Məhkəmə qərarları › İş №2(102)-6062/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6062/2022

21.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6062/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi faktının və payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh, X54, X17 qarşı mirasın qəbul edilməsi faktının və payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1376/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X39 ilə X40 22 fevral 1971-ci il tarixdə rəsmi nikah bağlamışlar.

2. X41 ilə X18 birgə nikahından 13 dekabr 1958-ci ildə Vahir, 2 may 1961-ci ildə Qərif, 5 oktyabr 1964-cü ildə Aqil, 25 aprel 1966-cı ildə Pərzad, 19 mart 1968-ci ildə Qalib, 4 fevral 1971-ci ildə Xaliq, 1 noyabr 1972-ci ildə Vüqar və 16 sentyabr 1976-cı ildə Şahlar adlarında 8 övladları anadan olmuşdur.

3. X48 2 avqust 1981-ci ildə Daşkəsən rayonunda vəfat etmişdir. 4. “Torpağa mülkiyyət hüququna dair” JN-341A seriyalı KOD 50605028 olan Şəhadətnaməyə əsasən Daşkəsən rayonu Aqrar islahat Komissiyasının 7 dekabr 1998-ci il tarixli 01 saylı qərarına əsasən Daşkəsən rayonu, Xoşbulaq kənd sakinlər i X41, X40, X49, X50, Cavabdeh və X19 ümumi birgə mülkiyyətinə Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisindən 0,55 ha həyətyanı torpaq sahəsi verilmişdir. 5. “Torpağa mülkiyyət hüququna dair” JN-276 Seriyalı KOD 50605028 saylı Dövlət Aktına əsasən Daşkəsən rayonu Aqrar islahat Komissiyasının 7 dekabr 1998-ci il tarixli 01 saylı qərarına əsasən Daşkəsən rayonu, Xoşbulaq kənd sakinləri X41, X40, X49, X50, Cavabdeh və X19 paylı mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 2,95 ha pay torpaq sahəsi verilmişdir.

6. X41 və X40 12 mart 2008-ci il tarixdə Ucar rayonunda ölmüşlər.

7. X50 18 mart 2008-ci il tarixdə Ucar rayonunda vəfat etmişdir.

8. X42 29 dekabr 2010-cu ildə Gəncə şəhərində anadan olmuşdur. X7, anası İddiaçıdır.

9. X28 19 yanvar 2013-cü ildə Daşkəsən şəhərində anadan olmuşdu r. X7, anası İddiaçıdır.

10. X43 26 iyun 2013-cü ildə Gəncə şəhərində vəfat etmişdir.

11. Daşkəsən Rayon Məhkəməsinin 4 iyun 2015-ci il tarixli 2(030)–255/2015 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2010-cu il təvəllüdlü Bahadur və xx.xx.2013-cü il təvəllüdlü Qərənfil adlı uşaqları ilə birlikdə Cavabdeh atası–mərhum X20 adına olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən evə köçürülərək, ona və uşaqlarına həmin evdə yaşayış hüququnun verilməsi qət edilmişdir.

12. X51 7 yanvar 2019-cu ildə Göygöl rayonunda vəfat etmişdir. İş materillarında həmin mərhumların birinci növbəli vərəsələrinin olması barədə heç bir məlumat yoxdur.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə t reyestrindən Çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi və ümumi sahəsi 112,4 kv.m olan fərdi yaşayış evi X20, 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi X18, 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi X29, 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi X30, 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi Cavabdeh, 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi X19 adına 31 mart 2020-ci il tarixdə qeydiyyata alınmışdır.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 18 may 2020-ci il tarixli **********05 saylı məktubuna əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin 15 mart 2002-ci il tarixli JN-341A saylı “Torpağın mülkiyyətə verilməsinə dair ” Şəhadətnaməsi, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 mart 2020-ci il tarixli 33 saylı arayışına əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi X20 (112,4 kv.m ümumi sahəli fərdi yaşayış evi və 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi) və hər birinin payı 0,55 ha torpaq sahəsi X18, X29, X30, Cavabdeh, X19 adına qeydiyyata alınmış və onların adına 31 mart 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən X20, X18, X29, X30, Cavabdeh, X19 adına Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 14 iyul 1998-ci il tarixli JN-276 saylı “Torpağın mülkiyyət hüquq una dair” Dövlət Aktı işlənmişdir.

15. X57 25 may 2008-ci il tarixdə Daşkəsən rayonunun Zağalı kəndində anadan olmuşdur, atası X50, anası isə X3r. X57 mərhum X30 qanun üzrə birinci növbəli vərəsəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 avqust 2008-ci il tarixdə vəfat etmiş X41 və X10 miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 112,4 kv.m yaşayış evinə və 0,55 ha həyətyanı torpaq sahəsinə olan paylarına və Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair, həmçinin X11 miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,55 ha torpaq sahəsinin 1/6 hissəsinə dair mirasın qəbul edil məsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin qardaşı X44 ilə ailə qurmuşdur. Lakin, rəsmi nikah qeydiyyatından keçməmişlər. Ailə qurduqdan sonra X44 ilə birlikdə X2na məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən evə gəlin köçmüşdür. Birgə yaşadıqları dövrdə onların 29 dekabr 2010-cu ildə Bahadur və 19 yanvar 2013-cü ildə Qərənfil adlı iki uşaqları anadan olmuşdur. X2 və qayınanası X40 3 avqust 2008-ci ildə avtomobil qəzası nəticəsində vəfat etmişlər. Onların ölümündən sonra da qayınatası Bahadur Tağıyevdən miras qalmış əmlakı faktiki olaraq qəbul etməklə, əri Şahlar Tağıyev ilə birlikdə orada yaşamış, ümumi təsərrüfat idarə etmişlər. X14 26 iyul 2013-cü il tarixdə ölmüşdür. Ərinin ölümündən sonra o, uşaqları ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir. X1 vəfatından sonra Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 112,4 kv.m yaşayış evi və 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi, qayınanası X18 vəfatından sonra Xoşbulaq kəndində yerləşən 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi, X41 və X10 Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Həmçinin, əri Şahlar Tağıyevin adına Xoşbulaq kəndində 0,55 ha torpaq sahəsinin 1/6 hissə miras qalmışdır ki, həmin miras əmlak birinci növbəli vərəsələr X42 və X12 aid olmuşdur. İlk vaxtlar torpaq sahəsindən istifadə etsələr də, son vaxtlar cavabdeh buna imkan verməmişdir. Daşkəsən Rayon Məhkəməsinin 4 iyun 2015-ci il tarixli qətnaməsi ilə onun və azyaşlı uşaqlarının X1 adına olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən evə köçürülərək, ona və uşaqlarına həmin evdən yaşayış hüququnun verilməsi qət edilmişdir. Digər vərəsələrlə birlikdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəsələr də, Cavabdeh bundan imtina etdiyi üçün şəhadətnamə ala bilməmişlər. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

18. Daşkəsən Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərardadı ilə digər birinci növbə vərəsələr X52, X54 və X37 cavabdeh qismində işə cəlb edilmişlər.

19. Daşkəsən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(030)-437/2021 nömrəli mülki iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Azad Əliyev) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən X13 miras qalmış ümumi sahəsi 112,4 kv.metr olan fərdi yaşayış evi üzərində qanun üzrə birinci növbədə vərəsə Cavabdeh vərəsəlik hüququ əsasında tam mülkiyyət hüququnun müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsinin X13 miras qalmış 1/6 hissəsi və X10 miras qalmış 1/6 hissəsi üzərində qanun üzrə birinci növbədə vərəsə Cavabdeh vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi, “Torpağa mülkiyyət hüququna dair” JN-276 Seriyalı KOD 50605028 saylı Dövlət Aktına əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2,95 ha pay torpaq sahəsinin X13 miras qalmış 1/6 hissəsi və X10 miras qalmış 1/6 hissəsi üzərində qanun üzrə birinci növbədə vərəsə Cavabdeh vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqıqnda daşınmaz əmlakın Dövlət reyestrindən 31 mart 2020-ci il tarixli, **** ****** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsinin X11 miras qalmış 1/6 hissəsi üzərində qanun üzrə birinci növbədə vərəsələr X42 və X9 vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi, “Torpağa mülkiyyət hüququna dair” JN-276 Seriyalı KOD 50605028 saylı Dövlət Aktına əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 2,95 ha pay torpaq sahəsinin X11 miras qalmış 1/6 hissəsi üzərində qanun üzrə birinci növbədə vərəsələr X42 və X32 vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, vərəsələrdən yalnız Cavabdeh miras evdə doğulmuş, boya-başa çatmış, ailə quraraq orada yaşamış, miras qoyanların vəfatından sonra da, orada yaşamaqda davam etmiş, mirası qoruyub saxlamış, əkib becərmiş, idarə etmiş və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Digər vərəsələr isə yetkinlik yaşına çatdıqdan sonra ailə qurub daimi yaşamaq üçün başqa yerə köçmüş, özlərinə məxsus evləri və təsərrüfatları olmuşdur. Onlar mirası qəbul etməmişlər. Eyni zamanda, Şahlar Tağıyevin birinci növbə vərəsələri Bahadur Tağıyev və Qərənfil Tağıyeva mirası faktiki olaraq qəbul etmişlər.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1146, 1159.1.1, 1243.2, 1246, 1255, 1261-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti v erərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Cavabdehlər X54 və X52 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, X54 və X33 da vərəsəlik hüquqlarının tanınması, miras qalmış əmlaka paylarının müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

24. Apellyasiya baxışı zamanı cavabdeh X38 vəsatəti əsasında maraqlarına toxunan şəxs X45 qanuni nümayəndəsi X4 işə cəlb edilmişdir.

25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1376/2022 nömrəli mülki iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) iddiaçı və cavabdehlər X52 və X54 tərəfində n ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, 3 avqust 2008-ci il tarixdə vəfat etmiş X13 miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 112,4 kv.m yaşayış evindən və 3 avqust 2008-ci il tarixdə vəfat etmiş X41, X10 miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsində, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan miras paylarının Cavabdeh, X52 və X44 tərəfindən faktiki qəbul edilməsi və həmin miras əmlakda X19 miras payının onun qanun üzrə birinci növbəli vərəsələri-övladları X42 və X28 tərəfindən onların qanuni nümayəndəsi olan iddiaçı vasitəsilə qəbul etmələri faktı kimi müəyyən olunması, mərhum X29 həmin torpaq sahələrində olan miras payının Cavabdeh, X52 və X19 qanun üzrə birinci növbəli vərəsələri arasında 1/3 paylarla bərabər bölünməsi, həmin torpaq sahələrində mərhum X21 miras qalmış payın üzərində onun qanun üzrə birinci növbəli vərəsəsi-oğlu X45 tam payının müəyyən edilməsi, nəticə etibarı ilə X13 miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi üzərində Cavabdeh, 1/3 hissəsi üzərində X33 və 1/3 hissəsi üzərində X5nun qanun üzrə birinci növbəli vərəsələri-X22 və X9 birgə paylarının; JN-341A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X20, X23, X29, X30, Cavabdeh, X19 ümumi paylı mülkiyyətində olan Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsinin və JN-276 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Daşkəsən rayonunun, Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/6 hissəsi (1/6 hissə miras payı və 1/6 hissə öz payı) üzərində Cavabdeh, 1/6 hissəsi üzərində X33, 2/6 hissəsi (1/6 hissə miras payı və 1/6 hissə öz payı) üzərində X5nun qanun üzrə birinci növbəli vərəsələri-X22 və X9 birgə və 1/6 hissəsi üzərində X30 qanun üzrə birinci növbəli vərəsəsi X45 paylarının müəyyən edilməsi, mirasın başqa vərəsələr tərəfindən faktiki qəbul edilmiş hissəsinə aid olan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X19, Cavabdeh və X33 valideynlərinin sağlığında və onların ölümündən so nra da faktiki olaraq ata yurdunda yaşamaqla, ata və anadan qalmış mirası faktiki qəbul etmələri iş materialları və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, həmin vərəsələr valideynlərindən qalmış mirası faktiki qəbul etmişlər.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X29 da ümumi birgə mülkiyyətdə olan torpaq sahələrinin 1/6 hissəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır və həmin mərhumun birinci növbəli vərəsəsi olmamışdır. Belə olan halda Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, miras əmlakın ondan qalmış hissəsi üzərində də Cavabdeh və X33, həmçinin X5nun vərəsələrinin payları müəyyən edilməlidir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X44 vəfat etdikdən sonra isə ona aid olan hissəni onun qanun üzrə bir inci növbəli vərəsələri-xx.xx.2010-cu il tarixdə doğulmuş Bahadur və xx.xx.2013-cü il tarixdə doğulmuş Qərənfil adlı iki uşaqları onların qanuni nümayəndələri olan anaları vasitəsilə faktiki olaraq qəbul etmişlər. Ona görə də miras əmlakın həm X13, həm X10 miras qalmış hissəsinin X44 tərəfindən faktiki qəbul edilmiş hissəsindən onların miras payları müəyyən edilməlidir. Bundan əlavə miras əmlakın X24 qalmış hissəsindən də (mərhum Qərib Tağıyevin qanun üzrə birinci növbəli vərəsəsi olmadığından) ölənin qanun üzrə ikinci növbəli vərəsəsi olan X34 çatası pay da Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, X19 qanun üzrə birinci növbəli vərəsələriBahadur və Qərənfil adlı iki uşaqlarına verilməlidir. Bundan əlavə miras əmlakın X11 qalmış hissəsi də onun qanun üzrə birinci növbəli vərəsələri-Bah adur və Qərənfil adlı iki uşaqlarına verilməlidir. Beləliklə, miras əmlakın X13, həm X10 qalmış hissəsinin üzərində onların qanun üzrə birinci növbəli, həm də X24 qalmış hissəsi üzərində ikinci növbəli vərəsələri kimi Cavabdeh, X33 və X5nun qanun üzrə birinci növbəli vərəsələri-xx.xx.2010cu il tarixdə doğulmuş Bahadur və xx.xx.2013-cü il tarixdə doğulmuş Qərənfil adlı iki uşaqlarının bərabər payları müəyyən edilməlidir. Mirasın X5ndan qalmış hissəsi üzərində onun qanun üzrə birinci növbəli vərəsələri-xx.xx.2010-cu il tarixdə doğulmuş Bahadur və xx.xx.2013-cü il tarixdə doğulmuş Qərənfil adlı iki uşaqlarının bərabər payları müəyyən edilməlidir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mərhum X30 da ümumi birgə mülkiyyətdə olan torpaq sahələrinin 1/6 hissəsi üzərində mülkiyyət hüquqları qey də alınmışdır və həmin mərhumun ölümündən iki ay sonra-25 may 2008-ci ildə doğulmuş Fərid adında birinci növbəli vərəsəsi olmuşdur. Hazırki mülki işdə tərəflər isə mərhum X30 ikinci növbəli vərəsələri olmuşlar. Məhkəmədə izahat verərkən X54 izahatında bildirmişdir ki, mərhum ata anasının və qardaşının eyni vaxtda öldüklərindən sonra qardaşı Xaliqin arvadı (Xalidə Allahverdiyeva) bir müddət onların evində yaşamış, sonradan bacısı Pərzad və qardaşı Vüqarın onu yola verməmələri səbəbindən çıxıb getmiş və bir daha həmin evə qayıtmamışdır. Belə olan halda, kollegiya hesab etmişdir ki, digər miras qoyanlardan qalmış mirasa hüquqları çatmasa da, hazırki vəziyyətdə (yəni bütövlükdə miras əmlakda heç bir vərəsənin payı müəyyən olunmadığı vəziyyətdə) atasından qalmış miras əmlaka hüququ çatan vərə sə məhz X57 olmuşdur. Ona görə də Mülki Məcəllənin 1159 və 1160-cı maddələrinə əsasən, mirasın X21 qalmış 1/6 hissəsi üzərində onun qanun üzrə birinci növbəli vərəsəsi olan oğlu Fəridin tam payı müəyyən edilməlidir.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1145, 1146, 1151, 1159, 1160, 1243, 1246, 1255-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, miras qoyan X20 Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən ümumi sahəsi 112,4 kv.m. həcmində olan fərdi yaşayış evi olan miras əmlakını oğlu Cavabdeh idarə və sahiblik edərək qəbul etməsini şəksiz nümayiş etd irdiyi üçün onun tam həcmdə mülkiyyətinə verilməsinə və 0,55 ha həcmdə həyətyanı torpaq sahəsini, 2,95 ha həcmdə kənd təsərruflı təyinatlı torpaq sahəsinin 3/6 hissəsinə mülkiyyət hüququnun tanınması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin 2-ci səhifəsinin 2-ci abzasında apellyasiya məhkəməsi miras evə paylı (1/3) mülkiyyətçi kimi qət etdiyi X52 məhkəmədə öz izahatında bildirmişdir ki, o hələ “valideynlərin sağlığında ailə qurub ayrılaraq başqa yerə köçmüşdür”. X15 miras əmlak olan fərdi yaşayış evini idarə, sahiblik etməmiş və miras əmlakı qəbul etməmişdir. X5 da qısa müddət miras fərdi yaşayış evində yaşasa da, oradan köçmüş, başqa yerdə ailəsi ilə birgə yaşamışlar və o da miras evi qəbul et məmişdir. X8 məxsus olan fərdi yaşayış evini yalnız təkcə oğlu Cavabdeh miras əmlakı (evi) idarə etməklə, orada daimi yaşamaqla, sahiblik etməklə qəbul etmiş və təkcə onun tam mülkiyyət hüququ evə dair tanınmalıdır.

33. Kassator qeyd etmişdir ki, İN-341A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında mərhum ata X20, mərhum ana X18, mərhum X29 (2019-cu ildə vəfat edib 1-ci növbəli vəzifəsi yoxdur), mərhum X30 (bir övladı-vərəsəsi var), X19 (iki övladı — vərəsəsi var) və Cavabdeh ümumi paylı mülkiyyətində Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,55 ha həcmdə həyətyanı torpaq sahəsinin və İM-276 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən 2,95 ha həcmdə kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 2/6 hissəs i Cavabdeh, 2/6 hissəsi X30 vərəsəsi X45, 2/6 hissəsi X19 vərəsələri X22, X9 payları müəyyən edilməlidir.

34. Kassator əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsi qətnamə qəbul etmiş, 7 ay keçəndən sonra isə apellyasiya şikayəti verilmiş, bununla bağlı qətnamə qəbul edilmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsində göstərilməmişdir ki, apellyasiya şikayətinin müddətinin bərpası barədə qərardad çıxarılmış, çünki şikayət vermə müddəti olan 1 ay buraxılmışdır. İş üzrə ekspert və ya mütəxəssis rəyi almaq halı olmamamışdır ki, məhkəmədə işin baxılması uzadılsın. Birinci instansiya məhkəməsinin qətnaməsinin tərəflərə çatdırılması anından Apellyasiya məhkəməsinin qətnaməsinin çıxarılma müddəti açıq- aydın onu göstərmişdir ki, apellyasiya şikayətinin verilm ə müddəti buraxılmışdır. Müddətin bərpası barədədə işdə qərardad olmamış, deməli prosessual qanunun tələbləri pozulmuşdur.

35. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1143.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1, 360, 368.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İddiaçı, cavabdehlər X54, Tağıyeva Qalib Bahadur oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya v əsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

38. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

39. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

40. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

41. Maddə 1159.1.

1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

42. Maddə 1159.2. Ölənin bacısı və qardaşı ölənin qanun üzrə ikinci növbəli vərəsələri sırasına aiddir,

43. Maddə 1160. Əvvəlki növbəli vərəsələrdən heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

44. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

45. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

46. Ma ddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir;

47. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və ob yektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

60. İşin mübahisəsiz halları odan ibarətdir ki, miras qoyanlar Bahadur Tağıyev və Qumru Tağıyeva xx.xx.2008-ci ildə, Şahlar Tağıyev isə xx.xx.2013-cü ildə vəfat etmişdir. Bahadur Tağıyev və X47 rayonu, Xoşbulaq kəndində yerləşən 112,4 kv.m. yaşayış evi, 0,55 ha həyətyanı torpaq sahəsinə olan payları və Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X11 isə Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi həcmində iddia ərizəsində göstərilən miras əmlaklar qalmışdır.

61. İşdə olan xx.xx.2008-ci ildə vərəsələr Qalib, Şahlar və Cavabdehlər və digər şəxslər tərəfindən imzala nmış aktdan görünür ki, Bahadur, Qumru Tağıyevadan miras qalmış əmlaklar üzrə aktda göstərilən şəxslər arasında faktiki olaraq bölünməsinə dair razılıq olmuşdur.

62. İddiaçının iddia tələbindən aydın olur ki, o, iddia tələbini Cavabdeh qarşı yönəltmiş və miras qoyanlar Bahadur və Qumru Tağıyevlərdən miras qalmış - Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 112,4 kv.m. yaşayış evinə və 0,55 ha həyətyanı torpaq sahəsinə olan paylarına və Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, həmçinin X11 miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,55 ha torpaq sahəsinin 1/6 hissəsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir.

63. Daşkəsən Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərardadı ilə X54, X52 v ə X35 cavabdeh qismində işə cəlb edilmişlər.

64. İşin apellyasiya baxışı mərhələsində, yəni 03 iyun 2022-ci il tarixdə vəfat etmiş vərəsə X30 hüquqi varisi X45 qanuni nümayəndəsi X4 maraqlarına toxunan şəxs olaraq işə cəlb olunmuşdur.

65. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin halından aydın olur ki, digər vərəsə X51 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.

66. Belə olan halda aşkar olaraq müəyyən olunmuş olur ki, İddiaçı (vərəsə X25 vərəsələri Bahadur Tağıyevin və Qərənfil Tağıyevanın qanuni nümayəndəsi) məhz Bahadur Tağıyev, Qumru Tağıyev və qanuni nümayəndələri olduğu azayşlı uşaqların atası Şahlar Tağıyevindən miras qalmış əmlaklara dair mirasının qəbul edilməsi faktının müəyyən olunmasını xahiş etmişdir.

67. İddiaçı Qərif Tağıyev və Xaliq Tağıyevdən qalmış mirasa da ir onun qəbul edilməsi ilə bağlı faktın müəyyən edilməsi və ya hər hansı bir tələb irəli sürməmişdir.

68. Maraqlı şəxs olaraq işə cəlb edilmiş X53 qanuni nümayəndəsi olan X6 apellyasiya instansiyası məhkəməsinə ərizə təqdim edərək mərhum həyat yoldaşı X21 miras qalmış Daşkəsən rayon Xoşbulaq kəndində yerləşən torpaq sahəsindən vərəsə kimi oğlu X45 payının müəyyən edilməsini xahiş etmişdir.

69. İşin digər halı isə ondan ibarət olmuşdur ki, vəfat etmiş digər vərəsə X26 Daşkəsən rayon Xoşbulaq kəndində olan 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi miras qalmışdır.

70. Müəyyən olunmuş hallardan aydın olur ki, iddiaçının Qərif və Xaliq Tağıyevlərdən miras qalmış əmlaklara dair hər hansı məzmunda iddiası olmamış, həmin əmlaklara münasibətdə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələb edil məmişdir.

71. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin icraata qəbul edilmiş iddia tələbindən kənara çıxan məsələni həll etməsi, yəni vəfat etmiş bir şəxsin (Qərif Tağıyev) paylı mülkiyyətdə olan payının digər vərəsələr arasında bölməsi, vəfat etmiş digər vərəsənin (Şahlar Tağıyev) payını onun vərəsəsinə verilməsi, nəticədə həmin hissələrin də daxil edilərək ümumi əmlakda payların həcmini müəyyən etməsi anlaşılmaz olmaqla və iddia tələbindən kənrara çıxma kimi qiymətləndirilməlidir.

72. Aydın olur ki, apellyasiya instansiya məhkəməsi faktiki olaraq mövcud olmayan tələb üzrə həmin hissələrdə qətnamə qəbul etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin məcburi şərti mövcuddur ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

73. Qey d edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

74. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların kons titusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

75. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qə rarı).

76. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından miras qoyanlar Bahadur Tağıyev və Qumru Tağıyevanın vəfatından sonra miras əmlakın hansı vərəsələri tərəfindən faktiki qəbul edilməsi, ondan istifadə etmələri və sahiblik etmələri aşkar olaraq görünmür.

77. Məhkəmə kollegiyasını qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə kifayət edən dərəcədə əsaslandırılmamışdır. Bu dəlilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində də istinad olunur (məsələn Qalib Tağıyevin mirasın qəbul etməməsi ilə bağlı izahatının olması, mirası qoyanların vəfatından sonra miras əmlakın hər hansı bir hissəsindən istifadə etməməsi).

78. Nəzərə alınmalıdır ki, işdə olan və tərəflərin təqdim etdiyi hər bir sübut tədqiq edilməli və digər s übutlarla birlikdə qarşılıqlı olaraq qiymətləndirilməlidir. Göstərildiyi kimi baxılan işdə xx.xx.2008-ci il tarixdə tərtib olunmuş akt mövcuddur. İşə baxan məhkəmələr həmin aktın əslini tələb edərək tədqiq etməmiş, onun tərtib olunma səbəblərini, o cümlədən məhz həmin tarixdə vərəsələr arasında miras əmlakın bölgüsünün faktiki aparılıb- aparılması, hər bir vərəsənin faktiki bölgüdə miras əmlakdan əldə etdiyi miras kütləsi, digər vərəsələrin həmin aktın tərtibində iştirak etməməsinin səbəbləri, aktda adı qeyd olunan Anar Tağıyevin şəxsiyyəti, nəticədə həmin akt əsasında aparılan bölgünün nəticələrinin işi mahiyyəti üzrə həll edərkən qüvvədə olub-olması aydınlaşdırılmamışdır.

79. Həmin aktın sübut kimi qəbul edilmədiyi təqdirdə isə bunun səbəbləri izah olunmalı, digər sübutlar əsasında işin mübahisəsiz halları müəyyən olunmalı və iddiaya irəli sürülmüş tələb həddində qiymət verilməsi təmin olunmalıdır.

80. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Normadan görünür ki, qanunverici mirasın qismən qəbuluna yol vermir. Vərəsənin miras əmlakın bir hissəsini faktiki qəbul etməsi onun bütün mirası qəbul etməsinə bərabər tutulur və bununla bağlı eyni hüquqi nəticələrə səbəb olur.

81. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi nə göndərilməlidir.

82. İşə yenidən baxılarkən bu qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.

83. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1376/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar