Məhkəmə qərarları › İş №2(102)-605/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-605/2024

20.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-605/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-605/2024 (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarş ı “pul” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1420/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 20 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrə si ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Abşeron Rayon Məhkəməsinin 1(012)-54/2015 nömrəli, 19 yanvar 2015-ci il tarixli qərarına əsasən məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh1 Əliqəmə qızı ifadəsində göstərmişdir ki, təxminən 10 il əvvəl əri vəfat etdikdən sonra o, azyaşlı qızları ilə tək qalmamaq məqsədi ilə Sumqayıt şəhərində yaşayan qaynı Rəhmanı ailəsi ilə birlikdə öz həyətində yaşamağa dəvət etmiş, 2014-cü ildə Rəhman vəfat etdikdən sonra sonuncunun arvadı ilə münasibətləri korlanmış və mütəmadi olaraq aralarında mübahisələr yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və ya İddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Mətl əb oğlu cavabdehlər Cavabdeh1 (bundan sonra ilk iddia üzrə cavabdeh və ya Cavabdeh1) və Cavabdeh2 (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) və ya Cavabdeh2) iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ailə üzvləri ilə birlikdə cavabdehlərin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən fərdi yaşayış evi və torpaq sahəsi, iddiaçının anası Cavabdeh1 Əliqəmə qızının mülkiyyətində olmuş, həmin evdə iddiaçı, anası və bacıları Sənubər və Nərminlə birgə yaşamışlar. Həmin dövrdə iddiaçının anası, evin bir hissəsində, qaynı Rənman Dünyamalıyev və onun ailə üzvlərinə müvəqqəti yaşamaları üçün icazə vermişdir. İdd iaçı və bacıları ailə həyatı qurub sözügedən evdən köçdükdən, Rənman Dünyamalıyevin isə vəfatından sonra anası mülkiyyətində olan fərdi yaşayış evində cavabdehlərlə birgə yaşamaq məcburiyyətində qalmışdır. İddiaçı və bacılarının sonradan əldə etdiyi məlumatlara görə anasının dəfələrlə cavabdehlərin evi tərk etmələrini tələb etməsinə baxmayaraq cavabdehlər təzyiq, təhdid və hədə-qorxu ilə evi tərk etməkdən imtina etmişlər. Anası vəfat etdikdən sonra sözügedən fərdi yaşayış evi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətinə keçmiş, öz növbəsində iddiaçı cavabdehlərdən həmin evi tərk etmələrini tələb etsə də, cavabdehlər bundan əsassız olaraq imtina etmişlər. Məlumat üçün bildirilir ki, sözügedən ev iddiaçının atası tərəfindən həyat yoldaşının qızıllarını və yataqxanadakı evlərini satmaqla əldə edilən vəsait hesabına 2003-cü il tarixdə tikilmişdir və iddiaçı 2004-cü ildən sözügedən evdə yaşayır. Evin tikintisi və təmirinə cavabdehlər tərəfindən heç bir vəsait sərf edilməmişdir. Göstərilənlər iddiaçının mülkiyyət hüquqlarının pozulmasını aydın şəkildə göstərir. İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüququ bərpa edilməli, mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, cavabdehlər iddiaçıya məxsus olan evdən çıxarılmalı, bununla da iddia təmin olunmalıdır.

5. Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə, təmirinə və abadlaşdırılmasına sərf olunmuş 30.000 manat vəsaitin İddiaçı tutularaq ona ödənilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən faktiki hallar həqiqəti əks etdirmir. İddiaçı təhrif olunmuş ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ilə bağlı bildirir ki, sözügedən ünvanda fərdi yaşayış evi təxminən 2000-ci ildə tikilməyə başlanmış, evin tikintisi atası Rəhman Dünyamalıyev tərəfindən aparılmışdır. Belə ki, torpaq sahəsi iddiaçının anasının adına olduğundan iki qardaş arasında olan razılaşmaya əsasən tikintinin bütün məsrəflərini atası qarşılamış, ev hazır olduqdan sonra hər iki ailə köçərək orada yaşamağa başlamışdır. İddiaçının atası Mətləb Dünyamalıyev təxminən 2-3 il həmin ünvanda yaşamış, sonra dünyasını dəyişmişdir, Əmisinin sağlığında ailələr arasında heç bir narazılıq olmamışdır. Lakin müəyyən müddət keçmiş, iddiaçı ünvanı adına rəsmiləşdirdikdən sonra onlara həmin ünvandan çıxmaq barədə tələblər irəli sürməyə başlmışdır. O, iddiaçıya onların valideyinləri arasında olan razılaşmadan bəhs edərək, onların yaşamağa başqa ünvanları olmadığını bildirməyinə baxmayaraq iddiaçı israrla evdən çıxmalarını tələb etməkdə davam etmişdir. Bunun əvəzində iddiaçı heç bir razılaşmaya gəlməmiş, heç bir kompromisdən danışmamışdır. Ailələr arasındakı razılaşmanı pozan iddiaçı hüququndan sui-istifadə edərək onları küçəyə atmağa çalışır. Belə olduğu halda o, iddiaçıya qarşı qarşılıqlı iddia verərək fərdi yaşayış evinin tikintisinə, təmirinə və abadlaşdınlmasına sərf etdikləri pul vəsaitini məhkəmə qaydasında tələb etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. Sözügedən fərdi yaşayış evi iki hissədən ibarət olmaqla, bir hissəsində onların ailəsi, digər hissəsində isə iddiaçıgil yaşayırlar. Evin onlara aid olan hissəsi iki otaq və bir zaldan ibarətdir, ayrıca mətbəxi də mövcuddur, ərazisi təxminən 0,02 hektardır. Keçən il həmin evin təmirinə və abadlaşdınlmasma təxminən 15.000 manata yaxın vəsait sərf etmişdir. Belə ki, yeni tualethamam tikilmiş, mətbəxdə təmir işləri aparılmışdır. Onun hesablamalarına görə evin onlara aid olan hissəsinin pul ilə əvəzlənməsi 30.000 manata uyğun gəlir, həmin vəsait müqabilində o və anası yaşamaq üçün hansısa bir yerə məskunlaşa bilərlər. Mübahisəli evin tikintisinin atası tərəfindən aparıldığını, vəsaitin əksər hissəsinin atası tərəfindən sərf olunduğunu təsdiq edən şahidlər vardır.

7. Birinci instansiya məhkəməsinin iclasında ilk iddia üzrə Cavabdeh1 izahatında bildirmişdir ki, ilkin iddianı qəbul etmir. Belə ki, mübahisə predmeti olan ev mərhum həyat yoldaşı X4 tərəfindən tikilmişdir. Belə ki, həyat yoldaşı dükanı satmış və satışdan əldə edilən vəsait ilə 2000-ci il tarixdə tikintiyə başlamışdır. Evin tikintisində, həyat yoldaşı, iki qaynı iştirak etmişdir. İddiaçının atası Mətləb isə bəzən həftə sonları evə baş çəkmişdir. Tikintidə istifadə edilən tikinti materialları da, mərhum həyat yoldaşı tərəfindən alınmışdır. Evə isə 2004-cü il tarixdə köçüb yaşamağa başlamışlar və 21 ildir ki, mübahisə predm eti olan fərdi yaşayış evində yaşayırlar. Maddi imkanları zəif olduğuna görə evi öz adlarına özəllədirə bilməmiş, eyni zamanda, iddiaçı ilə qohum olduqları üçün iddiaçıya inanmışlar. Odur ki, ilkin iddianın rədd edilməsinini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan mənzil tikilən zaman o, uşaq olmuşdur. Bildiyi qədərilə ev 2000-ci ildə tikilmişdir. O, 21 ildir ki, anasıyla birlikdə həmin evdə yaşayır.

9. Birinci instansiya məhkəməsinin iclasında şahid X3 ifadəsində bildirmişdir ki, o, İddiaçı qonşusu olmuşdur. İddiaçı 2003-cü ildə yataqxanadakı evini satmış və əldə edilən ev ilə hazırki ev tikilmişdir. Eyni zamanda, Cavabdeh1 il ə də eyni iş yerində işləmişlər.

10. Birinci instansiya məhkəməsinin iclasında şahid X8 ifadəsində bildirmişdir ki, o, İddiaçı xalasıdır. Ev tikilməzdən öncə iddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Quşçuluq fabrikində yerləşən yataqxanada qalmışlar. Mərhum anası hazırki fərdi yaşayış evinin tikildiyi torpaq sahəsini bacısı Nargilə Əhmədovaya bağışlamışdır. Bacısının həyat yoldaşı rəhmətə getdikdən sonra cavabdehlər müvəqqəti olaraq bacısıyla yaşamağa başlamışlar. Evin tikintisinə Rəhman Dünyamalıyev və qardaşları köməklik göstərsə də, ev Mətləb Əhmədov, yəni bacısının həyat yoldaşı üçün tikilmişdir. Evin tikintisinə cavabdehlər heç bir maddi vəsait sərf etməmişlər. Ev tikildikdən sonra isə evin təmirini mərhum bacısı Nargilə etmişdir. Məlumat üçün bildirir ki, cavabdehlər evdə n çıxmaqdan imtina etdikləri üçün, evi 25.000 manata satmağı təklif etsələr də, bu təklif ilə razılaşmamışlar. Eyni zamanda, Rəhman Dünyamalıyevin marketi olsa da, iflas etmişdir və belə olan vəziyyətdə evi tikmək üçün, maddi vəsaiti Rəhman Dünyamalıyevin qoyması tamamilə uydurmadır.

11. Birinci instansiya məhkəməsinin iclasında şahid X2 ifadəsində bildirmişdir ki, o, Cavabdeh2 doğma əmisidir. Mübahisə predmeti fərdi yaşayış evini mərhum qardaşı Cavabdeh2 tikmişdir. X12rdaşına müraciət edərək, həyat yoldaşına pay torpaq verildiyini, lakin maddi imkanı olmadığı üçün, birlikdə ev tikməyi təklif etmişdir. Mətləb Əhmədov 2003-cü ildə rəhmətə getdikdən sonra, Mətləbin ailəsinin başsız qalmaması üçün, cavabdehlər mənzilə köçərək, yaşamağa başlamışlar. Evin tikintisində o, şəxsən iştirak etmiş, t ikintiyə dair bütün vəsait isə qardaşı Rəhman tərəfindən qoyulmuşdur. Fərdi yaşayış evinin əvvəl ümumi girişi olmuş, daha sonradan isə girişlər ayrılmışlar.

12. Birinci instansiya məhkəməsinin iclasında şahid X14 ifadəsində bildirmişdir ki, o, iş üzrə hər iki tərəfi 2000-ci ildən bəri tanıyır. Evin tikintisinə dair bütün vəsait Rəhman tərəfindən verilmiş, Mətləb Dünyamalıyev isə axşamtərəfi işdən sonra tikintiyə baş çəkmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında şahid X5 ifadəsində bildirmişdir ki, o, 2000-ci ildən mübahisə predmeti olan fərdi yaşayış evinin qonşuluğunda yaşayır. Cavabdehlər 2000-ci ildən fərdi yaşayış evində yaşamışlar. O, qonşuluqda qalmağa başlayanda Rəhman Dünyamalıyev evin tikintisinə başlamış, lakin torpaq iddiaçının anasının adına olmuşdur. Rəhman Dünyamal ıyev dükanı sataraq, əldə etdiyi vəsait hesabına evi tikməyə başlamışdır. Ev tikilən zaman iki ailənin yaşaması üçün nəzərdə tutulmuşdur.

14. Birinci instansiya məhkəməsinin iclasında şahid X1 ifadəsində bildirmişdir ki, o, Saray qəsəbəsi təzə məhəllə ünvanında 1999-cu ildən yaşayır və tərəflərlə qonşudur. X17, Rəhman Dünyamalıyev və Rəhmanın 4 qardaşı tikmişdir. Ev iki ailə üçün tikilmişdir və iki hissəyə ayrılmışdır.

15. Abşeron Rayon Məhkəməsinin 2(105)-1420/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov), ilkin iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması qət olunmuş, ilkin iddia digər hissədə və qarşılıqlı iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəmə si gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmələri iddiaçının mülkiyyət hüququnun pozulması ilə bərabər, mülkiyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququn da pozulması ilə nəticələnir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan həmin fərdi yaşayış evinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərd ə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia tələbi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 ailə üzvlərinin çıxarılması hissəsində konkret olmadığından, məhkəmə hesab etmişdir ki, ilkin iddia həmin hissədə rədd edilməlidir.

18. Məhkəmə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə, təmirinə və abadlaşdırılmasına sərf olunmuş 30.000 manat vəsaitin İddiaçı t utularaq Cavabdeh2 ödənilməsi barədə qarşılıqlı iddia tələbi bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə tərəf sübut növü kimi izahata və şahidlərin ifadələrinə istinad etmiş, həmin izahat və ifadələri təstiq edən digər hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, yalnız həmin izahat və şahidlərin ifadələri üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etmək mümkün olmadığından məhkəmə qarşılıqlı iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinə və 29-cu maddəsinin İ və İV bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

20. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə tanış olarkən Azərbaycan Respublikası MPM-nin və Mülki Məcəlləsinin tələblərinin pozulması ilə qəbul edildiyi qənaətinə gələrək qətnamədən şikayət etmək qərarına gəlmişdir. Qətnamənin əsaslandırıcı hissəsində hakim Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad edərək mülkiyyətçinin hüquqlarını sadalamış, növbəti abzasda ilkin iddianın qismən təmin edilməli olduğunu yazmışdır. Daha sonra məhkəmə Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Plenum Qərarına istinad edərək iş üzrə tərəflərin izahatlarının yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilməsini göstərmişdir. Halbuki, məhkəmədə şahid qismində izahat verən şəxslər işin faktiki hallarına uyğun məlumatlar vermişlər, bundan əlavə iş üzrə təyin olunacaq ekspertiza onlar tərəfindən dəvət olunan şahidlərin izahatlarının həqiqəti əks etdirdiyini asanlıqla müəyyən edə bilərdi. Mülki Məcəllənin 157.6-cı maddəsində göstərilir ki, is tər vicdanlı, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsində göstərilir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırılmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə yanlış nəticəyə gələrək onlar tərəfindən təqdim olunan mötəbər və legitim sübutları nəzərə almadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1420/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisələndirilən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022ci il tarixdə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən qeydiyyata alınmaqla ona müvafiq çıxarış verilmişdir. Həmin fərdi yaşayış evi cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin fərdi yaşayış evini cavabdehlərin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdehlər fərdi yaşayış evini boşaltmaqdan imtina etmiş lər. İddiaçı hazırda həmin fərdi yaşayış evindən istifadə edə bilmir və bu hal mülkiyyətçi kimi iddiaçıya qanunla tanınan hüquqlarını həyata keçirilməsinə maneə yaratmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edib ki, iddiaçı mülkiyyətində olan mübahisələndirilən fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçı öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehlərin isə fərdi yaşayış evinə dair hər hansı hüquqları mövcud olmadığından onların mənzili boşaldaraq iddiaçıya təhvil verməməsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi ilk iddia tələbini haqlı olaraq təmin etmişdir.

24. Məhkəm ə kollegiyası hesab etmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin daşınmaz əmlaka dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir.

25. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh evin tikintisinin atası Rəhman Dünyamalıyev tərəfindən aparıldığını, həmin evin təmirinə və abadlaşdınlmasına təxminən 15.000 manata yaxın vəsait sərf etdiklərini qeyd etsə də, bununla bağlı istər birinci instansiya məhkəməsinin araşdırması zamanı, istərsə də apellyasiya baxışı zamanı hər hansı sübut təqdim edə bilməmişdir.

26. Məhkəmə kollegiyası iş üzrə şahidlərin ifadələrinə qiymət verərək hesab etmişdir ki, şahid ifadələri işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən, eləcə də məhkəmə kollegiyasının araşdırması zamanı da belə halların mövcudluğu öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi Cavabdeh2 qarşılıqlı iddia tələbini rədd edərkən düzgün hüquqi nəticəyə gəlmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikas ı Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinin İ və İİ hissələrinə, 33cü maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 178.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 62, 77.1, 88, 104.1, 106.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

28. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti, apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə təqdim olunan sübutları nəzərə almadan əsassız və qanunsuz qətna mə qəbul etmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evinin təqdim olunmuş fotoşəkillərindən görünür ki, ev iki ayrı girişləri və yaşayış sahələri olan hissələrdən ibarətdir. İddiaçı ayrı evdə cavabdeh ayrı evdə yaşayırlar, təsərrüfatları ayrıdır. Şahid ifadələri ilə evin iki ailə üçün inşa edilməsinin nəzərdə tutulduğu və uzun illər iki ailənin ayrı yaşadıqlarını, iddiaçının bir neçə il əvvəl respublika hüdullarından kənara gedərək yaşadığını, cavabdehin və ailə üzvlərinin isə həmin ünvanda yaşadıqları müəyyən edilmişdir. Onuda əlavə etmək mütləqdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən dindirilən şahidlər içərisində olan Tariyel Dünyamalıyev hər iki tərəflə eyni dərəcədə qohumluq münasibətində olduğunu, hər iki tərəfə eyni münasibət bəslədiyini bildirərək mübahisəli evin hər iki ailə üçün inşa edildiyini bildirməklə yanaşı, evin tikilib ərsəyə gətirilməsində bilavasitə iştirak etdiyini göstərmişdir. Digər şahid, hər iki tərəflə qonşuluq münasibətində olan Səkinəxanım Aslanova bildirmişdir ki, iddiaçının anası mərhum Nargilə Əhmədova ilə ölümündən əvvəl aralarında mehribançılıqla bağlı söhbət zamanı sonuncu bildirmişdir ki, “mənim onlarla işim yoxdur, evin biri onların, biri də bizimdir.” Məhkəmə təqdim olunan sübutların araşdırılımasını tam təmin etməmiş, fərdi yaşayış evinin iki ayrı hissəli evlərdən ibarət olduğunu təsdiq edən sübutlara-fotoşəkillərə əhəmiyyət verməmiş, yerində müayinə keçirməmiş, tərəflərindən həm birinci instansiya, həm də apellyasiya instansiyasında iş üzrə məhkəmə tikinti texniki ekspertizasının keçirilməsinə dair verilmiş vəsatətləri əsassız olaraq təmin etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

30. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

32. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

33. Maddə

6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

34. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahi b olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Maddə 152.5 mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

38. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun ver ilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı protokolu.

39. Maddə 1. “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş i düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Madd ə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini t ənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdiklə ri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

59. Beləliklə, məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

60. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1420/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədə n saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar