Məhkəmə qərarları › İş №2(102)-6031/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6031/2019

25.09.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6031/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X15 oğlunun katibliyi, İddiaçı, onun vəkili FFFnun, Cavabdeh və onun vəkili Kərimov İmran Kərim oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı və YYY, X10, X7 və X3 üçüncü şəxs qismində cəlb edildiyi “qanun üzrə vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması və miras əmlakda pay ın müəyyən edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 may 2019-cu il tarixli 2(103)-5056/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili FFF tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs YYYna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 31.07.2008-ci ildə YYYndan miras əmlak - Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 27/255 ünvanında yerləşən mənzilə almış olduğu qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü sayıb uzadılması və qeyd olunan ünvanda yerləşən miras əmlakın ¼ payının qanun üzrə vərəsəlik şəhadətnaməsin in iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən X10 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar. İddiaçı tələbini belə əsaslandırmışdır ki, atası X11 10.04.1961-ci il tarixdə anası X2 ilə nikaha daxil olaraq ailə qurmuş və onların birgə nikahdan Ədalət, Səadət, Fikrət və Nəzakət adlı uşaqları doğulmuşlar. Atası 11.02.1995-ci il tarixdə, anası isə 09.09.2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişlər, anası X2 vəfat etdikdən sonra, iddiaçı və mərhumun digər övladları belə qərara gəlmişlər ki, onun kiçik qardaşı, iş üzrə Cavabdeh ailəli olduğuna və kirayədə qaldığına görə, gəlib miras olan ünvan 1 ünvanında yerləşən evdə qalsın. Həmin miras əmlak 25.07.1998-ci il tarixdə onun anası 111 nın adına özəlləşdirilmiş və bu barədə Dövlət Reyestr Xidmətindən qeydiyyat vəsiqəsi verilmişdir. Lakin, həmin sənəd itirildiyinə görə, böyük qardaşı FFF 04.01,2015-ci il tarixdə qeydiyyat vəsiqəsinin dublikatını almışdır. O düşünmürdü ki, Cavabdeh ondan xəbərsiz miras əmlaka görə qanun üzrə vərəsəlik şəhadətnaməsini və çıxarışı öz adına ala bilər. O, miras əmlak olan evin plana düşməsini, söküldüyü vaxt öz miras payını alacağına ümid edirdi. Lakin, böyük qardaşı Ədalət evin satılıb paylara bölünməsini istəmişdir, bu səbəbdən də, o, evin satışı ilə bağlı elan vermiş, lakin qiymətlə razılaşmadığından evi satmamış, gözləmişdir ki, ev plana düşər, o da payını alar. 17.01.2018-ci il tarixdə Bakı şəhər 9 saylı notariat kontorunda olarkən ona məlum olmuşdur ki, qardaşı - Cavabdeh 31.07.2008-ci i l tarixdə miras əmlaka vərəsəlik şəhadətnaməsi və çıxarış almışdır. O, həmin şəhadətnaməni alarkən, notariat kontoruna düzgün məlumat verməmiş, ərizəsində göstərmişdir ki, ondan başqa həmin miras əmlakın, yəni mənzilin qeydiyyat vəsiqəsi və texniki pasportunun əsli onda olmasına baxmayaraq, cavabdeh Reyestr xidmətindən anasının adına həmin sənədlərin dublikatını alıb notariat kontoruna təqdim etmişdir. Göründüyü kimi, o, digər vərəsələr cavabdehin xeyrinə miras payların qəbul etməkdən imtina barədə ərizə vermədikləri halda cavabdeh miras əmlakı bütövlükdə öz adına keçirmişdir və bu barədə çıxarış almışdır. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbi iddia ərizəsində qeyd etdiyi hallara görə uzadılmalı və miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Ş.Musta fayev küçəsi, ev 27/255 ünvanında yerləşən evin cavabdehin adına olan qanun üzrə vərəsəlik şəhadətnaməsi və çıxarışın etibarsız hesab edilməli və miras əmlakın ¼ % hissəsinə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən Ramin Quliyev) 20.04.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddiamın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, İkram Şirinov) 14.09.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 20.04.2018-ci il tarixli qətnaməsi dəyişdirilməd ən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir, Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Qəhrəman Allahverdiyev - sədrlik edən və məruzəçi, İlqar Xələfov, Ənvər Şadiyev) 06.02.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14.09.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 08.05.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1381/2018 saylı iş üzrə 20.04.2018-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı və YYY, X10, X7 və X3 üçüncü şəxs qismində cəlb edildiyi qanun üzrə vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması və mirasın miras əmlakda payın müəyyən edilməsi tələblərinə dair iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı və vəkili FFF kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək yalnız Cavabdeh apellyasiya şikayətində göstərdiyi hallar məhkəmə baxış ının predmeti olmuş, işin faktiki hallarına nəzər yetirilməmiş, işə birtərəfli baxılaraq iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili FFF kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Kərimov İmran Kərim oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə ə sasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159, 1243.1, 1246, 1248.1-ci maddələrinə əsasən işin materialları üzrə gəldiyi nəticələrə əsasən miras qoyan X2 2007-ci ildə vəfat etdikdən sonra miras əmlak olan ünvan 2 ünvanda yerləşən evdə Cavabdeh yaşamış və mirası faktik olaraq o qəbul edib idarə etmişdir. Qanunla müəyyən olunmuş qaydada notariat orqanına müraciət edərək, miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnam ə və bunun əsasında evin çıxarışını almışdır. İddiaçı miras qoyanın birinci növbəli vərəsəsi olmasına baxmayaraq, qanunla nəzərdə tutulmuş müddətdə vərəsəliyin tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı notariat orqanına müraciət etməmiş, miras əmlakı faktik olaraq qəbul etməmiş və idarə etməmişdir. Həmçinin də apellyasiya instansiyası məhkəməsi bu nəticəyə də gəlmişdir ki, vərəsəliyin tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün iddiaçı qanunla müəyyən olunmuş müddətdə və qaydada notariat kontoruna müraciət etməli və ya miras əmlakı faktik qəbul etməli olsa da, hər iki əsas işin müəyyən olunmuş halları ilə sübut olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, mə hkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsini ləğv edilməsi nəticəsinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin materiallarından görünür ki, X11 ilə YYY(LLL qızı 10.04.1961-ci ildə rəsmi nikaha daxil olmuş, onların birgə nikahlarından 01.02.1963-cü il təvəllüdlü X8, 26.08.1964-cü il təvəllüdlü X10, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh və 07.06.1969-cu il təvəllüdlü X9 doğulmuşdur. X17 oğlu 11.02.1995-ci il tarixdə, arvadı YYY(LLL qızı isə 09.09.2007-ci il tarixdə vəfat etmişlər. YYY(LLL qızının ölümündən sonra ondan ünvan 3 ünvanında yerləşən 27/255 nömrəli fərdi yaş ayış evi miras qalmışdır. Cavabdeh 29.07.2008-ci il tarixdə notariat orqanına ərizə verərək, ondan başqa heç bir vərəsənin olmadığını bildirmiş və miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş, 31/Vİİ-2008-ci il tarixdə öz adına qanun üzrə vərəsəlik şəhadətnaməsi almış və həmin şəhadətnamə əsasında evi mülkiyyətinə keçirmişdir. Qeyd edilən qanun üzrə şəhadətnamə verilərkən miras qoyanın digər vərəsələrin - 01.02.1963-cü il təvəllüdlü X3, 26.08.1964-cü il təvəllüdlü X6 və 07.06.1969-cu il təvəllüdlü X4 olması notariat orqanından gizlədildiyindən, sonuncular onlara çatası miras əmlakdan məhrum olmuşlar. Cavabdeh F. Qasımov iddia ərizəsinə yazılı etirazında notariusa müraciət edən vaxt bütün vərəsələr barədə məlumat verdiyini, hətta notariusun vərəsələri cağırdığını, lakin onların heç birinin gəlmədiyini, buna görə də, şəhadətnamənin ona verildiyini göstərsə də, bu fakt iş materiallarındakı 29.07.2008-ci il tarixli notariat orqanına verilmiş ərizə ilə təkzib edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi miras qoyan X1 2007-ci ildə vəfat etdikdən sonra miras əmlak olan ünvan 2 ünvanda yerləşən evdə yalnız Cavabdeh yaşaması və mirası faktik olaraq onun qəbul edib idarə etməsi qənaətinə gələrkən bu qənaətinin təsdiqi kimi cavabdehin hansı mötəbər sübutlarına istinad etməsini əsaslandırmamış, cavabdehin özündən başqa digər vərəsələrin olmadığı barədə notariusa bu məzmunlu ərizə verməsinin səbəblərini araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoya nın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının notariat orqanına verilən ərizədə vərəsə kimi adının qeyd edilməsi müəyyən hüquqi nəticələrin baş verməsi ilə nəticələnəcəkdi. Çünki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan nota rius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Həmin maddənin 2-ci hissəsinə əsasən mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi iddiaçının miras əmlakın qəbulu müddətinin hansı üzürlü səbəblərdən buraxıldığını araşdırmamış, cavabdehin birinci instansiya məhkəməsinin 01.03.2018-ci il tarixli məhkəmə iclasında iddiaçıya payını verməyə hazır olduğunu, onun evdə payının olduğunu inkar etmədiyini, ev sökülən kimi ona ödənilən kompensasiyadan bacısının payını ona ödəyəcəyini bildirməsini, bu barədə yazılı barışıq sazişi tərtib edərək, onu imzaladığını, yəni iddianı etiraf edən hərəkətlər etdiyini nəzərə almamış, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallara, təqdim etdiyi sübutlara, yəni, YYYnda miras qoyan X2 barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsini tam müəyyənləşdirilməməsinə, mirasın açıldığı yerdə olan yaxud olmayan vərəsələrin axtarılması üçün m üvafiq tədbirlər görülməməsinə, notariusun yalnız iş üzrə cavabdehin özündən başqa digər vərəsələrin olmadığı barədə doğru olmayan ərizəsi ilə kifayətlənməsinə, qanun üzrə vərəsəliyi qəbul edən, hazırki iş üzrə cavabdehin öz maraqları naminə digər qanun üzrə vərəsə olan iddiaçı barəsində notariusa məlumat verməməklə MM-nin 1300-cu maddəsinin, notariusun isə həmin məcəllənin 1318-ci maddəsinin tələblərini pozub-pozmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası mübahisəli evin cavabdeh tərəfindən qızına bağışlanması və mənzilin hal-hazırda 000nın mülkiyyətində olması ilə bağlı qeyd edir ki, həmin bağışlama hazırki iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra mübahisəyə baxılan dövrdə həyata keçirilmiş və birinci instansiya məhkəməsinin 20.04.2018-ci il tarixli qətnaməsi elan edilməzdən 3 gün əvvəl daşınmaz əmlakın dövlət reyestrində 000nın adına qeydə alınmış, lakin bu barədə cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə heç bir məlumat verməmişdir. Halbuki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxar ıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnam ə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməli, araşdırılmış hallar əsasında cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasının faktının olub-olmamasını, buna uyğun da sonuncunun hazırki iş üzrə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respu blikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili FFF tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 may 2019-cu il tarixli 2(103)5056/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar