Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6066/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 qızşna və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: nikah müddərində əldə olunmuş daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan bağlanmış müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)1887/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 04 iyun 2004-cü ildə nikaha daxil olmuşlar.
2. Onların nikah müddətində - 18 mart 2016-cı ildə Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsində 24 saylı binanın 59-cu mənzili alğı-satqı yolu ilə əldə olunmuş, mənzilin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.
3. Cavabdeh1 (etibarnamə əsasında nümayəndəsi qardaşı X3) xx.xx.2021-ci il tarixdə ünvan 1-da yerləşən mənzili xx.xx.2021-ci il tarixdə Bərdə Regional “ASAN xidmət" mərkəzində notariat ofisində təsdiqlənmiş bağı şlama müqaviləsi əsasında Cavabdeh2 (anasına) bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (etibarnamə üzrə nümayəndəsi X6) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsində 24 saylı binanın 59-cu mənzilin Cavabdeh2 bağışlanması haqqında 15 sentyabr 2021-ci il tarixdə bağlanmış, Bərdə “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiqlənmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması, həmin mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh1 mülkiyyət hüquqlarının tanınmasını xahiş etmişdir.
5. İddia işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılıb ki, İddiaçı və Cavabdeh1 evlənəndən sonra uzun müddət Ukraynada yaşamışlar. İddiaçı Ukraynada pul qazanıb həmin pullara Azərbaycanda evlər və qeyri-yaşayış obyektləri almışdır. İddiaçı özü Ukraynada yaşadığından evləri cavabdehin adına almışlar. Həmçinin 18 mart 2016-cı ildə onlar Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsindəki 24 saylı binanın 59-cu mənzilini alğı-satqı yolu ilə almışlar. Son zamanlar cavabdehlə iddiaçının arasında olan münasibətlər korlanmış və cavabdeh bu ilin yayında Azərbaycana qayıtmışdır. Bundan sonra iddiaçı cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq fikrinə düşmüş, sənədlər hazırlananda iddiaçıya məlum olmuşdur ki, cavabdeh ondan xəbərsiz ünvan 1 ünvanda yerləşən mənzili digər cavabdeh - anası Cavabdeh2 bağışlamışdır. Sənədlərlə tanış olarkən məlum olmuşdur ki, cavabdeh notariusa saxta yolla əldə etdiyi Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən, guya İddiaçı 25.12.015-ci ildə vəfat etməsi və guya qeydiyyat şöbəsində onların nikahının qeydə alınmaması barədə sənədləri təqdim etmişdir. Həmin əmlak birgə nikah dövründə əldə edildiyindən və iddiaçının xəbəri olmadan bağışlandığından bağışlama müqaviləsi etibarsız hesab edilməlidir.
6. Cavabdeh2 iddia tələbinə qarşı etiraz ərizəsi verərək bildirmişdir ki, Cavabdeh1 onun doğma qızıdır. Qızı həyat yoldaşı İddiaçıla Ukrayna Respublikasında yaşamış və işləmişdir. Onlar orada işləyən zaman Azərbaycanda bir neçə torpaq sahəsi və evlər almışlar. YYY-da yerləşən mənzil iddiaçının razılığı ilə ona bağışlanmışdır. Sonra bunlar arasında mübahisə olan zaman həmin sözügedən ev 32000 manata satılmış və həmin pul hal-hazırda ərinin qorxusundan qaçıb Kiyev şəhərində qaçqın kimi yaşayan iddiaçının övladlarına göndərilmişdir. 2021-ci ildə iki ev iddiaçının təkidi ilə (etibarnamə onun oğlu X1 adına olmuşdur) satılmış və evlərin pulu iddiaçının qardaşına verilmişdir. Ona görə də hazırki işin təmin olunmaması barədə qətnamə çıxarılmasını və ya qızı Azərbaycana gələnə qədər iddia ərizəsinin icrasının dayandırılmasını xahiş etmişdir.
7. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı məhkəmədə iddia qaldıranadək iddiaçıdan heç bir məlumat ala bilməmişdir. Bundan sonra Cavabdeh1 öz qardaşı X2 etibarnamə vermiş və qardaşı “ASAN” xidmət Mərkəzində bağışlama müqavilə si bağlamışdır. Yəni sənədlər - iddiaçının ölümü haqqında arayış, subaylıq arayışı Bərdə “ASAN” Xidmət Mərkəzinin sistemindən çıxarılmış və bütün əməliyyatlar orada aparılmışdır. Hal-hazırda onun iddiaçının sağ olmasına heç bir şübhəsi yoxdur.
8. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(045)321/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abdurəhmanlı) iddia təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bərdə “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən bağlanmış 15 sentyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılması, həmin mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh1 mülkiyyət hüquqlarının tanınması qət edilmişdir.
9. Məhkəmənin eyni tarixli xüsu si qərardadı ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli Bərdə ASAN Xidmət mərkəzinin Notariat Ofisində bağışlama müqaviləsi bağlanan zaman saxtalaşdırma və qanunsuz hazırlamaya yol vermiş vəzifəli şəxslərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin aşkar olunması barədə Goranboy rayon Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, bağışlama müqaviləsi bağlanarkən cavabdehi təmsil edən nümayəndəsi tərəfindən notariat orqanına cavabdehin ərinin vəfat etməsi və hazırda subay olması barədə arayışlar təqdim edilmişdir ki, məhkəmə araşdırması zamanı həmin məlumatların həqiqətə uyğun olmaması müəyyən edilmişdir. Belə ki, cav abdehin nümayəndəsi də məhkəmə iclasında iddiaçının sağ olmasını və nikahın pozulmamasını etiraf etmiş, sadəcə Cavabdeh2, sözügedən mənzili iddiaçının özünün razılığı ilə 32000 manata sataraq pulunu Cavabdeh1 göndərməsi əsası ilə iddiaya etiraz etmişdir ki, həmin halın təsdiqi üçün isə məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir.
11. Adı çəkilən sübutlarla da tam təsdiq edilmişdir ki, cavabdeh birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlaka birgə hüququ olan ərin razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə notariat orqanına həqiqətə uyğun olmayan məlumatlar vermiş və notarius məhz həmin məlumatlar əsasında adı çəkilən müqaviləni bağlamışdır. Ona görə də həmin əqd ləğv edilməli, mənzil əvvəlki vəziyyətə qaytarılmalı və həmin mənzil birgə nikah dövrü ndə əldə edilmiş mənzil olduğuna görə tərəflərin arasında bərabər paylara bölünməlidir.
12. Tədqiq olunan təkzibolunmaz sübutlarla təsdiq olunur ki, cavabdehlər ər və arvadın (İddiaçı ilə Cavabdeh1) birgə nikah dövründə əldə etdiyi əmlakı özgəninkiləşdirərkən həqiqətə uyğun olmayan yalan məlumatlardan istifadə etmişlər.
13. Məhkəmə qeyd etmişdir ki, sözü gedən və mübahisələndirilən bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənsə də, yuxarıda qeyd edildiyi kimi, müqavilənin bağlanmasına əsas olan məlumatlar yanlış olduğundan müqavilə etibarlı hesab oluna bilməz.
14. Məhkəmə iddianı təmin edərkən həm də mübahisələndirilən əmlakın birgə nikah dövründə əldə edildiyini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, mənzilin 1/2hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Cavabdeh1 mülkiyyət hüquqları tanı nmalıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.6, 337.1, 337.2, 337.4, 337.5, 394-cü, Ailə Məcəlləsinin 32.1, 37.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, öz adında olan əlmakı bağışlamışdır. Bu barədə dövlət idarəsinə müraciət etmiş və adına olan əmlakı satmışdır. İddiaçının ölməsi ilə bağlı heç bir sənəd onun tərəflərindən notariat ofisinə təqdim edilməmişdir. Mübahisəli əmlakdan payların ½ hissədə müəyyən edi lməsi uşaqların mənafeləri baxımından düzgün sayıla bilməz.
18. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1887/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin apellyasiya baxışı zamanı da Cavabdeh1 İddiaçı öldüyünü və X5 verilmiş etibarnamənin İddiaçı tərəfindən verilmədiyini iddia etmişdir. Cavabdeh 1 bu dəlilinin yoxlanılması məqsədilə İddiaçı ilə görüntülü telefon əlaqəsi saxlanılmış və Cavabdeh1 telefonla danışan şəxsin İddiaçı olmasını etiraf etmişdir.
21. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh olan apelyator işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmədə iştirak etmiş və mübahisə ilə bağlı məhkəməyə sübutlar təqdim etmək imkanı olmuşdur. Bu baxımdan apelyatorun məhkəmədə əlavə sübutların tədqiq edilməsi barədə dəlillərini kollegiya əsaslı saymır.
22. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına maddi hüquq normalarını düzgün tətbiq etmiş və iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər i
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Şikayət iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, sözü gedən ev 32000 manata satılmış, həmin pul onun və uşaqlarının saxlanılmasına yönəlmişdir. 2021-ci ildə iddiaçı Azərbaycan Respublikasında olan 2 evi satmış, evlərin pulunu hazırki iddiaçının nümayəndəsinə vermişdir. Bütün bunlardan başqa, iddiaçı Ukraynada olan çoxsaylı birgə əmlakları öz məsrəfləri üçün etmişdir. Bu o demək deyildir ki, qardaşı onun adından verilmiş etibarnaməni qanuna zidd icra edib. İddiaçının öl məsi barədə hansısa qeydiyyat sənədi onun tərəfindən notariat ofisinə təqdim edilməyib. Burada ən əhəmiyyətli hallardan biri ondan ibarətdir ki, o, adında olan əmlakın satılmasını istəmişdir. Heç bir qanuna zidd hərəkətə yol verməmişdir. Öz əmlakını qanuni olaraq satmışdır. Bundan əvvəlki proseslərdə iddiaçı özü də iki əmlakı satmışdır. İddianı əvvəldən bəri qəbul etmir. Aralarında olan nikah qeydi qüvvədədir. İddiaçının qardaşları Ukraynadakı müharibə vəziyyətindən istifadə edərək, bununla bağlı hazırki ərizəni verərək iddiaçının ümumi birgə mülkiyyətində olan əmlakına tez-tələsik sahib çıxmaq istəyirlər. Bundan başqa, məhkəmə isin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. Tələbdə əqdin etibarsızlığı mübahisələndirilsə də, xahiş hissəsində əmlakın bölünməsi mübahisələndirilir. Təbii ki, əmlak ümumi birgə mülkiyyətdədir. İddiaçı ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələbləri pozmaqla tərtib edilmişdir. İddianın nə başlığı, nə də təsviri hissəsi onun “xahiş etdi” hissəsi ilə uzlaşmır. Mübahisəli əmlakın ½ hissədə bölünməsi uşaqlarının maraqları baxımından düzgün müəyyənləşdirilməmişdir. Məhkəmə onun adına olan əmlaka payı müəyyən edərək digər prosessual pozuntunu edərək tələbin həcmindən kənara çıxıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mül kiyyətidir.
27. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
30. Maddə 31.1. Nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
31. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
32. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir.
33. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kredito r ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
34. Çaddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
35. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
36. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
37. Maddə 37.2. Ayrı-ayrı hallarda məhk əmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan m üəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olma yaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qət namə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, verilmiş iddia tələbi, daşınmaz əmlaka birgə hüququ olan ərin razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə arvadın bağladığı müqavilənin etibarsız hesab edilməsi bar ədədir.
49. Həmin iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 225.6-cı maddəsi təşkil edir (27-ci paraqraf).
50. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu normanın dispozisiya şərtləri əsasında təhlil etməklə müəyyən etmişdir ki, tərəflərin nikah müddətində əldə olunmuş ünvan 1-da yerləşən yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının razılığı olmadan özgəninkiləşdirilmişdir. Bu hal (iddiaçının razılığı olmadan mənzilin satılması) Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş hüquqi nəticəyə səbəb olur və məhkəmənin müqaviləni etibarsız hesab etməsi qanuni və əsaslıdır.
51. Mənzildən payların müəyyən olunması uşaqların mənafeyinin nəzərə alınmaması, cavabdehin payının artırılmaması barədə dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir qanunvericilik Ailə Məcəlləsinin 37.1-ci maddəsində ər-arvadın nikah müddətində əldə olunmuş əmlakda paylarının bərabər sayılmaması üçün əsaslar kimi: 1 yetkinlik yaşına çatmayan uşaqların mənafeyini; 2. ərin (arvadın) diqqətəlayiq mənafeyini; 3. ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları müəyyən etmişdir.
52. Həmçinin qanun bu hallar mövcud olduğu halda məhkəmənin mütləq payları qeyribərabər bölməli olduğunu deyil, məhkəmənin bu halları nəzərə almaqla payları bərabər saymamasının mümkünlüyünü müəyyən edir. Yəni məhkəmə payları qeyri-bərabər bölmək qərarına gələrkən bu hallara sadəcə istinad etməklə kifayətlənməli deyil, bununla yanaşı məhz nəyə görə həmin halların tərəflərdən birinin payının artırılm ası olmasının zəruriliyini əsaslandırmalıdır.
53. Baxılan işdə əvvəla uşaqların cavabdehin yanında qalması barədə hər hansı sübut təqdim olunmamışdır. Bundan başqa, bu cür sübut təqdim edilmiş olsa belə, paylar bölünərkən cavabdehə düşən payın ½ hissədən artıq müəyyən olunması üçün Ailə Məcəlləsinin 37.1-ci maddəsində nəzərdə tutulan müstəsna hallar müəyən olunmamışdır.
54. İşə baxılarkən məhkəmənin iddiadan kənara çıxması müəyyən olunmur.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1887/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.