Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6030/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının düzgün hesablanmaması, maddi və mənəvi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələblər irəli sürməyən üçünc ü şəxs qismində cəlb edilməklə) “əmək haqqının düzgün hesablanmaması nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-141/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2005-ci il tarixindən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin X1 Məlumatların hazırlanması və mübadiləsi şöbəsində aparıcı mütəxəssis, baş mütəxəssis və bir müddət müvəqqəti olaraq şöbə rəisi əvəzi vəzifələrində çalışmışdır.
2. Ətraf M ühit üzrə Milli Monitorinq Departamentinin 142\k saylı, 27 may 2016cı il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) uyğun olaraq tutduğu vəzifədən azad olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə qarşı “əmək haqqının düzgün hesablanmaması nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentində işlədiyi dövrdə əmək haqqı düzgün hesablanmadığından dəymiş maddi ziyan əvəzi 20000 (iyirmi min) manatın və mənəvi ziyan əvəzi 30000 (otuz min) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildə işə başlayarkən ailə üzvlərinin sayı üç nəfər olmuş, lakin 2008-ci ildən ailə üzvlərinin sayı artaraq dörd nəfər olmuşdur. Bununla əlaqədar olaraq, iddiaçı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən vergi güzəştləri tətbiq edilməsi üçün zəruri olan müvafiq sənədləri Departamentə təqdim etsə də, Departament bunu nəzərə almamış, tətbiq edilməli olan vergi güzəştlərini iddiaçıya münasibətdə tətbiq etməmişdir. İddiaçının hesablamasına görə, Departamentin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində ona 20000 manat məbləğində maddi zərə r dəymişdir ki, həmin məbləğ Departament tərəfindən ona ödənilməlidir. Departamentin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində ona mənəvi zərər də dəymişdir. O, hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə Departamentdən onun xeyrinə 30000 manat məbləğində pul tutulmalıdır.
5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrə əsasən, iddiaçı xx.xx.2016-cı il tarixdə cavabdeh Departamentinin direktoruna müraciət edərək, ona ödənilməli olan əmək haqqından tutulan vergi hesablanarkən qanunla müəyyən edilmiş vergi güzəştlərinin həyata keçirilməsi və bu qaydanın yarandığı andan indiyə qədər əmək haqqının yenidən hesablanaraq fərq məbləğin ona ödənilməsi barədə sərəncam verilməsini xahiş etmiş, həmçinin xx.xx.2016-cı il tarixli ərizə ilə müraciət edərək xx.xx.2016-cı il tarixli, Ə-86 saylı ərizəsi ilə əlaqədar olaraq xx.xx.2008-ci il tarixdən himayəsində olan ailəsinin üç nəfərinin bu günə olan durumunu, yəni hələ də himayəsində olmasını bildirən sənədləri cavabdeh Departamentə təqdim etmişdir.
6. Birinci instansiya məhkəməsinə təqdim edilmiş “Təsdiq olunmuş maliyyə üzrə çıxarışa əsasən, 2005-ci ildə iddiaçının 930632 (köhnə miqyasda) manat məbləğində olan ümumi gəlirindən 99168 (köhnə miqyasda) manat tutularaq Departament tərəfindən ona yekun olaraq 864874 (köhnə miqyasda) manat ödəniş edilmiş, 2006-cı ildə iddiaçının 659,24 (yeni miqyasda) manat məbləğində olan ümumi gəlirindən 70,29 (yeni miqyasda) manat tutularaq ona yekun olaraq 588,95 (yeni miqyasda) manat, 2007-ci ildə 1349,8 manat məbləğində olan ümumi gəlirindən 205,64 manat t utularaq ona yekun olaraq 1144,16 manat, 2008-ci ildə 1614,85 manat məbləğində olan ümumi gəlirindən 197,62 manat tutularaq ona yekun olaraq 1.417,23 manat, 2009-cu ildə 1954,34 manat məbləğində olan ümumi gəlirindən 255,84 manat tutularaq ona yekun olaraq 1698,5 manat, 2010-cu ildə 1924,4 manat məbləğində olan ümumi gəlirindən 245,95 manat tutularaq ona yekun olaraq 1678,45 manat, 2011-ci ildə 2161,5 manat məbləğində olan ümumi gəlirindən 318,74 manat tutularaq ona yekun olaraq 1842,76 manat, 2012-ci ildə 2.349 manat məbləğində olan ümumi gəlirindən 259,41 manat tutularaq ona yekun olaraq 1989,59 manat, 2013-cü ildə 2.434,58 manat məbləğində olan ümumi gəlirindən 335,85 manat tutularaq ona yekun olaraq 2098,73 manat, 2014-cü ildə 2492 manat məbləğində olan ümumi gəlirindən 339,67 manat tu tularaq ona yekun olaraq 2152,33 manat, 2015-ci ildə 2901,16 manat məbləğində olan ümumi gəlirindən 405,59 manat tutularaq ona yekun olaraq 2495,57 manat, 2016-cı ildə 1286,69 manat ümumi gəlirindən 152,63 manat tutularaq ona yekun olaraq 1134,06 manat ödəniş edilmişdir. 7. 2016-cı il üzrə təsdiq olunmuş maliyyə üzrə çıxarışa əsasən, 1286,69 manat ümumi gəlirindən 152,63 manat tutularaq iddiaçıya yekunda 1134.06 manat məbləğində ödəniş edilmişdir. 2016-cı ildə iddiaçının işlədiyi aylar üzrə ümumi gəlirinin 14 %-i gəlir vergisinə (96,66 manat), 3%-i DSMF-ə (37,02 manat), 2 %-i isə həmkarlar ittifaqı təşkilatına üzvlük haqqı (7,04 manat) kimi hesablanmışdır. Həmin çıxarışdan görünür ki, may ayı üzrə iddiaçıya 65,48 manat gəlir vergisi hesablanmış və həmin məbləğ onun əmək haqqından tutulmuşd ur.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
9. Məhkəmənin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq göndərilmiş xx.xx.2019-cu il tarixli 19/166 nömrəli məktubda bildirilmişdir ki, sabiq əməkdaşları İddiaçı 2005-ci ildən 2011-ci ilədək Azərbaycan Respublikası Beynəlxalq Bankı və 2011-ci ildən 2016-cı ilədək Kapital Bank vasitəsilə ödənilən əmək haqqını almışdır.
10. Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2707/2019 nömrəli, 12 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Quliyev) iddia rədd olunmuşdur.
11. Birinci ins tansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, iddiaçının 2005-2016-cı il üzrə aylıq əmək haqqından aylıq vergi tutulmalı olan məbləğ hər il üzrə tutulsa da, onun ən yuxarı həddi il üzrə 250,49 manatdan yuxarı olmamışdır. Göründüyü kimi, iddiaçının əmək haqqından aylıq vergi tutulmalı olan məbləğləri az olduğundan aylıq gəliri 50 manat məbləğində azaldılması ilə bağlı vergi qanunvericiliyinin müvafiq normasının tətbiqi üçün əsas olmamışdır.
12. Bundan başqa, iddiaçı iddia tələbinin əsaslandırılması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən yoxlama aparılması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin m aliyyə nöqsanına yol verməsilə bağlı sübut da təqdim edə bilməmişdir.
13. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı iddia əsassız olmaqla rədd edildiyindən, bu tələbin əsaslı olduğu halda mənəvi zərər hissəsində iddianın əsaslılığı nəzərdən keçirilə bilər. Bununla belə “mənəvi ziyanın ödənilməsi tələbi”nə dair onun mənəvi sarsıntılar keçirməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddia tələbi iddiaçıya vurulmuş mənəvi ziyanın tutulması hissəsində də əsassızdır və təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 125, 127, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Ple numunun xx.xx.2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamədə qeyd edilir ki, vergi Məcələsinin 102.2-ci maddəsinə görə himayəsində azı üç nəfər olan ər və arvad birinin vergi tutmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Sonrakı abzasda isə deyilir: “İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, iddiaçının 2005-2016-cı il üzrə aylıq əmək haqqından aylıq vergi tutulmalı olan məbləğ hər il üzrə tutulsa da, onun ən yuxarı həddi 250,49 manatdan yuxarı olmamışdır. Güründüyü kimi, iddiaçının əmək haqqından aylıq vergi tutulmalı olan məbləğləri az olduğundan aylıq gəliri 50 manat məbləğində azaldılması ilə bağlı vergi qanunvericiliyinin müvafiq normasının tətbiqi üçün əsas olmamışdır. Heç bir qanun əsası olmadan, məhkəmənin təşəbbüsü ilə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Himayəsində üç nəfər olan işçinin, 196 manatlıq əmək haqqı illər boyu düzgün hesablanmır, gecikdirilir, haqqıhesab sənədləri təqdim edilmirsə, mənəvi sarsıntı və iztirab keçirdiyi sübut etməyin yeri yoxdu r.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən onlara müraciət edildikdən sonra yoxlama aparıldı və aparıımış yoxlama zamanı iddiaçının qeyd etdiyi hər hansı nöqsan aşkar edilmədi.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-12088/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gə ldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya instansiya məhkəməsindəki ikinci icraat
20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
22. Azərbaycan Respu blikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)2954/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), V.Həsənov və Ə.Əhmədov) kasasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və mülki işə yenidən apellyasiya qaydasında baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
23. İşi yeni apelyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.5-ci maddəsinə istinad edərək onunla əsaslandırmışdır ki, İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, iddiaçının 2005-2016-cı il üzrə aylıq əmək haqqından aylıq vergi tutulmalı olan məbləğ hər il üzrə tutulsa da, onun ən yuxarı həddi il üzrə 250,49 manatdan yuxarı olmamışdır. Göründüyü kimi iddiaçının əmək haqqından aylıq vergi tutulmalı olan məbləğləri az olduğundan aylıq gəliri 50 manat məbləğində azaldılması ilə bağlı vergi qanunvericiliyinin müvafiq normasının tətbiqi üçün əsas olmamışdır.
24. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində Vergi Məcəlləsinin 102.5ci maddəsinə düzgün istinad etsə də, həmin maddənin mahiyyəti üzrə araşdırma aparmamış, iddia tələbinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, iddia tələbinin dəlilləri üzrə düzgün hüquqi nəticəyə gəlmək üçün mütəxəssis və ya ekspert rəyinin alınmasının zəruriliyini müzakirə etməmişdir. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
25. Apellyasiya icraatı zamanı apelyasiya instansiya məhkəməsinin xx.xx.2020ci il tarixli qərardadı ilə təyin edilmi ş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2021-ci tarixli 9/5619 nömrəli rəyinə əsasən iş materiallarında olan sənədlər və mütəxəssis rəyi nəzərə alınmaqla qeyd edilənlərlə əlaqədar, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən güzəşt hüququnun müvafiq sənədlərin təqdim edildiyi andan başladığını, eləcə də, İddiaçı tərəfindən sənədlərin cavabdeh Departamentə xx.xx.2016-cı il tarixdə təqdim edildiyini nəzərə alaraq, yalnız xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə əmək haqqı hesablanması zamanı Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən vergi tutulmalı aylıq gəliri 50 manat məbləğində azaldıla bilər. Belə olan təqdirdə İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün əmək haqqı hesablanması zam anı Vergi Məcəlləsinin 102.5-ci maddəinə əsasən güzəşt hüququ verilə bilər.
26. İddiaçının vəsatəti ilə apelyasiya instansiya məhkəməsinin xx.xx.2021-ci il qərardadı ilə təyin edilmiş əlavə ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/555 saylı rəyə əsasən, iş materiallarında olan sənədlər və mütəxəssis rəyi nəzərə alınmaqla Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən güzəşt hüququnun müvafiq sənədlərin təqdim edildiyi andan başladığını, eləcə də, İddiaçı tərəfindən sənədlərin cavabdeh Departamentə xx.xx.2016-cı il tarixdə təqdim edildiyini nəzərə alaraq, yalnız xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə əmək haqqı hesablanması zamanı Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən vergi tutulmalı aylıq gəliri 50 manat mə bləğində azaldıla bilər. Belə olan təqdirdə İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək tutulmalı olan vergi məbləği 58,48 manat ((603,74-136.03) x 14%) təşkil edir.
27. İddiaçı 29 aprel 2021-ci il tarixli ekspert rəyinə etiraz təqdim edib rəy ilə razılaşmayaraq göstərmişdir ki, ekspert zəruri olan sənədlər olmadan tədqiqat apararaq rəy vermişdir. Həmin sənədlər olmadan aparılmış tədqiqatın nəticəsi kimi verilmiş rəy mötəbər hesab edilə bilməz.
28. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-141/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni İddiaçı Cavabdehnə qarşı irəli sürdüyü iddianın “əm ək haqqının düzgün hesablanmaması nəticəsində dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” hissəsinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın “əmək haqqının düzgün hesablanmaması nəticəsində dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” hissəsi qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün artıq tutulmuş gəlir vergisi, yəni 7 (yeddi) manat Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, bu tələbin qalan hissəsi təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissəsi, yəni İddiaçı Cavabdehnə qarşı irəli sürdüyü iddianın “əmək haqqının düzgün hesablanmaması nəticəsində dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” hissəsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
29. İşə yenidən baxan apelyasiya instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli, 9/555 saylı ekspert rəyinə və 2016-cı il üzrə təsdiq olunmuş maliyyə üzrə çıxarışına istinad edərək qeyd etmişdir ki, həmin ekspert rəyi və maliyyə arayışına əsasən iddiaçıdan tutulmalı olan məbləğ (65,48 – 58,48=) 7 manat artıq hesablanmışdır. İddiaçı daha artıq məbləğdə vergi hesablandığını bildirsə də, bu halı təsdiq edəcək sübutları təqdim edə bilməmişdir.
30. İddiaçının ekspert rəyinə qarşı verdiyi etirazla əlaqədar qeyd etmişdir ki, materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsi nə əsasən güzəşt hüququnun müvafiq sənədlərin təqdim edildiyi andan başladığını, eləcə də, İddiaçı tərəfindən sənədlərin cavabdeh Deparlamentə xx.xx.2016-cı il tarixdə təqdim edildiyini nəzərə alaraq, yalnız xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə əmək haqqı hesablanması zamanı Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən güzəşt hüququ verilə bilər.
31. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya vergi güzəştinin düzgün hesablanmaması ilə bağlı vurulmuş ziyan güzəştin hesablanmasına əsas verən hallara dair lazımı sənədləri təqdim etdiyi andan hesablana bilər. Yəni hazırki halda iddiaçı həmin sənədləri xx.xx.2016-cı il tarixdə təqdim etdiyi üçün, xx.xx.2016-cı il tarixdən xx.xx.2016cı il tarixədək (işdən çıxan) olan müddətə görə vergi güzəştinin düzgün hesablanmaması ilə bağlı vurulmuş ziyanı tələb edə bilər. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili qismən əsaslıdır.
32. İddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi barədə dəlilini də məhkəmə kollegiyası əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b)
35. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi
36. Maddə 102.5. Qohumluq dərəcə sindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.
37. Maddə 102.6. Aşağıdakılar himayədə olanlara aid edilmirlər: -təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa); - dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar); -xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar.
38. Maddə 102.7. Fiziki şəxsin bu Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.
39. Maddə 102.8. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müq aviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 8 №-li qərarı.
41. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
42. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkət sizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 43 Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 30 Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan iddiaçının kassasiya şikayəti əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. İddiaçının kassasiya şikayətində göstərilən həm iddia ərizəsində, həm də apellyasiya şikayətində irəli sürülən dəlillərlə eyni məzmunludur. Həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, təkrar qiymət verilməsinə zərurəit görmür.
51. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlardan hansınn mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu bar ədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-141/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.