Məhkəmə qərarları › İş №2(102)-604/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-604/2022

25.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-604/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.08.2021-ci il tarixli, 2(103)6400/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus olan, Mərdəkan qəsəbəsində yerləşən bağ evində enerj uçotu və elektrik enerjisindən istifadə qaydalarının yoxlanması üçün 14.11.2020-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən həmin ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş, sayğacın möhüründə müdaxilə izləri aşkar edildiyinə görə laboratoriyada yoxlanılması üçün açılıb götürülmüş və yeni sayğac quraşdırılmışdır.

2. Sayğac laboratoriyada yoxlanarkən sayğacın alt qapaq və dövlət möhürlərinin pozularaq daxili sxemin “A” fazasına uzaqdan idarə etmək məqsədi ilə xüsusi qurğu vasitəsilə müdaxilə olunduğu müəyyən edilmiş, bu barədə 20.11.2020-ci il tarixdə akt tərtib olunmuşdur. Həmin akt la iddiaçıya 100059,06 manat borc hesablanmşdır ( (82,5 kvt x 0,7 x 24 saat x 67 gün)-1416 kvts = 91446 kvts) Tarif (0,11 man) – 91446 kvts x 0,11 = 10059,06 manat) ). 3. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 30.11.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, **********80000 saylı kod üzrə bağ evin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 14.11.2020-ci il tarixdə Satışa Nəzarət İdarəsinin nümayəndələri tərəfindən NDM 020153 saylı akt tərtib edilmiş və itirilmiş enerjinin bərbası məqsədilə 10059,06 manat dəyərində əlavə sərfiyyat hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən ona hesablanmış 10104,75 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus Mərdəkan qəsəbəsi, baglar massivində olan bag evində olan elektrik saygaçını (Abunə kodu **********80000) 14.11.2020-ci il tarixdə iştirakı olmadan dəyişdirmişlər (AKT NDM № 020153, 14.11.2020ci il tarixli). Çıxarəlan saygacda möhürlər şübhə yaratdığı ücün №1309613 saylı 14.11.2020 tarixli protokolla laboratoriyaya göndərilmiş və saygac qurğularına və uçota nəzarət idarəsi tərəfindən 16.11.2020-ci ildə 200193 saylı protokol birtərəfli tərtib edilmişdir. Protokolda sayğacın 467402 saylı sarı alt qapaq və 149045 saylı qırmızı dövlət möhürləri pozularaq daxili sxemin “A” fazasına uzaqdan idarə etmək məqsədi ilə xüsusi qurğu (girkon) vasitəsi ilə müdaxilə olunması qeyd edilib. Nəticədə ona 10104,75 manat cərimə kəsilmiş və 21.11.2020-ci ildən işıqlar kəsilmişdir. Bu işlə əlaqədar 23.11.2020-ci ildə Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin nümayəndələri ilə görüşmüş, onlara təqdim etdiyi bütün dəlil və sübutları qəbul etmədilər, məbləğin hesablanma qaydasını da təqdim etmədilər və işığın verilməsi məbləğ ödənildikdən sonra bərpa olunacağını bildirdilər. Sayğac quraşdırma və uçota nəzarət idarəsində olmuş və onlar da ona sökülmüş sayğacı, idarənin ümumi kameralarından birinin həmin otaqda quraşdırılmış səsli video görüntülərini göstəriblər ki, bu da uzaqdan çəkilmiş görüntülər idi və aydın heçnə görünmürdü. Sonda birtərəfli tərtib olunmuş 200193 saylı, 16.11.2020-ci il tarixli protokolu təq dim etmişlər. Bu görüşlərin bir nəticəsinin olmadığına gorə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Enerji təchizatçısı tərəfindən istehlakçının hüquqları pozulmuşdur. Elektrik sayğacı sökülüb yenisi ilə əvəz edildikdə sökülmüş sayğacda ödənilməmiş enerji qalığının çıxarılmasında və onun sayğaca şübhəli yanaşmasında istehlakçı iştirak etməmiş və məlumatlandırılmamışdır. 200193 saylı, 16 noyabr 2020-ci il tarixli protokolun tərtib edilməsində istehlakçı iştirak etməmişdir və məlumatlandırılmamışdır.

6. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək, izahatında qeyd etmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvana baxış keçirilmiş, dəymiş ziyan hesablanaraq istehlakçının ünvanına yönəldilmişdi r. 7. ünvan 1rt 2021-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, "xxxx" ASC tərəfindən İddiaçı əsassız hesablanmış 10104,75 manat borcun silinməsi, "xxxx" ASC-dən 30 manat alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının yaşadığı ünvanda istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun mövcudluğunu, olduğu təqdirdə isə bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, sayğacda yaranmış hər hansı qüsura görə zərər hesablanmış olsa belə, işin hallarından da müəyyən edilir ki, sayğac çöl divarında quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuli yyət daşımamalıdır.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin olunmaqla, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı əsassız hesablanmış 10104,75 manat borc silinməlidir.

11. Məhkəmə öz mövqeyini «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü, 17-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən narazı qalan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasın ı xahiş edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.08.2021-ci il tarixli, 2(103)6400/2021 saylı qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh "xxxx" ASC iddiaçının yaşadığı ünvanda quraşdırılmış elektrik sayğacına istehlakçının hər hansı bir müdaxilə etməsini və ya hansısa qanun pozuntusunun törədilməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətində iddiaçının yaşadığı ünvan da quraşdırılmış elektrik sayğacına istehlakçının müdaxilə etməsini göstərsə də, bu barədə təşkilat tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələrdə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.32-ci bəndinin pozması müqabilində 10059,06 manat borcunun olduğu bildirilmiş ola belə məhkəmələr tərəfindən 10104,75 manat məbləğində borcun silinməli olması qənaətinə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatla rı

19. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi.

20. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə

17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları» Bənd 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəz ərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Bənd 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Bənd 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pil ləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bənd 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntu ya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məh kəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

26. Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində apellyasiya i nstansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları 14.11.2020-ci il tarixdə iddiaçıya məxsus evdə enerj uçotu və elektrik enerjisindən istifadə qaydalarını y oxlamış, quraşdırılmış sayğacın möhüründə müdaxilə izləri aşkar edildiyinə görə sayğac laboratoriyada yoxlanılması üçün açılıb götürülmüşdür. Sayğac laboratoriyada yoxlanarkən sayğacın alt qapaq və dövlət möhürlərinin pozularaq daxili sxemin “A” fazasına uzaqdan idarə etmək məqsədi ilə xüsusi qurğu vasitəsilə müdaxilə olunduğu barədə akt tərtib edilmişdir. Həmin akt tərtib edilməklə yanaşı, iddiaçıya 67 gün üçün 10059,06 manat məbləğdə borc hesablanmışdır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-cü bəndinin tələbinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır.

32. Lakin iddiasının barəsində tərtib olunmuş aktdan görünür ki, aktın tərtib olunmasında hal şahidlərinin iştirakı təmin olunmamışdır. Hətta abonentin özü və ya ailə üzvlərindən heç kəs aktın tərtib olunmasında iştirak etməmişdir. Aktda aparılmış qeyddə göstərilmişdir ki, evin qapısını açan olmamışdır.

33. Bundan başqa, adı çəkilən Qaydaların 7.11-ci bəndinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.

34. İddiaçının adına olan sayğac da iddiaçının evində deyil, çöldə quraşdırılmışdır.

35. Bundan başqa, iddiaçıya aid saldodan görünür ki, onun evində 14.11.2020-ci ildə sayğac dəyişdirildikdən sonra qeydə alınmış sərfiyyat, ondan əvvəlki aylarla müqayisədə çox deyildir. Əksinə sərfiyyat iyulda 120 manat, avqustda 150 manat, sentyabrda 107 manat, oktyabrda 58 manat olduğu halda, dekabrda 19 manat, 2021-ci ilin yanvarında 55,23 manat, fevralda 37,94 manat, martda 36,33 manat təşkil etmişdir. Bu fakt, sayğacın sərfiyyatı tam qeydə aldığına, 67 gün üçün iddiaçıya hesablanmış 10059,06 manat sərfiyyatın ağlabatan olmadığına dəlalət edir.

36. Məhkəmə kollegiyası hesab edir ki, işə baxmış aşağı instansiya məhkəmələri iddianı təmin etməkdə haqlı olmu şdur.

37. Kassatorun digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.08.2021-ci il tarixli, 2(103)6400/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar