Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6039/2019 03.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Ələsgərov Ziya Camal oğlu və Cavabdeh1 vəkili Abiyev Elman Oruc oğlunun iştirakı ilə, Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1369/2019 nömrəli iş üzrə 01 may 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hаkim A.A.İsmayılov) 2(033 )-1619/2017 nömrəli, 30 noyabr 2017-ci il tаrixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsinin Şəki RQİ və TBŞ-nə qarşı “Mercedes Benz E 220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair Cavabdeh1 ilə bağlanmış 08.10.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bunun əsasında 08.102016-cı il tarixdə verilmiş AC seriyalı 734705 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “xxxx” MMC-nə hüquqi xidmət haqqı olaraq ödənilmiş 1000 (bir min) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, ümumilikdə isə 1030 (bir min otuz) manatın ödənilməsi və “Mercedes Benz E 220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması şəhadətnaməsinin ləğv edilməsi tələbi bаrədə” iddiаsı təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın (hakim İ.F.Quliyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) 2(107)-1346/2018 nömrəli, 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı na münasibətdə dəyişdirilmədən, onun nümayəndəsi və vəkili Ələsgərov Ziya Camal oğlunun apellyasiya şikayəti təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1619/2017 nömrəli, 30 noyabr 2017-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər T.Q.Aleksandrovna (sədrlik edən və məruzəçi) Ə.A.Mirzəliyev və G.A.Quliyev) 2(102)-32/2019 nömrəli iş üzrə 17 yanvar 2019-cu il tarixli qərarı ilə iddiaçı İddiaçı tərəindən verilmiş kassasiya şikayə tinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi MK-nın 2(107)-1346/2018 nömrəli, 16 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi MK-nın (hakim A.A.Mahmudov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və V.İ.Məlikov) 2(107)-1369/2019 nömrəli, 01 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı nümayəndəsi və vəkili Ələsgərov Ziya Camal oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tаrixli, 2(033)-1619/2017 nömrəli qətnaməsi qismən- yəni “Mercedes Benz E 220 CDİ” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə bağlanmış 08.10.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibar sız hesab edilməsi, həmin avtomobilə dair verilmiş AC seriyalı xxxxx nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, “Mercedes Benz E 220 CDİ” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə bağlanmış 08.10.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və həmin avtomobilə dair verilmiş AC seriyalı 734705 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməsi, “Mercedes Benz E 220 CDİ” minik markalı 62 BK 980 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı qaytarılması, qətnamə qalan hissədə- “xxxx” MMC-yə hüquqi xidmət haqqı olaraq ödənilmiş 1000 (bir min) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, ümumilikdə isə 1030 (bir min otuz) manatın ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsinin Şəki RQİ və TBŞ-nə qarşı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus 2000-ci il buraxılışlı “Mercedec E220 CDİ” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında 09.10.2015-ci il tarixdə X8 verilmiş, əvəzində isə X11 məxsus ünvan1 kəndi “Bağlar massivi” adlanan ərazidə yerləşən 10 sot torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi barədə razılıq əldə edilmiş və bununla bağlı şahidlərin iştirakı ilə akt tərtib edilmişdir. X18 aralarındakı əqdi pozduğuna və torpaq sahəsini onun adına keçirməkdən imtina etdiyinə görə ona qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırılaraq, mülkiyyətində olan 2000-ci il buraxılışlı “Mercedec E 220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması tələb edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)5990/2016 nömrəli 27 aprel 2016-cı il tarixli qərardadı ilə iddianın təmin etmə tədbiri qismində ona məxsus “Mercedes E 220” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsinə həvalə edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19. 07.2016-cı il tarixli qətnaməsi ilə onun iddia ərizəsi qismən təmin edilərək, “Mercedec E220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilinin X2 alınaraq, ona geri qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)8457/2016 nömrəli 27 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, məhkəmədə əmlak tələbi ilə bağlı iddia qaldırılanadək onun adından verilmiş bütün etibarnamələr 06.04.2016-cı il tarixdə ləğv edilmiş və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsinə məlumat verilmişdir. Bütün bunlara baxmayaraq, mülkiyyətində olan avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsinin Şəki Rayon Qey diyyat İdarəsi və TBŞ tərəfindən alqı-satqı müqaviləsi əsasında 08.10.2016-cı il tarixdə Cavabdeh1 adına sənədləşdirilməklə, ** BK *** dövlət qeydiyyat nişanı ilə təhciz olunmuşdur. Həmin alqı-satqı müqaviləsi onun razılığı olmadan qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla aparıldığına görə etibarsız hesab edilməli, Cavabdeh1 adına sənədləşdirilməklə ** BK *** dövlət qeydiyyat nişanlı “markalı Mercedes” minik avtomobil alınaraq, ona qaytarılmalıdır. Göstərilənlərə əsasən, “Mercedes Benz E 220 CDİ” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair Cavabdeh1 ilə bağlanmış 08.10.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilə dair verilmiş AC seriyalı 734705 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “xxxx” MMC-nə hüquqi xidmət haqqı olaraq ödənilmiş 1000 (bir min) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, ümumilikdə isə 1030 (bir min otuz) manatın ödənilməsi və “Mercedes Benz E 220 CDİ” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1369/2019 nömrəli iş üzrə 01 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə q əbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Abiyev Elman Oruc oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı, nümayəndəsi və vəkili Ələsgərov Ziya Camal oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 oğıu iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MKnın 2(107)-1369/2019 nömrəli iş üzrə 01 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüq uqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materillarında olan: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli 2(008)- 5990/2016 nömrəli qərardadı ilə iddianın təmin etmə tədbiri qismində İddiaçı məxsus “Mercedes E 220” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtom obilin üzərinə həbs qoyulması və qərardadının icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsinin 11.07.2017-ci il tarixli 01675620-1217 nömrəli məktubunda bildirilir ki, həmin İdarənin Qeydiyyat-İmtahan Şöbəsinin uçot bazasına görə “Mercedes Benz E220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində məhdudiyyət qeydə alınmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsinin Qeydiyyat-İmtahan Şöbəsinin 20.11.2017-ci il tarixli 016-131514-1217 nömrəli məktubunda “Mercedes E220” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə B akı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli 2(008)-5990/2016 saylı qərardadı Baş X29 İdarəsinə daxil olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsindən 11.07.2017-ci il tarixli 01675620-1217 nömrəli məktubuna əlavə edilmiş “Mercedes Benz E220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, həmin avtomobilə dair onun mülkiyyətçisi İddiaçı tərəfindən X9 09.10.2015-ci il tarixdən 09.10.2016-cı il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. Bundan sonra X4 adına 09.10.2015-ci il tarixdən 09.10.2016-cı il tarixədək, X14 09.10.2015-ci il tarixdən 09.10.2016-cı il tarixədək, X10 27.11.2015-ci il tarixdən 09.10.2016-cı il tarixədək, Əhmə dov Ramazan Rəsul oğluna 13.12.2015-ci il tarixdən 09.10.2016cı il tarixədək, Cavabdeh1 26.01.2016-cı il tarixdən 09.10.2016-cı il tarixədək, X3 02.10.2016-cı il tarixdən 09.10.2016-cı il tarixədək və X15 04.10.2016-cı il tarixdən 09.10.2016-cı il tarixədək qüvvədə olan etibarnamələr verilmişdir. Həmin avtomobil alqı- satqı müqaviləsi əsasında 08.10.2016-cı il tarixdə qeydiyyatdan çıxarılmışdır. Avtomobilə 08.10.2016-cı il tarixdə ** BK *** dövlət qeydiyat nişanı və AC734705 nömrəli şəhadətnamə verilmişdir. Avtomobilin sahibi Cavabdeh1dur. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri 39 saylı notariat kontorunda 09.10.2015-ci il tarixdə reyestrdə 8537 nömrə ilə qeydə alınmış “Mercedes Benz E220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyy at nişanlı avtomobilə dair onun mülkiyyətçisi İddiaçı tərəfindən X9 verilmiş 09.10.2015-ci il tarixdən 09.10.2016-cı il tarixədək qüvvədə olan və həmin avtomobil üzərində sərəncam verilməsi səlahiyyətinin digər şəxslərə verilə bilməsini nəzərdə tutan etibarnaməyə 06.04.2016-cı il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsinə ünvanlanmış ünvan 1016-cı il tarixli 167 nömrəli məktubunda İddiaçı mülkiyyətində olan “Mercedes E220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 09.10.2015-ci il tarixdə xxxxxx reyestr nömrəsi ilə X5 adına rəsmiləşdirilmiş etibarnaməyə İddiaçı tərəfindən 06.04.2016-cı il tarixədə xitam verildiyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinin 21.11.2017-ci il tarixli 05/xxxxx nömrəli məktubunda bildirilir ki, “Elektron notariat” informasiya sistemindəki məlumata əsasən, Zaqatala rayon 2 saylı notariat kontorunda İddiaçı mülkiyyətindəki ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Əhmədov Ramazan Rəsul oğlunun adından X1 adına 02.10.2016-cı il tarixdə etibarnamənin təsdiq edildiyi və bu barədə müvafiq məlumatların adıçəkilən sistemdə yerləşdirdiyi müəyyən edilmişdir. Qanunvericiliyə uyğun olaraq, notariuslar hər iş günü ərzində aparılmış notariat hərəkətlərinə dair məlumatları dərhal “Elektron notariat” informasiya sisteminə daxil edirlər, bundan sonra isə Ədliyyə Nazirliyi “Elektron notariat” informasiya sisteminə daxil olmuş məlumatları texniki vasitələrdən istifadə etməklə bir gün müddətində Daxili İşlər Nazirliyinə göndərir. Bakı şəhər i Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli 2(008)-5990/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X8 qarşı avtomobilin qaytarılması və pul tələbinə dair iddiası qismən təmin edilərək, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus “Mercedes E-220” markalı ** UJ *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin və həmin avtomaşına dair texniki pasportun X2 və X11 alınaraq, onun istifadəsinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2016-cı il tarixli 2(103)-8457/2016 nömrəli qətnaməsi ilə cavabdeh X6 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli 2(008)-5990/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respu blikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsinin Şəki Regional Qeydiyyat-İmtahan və X21 rəisi, polis polkovnik-leytenantı Natiq Yaqubovun 18.09.2017-ci il tarixli ***-**** nömrəli məktubunda bildirilir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-in mərkəzləşdirilmiş kompüter bazasına əsasən, ** UJ *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 220” markalı ıninik avtomobili 26.07.2014-cü il tarixdə BDYPİ-in Qeydiyyat-İmtahan Şöbəsində Bakı şəhəri Sabunçu rayonıı Pirşağı qəsəbəsi H.Əliyev küçəsi, ev 4-də qeydiyyatda olan İddiaçı adına qeydiyyata alınmışdır. 08 oktyabr 2016-cı il tarixdə həmin avtomobil Zaqatala rayonu 2 saylı dövlət notariat kontoru tərəfındən 04.10.2016-cı il tarixdə verilmiş və 09.10.2016-cı il tarixədək etibarlı olan ƏN-V- xxxxx nömrəli baş etibarnamə əsasında ünvan2 SMD -20 qəsəbəsində qeydiyyatda olan X16 tərəfındən alqı-satqı müqaviləsi ilə Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olan Cavabdeh1 satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında qeyd edilən avtomobil 08.10.2016-cı il tarixdə ünvan3 kəndində qeydiyyatda olan Cavabdeh1 adına qeydiyyata alınmış və ona ** BK *** dövlət qeydiyyat nişanları və AC 734705 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeyd olunan avtomobil qeydiyyata alınarkən üzərində heç bir məhdudiyyət olmamışdır. Zaqatala rayonu 2 saylı notariat kontorunda 04.10.2016-cı il tarixdə 7E-xxxxx reyestr nömrəsi ilə qeydiyyata alınmış etbarnamədən görünür ki, mülkiyyətçi İddiaçı adından X12 tərəfindən Vəliyev Əhməd Mərdan oğluna “Mercedes E220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam vermək səl ahiyyətlərini nəzərdə tutan 09.10.2016-cı il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. 08.10.2016-cı il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı İddiaçı adından X19 alıcı Cavabdeh1 2000-ci il buraxılışlı, “Mercedes Benz E220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilni 7500 (yeddi min beş yüz) manata satmışdır. Şəki RQİ və TBŞ tərəfindən 08.10.2016-cı il tarixdə verilmiş AC seriyalı 734705 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, 2000-ci il buraxılışlı, sedan tipli, ağ rəngli “Mercedes Benz E220 CDİ” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ünvan3 kəndində qeydiyyatda olan Cavabdeh1 mülkiyyətindədir. Apellyasiya məhkəməsinin sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş Zaqatala rayon 2 saylı notariat ofisinin 25 aprel 2019-cu il tarixli məktubunun məzmunundan aydın olur ki, 09.10.2015-ci il tarixdə İddiaçı nəqliyyat vasitəsinə dair sərəncam verilməsi barədə Abbasova Mehparənin adına etibarnamə rəsmiləşdirilmiş, etibar edilmişi etibar etmə qaydasında bu səlahiyyətlər 3 dəfə digər vətəndaşlara, o cümlədən 04.10.2016-cı il tarixdə Əhməd Vəliyevə ötürülmüşdür. Mülkiyyətçi İddiaçı X12 verdiyi etibarnaməni 06.04.2016-cı il tarixdə ləğv etdirmiş, bu barədə məlumat “Elektron notariat infirmasiya sistemində qeydə alınmış və DİN-ə ötürülmüşdür. Lakin o bu barədə etibarnamə verilmiş, habelə ona məlum olan üçüncü şəxsləri xəbərdar etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli 2(102)32/2019 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının 06 iyul 2018-ci il tarixli 2(107)-1346/2018 nömrəli qətnaməsi ləğv edilib, mülki iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi mübahisənin qanunsuz həllinə gətirib çıxarmışdır, halbuki mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (MPM-nin 2.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1 -ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İlk dəfə işə baxan Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh1 Ramazan oğlu sözügedən avtomobilin alqı-satqı anında elə onu özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilmişdir. Belə ki, barəsində mübahisə gedən avtomobilə dair Zaqatala rayonu 2 saylı notariat kontorunda 04.10.2016-cı il tarixdə 7E-xxxxx reyestr nömrəsi ilə qeydiyyata alınmış etbarnamə əsasında X19 iddiaçıya məxsus “Mercedes E 220 CDİ” minik markalı ** UJ *** dö vlət qeydiyyat nişanlı avtomobili iddiaçının adından alqı-satqı müqaviləsi əsasında 7500 (yeddi min beş yüz) manata Cavabdeh1 satmış, bundan sonra sonuncunun adına 08.10.2016-cı il tarixdə AC seriyalı xxxxxxx nömrəli qeydiyyat şəhadətnaməsi və avtomobilə ** BK *** dövlət qeydiyat nişanı verilmişdir. Digər tərəfdən, iddiaçı tərəf X1 Cavabdeh1 həyat yoldaşı olduğunu qeyd edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə yenidən baxan məhkəmə bu halı aydınlaşdırmalıdır. Belə ki, belə olduğu təsdiq olunarsa onda bu, iddiaçını etibarnamə əsasında təmsil edən X1 təmsil etdiyi şəxsin əmlakını əmlakını əri ilə ümumi mülkiyyətinə əldə etdiyini təsdiq etmiş olur. Bu isə, öz növbəsində alqısatqı müqaviləsinin etibarsızlığı üçün əsas deməkdir”. Apellyasiya instasniyası məhkəməsi tərəfind ən müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan 2000-ci il buraxılışlı, ağ rəngli “Mercedec E220 CDİ” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında 09.10.2015-ci il tarixdə X8 verilmiş, əvəzində isə Mehbarə Abbasovaya məxsus ünvan1 kəndi “Bağlar massivi” adlanan ərazidə yerləşən 10 sot torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi barədə razılıq əldə edilmişdir. X18 aralarındakı razılaşmanın şərtlərini pozaraq, torpaq sahəsini iddiaçının adına keçirməkdən imtina etdiyinə görə iddiaçı ona qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində qeyd edilən avtomobilin geri qaytarılması tələbinə dair iddia qaldırmış və iddiası təmin edilmişdir. Həmin işə məhkəmədə baxılanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli 2(008)-5990/2016 nömrəli qərardadı ilə iddianın təmin etmə tədbiri qismində İddiaçı məxsus “Mercedes E 220” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və qərardadının icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Lakin DİN- nin BDYPİ-nin 06.12.2017-ci il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus qeyd edilən nəqliyyat vasitəsinin üzərində hər hansı məhdudiyyət qoyulmamışdır. Sonradan İddiaçı 09.10.2015-ci il tarixdə “Mercedes Benz E220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair vermiş olduğu etibarnaməni Bakı şəhəri 39 saylı notariat kontorunda 06.04.2016-cı il tarixdə ləğv etdirmişdir. Lakin həmin etibarnamə ləğv olunanadək etibar edilmişi etibaretmə qaydasında X4 adına 09.1 0.2015-ci il tarixdən 09.10.2016-cı il tarixədək, X13 adına 09.10.2015-ci il tarixdən 09.10.2016cı il tarixədək və X7 adına 27.11.2015-ci il tarixdən 09.10.2016-cı il tarixədək qüvvədə olan etibarnamələr verilmişdir. Barəsində mübahisə gedən avtomobilə dair Zaqatala rayonu 2 saylı notariat kontorunda 04.10.2016-cı il tarixdə 7E-xxxxxx reyestr nömrəsi ilə qeydiyyata alınmış etbarnamə əsasında X19 iddiaçıya məxsus “Mercedes E220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında 7500 (yeddi min beş yüz) manata Cavabdeh1 satmış, bundan sonra sonuncunun adına 08.10.2016-cı il tarixdə AC seriyalı 734705 nömrəli qeydiyyat şəhadətnaməsi və avtomobilə ** BK *** dövlət qeydiyat nişanı verilmişdir. Apellyasiya isntansiyası məhkəməsi tərəfindən müəyyən edi lmişdir ki, Cavabdeh1 sözügedən avtomobilin alqı-satqı anında elə onu özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilmişdir. Belə ki, barəsində mübahisə gedən avtomobilə dair Zaqatala rayonu 2 saylı notariat kontorunda 04.10.2016-cı il tarixdə 7E-xxxxxxxx reyestr nömrəsi ilə qeydiyyata alınmış etbarnamə əsasında X19 iddiaçıya məxsus “Mercedes E 220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının adından alqı-satqı müqaviləsi əsasında 7500 (yeddi min beş yüz) manata Cavabdeh1 satmış, bundan sonra sonuncunun adına 08.10.2016-cı il tarixdə AC seriyalı xxxxxxxx nömrəli qeydiyyat şəhadətnaməsi və avtomobilə ** BK *** dövlət qeydiyyat nişanı verilmişdir. Digər tərəfdən, apellyasiya isntansiyası məhkəməsi araşdırması zamanı X1 Cavabdeh1 ilə ər-arvad olması müəyyən edilm işdir ki, bu da özü-özlüyündə iddiaçını etibarnamə əsasında təmsil edən X1 təmsil etdiyi şəxsin əmlakını əmlakını əri ilə ümumi mülkiyyətinə əldə etdiyini təsdiq etmiş olur. Bu isə, öz növbəsində alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən verilmiş etibarnamələrdəki iradə ifadəsi mübahisəli fərdi yaşayış evinin müəyyən məbləğ qarşılığında iddiaçının xeyrinə özgəninkiləşdirilməsinə yönəlməmişdir. Halbuki, Mülki Məcəllənin 567 və 650-ci maddələr i ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Digər tərəfdən isə Mülki Məcəllənin əqdlərdə təmsilçiliyin anlayışını müəyyən edən 359.1-ci maddəsində təsbit edilmişdir ki, əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişd irir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Beləliklə, etibarnamə ilə təmsil edilən təmsilçiyə onun üçün mülki hüquq və vəzifələr yaradan, dəyişdirən və xitam edən əqdlər bağlamaq səlahiyyəti verir. Bu mənada, etibarnamə üzrə əqdlərdə təmsilçilik institutunun mühüm bir cəhəti həm də ondan ibarətdir ki, belə münasibətlərin yaranması və davam etdirilməsi müstəsna olaraq tərəflərin (təmsil edilənin və təmsilçinin) iradələrindən asılıdır. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 365.1.3 və 356.1.4-cü maddələrində etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi, habelə etibarnamə verilmiş şəxsin imtinası etibarnamənin qüvvəsinə xitam verilməsi əsasları kimi təsbit edilmişdir. Elə cə də, Mülki Məcəllənin 365.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006- cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyışmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”. Apellyasiya instasniyası məhkəməsi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının məcburi hüquqi qüvvəsi həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Konstitusiya Məhkəməsi də özünün 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 364.1-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə e tibar edə bilər. 364.2-ci maddəsinə əsasən, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. 366.3-cü maddəsinin tələbinə görə etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquqi varisi dərhal etibarnaməni qaytarmağa borcludurlar. 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin), başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Beləliklə apellyasiya instansiyası məhkəmə si tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 sözügedən avtomobilin alqı-satqı anında elə onu özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilmişdir. Belə ki, barəsində mübahisə gedən avtomobilə dair Zaqatala rayonu 2 saylı notariat kontorunda 04.10.2016-cı il tarixdə 7E- 14278 reyestr nömrəsi ilə qeydiyyata alınmış etbarnamə əsasında X19 iddiaçıya məxsus “Mercedes E 220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının adından alqı-satqı müqaviləsi əsasında 7500 (yeddi min beş yüz) manata Cavabdeh1 satmış, bundan sonra sonuncunun adına 08.10.2016-cı il tarixdə AC seriyalı 734705 nömrəli qeydiyyat şəhadətnaməsi və avtomobilə ** BK *** dövlət qeydiyyat nişanı verilmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı X1 Cavabdeh1 ilə ərarv ad olması müəyyən edilmişdir ki, bu da özü-özlüyündə iddiaçını etibarnamə əsasında təmsil edən X1 təmsil etdiyi şəxsin əmlakını əmlakını əri ilə ümumi mülkiyyətinə əldə etdiyini təsdiq etmiş olur. Bu isə, öz növbəsində alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas deməkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd oluna n Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1369/2019 nömrəli iş üzrə 01 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1369/2019 nömrəli iş üzrə 01 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6039/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6039/2019
03.09.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver