Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6068/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil2, cavabdeh "xxxx" MMC-nin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 12 iyun 2015-ci il tarixli, xxx saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə ******* (bir milyon beş yüz qırx min) manat məbləğində kredit xətti açılmışdır. 22 iyun 2015ci il tarixli, xxx saylı kredit müqaviləsinə görə İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə 22 iyun 2017-ci il tarixədək 700000 (yedi yüz min) manat, 14 aprel 2016-cı il tarixli, xxx saylı kredit müqaviləsinə əsasən 14 aprel 2020-ci il tarixədək ******* (bir m ilyon bir yüz doxsan üç min doqquz yüz altmış dörd) manat, 07 avqust 2015-ci il tarixli, xxx saylı kredit müqaviləsinə görə 24 ay müddətinə 405000 (dörd yüz beş min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. 2. 06 iyun 2015-ci il tarixli, Z0622 saylı zaminlik müqaviləsinə görə Cavabdeh6, İddiaçı ASC ilə Cavabdeh8 arasında bağlanmış 14 aprel 2016-cı il tarixli, xxx saylı, İddiaçı ASC ilə Cavabdeh6 arasında bağlanmış 14 aprel 2016-cı il tarixli, xxx saylı, İddiaçı ASC ilə Cavabdeh7 arasında bağlanmış 14 aprel 2016-cı il tarixli, xxxx saylı zaminlik müqavilələrinə əsasən müvafiq olaraq cavabdehlər Cavabdeh8, Cavabdeh6 və Cavabdeh7 borclu "xxxx" MMC-nin qeyd olunan kredit öhdəliklərinin vaxtında və lazımınca icrası üçün bank qarşısında zamin durmuşlar
3. İddiaçı ASC ilə Cavabdeh3 aras ında bağlanmış 14 aprel 2016-cı il tarixli, xxx saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi, İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 18 aprel 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə görə cavabdeh Əsədov X4 rayonu, xxx ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 306.2 kv.m olan 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsi, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 15 aprel 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən cavabdeh xxx ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 125.8 kv.m olan 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsi, İddiaçı ASC ilə X2 arasında bağlanmış 15 aprel 2016-cı il tarixli sonrakı ipoteka m üqaviləsinə görə cavabdeh X2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 130.8 kv.m olan zirzəmi sahəsini İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. 4. 25 sentyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən 24 sentyabr 2018-ci il tarixinə cavabdeh "xxxx" MMC-nin 14 aprel 2016-cı il tarixli, xxx saylı kredit müqaviləsi üzrə əsas borcu ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik, faiz borcu 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik, cərimə 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik, cəmi ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik, 22 iyun 2015-ci il tarixli, xxx saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdeh "xxxx" MMC-nin əs as borcu 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik, faiz borcu 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik, cərimə 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik, 07 avqust 2015-ci il tarixli, xxx saylı ərizə çərçivəsində verilmiş xxx bank qarantiyası üzrə cavabdeh "xxxx" MMC-nin əsa borcu 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent, faiz borcu 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent, cərimə 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent, cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent təşkil etmişdir. 5. "xxxx" MMC tərəfindən verilmiş 10 may 2018-ci il tarixli, xxx saylı hesabata görə xxx nömrəli əmlak kompleksi kimi müəssisənin bazar dəyəri ******* (bir milyon bir yüz əlli min) manat, 27 avqust 2018-ci il tarixli, xxx saylı hesabata əsasən ünvan 2 ünvanında 5 mərtəbəli binanın zirzəmisində yerləşən 130,8 kv.metr ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin bazar dəyəri 155000 (bir yüz əlli beş min) manat, 27 avqust 2018-ci il tarixli, xxxx saylı hesabata görə ünvan 3 ünvanında 7 mərtəbəli binanın 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən 360,2 kv.metr ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin bazar dəyəri 330000 (üç yüz otuz min) manat, 27 avqust 2018-ci il tarixli, xxx saylı hesabata əsasən ünvan 3 ünvanında 7 mərtəbəli binanın 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən 125,8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar də yəri 140000 (bir yüz qırx min) manat təşkil edir.
6. Məhkəmə Ekspertizası Mərkəzinin 16.10.2020-ci il tarixli xxx saylı ekspert rəyinə əsasən tələb olunan 24.09.2018-ci il tarixinə "xxxx" MMC-nin borc məbləği 14 aprel 2016cı il tarixli, xxx saylı kredit müqaviləsinə əsasən cəmi ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik, o cümlədən ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, 22 iyun 2015-ci il tarixli, xxx saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik, o cümlədən 23 5542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik cərimə, 22.09.2016-cı il tarixli K2015-129LG saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı) üzrə cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent, 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabde h5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı «kreditlər və qarantiya üzrə əsas borcların, hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 aprel 2016-cı il tarixli, xxx saylı kredit müqaviləsi üzrə cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 149839 (bir yüz qırx doqquz min səkkiz yüz otuz doqquz) manat 88 (səksən səkkiz) qəpik faiz, 16311 (on altı min üç yüz on bir) manat 51 (əlli bir) qəpik cərimə, cəmi ******* (bir milyon iki yüz yetmiş yeddi min doqquz yüz qırx yeddi) manat 73 (yetmiş üç) qəpik, 22 iyun 2015-ci il tarixli, xxx saylı kredit müqaviləsi üzrə "x xxx" MMC-dən və Cavabdeh6 318363 (üç yüz on səkkiz min üç yüz altmış üç) manat 58 (əlli səkkiz) qəpik əsas, 16217 (on altı min iki yüz on yeddi) manat 34 (otuz dörd) qəpik faiz, 24332 (iyirmi dörd min üç yüz otuz iki) manat 94 (doxsan dörd) qəpik cərimə, cəmi 358913 (üç yüz əlli səkkiz min doqquz yüz on üç) manat 86 (səksən altı) qəpik, 07 avqust 2015-ci il tarixli, xxx saylı ərizə üzrə verilmiş xxx bank qarantiyası üzrə "xxxx" MMC-dən və Cavabdeh6 113396 (bir yüz on üç min üç yüz doxsan altı) manat 86 (səksən altı) ABŞ dolları əsas, 9708 (doqquz min yeddi yüz səkkiz) ABŞ dolları 03 (üç) sent cərimə, cəmi 123104 (bir yüz iyirmi üç min bir yüz dörd) ABŞ dolları 89 (səksən doqquz) sent borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi, xxx, xxx və xxx saylı kredit müqavilələri üzrə tutmanın Cavabde h5 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə, Cavabdeh4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə, xxx və xxx saylı kredit müqavilələri üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə, xxx və xxx saylı ərizələr üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin hesabına "xxxx" MMC-nin, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğ "xxxx" MMC-nin, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq məbləğin "xxxx" MMC-dən, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun və 150 (bir yüz əlli) manat xidmət haqqının cavabdehlər "xxxx" MMCdən, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkə məyə ərizə təqdim edərək, 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsi üzrə cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, cəmi ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik, 22 iyun 2015-ci il tarixli, xxx saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh6 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış yeddi) mana t 63 (altmış üç) qəpik cərimə, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş xxxx bank qarantiyası üzrə cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh6 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə, cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent borcun İddiaçı ASC-yə ödənilməsi, K1662, K1606 və K1874 saylı kredit müqavilələri üzrə tutmanın Cavabdeh5 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyriyaşayış sahəsinə, Cavabdeh4 mülkiy yətində olan ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə, xxx və xxx saylı kredit müqavilələri üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə, xxx və Kxxx saylı ərizələr üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetləri olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 330000 (üç yüz otuz min) manat, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 140000 (bir yü z qırx min) manat, ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin ******* (bir milyon bir yüz əlli min) manat, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 155000 (bir yüz əlli beş min) manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, ipoteka predmetləri satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılaraq mülkiyyətçilərinə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğ "xxxx" MMC-nin, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin "xxxx" MMC-dən, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun və 150 (bir yüz əlli) manat xidmət haqqının cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında imzalanmış 23 yanvar 2014-cü il tarixli, xxxx saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun tərkib hissəsi olan 12 iyun 2015-ci il tarixli, xxx saylı maksimal borcalma limiti çərçivəsində imzalanmış 22 iyun 2015-ci il tarixi, xxx saylı maliyyələşdirmə üçün ərizə forması üzrə İddiaçı ASC "xxxx" MMC-yə 22 iyun 2017-ci ilədək illik faiz dərəcəsi 14 faiz (illik cərimə faizi 23 faiz (gündəlik 0.0639 faiz)) olmaqla birdəfəlik 700000 (yeddi yüz min) manat məbləğində pul vəsaiti vermişdir. Bundan başqa İddiaçı ASC ilə "xxxx" MMC arasında imzalanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan 14 aprel 2016cı il tarixli, xxx saylı maliyyələşdirmə üçün ərizə forması üzrə İddiaçı ASC "xxxx" MMC-yə 14 aprel 2020-ci ilədək illik faiz dərəcəsi 25 faiz (illik cərimə faizi 34 faiz (gündəlik 0.0944 faiz)) olmaqla birdəfəlik ******* (bir milyon bir yüz doxsan üç min doqquz yüz altmış dörd) manat məbləğində pul vəsaiti vermişdir. Əlavə olaraq müqavilənin tərkib hissəsi olan 07 avqust 2015-ci il t arixli, xxx saylı maksimal borcalma limiti çərçivəsində imzalanmış 07 avqust 2015-ci il tarixli, xxx saylı sənədli əməliyyatlar üzrə maliyyələşdirmə üçün ərizə formasına əsasən İddiaçı ASC "xxxx" MMC-yə 07 sentyabr 2016-cı ilədək illik faiz dərəcəsi 1 faiz (illik cərimə faizi 23 faiz (gündəlik 0.0639 faiz)) olmaqla 405000 (dörd yüz beş min) ABŞ dolları məbləğində bank qarantiyası vermişdir. İddiaçı ASC ilə "xxxx" MMC arasında imzalanmış 07 avqust 2015-ci il tarixli, xxxx saylı sənədli əməliyyatlar üzrə maliyyələşdirmə üçün ərizə formasının şərtlərinin dəyişdirilməsi haqqında 21 avqust 2015ci il tarixli razılaşmaya uyğun olaraq 21 avqust 2015-ci il tarixdən etibarən sənədli əməliyyatlar üzrə illik faiz dərəcəsi 3 faiz həddində müəyyən edilmişdir. xxx, xxxx və xxxx saylı maliyyələşmə üçün ər izələr üzrə "xxxx" MMC-nin İddiaçı ASC qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh5 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin, 1-ci səviyyəsi İddiaçı ASCnin xeyrinə 18 aprel 2016-cı il tarixli, xxx saylı sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İxxx saylı sonrakı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 22 aprel 2016-cı il tarixli, RX ******* saylı (Reyestr nömrəsi: **********58-05301083002; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda Cavabdeh4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsi İddiaçı ASC-nin xeyrinə 15 aprel 2016-cı il tarixli, xxxx saylı sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. xxx saylı sonrakı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 23 aprel 2016-cı il tarixli, RX ******* saylı (Reyestr nömrəsi: **********58-05301-083003; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. xxx və xxx saylı maliyyələşmə üçün ərizələr üzrə "xxxx" MMC-nin İddiaçı ASC qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə, 0.20 ha torpaq sahəsi ilə birlikdə “PAŞA Bank’' ASCnin xeyrinə 14 aprel 2016-cı il tarixli, xxxx saylı sonrakı ipoteka müqavilələrinə əsasən yüklü edilmişdir. xxx saylı sonrakı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 22 aprel 2016-cı il tarixli RX ******* saylı (Reyestr nömrəsi: ****** ****27-12301; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarışlar verilmişdir. xxx və xxx saylı maliyyələşmə üçün ərizələr üzrə "xxxx" MMC-nin İddiaçı ASC qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 15 aprel 2016-cı il tarixli, xxx saylı sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. xxxx saylı sonrakı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 23 aprel 2016-cı il tarixli, RX ******* saylı (Reyestr nömrəsi: **********34-05101-083001; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. İpoteka müqavilələrində ipoteka ilə təmin edilmiş pul öhdəliyi borc alanlar tərəfindən kredit müqavilələrində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, İddiaçı ASC-nin borc alanlara qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsası müəyyən edilmişdir. Bundan başqa xxx saylı maliyyələşmə üçün ərizə üzrə "xxxx" MMC-nin İddiaçı ASC qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh8 arasında 14 aprel 2016-cı il tarixli, xxx saylı, İddiaçı ASC ilə Cavabdeh7 arasında 14 aprel 2016-cı il tarixli, xxx saylı zaminlik müqavilələri bağlanmışdır. Həmçinin, xxx, xxx və xxx saylı maliyyələşmə üçün ərizələr üzrə "xxxx" MMC-nin İddiaçı ASC qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh6 arasında 06 iyun 2015-ci il tarixli, xxx və 14 aprel 2016-cı il tarixli, xxx saylı zaminlik müqaviləl əri bağlanmışdır. "xxxx" MMC xxx nömrəli ərizə üzrə 15 avqust 2016-cı il tarixdən, xxx saylı maksimal borcalma limiti çərçivəsində imzalanmış xxxx saylı ərizə üzrə 24 oktyabr 2016-cı il tarixdən, xxx saylı ərizə üzrə verilmiş xxx bank qarantiyası üzrə 24 oktyabr 2016-cı il tarixdən öhdəliyinin şərtlərini pozmağa başlamış, müqavilələr üzrə öhdəliklərini icra etməyərək, kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək "xxxx" MMC-yə 22 fevral 2017-ci il tarixdə xxxx saylı xəbərdarlıq məktubu, zaminlərə isə 22 fevral 2017-cı il tarixli xx, xx və xxx saylı bildiriş məktubları göndərilmiş və İddiaçı ASC qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olun muş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC ipoteka qoyan Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların İddiaçı ASC-yə məlum olan qeydiyyat ünvanlarına bildirişlər göndərmiş və ipoteka qoyanlar bildirişləri almışlar. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 (otuz) manat dövlət rüsumu, ipoteka b ildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün cəmi 40 (qırx) manat dövlət rüsumu və 150 (bir yüz əlli) manat xidmət haqqı ödəmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 25 sentyabr 2018-ci il tarixli, PBCOS-2010 saylı maliyyə arayışına əsasən "xxxx" MMCnin 24 sentyabr 2018-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: 1) 14 aprel 2016-cı il tarixli, K1874 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik, faiz borcu 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik, cərimə borcu 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik təşkil edir. Cəmi öhdəlik üzrə borc ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik manatdır. 2) 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik, faiz borcu 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik, cərimə borcu 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik təşkil edir. Cəmi öhdəlik üzrə borc 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpikdir. 3) 07 avqust 2015-ci iltarixli, 2015-129LG saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent, faiz borcu 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dollar ı 14 (on dörd sent), cərimə borcu 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent hesablanmışdır. Cəmi öhdəlik üzrə borc 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent təşkil edir. Ümumi şərtlər toplusunun İV fəslinin 2.4.10-cu bəndində göstərilir ki, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək müştərinin vəzifəsidir. Ümumi şərtlər toplusunun İV fəslinin 5.2.1, 5.2.3. və 5.2.4-cü bəndlərində, həmçinin kredit müqaviləsinin 6-cı bəndində göstərilir ki, kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı İddiaçı ASC-nin əsaslı ehtimalları yarandıqda, müqavilənin İV.2.4-cü bəndində göstərilən şərtl ər müştəri tərəfindən pozulduqda müqavilə İddiaçı ASC tərəfindən birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. Göstərilənlərdən də göründüyü kimi K1874 və K1606/02 saylı ərizələr üzrə kreditin qüvvədə olma vaxtı hal-hazırda bitməmişdir, lakin müqavilə şərtləri "xxxx" MMC tərəfindən 3 (üç) aydan artıqdır ki, icra edilmir. Eyni zamanda 2015-129LG saylı ərizənin müddətinin 07 sentyabr 2016-cı il tarixdə bitməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər "xxxx" MMC tərəfindən icra edilmədiyindən İddiaçı ASC məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. Bakı şəhəri Nəsimi məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)-227/2018 nömrəli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia ərizəsinin təmin olunması, 14 aprel 2016cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, cəmi ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul vəsaiti, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh6 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış y eddi) manat 63 (altmış üç) qəpik cərimə, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh6 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə, cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 İddiaçı Açıq Sə hmdar Cəmiyyətinin xeyrinə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və 150 (bir yüz əlli) manat xidmət haqqı vəsaitinin tutulması, K1662, K1606 və K1874 saylı kredit müqavilələri üzrə tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh5 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilməsi, həmçinin tutmanın Cavabdeh4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sa həsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1606 saylı kredit müqavilələri üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* (bir milyon bir yüz əlli min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1662 saylı ərizələr üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 155000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilməsi, həmin əm laklar açıq hərracda satılması, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsaitin cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, həmin əmlaklara tutmanın yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğ "xxxx" MMC-nin, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin "xxxx" MMC-dən, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, kredit öhdəliyi tam icra edilmədiyindən iddia ərizəsi təmin edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 269.1, 269.4, 319.1, 319.6, 385.1, 386.1, 423.2, 442, 445, 448.1, 470.1, 471, 472.1, 472.2-ci, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.2, 59.3.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 77.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti vermişdir.
14. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli, 2(103)-5970/2019 nömrəli qətnaməsi ilə (hakimlər: Ş.Məmmədova (sədrlik edən və məruzəçi), V.Həsənov və N.Cəfərov) cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir.
16. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab etmişdir ki, iddianın təmin edilməsi b arədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur.
17. Apellyasiya şikayətinin dəlili olan manatın devalvasiyası ilə bağlı kollegiya razılaşmayaraq hesab etmişdir ki, bu dəlil əsassız olmaqla təmin edilə bilməz. Belə ki, sərbəst bazar iqtisadiyyatı şəraitində milli valyutanın dəyərini müxtəlif yöndə dəyişməsi labüddür və mübahisəli müqavilələri bağlayarkən cavabdehin milli valyutanın məzənnəsində dəyişikliyin ola bilməsi ehtimalını görmək imkanı olmuşdur. Eyni zamanda, sözügedən hal (devalvasiya) ölkə üzrə bütün müqavilə subyektlərinə, o cümlədən müştərilərdən ABŞ dolları və AVRO ilə əmanətlər qəbul etmiş və müvafiq faizlər ödəmək, əmanətləri geri qaytarmaq öhdəliyi daşıyan iddiaçıya da eyni dərəcədə təsir göstərməklə, ümumi və obyektiv xarakter daşıyır.
18. Azərbaycan Respub likası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair 07 sentyabr 2018-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.
19. Həmin qərarda göstərilmişdir ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınm az qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.
20. Göründüyü kimi, borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilmə li idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur.
21. Kollegiya hesab etmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ödənilməsini və tələbin tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Qətnamədən Cavabdeh6 kassasiya şikayəti vermişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər: V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Q.Əsgərov) 2(102)-7503/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh6 kassasiya şikayəti təmin edilmiş, Bak ı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılmışdır.
24. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi əsasında 3 kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə hesablanaraq tutulmuş, kreditin verilməsi və ödənilməsi 2015-2016-2017 və 2018-ci il tarixlərini əhatə etmiş, məhkəmələr tərəfindən kredit müqavilələri üzrə əsas borc, faiz borcu və cərimə borcu ilə əlaqədar heç bir dəyərləndirmə aparılmamış və yalnız, İddiaçı ASC-nin 25 sentyabr 2018-ci il tarixli maliyyə arayışı əsas götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, üç müqavilə üzrə cəmi 1.836.103 (1.593.488+242.615) manat və 105.323 ABŞ dolları məbləğində borcun müəyyən edilməsi xüsusi bilik tələb olunan sual kimi başa düşülməli və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli idi. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Ağayev A.Nuriyeva) cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-227/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsi "xxxx" MMC-yə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq borc m əbləğlərinin dəqiq müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə ekspertizası mərkəzinin 16.10.2020-ci il tarixli 9/1782 saylı ekspert rəyinə əsasən tələb olunan 24.09.2018-ci il tarixinə "xxxx" MMC-nin borc məbləği 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cəmi ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik, o cümlədən ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, 22 iyun 2015ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik, o cümlədən 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik cərimə, 22.09.2016-cı il tarixli K2015-129LG saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı) üzrə cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent, 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə müəyyən edilmişdir.
27. Kollegiya qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyə n edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
28. Həmçinin, qeyd olunmalıdır ki, kredit müqavilələri üzrə iddiaçının 25 sentyabr 2018-ci il tarixli maliyyə arayışında qeyd etdiyi məbləğlə ekspert rəyində qeyd olunmuş məbləğ üst-üstə düşür.
29. Nəzərə alınmalıdır ki, tələb olunan cərimə məbləği əsas borca mütənasibdir.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh "xxxx" MMC edilmiş ödənişlər nəticəsində müqavilə üzrə daha az borcunun yarandığı barədə sübutlar təqdim etməmişdir.
31. Kollegiya, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra kredit müqavilələri üzrə edilmiş ödənişlər hazırkı işin baxılması zamanı nəzərə alına bilməz. Belə ki, apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də qətnamənin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalı və yekun borcdan silinməlidir.
32. Bundan başqa, birinci instansiya məhkəməsində işə ba xılarkən tərəflər arasında bununla bağlı mübahisə olduğundan birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini məhkəmə baxışı zamanı keçirilmiş müstəqil qiymətləndirici rəyi əsasında müəyyən etmişdir. Cavabdeh həmin rəyin məlumatlarını şübhə altına alan, o cümlədən, əmlakların qiymətinin ekspert rəyindən fərqli olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
33. Bundan əlavə məhkəmə qətnaməsində ipoteka predmetlərinin satışından əldə olunan məbləğ kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin ümumi qaydada tutularaq ödənilməsinin göstərilməsinin MPM-in müddəalarından kənara çıxma kimi qiymətləndirilməsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxl ayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışd ır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
36. Belə ki, apelyasiya instansiyası məhkəməsi ödənilməli olan borcu müəyyənləşdirərkən birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra edilmiş ödənişləri nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
38. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
39. Cavabdeh "xxxx" MMC-nin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi
40. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
41. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
42. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh "xxxx" MMC apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
45. Girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. (maddə 269.1)
46. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. (maddə 269.4)
47. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. (maddə 295)
48. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (maddə 319.1)
49. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. (maddə 319.6)
50. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
51. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
52. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözl əməlidirlər. (maddə 739.2) 53. müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. (maddə 423.2)
54. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
55. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)
56. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
57. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
58. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
59. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (maddə 470.1)
60. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. (maddə 471)
61. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.1)
62. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) “İpoteka haqqında” Qanun
63. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)
64. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)
65. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)
66. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cü mlədən elektron qaydada keçirilən hərracda satıla bilər (maddə 41.1).
67. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdükdə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (maddə 59.3) Mülki Prossesual Məcəllə
68. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
69. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
70. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
71. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
72. Kassasiya instansiyası məhkəməsi apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
73. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
75. Məhkəm ə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra kredit müqavilələri üzrə edilmiş ödənişlər Məhkəmə Ekspertizası Mərkəzinin 16.10.2020-ci il tarixli ekspert rəyində öz əksini tapmışdır.
76. Həmin rəydən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra 22.06.2015-ci il tarixli xxx nömrəli kredit müqaviləsi üzrə kimi 03.06.2019-cu ilə 41000 manat, 14.04.2016-cı il tarixli xxx nömrəli kredit müqaviləsi üzrə 27.03.2019-cu iləkimi 539000 manat olmaqla cəmi 580000 manat ödəniş edilmişdir.
77. Bununla bağlı qeyd edilməlidir ki, həmin ödənişlər hazırkı işin baxılması zamanı deyil, qətnamənin icra mərhələsində nəzərə alınmalıdır. Belə ki, apellyasiya baxışının predmetini b irinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması, kassasiya baxışının predmetini isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalı və yekun borcdan silinməlidir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmadığı halda cavabdehlər qeyd edilən məsələni qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququna malikdirlər.
78. Göründüyü kimi kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
79. Məhk əmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
80. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.