Məhkəmə qərarları › İş №2(102)-603/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-603/2025

27.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-603/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ər-arvaddan birinin digərinin razılığı olmadan ümumi əmlak üzərində bağlanmış əqdin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(103)3981/ 2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh1 və İddiaçı1 21 iyul 1999-cu il tarixli nikaha daxil olmuş, nikahları Bakı şəhər Səbail Rayon Məhkəməsinin 08 iyun 2016-cı il tarixli pozulmuşdur.

2. Tərəflərin birgə nikahları dövründə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 16 iyun 2003-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bakı Aeroport yolunun sol fərdi yaşayış evi tikmək üçün cizgidə göstərilmiş sahədə X2 torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi Bülbülə qəsəbəsi İHB-nin nümayəndəliyinin 21 iyul 2003-cü il tarixli aktı ilə təhvil verilmişdir. Sonradan Bakı şəhər i Suraxanı rayonu X3 61 saylı qərarın ilə Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə 0,04 ha torpaq sahəsi 19 sentyabr 2006-cı il tarixdə X1.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin **********2000023 nömrəli Torpaq sahəsinin Kadastr planından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 400 kv.m torpaq sahəsi ilə bağlı Kadastr planı tərtib edilərək 12 oktyabr 2006-cı il tarixli 1366 nömrə ilə uçota alınmışdır.

4. İddiaçı1 29 noyabr 2006-cı il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bakı-Aeroport qolunun sol tərəfində yerləşən 400 kv.metr sahəsi olan torpaq sahəsinin həyat yoldaşı Cavabdeh1 Sa lma oğlunun adına özəlləşdirilməsinə etiraz etmir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, “Bakı-Aeroport yolunun sol tərəfində” yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində özbaşına inşa edilən iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, qarşılıqlı iddia qismən təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, “Bakı-Aeroport yolunun sol tərəfində” yerləşən 0,04 ha torpaq sahəsi ilkin iddiaçı Cavabdeh1 ilə qarşılıqlı İddiaçı1 birgə nikahı dövründə əldə edilmiş əmlak hesab edilməsi, birgə nikah dövründə əldə etdikləri həmin torpaq sahəsi paylı mülkiyyət hesab edilməklə 1/2 hissəsinə Cavabdeh1, 1/2 hissəsinə isə İddiaçı1 mülkiyyət hüquqlarının tanınması qət edilmişdir.

6. Bakı A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, İddiaçı1 Cavabdeh1 qarşı Cavabdeh1 adına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən (Bakı Aeroport yolunun sol tərəfi) 0,04 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi və birgə nikah dövründə əldə etdiklərindən həmin torpaq sahəsi paylı mülkiyyət hesab edilməklə 1/5 hissəsinə Cavabdeh1, 4/5 hissəsinə isə onun mülkiyyət hüquqlarının tanınması barədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

7. Cavabdeh1 22 iyun 2018-ci il tarixli aktla Bakı şəhəri, Sabunçu rayonu, Raman a qəsəbəsi, Mərkəzi küçəsi, 16-cı döngə, ev 17C ünvanına köçürülmüşdir.

8. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 184,4 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 14 noyabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır. 9. 28 fevral 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi ilə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 184,4 kv.m. olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə qardaşı Cavabdeh2 bağışlamışdır.

10. Həmin daşınmaz əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququ 14 mart 2023cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında ünvan 2 ünvanlı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsinə dair 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində təsdiq edilmiş 28 fevral 2023-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlaması Müqaviləsi” etibarsız hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçəsi, 16-cı döngə, 17 C nömrəli yaşayış evinə dair Cavabdeh2 adına aparılmış 14 mart 2023-cü il tarixli ********** qeydiyyat nömrəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıların yaşadığı mübahisəli ünvan 3 ünvanlı mənzili Cavabdeh1 onların xəbəri və razılıqları olmadan 07 fevral 2022-ci il tarixli çıxarışa əsasən öz mülkiyyətinə keçirmiş, 2022-ci ilin sonunda isə “zəbt olunmuş fərdi yaşayış evinin boşaldılması və xüsusi mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma” tələbinə dair onlara qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçılar biləndə ki, Cavabdeh1 qanunsuz olaraq mənzili mülkiyyətinə keçirmiş, belə olan halda çıxarışın ləğvi ilə əlaqədar qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraci ət etmək arzusunda olduqlarını və bunun üçün məhkəmənin hazırlıq iclasının təxirə salınmasını işə baxan hakimdən xahiş etdiklərinə görə işin hazırlıq iclası təxirə salınmış, lakin növbəti hazırlıq iclasında həmin iş üzrə iddiaçı olan Cavabdeh1 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra, bir neçə dəfə cavabdehə müraciət edərək mənzili ümumi paylı mülkiyyətə çevirməyi və onların uzun illər yaşadıqları həmin mənzilə qeydiyyata alınmaqlarını xahiş və tələb etsələr də, cavabdeh imtina etmişdir. İmtinadan sonra sənədləri hazırlayıb, qanunvericiliklə nəzərdə tutulmuş digər pros edur qaydalara əməl etdikdən sonra Cavabdeh1 qarşı “mənzildən istifadə hüquqlarımızın tanınması, çıxarışın ləğvi, mənzilin birgə mülkiyyət hesab edilməsinə dair” iddia tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişlər. Cavabdeh1 qarşı iddia tələbləri Sabunçu Rayon Məhkəməsində baxılarkən hazırlıq iclası zamanı mübahisəli mənzillə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış sənədlərlə müəyyən edilmişdir ki, onların vəsaiti hesabına tikilmiş, lakin Cavabdeh1 qanunsuz olaraq öz adına “ünvan 4 ünvanı kimi mülkiyyət hüququ ilə qeydə aldırdığı mənzilə dair uzun illərdir ki, məhkəmə mübahisəsi olduğunu nəzərə alaraq, yenə də onların razılığı və xəbəri olmadan 28 fevral 2023-cü il tarixində imzaladığı bağışlama müqaviləsinə əsasən mübahisəli mənzili və mənzilin yerləşdiyi 0,04 ha torpaq sahəsini qardaşı Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 bu illər ərzində bir gün olsun belə, mübahisəli mənzilin yerləşdiyi yerdə olmamış, alqı-satqı yolu ilə ailələri tərəfindən alınmış torpaq sahəsinə və orada tikilmiş yaşayış evlərinə heç bir aidiyyəti olmamışdır. Cavabdehlər arasında görüntü xətrinə imzalanmış bağışlama müqaviləsi onların mənzil hüquqlarının pozulmasına yönəlmiş cəhddən başqa bir şey deyil. O səbəbdən həmin müqavilə etibarsız hesab edilməli və mənzil Cavabdeh1 mülkiyyətinə qaytarılmalıdır. O, 1988-ci ildə həmin vaxtlar Ermənistan Respublikasında yaşayan Cavabdeh1 ilə ər-arvad münasibətlərinə daxil olaraq ailə qurmuş və orada yaşamağa başlamışdır. Bir qədər sonra isə onlar Ermənistandan qaçqın düşərək Bakı şəhərinə gəlmiş və ailələrinin vəsaiti hesabına ünvan 5 ünvanlı iki mərtəbəli yaşayış sahəsini almış, həmin ünvana pasport qeydiyyatına düşmüş və həmin ünvanda faktiki yaşamağa başlamışlar. Bakı şəhərində yaşadığı dövrlərdə Cavabdeh1lə birgə nikahlarından 3 uşağı anadan olmuşdur. Mənzil şəraitini yaxşılaşdırılmasına ehtiyac olduğundan onların müraciətləri əsasında Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 16 iyun 2003-cü il tarixli 355 saylı sərəncamı ilə Suraxanı rayonunun Yeni Ramana qəsəbəsində, Bakı-Aeroport yolunun sol tərəfində fərdi yaşayış sahəsinin tikintisi məqsədi ilə ailələrinin vəsaiti hesabına alqı-satqı yolu ilə 400 kv.m. torpaq sahəsi ayrılmışdır. 20062007-ci illərdə Ramana qəsəbəsində yeni aldıqları torpaq sahəsində ailələrinin ümumi vəsaiti hesabına bir mərtəbəli ev tikərək, 2007-ci ildə ailəliklə həmin evə köçmüşlər. Təqribə n, 2013-cü ilə qədər Cavabdeh1 də onlarla birlikdə həmin bir otaqlı mənzildə yaşamışdır. 2013-cü ildən sonra, onun davranışında dəyişiklər baş verməyə, evə gec-gec gəlməyə və qazancını onlardan gizlətməyə başlamışdır. Həmin vaxtlar birgə nikahdan olan övladları bu iş üzrə iddiaçılar böyüyüb ailə qurmaq həddinə çatmışdılar. Bir otaqlı evdə qalmaq mümkün deyildi. Cavabdeh1lə isə münasibətlər pisləşmişdir. O səbəbdən, Cavabdeh1 maddi və fiziki iştirakı olmadan banklardan götürdükləri kreditlər hesabına iki mərtəbəli ev tikmişlər. Evi tikdikləri 2015-ci və ondan sonrakı dövrlərdə Cavabdeh1 evdən birdəfəlik getdi və başqa qadınla ailə quraraq başqa ünvanda yaşadı. Üstəlik, eyni üsuldan istifadə etməklə Səbail rayonun inzibati ərazisində olan iki otaqlı mənzillərini bağışlama müqaviləsinə əsasən bacısının adına keçirmişdir. Cavabdeh1 bir müddətdən sonra, sonradan ailə qurduğu qadından ayrılmış (boşanmış) və 2-3 aydan bir onların faktiki yaşadıqları ünvana gələrək onlarla barışmağa cəhdlər etmişdir. Lakin, barışıq alınmadıqda hər dəfə evdə konfliktli vəziyyət yaradaraq, hüquq mühafizə orqanlarına onun döyülməsi ilə bağlı yalan şikayətlər etmişdir. Bundan əlavə, 2017-ci ilin əvvəllərində Cavabdeh1 onlara qarşı Suraxanı Rayon Məhkəməsində “torpaq sahəsindən və qeyd edilən torpaq sahəsində inşa edilən iki ədəd fərdi yaşayış evindən çıxarılmaqlarına dair” iddia qaldırmışdır. Həmin iş üzrə cavabdehlərdən biri İddiaçı1 “torpaq sahəsinə payların müəyyən edilməsinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, ilkin iddiaçı Cavabdeh1 iddia tələbinin predmetini dəyi şərək özünün mənzilə köçürülməsini istəmişdir. Baxmayaraq ki, onun həmin mənzildə yaşamasına heç kəs mane olmamışdır. İşə baxan Suraxanı Rayon Məhkəməsi özünün 2(010)-1701/2017 saylı qətnaməsi ilə, Cavabdeh1 mübahisəli mənzilə köçürülməsini qət etmişdir. Məhkəmə eyni zamanda qarşılıqlı iddia tələbini də qismən təmin edərək, mübahisəli evlərin yerləşdiyi 0,04 ha torpaq sahəsinə İddiaçı1 1/2 hissədə pay hüququnu tanımışdır. Həmin vaxtlar evlərin hüquqi statusu müəyyən edilməmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2017-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya münasibətdə (payların müəyyə n edilməsi hissəsində) ləğv edildi. Məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, 0,04 ha mübahisəli torpaq sahəsi ailələrinin birgə vəsaiti hesabına alınmış, həmin torpaq sahəsinə hər bir ailə üzvünün hüquqları mövcuddur, torpaq sahəsində tikilmiş iki ədəd fərdi yaşayış evlərindən biri-bir otaqlı, bir mərtəbəli Cavabdeh1 ilə birlikdə tikilmiş və təqribən 2006-cı ildə ailəliklə köçərək həmin bir otaqlıda yaşamağa başlamış, 2013-cü ildən sonra isə Cavabdeh1 iştirakı olmadan ikinci yaşayış evi tərəflərindən inşa edilmişdir. İkinci ev tikilən vaxt Cavabdeh1 başqa qadınla nikah münasibətlərində olmuş, ayrıca yaşamış, həmin qadınla birgə nikahlarından bir uşaqları olmuşdur. İşin bütün bu halları yuxarıda göstərdiyi məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Torpaq sahəsinin nə vaxt, hansı məq sədlər üçün alınması, evlərin tikintisi, kimin tərəfindən tikilməsi, həmin evlərdən birincisinə nə vaxt köçmələri, daha sonra isə birinci evdə yaşaya-yaşaya ikinci evi tikməkləri, evə və torpaq sahəsinə hüquqlarının yaranması məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Mənzilə və torpaq sahəsinə hüquqlarının olmasına və bu hüquqlar barəsində Cavabdeh1 məlumatlı olmasına baxmayaraq, o qardaşı Cavabdeh2 ilə 28 fevral 2023-cü il tarixində onların xəbərləri olmadan bağışlama müqaviləsi imzalayaraq, yaşadıqları evi və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsini qardaşına bağışlamaqla hüquqlarını pozmuşdur. Müqavilədə əks olunmuş tərəflərin niyyətlərini (bağışlama) əks etdirmir, görüntü xətrinə bağlanılmış, uzun illərdir ki, aralarında mübahisə olduğundan Cavabdeh1 və qardaşı tərəfindən mənz il və torpağa olan hüquqlarının pozulmasına yönəlmişdir.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim N.Cəfərli) 15 mart 2024-cü il tarixli, 2(008)-538/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, mülki işin materiallarından iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 hansı əsalarla cavabdehlər arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini tələb etmələri müəyyən edilmədiyindən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlərə qarşı yönəlmiş müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia tələbləri təmin edilməməlidir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)7628/2017 nömrəli 25 iyul 2017-ci il tarixli qətnaməsinin müəyyən edilmiş ha llarından da məlum olur ki, mübahisə predmeti olan daşınmaz əmlakı yerləşmiş olduğu torpaq sahəsi İddiaçı1 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etmiş olduğu torpaq sahəsidir. İddiaçı hazırda Cavabdeh1 onların birgə nikah dövründə əldə etdikləri torpaq sahəsini və onun üzərində olan evin Cavabdeh1 tərəfindən qardaşı Cavabdeh2 bağışlanmasını onun hüquqlarını pozmuş olduğunu bildirərək məhkəməyə müraciət etsə də, məhkəmə qeyd etmişdir ki, mülki işin materiallarından əldə edilmiş sənədlərdən də məlum olur ki, İddiaçı1 ilə Cavabdeh1 arasında nikah 08 iyun 2016-cı il tarixdən pozulmuşdur. İddiaçının daşınmaz əmlaka bu vaxtadək pay hüququ tanınmamışdır. İddiaçı1 hazırda bağışlama müqaviləsinin görünüş üçün bağlandığını bildirərək müqavilənin etibarsız olmasını məhkəmədən xahiş etsə də, məhkəmə qeyd etmişdir ki, İddiaçı1 həmin əmlaka pay hüququ tərəflər arasında bağlanmış nikah pozulduğu müddətdən 3 il ərzində tanınmadığından və müqavilənin etibarsızlığı üçün əsas olmuş olar hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3 və 340.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim C.Musayevanın sədrliyi və məruzəsi ilə, hak imlər F.Babayev və G.Axundova) 01 oktyabr 2024-cü il tarixli, 2(103)-3981/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-538/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 184,4 kv.m. olan fərdi yaşayış evinə dair bağlanmış 28 fevral 2023-cü il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 184,4 kv.m. olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli müqavilənin predmeti olan torpaq sahəsi tərəflərin birgə nikahları dövründə əldə edilmiş, üzərindəki ev isə onların birgə nikahları dövründə tikilmişdir. 2006-cı ildə Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində yerləşən 400 kv.metr sahəsi olan torpaq sahəsi Cavabdeh1 adına özəlləşdirilməsi barədə İddiaçı1 məlumatlı olması öz təsdiqini ta psa da, onun ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 2022-ci ildə xüsusi mülkiyyətinə keçirməsi ilə əlaqədar razılığının olub-olmamasını iş materiallarına əsasən müəyyən etmək mümkün olmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 ilə iddiaçı tərəfindən birgə nikahda olduqları dövrdə, ümumi vəsaitləri hesabına inşa edilmiş yaşayış sahəsinin nikah pozulduqdan sonra cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması bu əmlakın onların ümumi birgə mülkiyyətlərində olmasını istisna etmir.

21. Həmçinin məhkəmə qeyd etmişdir ki, birgə nikah müddətində əldə olunmuş əmlakın hüquqi rejimi baxımından birgəliyi prezumpsiyası qəbul olunur. Bununla razılaşmayan tərəf həmin prezumpsiyanın əksini sübut etməlidir. Baxılan işdə də mübahisə p redmeti olan fərdi yaşayış evinin tərəflərin birgə nikah müddətində inşa edilməsi müəyyən edilmişdir. Cavabdehlər bunun əksini sübut etmək məqsədilə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər.

22. İddiaçı1 mübahisəli torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə (vahid daşınmaz əşya) müvafiq hüquqi bağlılığı müəyyən edildiyindən, ünvan 9 ünvanlı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsinə dair 28 fevral 2023-cü ildə bağlanmış bağışlama müqaviləsinə əsasən cavabdehlər arasında yaranmış öhdəlik hüquq münasibətlərinin məzmunu onun hüquq və qanuni mənafeyinin pozulmasına şərait yaradır.

23. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmiş dir ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu müəyyən edildiyindən onun pozulmuş hüququnun məhkəmə tərəfindən bərpa edilməsi də yolveriləndir. İddiaçı, cavabdehlər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır.

24. İşdə olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində 28 fevral 2023-cü il tarixdə rəsmiləşdirilmiş bağışlama müqaviləsinə aid sənədlərin təsdiq olunmuş surətindən görünür ki, mübahisələndirilən müqavilə bağlanan zaman iddiaçının razılığı alınmamış, notariat işinə yalnız sonuncunun Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində yerləşən 400 kv.metr sahəsi olan torpaq sahəsinin həyat yoldaşı Cavabdeh1 adına özəlləşdirilməsinə etiraz etmədiyi barədə 29 noyabr 2006-cı il tarixli ərizəsi əlavə edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, baxılan iş üzrə iddiaçının mübahisələndirdiyi bağışlama müqaviləsinin bağlanması zamanı onun razılığı tələb olunduğu təqdirdə, müqavilənin razılığı olmadan, ümumi əmlakdakı paylarına süni təsir etmək üçün bağlandığı müəyyən edilmişdir. Belə olan halda mübahisə də əqdin mütləq tələb olunan razılığın olmaması səbəbi ilə etibarsız hesab edilməlidir.

26. Birinci instansiya məhkəməsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin çıxardığı 2(010)-1701/2017 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının çıxardığı 2(103)-7628/2017 saylı 25 iyul 2017-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş və Cavabdeh1 ilə İddiaçı1 aid hissədə preyudisiya əhəmiyyətinə malik olan hallara münasibət bildirməmiş, düzgün olmayan nəticəyə g əlmişdir.

27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsi üç illik iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirir. Belə ki, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.

28. Bundan başqa “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə vermək hüququ iddianı qaldıran şəxsə və yaxud da məhkəməyə deyil, yalnız iddia tələbinin yönəldiyi tərəfə məxsusdur və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə olmadığı, yəni cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmədiyi halda, məhkəmənin iddia müddətinin tətbiqi məsələsi müzakirə predmeti ola bilməz.

29. O ki qaldı hazırkı iddianın predmetinə, iddia ərizəsindən göründüyü kimi iddiaçının barəsində qətnamə çıxarılmasını xahiş etdiyi tələb birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paylarının bölünməsini ilə deyil, cavabdehlər arasında bağlanmış əqdin və ondan irəli gələn nəticələrinin etibarsız hesab edilməsi ilə bağlıdır.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, 225.6, 324.1, 324.2, 324.3, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 372.1, 375.2, 666.1-ci maddələrinə, Ailə Məcəlləsinin 31.1,31.2, 32.1, 32.2, 33.1, 33.2, 33.3,33.4, 36.4, 36.9-cu maddələrinə, Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

31. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 225.6, 666.1, 667.1-ci, Ailə Məcəlləsinin 36.9-cu, Mülki Prosessual Məcəllənin 217 və 220-ci maddələrinin tələbləri pozulmuşdur. B elə ki, bağışlama müqaviləsinin etibarsızlığına dəlalət edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, lakin apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edən zaman konkret əsasa dayanmadan həmin əmlak üzərində İddiaçı1 pay hüququ olması qənaətinə gələrək Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş əmlak üzrə sərəncam vermək hüququnun pozulması qənaətinə gəlmişdir. İddiaçı iddia tələbinin əsası kimi, Mülki Məcəllənin 340-cu maddəsinə istinad etsə də, normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. İddiaçı ona istinad edir ki, mübahisə olunan əmlakla bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur və hazırkı əqdin imzalanması onun hüquqlarının pozulmasıdır. Həmin qətnamələrdən də açıq şəkildə bəlli olur ki, iddiaçıların pay hüququ deyil, yalnız istifadə hüququ və ya kompensasiya almaq hüququ müəyyən edilmişdir. Belə olan təqdirdə bağlanmış bağışlama müqaviləsinin uydurma əqd olması öz təsdiqini tapmır. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə bağışlama müqaviləsini etibarsız hesab etsə də, həmin müqavilə üzrə iddiaçıların subyektiv hüquqa malik olmasını sübut edə bilməmiş, eyni zamanda etibarsızlıq üçü n əsas olan konkret halı və normanı göstərə bilməmişdir. Apellyator şikayətində və apellyasiya instansiyası öz qətnaməsində digər məhkəmə qətnamələrinə istinad etsə də, nəzərə alınmalıdır ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə hazırkı iddiaçılardan İddiaçı1 pay hüququ deyil, yalnız iki hüququ tanınmışdır: 1) Torpaq sahəsindən daim istifadə etmək hüququ və ya, 2) kompensasiya almaq hüququ. İddiaçılar həmin halları istinad etmədən yalnız bağışlama müqaviləsinin etibarsızlığını tələb etmişlər ki, buna dair iddiaçıların subyektiv hüququ mövcud deyildir. İddiaçı1 Çıxarış alınması məqsədi ilə istər layihələndirmə zamanı, istərsə də çıxarışın alınması üçün müraciətə hüquqi qiymət verilməsi zaman həmin əmlak yerindəcə baxış keçirilir və müvafiq sənədləşmələr aparılır. Yəni iddiaçılar v ə ya konkret olaraq İddiaçı1 özünün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hüquqlarını qeydiyyata aldırmadan, davamında Cavabdeh1 mübahisələndirilən torpaq sahəsi üzrə etdiyi hərəkətləri vaxtında mübahisələndirmədən və ya hər hansı formada etiraz etmədən özü hərəkətsizlik göstərmiş və hazırda tərəf olmadığı müqaviləni mübahisələndirməklə tərəflərin iradə ifadəsinə təsir göstərməyə çalışmışdır. Hazırkı iş üzrə bağışlama müqaviləsinin etibarsızlığı üçün qanunla müəyyən edilmiş müqavilənin subyekt tərkibinə, formasına, məzmununa və iradə ifadəsinə dair halların pozulması müəyyən edilmir və iş materiallarına əlavə edilmiş sübutlarla da öz təsdiqini tapmır. Məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.

33. Həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək qət namənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337.1-337.5, 666.1, 667.1, 668.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 9.3, 77.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, bağışlanma müqaviləsi tam qanuna uyğun şəkildə həyata keçirilmiş və iddiaçı tərəfindən bu müqavilənin görünüş xətrinə bağlanması və ya başqa niyyətlə bağlanmasına dair hər hansı bir sübut təqdim edilmədiyi təqdirdə məhkəmə qərəzli, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Bu müqavilənin etibarsızlığına, uydurma olmasına dair heç bir sübut təqdim edilməmişdir. Mülki işdə həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisəli mənzil üzərində pay hüququnun müəyyən edilməməsi barədə qanuni qüvvəsini almış qətnamə olduğu halda, məhkəmə tərəfin sübutetmə vəzifəsini yerinə yetirmədiyinə istinad etmiş və qanunsuz qərar qəbul etmişdir.

35. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

36. İddiaçı1 kassasiya şikayətinə etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

37. Etiraz işin faktiki halları və Mülki Məcəllənin 225.6-cı maddəsi ilə əsaslandırılmışdır. Kassasiya baxışının hədləri:

38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasi ya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətna mənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

40. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

41. Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb e də bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında t ələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

42. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.9-cü maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normala rına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən ap ellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərç ivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə, mübahisələndirilən daşınmaz əmlakın iddiaçı ilə Cavabdeh1 ümumi birgə əmlakları olması, bağışlama müqaviləsi bağlanarkən iddiaçının razılığı alınmadığından bu müqavilənin etibarsız olması nəticəsinə gəlinmişdir.

46. Mübahisəli daşınmaz əmlaka iddiaçının paylı mülkiyyət hüququnun olmaması, qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunan halların nəzərə alınmamasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

47. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2017-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, İddiaçı1 mübahisəli torpaq sahəsinə payının tanınmasına dair iddiası bu əsasla rədd olunmuşdur ki, o, vətəndaşlığı olmayan şəxs olmuş və Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəs inin bir hissəsini öz mülkiyyətində keçirilməsini tələb edə bilməz. Bununla belə, məhkəmə torpaq sahəsinin tərəflərin birgə nikahları müddətində ərarvadın qazancları hesabına əldə olunmasını müəyyən etmişdir.

48. Həmçinin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, qeyd olunan torpaq sahəsi üzərində fərdi yaşayış evi tərəflərin birgə nikahları dövründə inşa edilməklə, nikahları pozulduqdan sonra onun üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 49. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 4.17-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, birgə nikah dövründə əra rvadın ümumi əmlakı hesabına dəyəri ödənilmiş, lakin nikah pozulduqdan sonra ərin (arvadın) sahibliyinə verilmiş, yaxud dövlət reyestrində onlardan birinin adına qeydə alınmış əmlak ərarvadın ümumi əmlakı hesab edilməlidir. Misal üçün ər-arvad nikahda olduqları dövrdə onların əmlakı hesabına dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi nikah pozulduqdan sonra ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, bu ümumi əmlak hesab edilir.

50. Beləliklə, mübahisəli daşınmaz əmlak birgə nikah dövründə əldə edildiyindən və inşa olunduğundan, Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasına baxmayaraq, həmin əmlaka iddiaçının da paylı mülkiyyət hüququ olmuşdur. Odur ki, sonuncunun razılığı olmadan həmin əmlaka dair bağlanmış müqavilə Mülki Məcəllənin 225.6-cı mad dəsinin tələbinə əsasən etibarsızdır.

51. İddiaçı tərəfindən Mülki Məcəllənin 36.9-cu maddəsi ilə müəyyən olunan iddia müddətinin ötürülməsinə dair kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2019-cu il 29 iyul tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya b ilməli olduğu gündən hesablanır. Konstitusiya Məhkəməsi həmin qərarında göstərmişdir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.

52. Hazırkı iş üzrə tərəflərin nikahları 08 iyun 2016-cı il tarixdə pozulsa da, iddiaçının əmlakla bağlı hüquqları mübahisələndirilən müqavilə bağlanılarkən, yəni 28 fevral 2023-cü il tarixdə pozulmuşdur. Hazırkı iddia isə 26 sentyabr 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur.

53. Digər tərəfindən, birinci instansiya məhkəməsi idd ian rədd edərkən Ailə Məcəlləsinin 36.9-cu maddəsi ilə nəzərdə tutulan 3 illik iddia müddətinin ötürülməsinə istinad etsə də, cavabdeh tərəfin Mülki Məcəllənin 375-ci maddəsinə uyğun olaraq iddia müddətinin tətbiqinə dair ərizə verməsi iş materiallarından müəyyən olunmur.

54. Bu səbəbdən, məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallar ını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(103)-3981/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar