Məhkəmə qərarları › İş №2(102)-6037/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6037/2019

24.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6037/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X9 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun nümayəndəsi X7, vəkili X8, üçüncü şəxs “xxxx” KB ASC vəkili X5 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsindən X1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-4674/2018, hakim R.N.Quliyev) iddiaç ı X1 cavabdeh “xxxx” MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-3832/2019, hakimlər F.F.Babayev, X.A.Mərdanova, E.M.Həsənov) X1 apellyasiya şikayəti təmin edilməmiş,qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixl icra vərəqəsinə əsasən X7 və X3 müştərək qaydada 03.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 40.536 ABŞ dolla rı, X7 və X4 müştərək qaydada 30.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 16.061 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə “xxxx” KB ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka predmeti olan X1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 8 nömrəli evin 182 saylı mənzilinə yönəldilməli, həmin mənzil ilkin satış qiyməti 165.240 manat müəyyən edilməklə açıq hərraca çıxarılmalı, mənzil açıq hərracda satıldıqdan sonra mənzildə qeydiyyatda olan şəxslər mənzildən çıxarılmalıdır. “xxxx” MMC-nin hərracın yekunları barədə 07.08.2018-ci il tarixli protokoluna əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixl icra vərəqəsinin, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 25.04.2018-ci il tarix li sifariş məktubunun və “xxxx” KB ASC-nin 06.08.2018-ci il tarixli məktubunun icrasına əsasən X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 8 nömrəli evin 182 saylı mənzili təkrar hərracdan tələbkar “xxxx” KB ASC tərəfindən 105.340 manata alınmışdır X6 04 sentyabr 2018-ci il tarixdə “xxxx” MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın onun və yaxın qohumlarının iştirakı ilə yenidən keçirilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını poz muş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, “xxxx” MMC tərəfindən hərrac formal keçirilmiş və onun keçirilməsində mülkiyyətçi kimi onun və digər yaxın qohumlarının iştirakları təmin edilməmiş, real bazar qiyməti 200.000 manatdan yuxarı olan mənzili 105.000 manata banka satılmışdır. Beləliklə o, qanunsuz olaraq yeganə yaşayış yerindən məhrum edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, üçüncü şəxsin vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını ona məxsus olmuş mənzilə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi təşkil edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona hərracın keçirilməsi barədə heç bir məlumat verilməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsi ilə hərracın keçirilmə qaydası müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə hərracın təşkilatçısı hərracın keçirilm əsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində elan dərc etdirilməli və bununla bərabər ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir. İş materiallarından göründüyü kimi “xxxx” MMC tərəfindən əmlakın satış qiyməti və hərracın keçirilmə vaxtı və yeri göstərilməklə iddiaçının ünvanına göndərilmiş 25 may 2018ci il, 08 iyun 2018-ci il və 13 iyul 2018-ci il tarixli bildirişlər həmin ünvanda təhvil alınmış, “Birja yenilikləri” qəzetinin 25-31 may 2018-ci il tarixinə olan 117 saylı buraxılışında mənzilin ilkin satış qiyməti 165.240 manat olmaqla, 25 iyun 2018-ci il tarixdə saat 11:00-da hərraca çıxarıcalağı barədə hərracın keçiriləcəyi yer göstərilməklə dərc edilmişdir. Həmin qəzetin 13-19 iyul 2018-ci il tarixinə olan 124 saylı buraxılışında mənzilin 25 iyul 2018-ci il tarixə təyin edilmiş ilkin hərrac baş tutmadığından 30 iyul 2018-ci il tarixdə saat 11:00-da satış qiyməti 140.454 manat olmaqla təkrar hərraca çıxarılacağı barədə elan dərc edilmiş, 03-09 avqust 2018-ci il tarixinə olan 127 saylı buraxılışında isə mənzilin satış qiyməti 105.340 manat olmaqla yenidən hərraca çıxarılacağı barədə məlumat verilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar, əmlakın satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçiirlmə qaydası, əmlakın satış qiyməti ilə bağlı ona yazılı bildiriş göndərilməməsi, yəni hərracın qanunsuz keçirilməsi barədə dəlilləri iş materialları ilə təsdiq edilməmişdir. Beləliklə, hərrac «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydalara riayət edilməklə keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəm əsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar