsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 17.07.2019- cu il tarixli protokolunun etibarsız hesab edilməsinə və Cavabdeh1 Mənzil Tikinti Kooperativinin bölüşdürülmüş mənfəətindən onun payına düşən hissənin əvəzi olaraq cavabdehlərdən 3.500.000 (üç milyon beş yüz min) manat tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Ba ş İdarəsinin Hüquqi X1 İdarəsi cəlb edilməklə) qarşı “protokolların və sonrakı redaksiyada nizamnamələrin etibarsız hesab edilməsi və pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 Mənzil Tikinti Kooperativinin 21.10.2010-cu il tarixli protokolunun, 11.11.2010cu il tarixdə qeydiyyata alınmış 2-ci redkasiyada nizamnaməsinin, ümumi yığıncağının 16.07.2014cü il tarixli protokolunun, 13.08.2014-cü il tarixdə qeydiyyata alınmış 3-cü redaksiyada nizamnaməsinin, 17.07.2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsi, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa etdiyi iki ədəd çoxmərtəbəli yaşayış binasının onun payına düşən yaşayış və qeyri yaşayış sahələrinin əvəzində cavabdehlərdən yaşayış sah əsinə görə 13.392.000 manat, qeyriyaşayış sahəsinə görə 15.160.000 manat, cəmi 28.552.000 (iyirmi səkkiz milyon beş yüz əlli iki min) manatməbləğin tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) 10 iyun 2021-ci il tarixli, 2(005)-106/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin ödənilməsi tələbi”nə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikas ı Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1 İdarəsi cəlb edilməklə) qarşı “protokolların və sonrakı redaksiyada nizamnamələrin etibarsız hesab edilməsi və pul tələbi”nə dair iddia ərizəsi üzrə iş baxılması üçün aidiyyətı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(005)-106/2021 nömrəli qərardadından narazı qalan İddiaçı kassasiya şikayəti ilə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 24, 25, 26-ci maddələrinə əsasən mübahisənin kommersiya məhkəmələrinin aidiyyətinə aid olması üçün mübahisənin predmeti tərəflər arasında olan sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Hazırki iş üzrə mübahisənin predmeti isə pul tələbi olduğundan, tərəflər arasında olan mübahisə kommersiya xarakteri daşımır. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına əməl edilməklə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. - 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və t ərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. - 403-1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarını araşdıraraq məhkəmə tərkibi hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(005)-106/2021 nömrəli qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.(bənd 12) Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İ ş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.(bənd 13) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğu n olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür.(bənd 17) Həmin Məcəllənin 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restruktizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir.(bənd 19) Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.(bənd 26) Göründüyü kimi, müvafiq Plenum qərarına əsasən tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələr kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisə olmaqla, kommersiya məhkəməsində baxılmalı olan tələblərə aid edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, İddiaçı təsisçilərindən biri olduğu kommersiya hüquqi şəxs olan Cavabdeh1 MTK-ya, MTK-nın digər təsisçisi Cavabdeh6 və digərlərinə qarşı təsis payına uyğun əmlakın dəyərinin tutulması barədə iddia tələbi Kooperativin fəaliyyəti ilə bağlı korporativ tələb (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) hesab edildiyindən, hazırkı iddia ərizəsinə kommersiya məhkəməsində baxılması barədə məhkəmənin gəldiyi nəticə düzgündür, bu mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmaması barədə kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Buna görə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(005)-3086/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayəti təmin olunmamalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25 və 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(005)-106/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar