Məhkəmə qərarları › İş №2(102)-6061/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6061/2022

02.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6061/2022 02.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Turxay qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Turxay qızına qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1762/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Turxay qızı tərəfindən birgə verilmiş kassasiya şikayətinə 2 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2523/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən ilk iddia üzrə cavabdeh X1 ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 Turxay qızı və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 6 nömrəli mənzilə köçürülməsi qət edilmişdir.

2. Girovların Qiymətləndirilməsi və Nəzarəti Departamentinin 14 mart 2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə r əyinə əsasən Gəncə şəhəri, V.Xuluflu küçəsi, 4 nömrəli evin 6 nömrəli mənzilinin bazar qiyməti 15000 manat, likvid qiyməti 13000 manat, aylıq kirayə haqqının məbləği 70-80 manat məbləğində müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 01/2458 nömrəli 15 noyabr 2021-ci il tarixli arayışa əsasən Gəncə şəhəri, V.Xuluflu küçəsi, 4 nömrəli evin 6 nömrəli mənzilinin xx.xx.2021-ci il tarixə bazar qiyməti 13000 manat təşkil etmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1-də yerləşən ümumi sahəsi 25,90 kv.m olan 6 nömrəli mənzi l tam mülkiyyət hüququ üzrə İddiaçı adına 18 noyabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Turxay qızına qarşı iddia ərizəsi ilə və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin 5000 manat kompensasiya ödənilməklə, ona məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsi, 4 nömrəli evin 6 nömrəli mənzilindən (bundan sonra – mübahisəli mənzil) çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər onun mülkiyyətində olan mübahisəli mənzili ndə qeydiyyatda olsalar da, oğlu X2 12 avqust 2018-ci ildə baş vermiş ölümündən sonra arvadı və qızı olan cavabdehlər evdən çıxıb getmişlər. O, cavabdehlərin mənzildən istifadə hüquqlarını itirmələrinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldırsa da, onun iddiası təmin edilməmişdir. Əksinə, xx.xx.2021-ci il tarixli 2(043)-2523/2021 №-li qətnamə ilə onların onun mənzilinə köçürülmələrinə dair qarşılıqlı iddiaları təmin edilmişdir. Belə vəziyyətdə o, bu iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Evinin bazar qiymətinin cəmi 13000 manat olması (01/2458 №-li arayışla təsdiq olunur) nəzərə alınsa, aydın olar ki, o cavabdehlərə az qala evinin dəyərinin 1/4-ni (13.000:3.000=4.33) təklif etmişdir. Bu məbləğ bazar dəyəri 13000 manat olan evdə yaşayış hüququnun kompensasiyası üçün çox olsa da, başqa əlacı olmamış, çünki cavabdehlərlə birgə yaşamaq onu və xəstə qoca arvadını məhv etmişdir. Cavabdehlər onsuz da qızı ilə birlikdə başqasının adına olan öz evlərində yaşamışlar. Onların faktiki olaraq onun evinə ehtiyacları olmamışdır. Olsa idi indi də gəlib yaşayardılar. Oğlu öləndən sonra cavabdehlər özləri könüllü olaraq evdən çıxıb getmişlər. Cavabdehlərin onun evinə dair hüquqlarının itirilməsinə dair məhkəmədə iddia qaldırmasaydı, onlar ölənə kimi onun evinə gələsi deyildilər. Əslində cavabdehlərin ondan, ümumiyyətlə, hər hansı miqdarda kompensasiya almağa ehtiyacları olmamış, çünki dolanışıqları normal olmuşdur.

7. Cavabdeh2 Turxay qızı iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçı onun mərhum ərinin atasıdır. O, iddiaçının mərhum oğlu X3 ilə 1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və iddiaçıya məxsus mənzilə gəlin köçmüşdür. Lakin, 2018-ci ildə əri ölmüşdür. Bundan sonra o, qızları ilə birlikdə yaşadıqları evdən çıxarılmışlar. Hazırda aylıq 150 manat kirayə haqqı ödəməklə kirayədə qalmışdır. Qeyd edilən evdən başqa daimi yaşamağa yerləri olmamışdır. Təklif olunan kompensasiya məbləği uşaqlı ana üçün kifayət olmadığından, həmin məbləğ ilə razılaşmamışdır. Habelə məbləğ artırılsa belə mənzildən istifadə hüququna xitam verilməsini istəmir, çünki onlar həmin evə köçüb orada yaşamaq istəmişlər. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(043)-462/2022 nömrəli iş üzrə 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Z aur Hüseynov) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə mübahisəli evdə istifadə hüququna malik olduqlarından, iddiaçı mübahisəli evin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlı olmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərə təklif olunan kompensasiya məbləği onların birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər bir otaqlı yaşayış sahəsində yaşamağa imkan verməlidir. Yuxarıda qeyd olunan mütəxəssis rəyinə əsasən məhkəmə hesab etmişdir ki, bir otaqlı evlərin aylıq kirayə haqqı orta hesabla 10 0-150 manatdan götürülsə (cavabdeh özü də hazırda aylıq 150 manat verməklə başqa mənzildə kirayədə qaldığını bildirmişdir), təklif olunan kompensasiya məbləği cavabdehlərə birlikdə təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan vermişdir.

11. Məhkəmə, həmçinin nəzərə almışdır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyrimümkün etmiş, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırmışdır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 152, 228.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdehlər Cavabdeh2 Turxay qızı və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin kompensasiya məbləği artırılmadığı təqdirdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1762/2022 nömrəli mülki iş üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci in stansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

16. Məhkəmə kollegiyası istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab etmişdir ki, cavabdehlərə təklif olunan kompensasiya məbləği onların birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər bir otaqlı yaşayış sahəsində yaşamağa imkan verməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusi yasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehlər Cavabdeh2 Turxay qızı və Cavabdeh1 (Vəkil) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında olan mübahisəyə yanlış olaraq 228.2-ci maddəsini tətbiq etmişdir. Tərəflər arasında münasibətlər hələ 1993-cü ildən yaranmışdır. AR Mülki Məcəlləsi isə xx.xx.2000-ci il tarixdən qüvvəyə minmişdir. Belə olan halda bu məsələyə MM-in 228.2 -ci maddəsinə istinad oluna bilməzdi. Bu zaman AR Mənzil Məcəlləsinin aidiyyəti normaları tətbiq edilməli idi. İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği məhkəmə tərəfindən məqbul hesab olunarkən, bir sıra vacib əhəmiyyətli hallar nəzərə alınmamış və bununla da məcəllənin tələbləri kobud surətdə pozulmuşdur. İddiaçının mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ olsa da, cavabdehlərin həmin evdə hansı müddətdə istifadə hüququna malik olması, onların arasında ailə və qohumluq münasibətlərinin olması, cavabdehlərin başqa yaşayış sahəsinə hər hansı hüququnun və imkanlarının olmaması, mübahisəli yaşayış sahəsinin yerləşdiyi ərazidə mənzilin kirayə haqqının məbləği, cavabdehlərin faktiki maddi imkanı, tərəflərin 30 ildən artıqdır ki, bir yerdə yaşadıqları və bu müddət ərzində bunların bir yerdə yaşamaqlarının mümkün olub-olmaması məsələsi məhkəmə tərəfindən araşdırılmamış və bununla bağlı düzgün nəticəyə gəlinməmişdir. Hər iki instansiya məhkəməsi araşdırma aparmadan qətnamə qət etmişdir çünki hazırki qanunvericiliyə əsasən mənzilə qiymətləndirmə etmədən heç bir ekspertiza təyin etmədən işin hallarını araşdırmamışdır.

20. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 225.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 106, 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

22. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfind ən müdafiə olunur.

23. Maddə 13.2. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

24. Maddə 13.3. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

25. Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır.

26. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

27. Maddə 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 152.1. Mülkiyyət hüququ - sub yektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

30. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

31. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş h ədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut ol unmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

45. Cavabdehlər Cavabdeh2 Turxay qızı və Cavabdeh1 kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüq uqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdehlər Cavabdeh2 Turxay qızı və Cavabdeh1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1762/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar